Məhkəmə qərarları › İş №2(103)-2260/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2260/2023

23.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2260/2023 23.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Xalid oğlunun Cavabdeh qarşı borcun cavabdehə məxsus daşınmaz əmlakdakı payına yönəldilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (Borcun əmlaka yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) X7 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı Xalid oğlunun nümayəndəsi və vəkili X6, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(009)-1276/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Qüvvədə olan məhkəmə qətnaməsi ilə təsdiq edilən cavabdehin iddiaçıya olan borcu cavabdeh tərəfindən qaytarılmadığından iddiaçı 295.000 ABŞ dolları məbləğində pul tələbi üzrə tutmanın cavabdehə paylı mülkiyyət hüququ ilə məxsus olan qeyri-yaşayış sahələrindəki payına yönəldilməsini xahiş edir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı Xalid oğlu Cavabdeh qarşı borcun cavabdehə məxsus daşınmaz əmlakdakı payına yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh olan 295.000 ABŞ dolları məbləğində pul tələbi üzrə tutmanın Cavabdeh ünvan 1 ünvanında yerləşən 290,9 kv.m. sahəli, 29,6 kv.m. sahəli və 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələrində olan 1/2 nisbətindəki payına yönəldilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına 295.000 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat ekvivalentinin və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Xalid oğluna ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, məhkəmədə Yusifova (Abdullayeva) Təyminə Şamil qızına qarşı “Borcun tutulması” tələbinə dair iddia qaldıraraq cavabdehdən 300.000 ABŞ dolları borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-818/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Xalid oğlu ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli kredit müqavilələrinə əsasən 295.000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı Xalid oğluna ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh aralarındakı nikah xx.xx.2017-ci il tarixdə məhkəmə qaydasında pozulanadək ər olmuş Maraqlı şəxs qeyd olunan qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7168/2021 saylı qətnaməsi ilə Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməmişdir. Borcun cavabdehdən tutulması ilə bağlı məhkəmə qətnaməsi icraya yönəldilsə də, bu günə qədər iddiaçıya heç bir vəsait ödənilməmişdir. Borclunun əmlak vəziyyətini araşdırarkən məlum olmuşdur ki, Cavabdeh paylı mülkiyyət hüququ ilə bir neçə daşınmaz əmlaka sahib olmuşdur. Belə ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-430/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə Maraqlı şəxs arasında birgə nikahları dövründə əldə etdikləri əmlakların bölgüsü aparılmışdır. Həmin məhkəmə qətnaməsi ilə digər əmlaklarla yanaşı həmçinin ünvan 1 ünvanında yerləşən 290,9 kv.m. sahəli, 29,6 kv.m. sahəli və 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələri də (faktiki olaraq bir obyektin ayrı-ayrı ölçüdə hissələridir) ər-arvad arasında bərabər şəkildə bölünmüşdür. Yuxarıda qeyd olunan əmlak qeyriyaşayış sahəsidir və Cavabdeh həmin əmlakda olan 1/2 payının dəyəri cavabdehin ona olan pul borcunun ödənilməsinə yetərli olacağı qənaətindədir. Odur ki, Cavabdeh tələb olunmuşdur ki, paylı mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını üçüncü şəxsə və ya paylı mülkiyyət hüququnun digər sahibi olan Maraqlı şəxs satmaqla borcunu ödəsin. Cavabdeh isə bildirmişdir ki, Maraqlı şəxs onun sözündən əmlakdakı payını əldə etməklə bağlı təklifinə heç bir münasibət bildirməmişdir. Göründüyü kimi Cavabdeh iddiaçıya olan borcunun ödənilməsi maraqlı şəxslərin hərəkətsizlikləri səbəbindən yubanır. Cavabdehin paylı mülkiyyət üzrə öz əmlakını satmaqla ona olan borcunu ödəməsi üçün ağlabatan həddə kifayət qədər vaxtı olmuşdur. Lakin cavabdeh bunu etməmişdir. Bu isə ona ziyan vurmaqla nəticələnir. Belə olan halda İddiaçı Xalid oğlunun cavabdehə olan 295.000 ABŞ dolları məbləğində pul tələbi üzrə tutma Cavabdeh ünvan 1 ünvanında yerləşən 290,9 kv.m. sahəli, 29,6 kv.m. sahəli və 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələrində olan 1/2 nisbətindəki payına əmlakın açıq hərracdan satılması yolu ilə yönəldilməlidir. 4.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 14 oktyabr 2022-ci il tarixli, 2(009)-1276/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Şahin Abdullayev) iddia təmin edilərək, İddiaçı Xalid oğlunun Cavabdeh olan 295.000 ABŞ dolları məbləğində pul tələbi üzrə tutmanın Cavabdeh ünvan 1 ünvanında yerləşən 290,9 kv.m. sahəli, 29,6 kv.m. sahəli və 41,1 kv.m. sahəli qeyriyaşayış sahələrində olan 1/2 nisbətindəki payına yönəldilməsi, həmin qeyri-yaşayış sahələrinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satışdan əldə olunacaq vəsait hesabına 295.000 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat ekvivalentində pul məbləğinin İddiaçı Xalid oğluna ödənilməsi, Cavabdeh İddiaçı Xalid oğlunun xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pulun tutulması qət edilmişdir. 5.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 18 saylı evin ümumi sahəsi 290,9 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs mülkiyyətindədir. 6.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 18/49 saylı evin ümumi sahəsi 159,78 kv.m. olan 4 otaqlı, 23 saylı mənzili tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs mülkiyyətindədir. 7.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində istifadədə olan 0,9246 ha torpaq sahəsində yerləşən 18 nömrəli binada, 41,1 kv.m. ümumi, 41,1 kv.m. əsas sahədən ibarət qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs mülkiyyətindədir. 8.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, xx.xx.2007-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində istifadədə olan 0,9246 ha torpaq sahəsində yerləşən 18 nömrəli binanın 1-ci mərtəbəsində 29,6 kv.m. ümumi, 29,6 kv.m. əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs mülkiyyətindədir. 9.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 14 saylı evin yaşayış sahəsi 80,5 kv.m. olan 5 otaqlı 12,13,14 saylı mənzili tam mülkiyyət hüququ üzrə Maraqlı şəxs mülkiyyətindədir. 10.İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-430/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 ilə Maraqlı şəxs birgə nikahı dövründə əldə edilmiş, Maraqlı şəxs adına rəsmiləşdirilmiş aşağıda sadalanan əmlaklar Maraqlı şəxs ilə X1 birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilmiş və həmin əmlakların 1/2 hissəsinə X1 mülkiyyət hüquqları müəyyən edilmişdir: 1.Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 14-də yerləşən 5 otaqlı 12,13,14 saylı mənzil (RX seriyalı ******* No-li Çıxarış), 2.Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18/49-da yerləşən 159,78 kv.m. sahəli, 4 otaqlı 23 saylı mənzil (RX seriyalı ******* No-li Çıxarış), 3.Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290,9 kv.m. sahəli qeyriyaşayış sahəsi (RX seriyalı ******* No-li Çıxarış), 4.Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29,6 kv.m. sahəli qeyriyaşayış sahəsi (MH seriyalı ******* No-li Çıxarış), 5.Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 41,1 kv.m. sahəli qeyriyaşayış sahəsi (MH seriyalı ******* No-li Çıxarış), 6.Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 000313 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev (Darvin) küçəsi, 2379-8182-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi (“Azəristilikenerjiquraşdırma” trestinin ATSC-nin yarımçıq tikili), 7.İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 000100 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710 kv.m. torpaq sahəsi, 8.Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 000376 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küç., 2392/99- cu məhəllədə yerləşən tikintisi başa çatdırılmamış su anbarı (yarımçıq tikili), 9.Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 000106 saylı şəhadətnaməyə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən 284,7 kv.m. sahəsi olan su anbarının yarımçıq tikilisi, 10.2003 buraxılışlı, gümüşü metal rəngli, 1G6DM57N530159883 ban nömrəsi, “Cadillac CTS” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil, 11.2013 buraxılışlı, qara rəngli, WP1ZZZ92ZDLA12964 ban nömrəsi, “Porsche Cayenne” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobil. Hazırki qətnamə X3 ilə Maraqlı şəxs yuxarıda sadalanan əmlakların 1/2 (50%) hissəsinə mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün əsasdır. 11.İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1762/2020 saylı qərarına əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-10790/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12.İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-818/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı Xalid oğlu ilə Yusifova (Abdullayeva) Təyminə Şamil qızı arasında bağlanmış xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixli “Kredit Müqavilələri”nə əsasən 295.000 ABŞ dolları məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi Yusifova (Abdullayeva) Təyminə Şamil qızından tutulub İddiaçı Xalid oğluna ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. 13.İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7168/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X4 apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi həmin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 14.İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Sadıqov tərəfindən təsdiq edilmiş Maraqlı şəxs ərizəsində göstərilmişdir ki, Maraqlı şəxs İsmayılov X5 (Yusifova) Təyminə Şamil qızına qarşı pul tələbinin yönələcəyi ünvan 1 ünvanında yerləşən (290,9 kv.m., 29,6 kv.m. və 41,1 kv.m.) qeyri-yaşayış sahəsinin naturada bölgüsünə etiraz edir, ünvan 1 ünvanında yerləşən (290,9 kv.m., 29,6 kv.m. və 41,1 kv.m.) qeyri-yaşayış sahəsinin Abdullayeva (Yusifova) Təyminə Şamil qızına aid payının əvəzləşdirilməsi hesabına onun İddiaçı Xalid oğlu qarşısında olan borcunun onun tərəfindən ödənilməsindən imtina edir. 15.Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-818/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Xalid oğlu ilə Yusifova (Abdullayeva) Təyminə Şamil qızı arasında bağlanmış xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixli “Kredit Müqavilələri”nə əsasən 295.000 ABŞ dolları məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi Yusifova (Abdullayeva) Təyminə Şamil qızından tutulub İddiaçı Xalid oğluna ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. 16.Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Maraqlı şəxs arasında birgə nikahları dövründə əldə edilmiş əmlakların bölgüsü aparılmış, digər əmlaklarla yanaşı həmçinin ünvan 1 ünvanında yerləşən 290,9 kv.m., 29,6 kv.m. və 41,1 kv.m. olan qeyri-yaşayış sahələri də ər-arvad arasında bərabər şəkildə bölünmüşdür. Həmin qətnamədən şikayət verilsə də, qətnamə hazırda mübahisə predmeti olan daşınmaz əmlakın bölgüsünə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. 17.Məhəkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehin paylı mülkiyyət hüququ üzrə öz əmlakını satmaqla iddiaçıya olan borcunu ödəməsi üçün kifayət qədər vaxtı olmuşdur, lakin cavabdeh bunu etməmişdir. Bu isə iddiaçıya ziyan vurmaqla nəticələnir. Bu səbəbdən iddiaçı 295.000 ABŞ dolları məbləğində pul tələbi üzrə tutmanın cavabdehə paylı mülkiyyət hüququ ilə məxsus olan qeyri-yaşayış sahəsinə yönəldilməsini xahiş etmişdir. 18.Qanunvericiliyin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən paylı mülkiyyətçinin başqa əmlakı kifayət etmədikdə, onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsini məhkəmə qaydasında tələb edə bilər. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının belə tələb irəli sürməsi qanunvericiliyin tələblərinə uyğundur və onun belə tələblə çıxış etməsi əsaslı hesab edilməlidir. 19.Məhkəmə həmçinin qeyd etmişdir ki, ümumi mülkiyyət və onun bir növü olan birgə mülkiyyət əşyanın bir vahidlik təşkil edən yeganəliyi və ona mülkiyyət hüququna malik olan subyektlərin çoxluğu deməkdir. Qanunvericilik həm birgə mülkiyyətdəki, həm də paylı mülkiyyətdəki paya mülkiyyətçilərin kreditorları tutmanın yönəldilməsini tələb edə bilər. 20.Əgər əmlakdan payın naturada ayrılmasına digər mülkiyyətçilər etiraz edərlərsə, qanunvericilik bu halda mübahisənin həlli qaydasını da müəyyən edir. Belə ki, belə hallarda kreditor tələb edə bilər ki, borclu mülkiyyətçinin payı onun satın almaqda üstünlük hüquqları olan mülkiyyətçilərə bazar qiymətinə satılsın və əldə edilmiş vəsait hesabına borc ödənilsin. Əgər qalan mülkiyyətçilər payı satın almaqdan imtina edərlərsə, kreditor həmin payı hərracda satılmasını və öz tələbinin təmin edilməsini məhkəmə qaydasında tələb edə bilər. 21.Məhkəmə iclasında maraqlı şəxs, eyni zamanda daşınmaz əmlakın digər paylı mülkiyyətçisi olan Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçilərin paylarına uyğun ayrılmasına etiraz etməsi, eyni zamanda digər mülkiyyətçi Cavabdeh payının satın alınmasından imtina etməsi müəyyən edilmişdir. 22.Məhkəmə istinad etdiyi qanunvericilik normalarını rəhbər tutaraq və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin ödənilməməsini, cavabdehin həmin pulun ödənilməsi üçün başqa əmlakının kifayət etməməsini, borclu mülkiyyətçi olan Cavabdeh payının onu satın almaqda üstünlük hüququ olan əmlakın digər mülkiyyətçisi Maraqlı şəxs tərəfindən satın alınmasından imtina edilməsini, eyni zamanda Maraqlı şəxs tərəfindən mübahisəli daşınmaz əmlakdakı payın naturada ayrılmasına etiraz edilməsini nəzərə alaraq hesab etmişdir ki, qaldırılan iddia əsaslı hesab edilməli, İddiaçı Cavabdeh qarşı olan 295.000 ABŞ dolları məbləğində pul tələbi üzrə tutma Cavabdeh ünvan 1 ünvanında yerləşən 290,9 kv.m. sahəli, 29,6 kv.m. sahəli və 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələrində olan 1/2 nisbətindəki payına yönəldilməli, həmin daşınmaz əmlak açıq hərracdan satılmalı və satışdan əldə olunacaq vəsait hesabına 295.000 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat ekvivalentində iddiaçıya ödənilməlidir. 23.Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi təmin olunduğundan, dövlət rüsumunun tutulması barədə tələb əsaslı hesab edilməli və iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi kimi ödənilmiş 100 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 24.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1, 224.1, 224.2; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 25.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, onun iddiaçıya heç bir borcu yoxdur. Hal-hazırda iddiaçı Azərbaycan Respublikasında deyil. Uzun müddətdir ki, xarici dövlətdə yaşayan bu şəxsi o, heç tanımır. Digər tərəfdən məhkəmə öz qətnaməsi ilə 1/2 pay hüququ ilə ona məxsus olan Bakı şəhəri, Mirzə İbrahimov küçəsiev 18 ünvanda yerləşən 290,90 kv.m sahəli, 29.6 kv.m sahəli və 41.1 kv.m sahəli qeyri-yaşayış sahələrində olan payına tələbi yönəltməsi zamanı həmin əmlakların bugünkü bazar qiymətlərini nəzərə almaması, həmin əmlakların hazırda naturada bölünübbölünməməsi və ya həmin əmlakların naturada bölünə bilməsi məsələsinə diqqət yetirməməsi onun əmlaka hüquqlarını pozur. Həmçinin məhkəmə qətnaməsində göstərilir ki, guya Maraqlı şəxs əmlakları almaqdan imtina etmişdir. Yəni guya satın almaqda üstünlük hüququndan imtina etmişdir. Buna dair isə qətnamədə Maraqlı şəxs hər hansı bir ərizəsinin olması görünmür. Belə bir ərizə və razılıq ümumiyyətlə yoxdur. Çünki əmlakların hazırda naturada bölünməsinə dair məhkəmə mübahisələri gedir. Bu məhkəmələrin nəticlərindən asılı olaraq həmin əmlakların hərracda satılmasına dair məhkəmə mübahisələri olacaqdır. Bu halların mövcud olduğunu bildiyi halda məhkəmənin belə bir qətnamə çıxarması konstitusyon hüquqlarımın pozulmasına səbəb olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 27.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 28.Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, onun məzmumuna uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 29.Məhkəmə kollegiyasının iclasında İddiaçı Xalid oğlunun nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 30.Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 31.Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2- ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 32.Maddə 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 33.Maddə 224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. 34.“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 35.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 37.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 40.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(009)-1276/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 41.Hazırkı iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-818/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Xalid oğlu ilə Yusifova (Abdullayeva) Təyminə Şamil qızı arasında bağlanmış xx.xx.2017-ci və xx.xx.2017-ci il tarixli “Kredit Müqavilələri”nə əsasən 295.000 ABŞ dolları məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsi Yusifova (Abdullayeva) Təyminə Şamil qızından tutulub İddiaçı Xalid oğluna ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. 42.Kollegiya qüvvədə olan məhkəmə qətnaməsinə əsasən cavabdehin iddiaçıya heç bir borcunun olmaması ilə bağlı dəlilini əsassız hesab edir. 43.Həmçinin, qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Maraqlı şəxs arasında birgə nikahları dövründə əldə edilmiş əmlakların bölgüsü aparılmış, digər əmlaklarla yanaşı həmçinin ünvan 1 ünvanında yerləşən 290,9 kv.m., 29,6 kv.m. və 41,1 kv.m. olan qeyri-yaşayış sahələri də ər-arvad arasında bərabər şəkildə bölünmüşdür. Həmin qətnamədən şikayət verilsə də, qətnamə hazırda mübahisə predmeti olan daşınmaz əmlakın bölgüsünə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. 44.Hazırda mübahisənin mahiyyəti ondan ibarətdir ki, qüvvədə olan məhkəmə qətnaməsi ilə təsdiq edilən cavabdehin iddiaçıya olan borcu cavabdeh tərəfindən qaytarılmadığından iddiaçı 295.000 ABŞ dolları məbləğində pul tələbi üzrə tutmanın cavabdehə paylı mülkiyyət hüququ ilə məxsus olan qeyri-yaşayış sahələrindəki payına yönəldilməsini xahiş edir. 45.Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 46.Belə ki, qeyd olunan hüquq normalarına əsasən paylı mülkiyyətçinin başqa əmlakı kifayət etmədikdə, onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsini məhkəmə qaydasında tələb edə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının belə tələb irəli sürməsi qanunvericiliyin tələblərinə uyğundur və onun belə tələblə çıxış etməsi əsaslı hesab edilməlidir. 47.Ümumi mülkiyyət və onun bir növü olan birgə mülkiyyət əşyanın bir vahidlik təşkil edən yeganəliyi və ona mülkiyyət hüququna malik olan subyektlərin çoxluğu deməkdir. Qanunvericilik həm birgə mülkiyyətdəki, həm də paylı mülkiyyətdəki paya mülkiyyətçilərin kreditorları tutmanın yönəldilməsini tələb edə bilər. 48.Normalardan göründüyü kimi əgər əmlakdan payın naturada ayrılmasına digər mülkiyyətçilər etiraz edərlərsə, qanunvericilik bu halda mübahisənin həlli qaydasını da müəyyən etmişdir. Belə ki, belə hallarda kreditor tələb edə bilər ki, borclu mülkiyyətçinin payı onun satın almaqda üstünlük hüquqları olan mülkiyyətçilərə bazar qiymətinə satılsın və əldə edilmiş vəsait hesabına borc ödənilsin. Əgər qalan mülkiyyətçilər payı satın almaqdan imtina edərlərsə, kreditor həmin payı hərracda satılmasını və öz tələbinin təmin edilməsini məhkəmə qaydasında tələb edə bilər. 49.İş materiallarından məhkəmə iclasında maraqlı şəxs, eyni zamanda daşınmaz əmlakın digər paylı mülkiyyətçisi olan Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçilərin paylarına uyğun ayrılmasına etiraz etməsi, eyni zamanda digər mülkiyyətçi Cavabdeh payının satın alınmasından imtina etməsi müəyyən edilmişdir. 50.Kollegiya apellyatorun Maraqlı şəxs hər hansı bir ərizəsinin olmasının görünməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, mülki işin 124-cü səhifəsində Maraqlı şəxs tərəfindən yazılmış və notariat qaydasındə təsdiq edilmiş ərizəsi mövcuddur. 51.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin ödənilməməsi, cavabdehin həmin pulun ödənilməsi üçün başqa əmlakının kifayət etməməsi, borclu mülkiyyətçi olan Cavabdeh payının onu satın almaqda üstünlük hüququ olan əmlakın digər mülkiyyətçisi Maraqlı şəxs tərəfindən satın alınmasından imtina edilməsi, eyni zamanda Maraqlı şəxs tərəfindən mübahisəli daşınmaz əmlakdakı payın naturada ayrılmasına etiraz edilməsi nəzərə alınmaqla iddia tələbi əsaslı hesab edilərək düzgün olaraq təmin edilmişdir. 52.Kollegiya apellyatorun qeyri-yaşayış sahələrində olan payına tələbi yönəltməsi zamanı həmin əmlakların bugünkü bazar qiymətlərinin nəzərə almaması, həmin əmlakların hazırda naturada bölünüb-bölünməməsi və ya həmin əmlakların naturada bölünə bilməsi məsələsinə diqqət yetirməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə kollegiyasının 05 aprel 2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilərək, iş üzrə icraat, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Maraqlı şəxs qarşı “ər-arvad arasında əmlak bölgüsü” (payın naturada ayrılması) tələbinə dair 2(006)-145/2022 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. 53.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(006)-13/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh Maraqlı şəxs qarşı “ər-arvad arasında əmlak bölgüsü” tələbinə dair iddiası baxılmamış saxlanıldığından hazırkı iş üzrə icraat təzələnmişdir. 54.Göründüyü kimi, cavabdeh payın naturada ayrılması ilə bağlı məhkəmədə iddia qaldırsa da, onun özünün ərizəsi əsasında iddia baxılmamış saxlanılmışdır. 55.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnaməmaddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 56.Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu AR MPM-nin 119.1-ci maddəsinə əsasən düzgün olaraq həll edilmişdir. 57.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 58.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 59.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 60.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 2(009)-1276/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar