Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-227/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/2021 saylı, 01.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə öhdəliyin tam icra olunmadığına görə “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 12.47 kv.m təmirli sahənin dəyəri olan 27434 (iyirmi yeddi min dörd yüz otuz dörd) manat pul məbləğinin, 5000 manat məbləğində mənəvi zərərin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/2021 saylı, 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin 20.000 manat müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında 07.03.2017-ci il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun dövlət notariusu X2 tərəfindən təsdiq edilmiş müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, təhlükəli vəziyyətdə olan 2 mərtəbəli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməli və bu ünvanda yerləşən B2 blokunun 3-cü mərtəbəsindən təmirli, bir otaqlı, ümumi tikinti sahəsi 53.82 kv.m olan 110 nömrəli mənzili ‘‘Mülkiyyətçinin”, yəni iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürür. Hazırda müqavilədə qeyd edilən binanın tikintisi başa çatmaq üzrədir və şərtlərə uyğun olaraq iddiaçıya bir otaqlı mənzil ayrılmışdır, lakin ona verilən mənzilin sahəsi nəzərdə tutulandan 12.47 kv.m daha azdır. İddiaçının yanaşmasına görə rayon məhkəməsi iş üzrə materialları, müqavilənin şərtlərini və real vəziyyəti nəzərə almamışdır. Rayon məhkəməsinin qərarında iddia təlbinin rədd edilməsi əsaslarından biri kimi mənzilin hələ iddiaçının mülkiyyətinə verilməməsi qeyd edilir. İddiaçının yanaşmasına görə mənzil ona müvafiq sənədlər əsasında təhvil verilməsə də, o faktiki sahibliyə malikdir. Həmçinin Cavabdeh MMC tərəfindən verilmiş plan-sxem iş materiallarına əlavə edilmişdir. Əlavə ödənilən pula görə verilmiş kassa mədaxil orderində isə pulun təyinatı ilə yanaşı ona ayrılmış mənzil konkret olaraq göstərilmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil çıxış apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi A.Musayev apellyasiya şikayəti ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Sübutların tədqiqi: İddiaçı ilə Cavabdeh MMC arasında imzalanmış 07.03.2017-ci il tarixli müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MMC Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 259 nömrəli reyestr kitabının 25274 saylı vərəqində **********27- 05101-093003 resyestr, ********* qeydiyyat nömrəsi ilə verilmiş reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, təhlükəli vəziyyətdə olan 2 mərtəbəli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən mülkiyyətçi İddiaçı məxsus ümumi sahəsi 29.2 kv.m olan 1 otaqlı mənzilə görə 85.4% artıq, B2 blokunun 3-cü mərtəbəsindən təmirli, bir otaqlı, ümumi tikinti sahəsi 53.82 kv.m olan 110 nömrəli mənzili ‘‘Mülkiyyətçinin”, yəni iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 2.2.3-cü bəndində və 2.2.4-cxü bəndində qeyd edilmişdir ki, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənzili təmir edib “mülkiyyətçi”yə təhvil veriləcək. Hər hansı səbəb üzündən tikinti işləri müqavilə müddətində başa çatdırılmadığı təqdirdə bu müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin müddətini mənzil təhvil verilən vaxta qədər uzadılmasını təmin etmək Cavabdeh MMC-nin hüquq və vəzifələrinə aiddir. Xətai RPİ tərəfindən 17 aprel 2010-cu il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Kommersiya qurumlarının dövlət reyesteri məlumatlarından görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 3rkəzi” MMC-nin 08.12.2020-ci il tarixli QXM356/M məktubuna əsasən tərtib edilmiş qiymətləndirmə rəyinə əsasən ünvan 4 ünvanında inşa edilmiş binada təmirli vəziyyətdəki 1 kv.m tikilinin dəyəri müəyyən edilərək bu dəyər 1kv.m üçün 2600.00 (iki min altı yüz) manat təşkil edir. Mülki iş materiallarında olan 11 sentyabr 2020-ci il tarixli Mədaxil Qəbzinin surətindən görünür ki, ididaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx) qəpik məbləğində xidmət haqqı ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4319/2021 saylı, 26.05.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə kompleks məhkəmə-tikinti və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdu:
1. ünvan 1, 110 saylı mənzilin ümumi sahəsinin ölçüsü müəyyən edilsin.
2. ünvan 1-də yerləşən mənzillərin təmirli vəziyyətdə 1 kv.m sahəsinin qiyməti müəyyən edilsin. "xxxx" MMC-nin 14/0775 saylı, 17.06.2021-ci il tarixli rəyinə əsasən, 1-ci sual üzrə, ünvan 1, 110 saylı mənzilin ümumi sahəsinin 40,44 kv.m təşkil etdiyi bildirilmiş, 2-ci sual üzrə, ünvan 1-də yerləşən mənzillərin təmirli vəziyyətdə 1 kv.m sahəsinin 17.06.2021-ci il tarixə hesablanmış bazar dəyərinin 2400-2500 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10.02.2022-ci il tarixli, 10/6478 saylı ekspert rəyindən görünür ki, ünvan 1, 110 saylı mənzilin ümumi tikinti sahəsi 53,6 kv.m və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla mənzilin ümumi sahəsi 41,81 kv.m təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, tərəflər arasında 07.03.2017-ci il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda təsdiq edilmiş müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhəri ərazi idarəsi tərəfindən 259 nömrəli reyester kitabının 25274 saylı vərəqində **********27- 05101- 093003 reyester, ********* qeydiyyat nömrəsi ilə verilmiş reyesterdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, təhlükəli vəziyyətdə olan 2 mərtəbəli yaşayış binasının söküntüsü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildən mülkiyyətçi İddiaçı məxsus ümumi sahəsi 29.2 kv.m olan 1 otaqlı mənzilə görə 85.4% artıq, B2 blokunun 3-cü mərtəbəsindən təmirli, bir otaqlı, ümumi tikinti sahəsi 53.82 kv.m olan 110 nömrəli mənzili “mülkiyyətçinin”, yəni iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edir ki, hazırda müqavilədə qeyd edilən binanın tikintisi başa çatmaq üzrədir və şərtlərə uyğun olaraq iddiaçıya bir otaqlı mənzil ayrılmışdır, lakin ona verilən mənzilin sahəsi nəzərdə tutulandan 12.47 kv.m daha azdır. Hazırkı iddia ərizəsinin məzmunundan, eləcə də işin faktiki hallarından müəyyən olunur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-nin birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4319/2021 saylı, 26.05.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə kompleks məhkəmə-tikinti və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdu:
1. ünvan 1, 110 saylı mənzilin ümumi sahəsinin ölçüsü müəyyən edilsin.
2. ünvan 1-də yerləşən mənzillərin təmirli vəziyyətdə 1 kv.m sahəsinin qiyməti müəyyən edilsin. "xxxx" MMC-nin 14/0775 saylı, 17.06.2021-ci il tarixli rəyinə əsasən, 1-ci sual üzrə, ünvan 1, 110 saylı mənzilin ümumi sahəsinin 40,44 kv.m təşkil etdiyi bildirilmiş, 2-ci sual üzrə, ünvan 1-də yerləşən mənzillərin təmirli vəziyyətdə 1 kv.m sahəsinin 17.06.2021-ci il tarixə hesablanmış bazar dəyərinin 2400-2500 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10.02.2022-ci il tarixli, 10/6478 saylı ekspert rəyindən görünür ki, ünvan 1, 110 saylı mənzilin ümumi tikinti sahəsi 53,6 kv.m və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla mənzilin ümumi sahəsi 41,81 kv.m təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, sonuncu ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 1, 110 saylı mənzilin ümumi tikinti sahəsi 53,6 kv.m təşkil edir. Tərəflər arasında bağlanmış 07.03.2017-ci il tarixli müqavilədə isə iddiaçıya verilməli mənzilin ümumi tikinti sahəsi 53.82 kv.m müəyyən edilmişdir. Kollegiya bildirir ki, bu da cüzi (53,82-53,6=0,22) olmaqla, aparılan suvaq işləri və sair ilə bağlıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə kollegiyası hazırkı iddia tələbi ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, bu mübahisələr zamanı nəzərə alınmalıdır ki, çoxmənzilli binalarda mənzil tikintisini həyata keçirən mülki münasibətlərin özəl subyetləri (MTK, MMC, fərdi sahibkar və s.) üçün mənzilin sahəsinin müxtəlif cür təsnifatlandırılmasının və onun müəyyən sahələrinin müxtəlif təyinat (sanitar qovşağı, mətbəx, dəhliz, balkon, yığnaq yeri, eyvan, soba altı, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr və s.) üzrə istifadə olunmasının hər hansı əhəmiyyəti ola bilməz, çünki, mənzili inşa edən (tikən) satıçı (podratçı) üçün həmin sahələrin fərqli təsnifatlanması və müxtəlif məqsədlər üçün istifadə olunmasının, həmin sahənin hazırlanmasına sərf edilən (tikinti materialları və işçi qüvvəsi) məsrəflər baxımından hər hansı bağlılığı yoxdur. Başqa sözlə desək, mənzili tikən tərəfindən mənzilin yaşayış sahəsində olduğu kimi, elə sanitar qovşaq, mətbəx, dəhliz, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr və s. üçün də eyni məsrəfləri çəkilir. Demək ki, mənzilin ümumi sahəsi müəyyənləşərkən, alıcı tərəfindən mənzilin sahələrinin hansı məqsədlə istifadə edilməsinin və bu vaxt həmin sahələrin müxtəlif cür təsnifatlandırılması əhəmiyyəti ola bilməz. Bununla da müəyyən olunur ki, rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuş, və mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya hazırkı iddia tələbini təmin etməməkdə haqlı olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməli, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri iddiaçıdan tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı Elsəvər qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/2021 saylı, 01 fevral 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına, 300 (üç yüz) manat "xxxx" MMC, H/h: № AZ33İBAZ********************, VÖEN: **********, Benefisiar alan bank: "xxxx" ASC Yasamal filialı, Kodu: 805562, VÖEN:**********, Müxbir hesab: AZ03NABZ013501**********2944, S.W.İ.F.T BİK: İBAZAZ2X hesabına İddiaçı Elsəvər qızına tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev