Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2266/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X15, Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X11, Cavabdeh4, X12 qarşı «mənzildən köçürülmələri üçün birdəfəlik haqq, müvəqqəti yaşayış üçün kompensasiya ödənilməsi, yaşayış sahəsinə 30% əlavə olmaqla yeni tikilən binada yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh3 cavabdeh İddiaçı MMC-yə qarşı «yaşayış sahəsinin əvəzi olaraq 460000 manat kompensasiya ödənilməsi», Cavabdeh5 cavabdeh İddiaçı MMC-yə qarşı «yaşayış sahəsinin əvəzi olaraq 460000 manat kompensasiya ödənilməsi», Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı «yaşayış sahəsinin əvəzi olaraq 54000 manat kompensasiya ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2(009)-1309/2019 saylı qətnaməsindən Cavabdeh2 və X8 hüquqi varisi Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X11, Cavabdeh4, X12 qarşı «mənzildən köçürülmələri üçün birdəfəlik haqq, müvəqqəti yaşayış üçün kompensasiya ödənilməsi, yaşayış sahəsinə 30% əlavə olmaqla yeni tikilən binada yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin istifadəsində olan ünvan 1 ünvanlı torpaq sahəsində qəzalı və yararsız vəziyyətdə olan binaların sökülməsi və yenidən qurulması üzrə tikinti işlərinin aparılmasına mane olan hərəkətlərin və əraziyə insanların daxil olmasının qadağan edilməsi, cavabdehlərin qanunsuz (özbaşına) tikililərin sökülməsi və cavabdehlərin Cəmiyyətin həmin ünvanda tikintisini başa çatdırdığı hündürmərtəbəli binada 30% əlavə olmaqla yaşayış sahəsi ilə təmin edilməklə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC birinci instansiya məhkəməsinə iddia tələblərinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 42-də yerləşən 26,9 kv.m. sahəsi olan 17 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləçək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 20% əlavə olmaqla sahəsi 32,28 kv.m. olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 42-də yerləşən 50,7 kv.m. sahəsi olan 19 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 450 manat kirayə haqqı və 20% əlavə olmaqla sahəsi 60,84 kv.m. olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə hüquqlarına xitam verilməsi, cavabdeh X11 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 42-də yerləşən 51,7 kv.m. sahəsi olan 26 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləçək yaşayış binası hazır olanadək aylıq 450 manat kirayə haqqı və 20% əlavə olmaqla sahəsi 62,04 kv.m. olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 42-də yerləşən 41,95 kv.m. sahəsi olan 26 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləçək yaşayış binası hazır olanadək aylıq 450 manat kirayə haqqı və 20% əlavə olmaqla sahəsi 50,34 kv.m. olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh5 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 42-də yerləşən, payı 40,7 kv.m. sahəsi olan 26 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləçək binası hazır olanadək aylıq 450 manat kirayə haqqı və 20% əlavə olmaqla sahəsi 48,84 kv.m. olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh4 məxsus Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 42-də yerləşən 20,9 kv.m. sahəsi olan 28 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləçək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 20% əlavə olmaqla sahəsi 25,08 kv.m. olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı MMC məhkəməyə iddia tələblərinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh2 Nəsir qızına məxsus Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 42-də yerləşən, payı 19,5 kv.m olan 19 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 20% əlavə olmaqla-sahəsi 23,4 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdeh X12 məxsus Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 42-də yerləşən, payı 31,2 kv.m.olan 19 saylı mənzilinə görə mənzildən köçməsi üçün birdəfəlik 500 manat, yeni tikiləcək yaşayış binası hazır olanadək aylıq 350 manat kirayə haqqı və 20% əlavə olmaqla-sahəsi 37,44 kv.m olan yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı MMC məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, cavabdehlərin hamısına münasibətdə kompensasiya ödənişlərində «20 %» sözləri «30 %» sözləri ilə və «tikiləcək binada» sözləri «həmin sahədə tikilən binada» sözləri ilə əvəz edilərək, cavabdehlərə kompensasiya olaraq veriləcək yaşayış sahələri 30 % əlavə nəzərə alınmaqla aşağıdakı kimi təqdim olunur: Cavabdeh1 34,97 kv.m., Cavabdeh4 27,17 kv.m., Cavabdeh2 Nəsir qızına 25,35 kv.m., cavabdeh X12 40,56 kv.m., cavabdeh X11 67,21 kv.m., Cavabdeh3 54,53 kv.m., Cavabdeh5 52,91 kv.m. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bakı şəhərinin rayonlarının, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarı ilə Səbail rayonu üzrə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən 535 mənzildən ibarət 41 yaşayış binasının sökülməsi və yenidən qurulması qərara alınmışdır. Qərarın icrası ilə əlaqədar Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx xxxxxx 2016-cı il tarixli, 177 saylı sərəncamı ilə ünvan 2 44 ünvanında yerləşən 1-2 mərtəbəli yaşayış binalarının söküntüsü və 0,55 ha ərazidə yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi, sakinlərin köçürülməsi pilot layihə kimi İddiaçınə həvalə edilmişdir. Artıq Cəmiyyət tərəfindən tikinti işlərinə başlanılıb, bir hündürmərtəbəli bina tikilmiş və hazırda bəzək-tamamlama işləri aparılır. Ancaq cavabdehlər tərəfindən qəzalı vəziyyətdə olan evlərin boşaldılmaması bir yana, ərazidə qanunsuz tikintilərin aparılması onlara ciddi maneələr yaradır. Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 42 ünvanda yerləşən binalar qəzalı və yararsız vəziyyətdədir, onlar heç bir texniki normaya cavab vermir, hər an uça bilər. Bu evlər XX əsrin əvvəllərində inşa edilib. Evlər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilmişdir. Təhlükəsizliklə bağlı heç bir müsbət göstərici mövcud deyi, dam örtüyü sıradan çıxıb, tavan, döşəmə işə qəzalı vəziyyətdədir. Mənzil-məişət şəraiti yox dərəcəsindədir. Bu şəraitdə sakinlərin həmin mənzillərdə yaşaması mümkün deyildir. İstismar müddəti keçmiş bu yaşayış evlərinin qəzalı və təhlükəli vəziyyəti ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən xx xxxxxx 2016-cı ildə «ünvan 3 saylı ünvanlarda yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti» haqqında akt tərtib olunmuş, yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəldiyi, fiziki və mənəvi aşınmaya məruz qaldığı, istismar üçün təhlükəli olduğu, təmir-bərpa və gücləndirmə işlərinin aparılmasının texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmədiyi və qəzalı vəziyyətlə əlaqədar bu ünvanda yerləşən yaşayış evlərinin istismarının dayandırılması və sakinlərin təcili olaraq mənzillərdən çıxarılması tədbirlərinin yerinə yetirilməsi qeyd olunmuşdur. Hal-hazırda tikinti ərazisində istifadə olunan inşaat texnikaları, maşınlar-hündür mərtəbədən olan təsir ərazini tərk etməmiş sakinlər üçün ziyanlı nəticələrə səbəb ola bilər. Sakinlər heç bir xərc çəkmədən, onların maliyyə vəsaitinin hesabına yeni yaşayış binası tikilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilir, onlara əvvəlki mənzilləri qarşılığında 15-20% əlavə yaşayış sahəsi əvəzinə, 30% əlavə sahə təklif və təqdim edirlər. Bir sıra sakinlər razılaşma əsasında artıq öz sahələrini onlara təhvil veriblər. Cavabdehlərin ərazini tərk etməməsi isə tərəflərindən tikinti ərazisinin təhlükəsizliyini təmin etmək imkanını məhdudlaşır və yaranmış vəziyyət tikinti işlərinin davam etməsini, mənzillərin tikintisini vaxtında başa çatdırmağı mümkünsüz edir. Bununla digər vətəndaşların da hüquqları və qanuni mənafeləri pozulmaqda davam edir. Tikinti işləri ilə bağlı Cəmiyyət tərəfindən aparılmış hazırlıq işləri zamanı məlum oldu ki, Səbail rayonu, Qurban Abbasov küçəsi, ev 42 ünvanda cavabdehlərin istifadəsində olan bəzi tikililər, həm də özbaşına (qanunsuz) tikililərdir. Baxmayaraq ki, onların bəzilərinin qeydiyyat sənədləri mövcuddur, amma binalar hər hansı memarlıq-şəhərsalma qaydalarına əməl edilmədən tikilmişdir. Ərazi üzrə torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2016-cı il tarixli, 177 saylı sərəncamı ilə, həm də xx xxxx 2018-ci ildə Səbail Rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış «Torpaq sahəsinin icarəyə verilməsi» haqqında müqavilə ilə Cəmiyyətə verilmişdir və bu müqavilə üzrə öhdəliklər daşıyırlar. «Torpaq sahəsinin icarəyə verilməsi» haqqında müqaviləyə əsasən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Qurban Abbasov küçəsi 42, 44; Xanlar küçəsinin əhatə etdiyi ərazidə yerləşən 5500 kv.m. torpaq sahəsini hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün Cəmiyyətə icarəyə verməyi, Cəmiyyət isə hər il 20.350 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. X20 küçəsi, ev 42 ünvanda söküntü və tikinti işlərini apara bilməməsi normativ standartlara uyğun tikiləcək müasir və təmiz şəraitli mənzillərlə təmin olunmaq istəyən və bununla bağlı onlarla müqavilə bağlamağa hazır olan və bağlamış sakinlərin də mənafeyinə ziyan vurur, onları vaxtında və tezliklə yeni yaşayış sahəsinə köçməkdən məhrum edir. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş olunmuşdur. Eyni zamanda, Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia verərək, ünvan 2 mənzil 17 ünvanında yerləşən 27 kv.m. yaşayış sahəsinin əvəzi olaraq hər kvadrat metri 2000 manat məbləğində qiymətləndirilməklə, ümumilikdə 54000 manat məbləğində kompensasiyanın cavabdeh İddiaçı MMC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh5 cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia verərək, ünvan 2 mənzil 26 ünvanda yerləşən 230 kv.m. yaşayış sahəsinin əvəzi olaraq hər kvadrat metri 2000 manat məbləğində qiymətləndirilməklə, ümumilikdə 460000 manat məbləğində kompensasiyanın cavabdeh İddiaçı MMC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh3 cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia verərək, ünvan 2 mənzil 26 ünvanda yerləşən 230 kv.m. yaşayış sahəsinin əvəzi olaraq hər kvadrat metri 2000 manat məbləğində qiymətləndirilməklə, ümumilikdə 460000 manat məbləğində kompensasiyanın cavabdeh İddiaçı MMC tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)- 1309/2019 saylı qətnaməsi ilə (hakim Mədinə Bağırova) ilk iddia tələbləri təmin edilmiş, qarşılıqlı iddialar təmin olunmamışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2 və X8 hüquqi varisi Cavabdeh7 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini, iddianın onlara aid hissələrdə təmin olunmamasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh5 apellyasiya şikayətləri üzrə icraata xitam verilmişdir (həmin şəxslər apellyasiya şikayətlərindən imtina etmişlər). Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətlərini - birinci instansiya məhkəməsinin qətnaməsinin onlara münasibətdə əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi, mülkiyyət hüquqlarının pozulması, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmaması, ədalətli pul kompensasiyası ödənilməli olması, əks halda iddianın rədd olunmalı olması, hüquqlarının pozulması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətlərini əsassız sayaraq,iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən Cavabdeh3 özünə aid apellyasiya şikayətindən imtina etməsinə dair məhkəmə kollegiyasına ərizə göndərməsini,hazırda da özünün verdiyi apellyasiya şikayətindən imtinasının qüvvədə olmasını,iddiaçı ilə mübahisənin məhkəmədən kənar qaydada həll olunmasını göstərərək,cavabdehlər Cavabdeh2 və X8 hüquqi varisi Cavabdeh7 apellyasiya şikayətlərinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh5 özünə aid apellyasiya şikayətindən imtina etməsinə dair məhkəmə kollegiyasına ərizə göndərməsini,iddiaçı ilə mübahisənin məhkəmədən kənar qaydada həll olunmasını göstərərək,cavabdehlər Cavabdeh2 və X8 hüquqi varisi Cavabdeh7 apellyasiya şikayətlərinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,onlar məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də,məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, hazırki vəziyyətdə məhkəmə kollegiyası məhz cavabdehlər MəmmədovaValidəNasirqızının və MəmmədovNəsirCabbaroğlunun hüquqi varisi Cavabdeh7 (bundan sonra,cavabdehlər) apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakiminməruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektivaraşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymətverərəkhesabedirki,apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədələğv olunmalı,iddia həmin hissədə rədd edilməlidir. Belə ki,işdə olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX№0967543 seriyalı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, X26 küçəsində yerləşən 42 saylı evin 17 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İşdə olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA№0283488 seriyalı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, X26 küçəsində yerləşən 42 saylı evin 19 saylı mənzili Cavabdeh2 və X8 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İşdə olan İ-ZJ №145253 saylı, xx.xx.1964-cü il tarixli evlənmək haqqında şəhadətnamədən görünür ki, X17 və X4 xx xxxx 1962-ci il tarixdə nikah bağlamışlar. Bundan sonra arvada «Məmmədova» soyadı verilmişdir. İşdə olan İ-ZJ №792501 saylı, xx.xx.1964-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx xxxxxx 1964-cü il tarixdə Ermənistanın Krasnoselo rayonunda doğulmuşdur, atası X17, anası Cavabdeh7dır. İşdə olan AZ-İ №945516 saylı, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx xxxxxx 2018-ci il tarixdə əvvəllər keçirilən miokard infarktından ölmüşdür. İşdə olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX№0968551 seriyalı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, X26 küçəsində yerləşən 42 saylı evin 28 saylı mənzili Cavabdeh4 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İşdə olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, X26 küçəsi, 42 saylı evin 26 saylı mənzili 51,7 kv.m. payda X9, 40,7 kv.m. payda Cavabdeh5, 41,95 kv.m. payda Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 №-li qərarına əsasən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş yaşayış binalarının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli, 03 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısı X23 ilə «xxxxx» MMC-nin direktoru arasında bağlanılmış, Səbail rayonu İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 177 saylı sərəncamı ilə Qurban Abbasov küçəsi 42, 44; Xanlar küçəsini əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən Şirkət tərəfindən Səbail rayonu Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, 42, 44 saylı ünvanlarda yaşayış binalarının tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. İşdə olan xx xxxxxx 2016-cı il tarixli ünvan 6 saylı ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında aktdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxx 2016-cı il tarixli, 34/04041 nömrəli tapşırığına əsasən ünvan 6 saylı ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə vizual texniki baxış keçirildi və aşağıdakılar müəyyən olundu. Baxış keçirilən İddiaçı MMC-yə ayrılmış 0,12 ha sahə ünvan 6 saylı ünvanda yerləşir. Qeyd olunan ərazi 33 mənzildən ibarətdir. Bu ərazidə yerləşən fərdi yaşayış evləri bir və iki mərtəbəli olmaqla, XX əsrin əvvəllərində inşa edilmişdir. Yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilmişdir. But daşından olan divarlarda keçici çatlar, ağac konstruksiyalarvında çürümələr, beton konstruksiyalarında qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış evləri və mənzillərin mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təşlükəlidir. Yaşayış evlərində və mənzillərdə təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. 1.Yaşayış evlərinin istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; 2.Sakinlərin təcili olaraq mənzillərdən çıxarılması; 3.Qeyd olunan yaşayış binasına gələn bütün kommunikasiya xətlərinin kəsilməsi. 4.Ərazinin şərti olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması; Binada yaranmış vəziyyətin təbii fəlakət və hadisələrlə əlaqəsi yoxdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisəli yaşayış sahələrinin cavabdehlərin xüsusi mülkiyyətində olmasını müəyyən etmiş,lakin onların qəzalı vəziyyətdə olmasına və inzibati orqanların (NazirlərKabineti,Fövqəladə Hallar Nazirliyi,Səbail rayon İH)yuxarıda qeyd olunan müvafiq qərarlarına əsaslanaraq cavabdehlərin mülkiyyətində olan yaşayış sahələrinə dair İddiaçı MMC-nın vəsaiti hesabına aylıq kirayə haqqı verilməklə və gələcəkdə mənzillərin dövlət reyestrində qeydə alınmış qanuni sahələrinə 30% əlavə edilərək İddiaçı MMC-nin vəsaiti hesabına mənzil sahəsi ilə təmin edilməsi şərti ilə cavabdehlərin mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi və İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən fərdi yaşayış evlərinin sökülməsinin sözü gedən MMC-yə həvalə edilməsi tələbini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki,qətnamə yoxlanılan hissədə əsassız olmuş,maddi və prosessual hüquq normalarının tələbləri,həmçinin cavabdehlərin mülkiyyət hüquqları pozulmuşdur. İlkin olaraq qeyd edilməlidir ki,Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyət maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X13rşı» işdə göstərmişdir ki, mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi adətən mülkiyyət hüququna qeyri mütənasib müdaxilə təşkil edir və beləı müdaxiləyə 1 saylı protokolun 1-ci maddəsi ilə haqq qazandırmaq olmaz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Pya X10rşı iş üzrə xx xxxxxx 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda göstərilən Qərarında, həm də Səbail rayon İcra Hakimiyyəti Başçısının sərəncamında olan tələblərinə əsasən pilot layihəyə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitini ödəməlidir. İddiaçı cavabdehlərə mülkiyyətlərinin əvəzinə həmin ərazidə inşa ediləcək hündürmərtəbəli binada yaşayış sahəsi təklif etsə də, təklifin məzmununun cavabdehlərin mənafeyinə uyğunluğu müəyyən edilmir. Həmçinin istər irəli sürülmüş iddia tələbi, istərsə də birinci instansiya məhkəməsinin mövqeyi cavabdehlərin mülkiyyət hüququnun ədalətli əvəzi (kompensasiyası) qismində çıxış etməmiş, bununla da mülkiyyət hüquqlarına əsassız müdaxilə baş vermişdir. İddiaçı qanunvericiliyin tələbləri çərçivəsində mülkiyyətçilərlə razılıq əldə etməmiş, həmçinin məhkəmə kollegiyasının da vaxt verməsinə baxmayaraq mübahisənin həlli istiqamətində hər hansı razılıq əldə olunmamışdır. Eyni zamanda, mübahisəli yaşayış sahələrinin ölçüsünün faktiki olaraq daha artıq olmasına baxmayaraq, cavabdehlərə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahəyə (25,35 m2 və 40,56 m2) əlavə 30 faiz əlavə olmaqla yeni mənzil verilməsi barədə tələb irəli sürülmüşdür ki, bu da özü-özlüyündə mülkiyyətin əvəzinin ədalətli kompensasiyası kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında və Səbail rayon İcra Hakimiyyətinin sərəncamında qeyd olunan göstərişlərə uyğun olmayan tələblər, yəni ədalətli kompensasiya ilə təmin edilmədən və mülkiyyətçilərlə razılığı müvafiq müqavilə ilə şərtləşdirilmədən hazırki tələb əsaslı hesab edilə bilməz. Əks hal, mülkiyyət hüququnun kobud surətdə pozulması ilə nəticələ bilər ki, bu da istər milli, istərsə də beynəlxalq hüquq normalarının, həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsinə zidd olardı. Bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçının müvafiq torpaq sahələri üzərində əmlak hüquqları da dövlət qeydiyyatına alınmamışdır (işdə bununla bağlı hər hansı sübut mövcud deyildir). İddiaçı ilə Səbail rayon İH arasında müvafiq müqavilənin bağlanması faktı da vəziyyəti dəyişdirmir. Çünki, Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına almır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Torpaq Məcəlləsinin 67.3-cü maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşmmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqlarm dövlət qeydiyyatına alınması məcburidir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır Göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaq sahələri üzərində də hüquqların dövlət qeydiyyatına alınmalı olmasını məcburi qaydada müəyyən etmişdir. Həmçinin, iddiaçının istinad etdiyi, inzibati orqanların müvafiq qərarları özüözlüyündə dövlət ehtiyacını (torpaqların alınmasını zəruri edən dövlət ehtiyacını və həmin torpaqları alan orqanı müəyyən etmir) ehtiva etmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf cavabdehlərin yaşayış sahələrinin qəzalı vəziyyətdə olması ilə bağlı müvafiq akta istinad edir, lakin həmin akt isə cavabdehlərin mülkiyyətində olan sahələrin qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsız olması və təhlükəli vəziyyətdə olmasını təsdiq edən sübut kimi qəbul olunan bilməz. Hətta həmin aktın sübut kimi qəbul edilməsi mümkün hesab edildiyi halda belə hazırkı iddia üzrə iddiaçının həmin əsasla iddia tələbi irəli sürməsi yolverilən deyildir. Çünki həmin əsasla tələb irəli sürmək hüququ müvafiq icra hakimiyyəti orqanına aiddir. Müvafiq icra hakimiyyəti ilə bağlanmış icarə müqaviləsi tələb hüququnun hazırkı iddiaçıya keçməsi əsası kimi qəbul oluna bilməz. Mənzil Məcəlləsi isə qəzalı vəziyyətdə olan yaşayış sahələri ilə bağlı müvafiq hüquqi tənzimləməni müəyyən etmişdir. Belə ki, Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə görə, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qəza vəziyyətinə düşmüş mənzilin (yaşayış binasının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına razılıq alınması üçün bu Məcəllənin 24.2.1-ci maddəsinə müvafiq olaraq verilmiş ərizədə mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması göstərilməli, razılaşdırmanı həyata keçirən orqan isə bu müraciətə ən qısa müddətlərdə, lakin 10 gündən gec olmayaraq baxmalıdır. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Göründüyü kimi, hazırki iddia tələbi qeyd edilən hüquq normasının dispozitiv şərtlərinə uyğun olmamaqla, onunla ziddiyyət təşkil edir. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir: - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb» Məhkəmə kollegiyası işin faktiki hallarını, işdə olan sübutları, qanunvericiliyin və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin (konvensiyanın) normalarını, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin president təcrübəsini (oxşar işlər üzrə mövqeyini) nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi əsassız olmaqla yanaşı,mülkiyyətin ədalətli əvəzinə (kompensasiyasına)yönəlməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış,iddianı yoxlanılan hissədə təmin etməklə səhv nəticəyə gəlmişdir. Bu hal isə MPM-nin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğv edilməsi üçün tam əsasdır. Göründüyü kimi iddiaçı yoxlanılan hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki,MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissədə təmin olunmamaldır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «mənzildən köçürülmələri üçün birdəfəlik haqq, müvəqqəti yaşayış üçün kompensasiya ödənilməsi, yaşayış sahəsinə 30% əlavə olmaqla yeni tikilən binada yeni və təmirli mənzil kompensasiyası verilməklə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi» tələbinə dair ilk, həmçinin Cavabdeh3 cavabdeh İddiaçı MMC-yə qarşı «yaşayış sahəsinin əvəzi olaraq 460000 manat kompensasiya ödənilməsi», Cavabdeh5 cavabdeh İddiaçı MMC-yə qarşı «yaşayış sahəsinin əvəzi olaraq 460000 manat kompensasiya ödənilməsi», Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı «yaşayış sahəsinin əvəzi olaraq 54000 manat kompensasiya ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)-1309/2019 saylı qətnaməsindən Cavabdeh2 və X8 hüquqi varisi Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)- 1309/2019 saylı qətnaməsi yoxlanılan hissədə (cavabdehlər Cavabdeh2 və X8 hüquqi varisi Cavabdeh7 aid hissələrdə) ləğv edilsin, iddia həmin hissələrdə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2266/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2266/2020
02.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver