Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2273/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İstehsalat X1 qarşı zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair ilkin, X5 İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: zərərin əvəzinin və borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 dekabr 2023-ci il tarixli, e- 2(008)- 5779/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış 04 avqust 2023-cü il tarixli AKX- 05593xx/xx-2023 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir.
2. Təbii X7nın pozulması haqqında 29 dekabr 2016-cı il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi akşar edilmişdir.
3. Təbii X7nın pozulması haqqında 13 yanvar 2017-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi akşar edilmişdir.
4. Təbii X7nın pozulması haqqında 22 fevral 2017-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi akşar edilmişdir.
5. Təbii X7nın pozulması haqqında 27 mart 2017-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi akşar edilmişdir.
6. Təbii X7nın pozulması haqqında 08 may 2017-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi akşar edilmişdir.
7. Təbii X7nın pozulması haqqında 28 iyul 2017-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi akşar edilmişdir.
8. Təbii X7nın pozulması haqqında 05 oktyabr 2017-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və mənzildə 1 ədəd sayğacdan kənar dəmir soba akşar edilmişdir.
9. Təbii X7nın pozulması haqqında 15 mart 2018-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın giriş klapanının qırıq vəziyyətdə olduğu, çıxış membranında dəlik akşar edilmişdir.
10. Təbii X7nın pozulması haqqında 31 yanvar 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni istifadə etməsi akşar edilmişdir.
11. Təbii X7nın pozulması haqqında 28 fevral 2019-cu il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi akşar edilmişdir.
12. Təbii X7nın pozulması haqqında 31 yanvar 2020-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar 15 mm-lik rezin boru vasitəsilə qeyri-qanuni istifadə etməsi akşar edilmişdir.
13. Təbii X7nın pozulması haqqında 30 iyul 2020-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh evində quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi akşar edilmişdir.
14. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 462,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 317,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 166,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 180,40 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 77,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 670,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 853,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 540 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 388,80 manat məbləğində zərər hesablanmışdır. Bundan başqa, Cavabdeh debitor borcu 3139.62 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı İB-nə vurulmuş 4092,20 manat dəymiş ziyanın, sayğac vasitəsilə istifadəyə görə yaranmış 3139.62 manat debitor borcun və 92,32 manat dövlət rüsumunun, cəmi 7324,14 manat məbləğində pulun Cavabdeh İddiaçı İB-nin xeyrinə məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
16. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent arasında 04 avqust 2023cü il tarixdə «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner G-4 Smart **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin Müqavilənin və “X7”nın tələblərinə əməl etmək və “X7”nın 6.5-ci bəndinin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X7nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında ümumilikdə 4092,20 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin istifadə etdyi qaz sərfiyyatına görə 3139.62 manat debitor borcu məbləğində borc yaranmışdır. Cavabdeh tərəfindən İddiaçı İB-nə ödənilməli borc məbləği hazırda ümumi olaraq 7231.82 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
17. Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında abonent kodu **********00000 olan qaz sayğacına İddiaçı tərəfindən 29 dekabr 2016-cı il tarixli ******* saylı akt əsasında 4525 kubmetr; 13 yanvar 2017-ci il tarixli ******* saylı akt əsasında 1588 kubmetr; 22 fevral 2017-ci il tarixli ******* saylı akt əsasında 1008 kubmetr; 27 mart 2017-ci il tarixli ******* saylı akt əsasında 832 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 902 kubmetr; 28 iyul 2017-ci il tarixli ******* saylı akt əsasında 504 kubmetr; 05 oktyabr 2017-ci il tarixli ******* saylı akt əsasında 386 kubmetr; 03 mart 2018-ci il tarixli ******* saylı akt əsasında 3352 kubmetr; 13 yanvar 2019-cu il tarixli ******* saylı akt əsasında 8532 kubmetr; 28 fevral 2019-cu il tarixli ******* saylı akt əsasında 1332 kubmetr; 08 yanvar 2020-ci il tarixli ******* saylı akt əsasında 5400 kubmetr; 30 iyul 2020-ci il tarixli ******* saylı akt əsasında 3888 kubmetr qaz itkisinə görə dəymiş ziyan kimi hesablanmış 4092.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
18. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı ev onun adınadır və həyat yoldaşı ilə birlikdə həmin evdə yaşayır. Həmin ünvanda quraşdırılmış abonent kodu **********00000 olan mexaniki tipli qaz sayğacı onun istifadəsindədir. Həmin sayğac onun adınadır. Sayğac bu günə kimi bir neçə dəfə İddiaçı tərəfindən dəyişdirilmişdir. Bu yaxınlarda ərazi qaz nəzarətçisi ona mexaniki qaz sayğacına istehlak etdiyi qazın sərfiyyatına dair bildiriş vermişdir. Həmin bildirişdə istehlak etdiyi qaz sərfiyyatına görə borcdan əlavə borc da yazılmışdır. O, ərazi qaz nəzarətçisindən borcun hansı əsasla yazıldığını soruşduqda o, İddiaçınə müraciət etməli olduğunu bildirmişdir. O, bu yaxınlarda İddiaçınə müraciət edərək, ona yazılan borcun səbəbini soruşmuşdur. Orada ona bildirmişlər ki, guya o, qaz xəttinə qanunsuz müdaxilə etmiş və buna görə dəymiş ziyan olaraq 4092.20 manat borc hesablanmışdır. İddiaçı tərəfindən həmin aktlar ona təqdim edilmişdir. Həmin aktlara baxarkən müəyyən etmişdir ki, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 4525 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 1588 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 1008 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 832 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 902 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 504 kubmetr; xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 386 kubmetr; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 3352 kubmetr; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 8532 kubmetr; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 1332 kubmetr; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 5400 kubmetr; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 3888 kubmetr qaz itkisinə görə ondan ümumi olaraq 4092.20 manat pul tələb olunur. Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı ona qaz xəttinə qanunsuz müdaxilə olunan yerin fotoşəkillərini təqdim etdi. O, fotoşəkillərə baxıb həmin yerin onun evinə aid olmadığını bildirmişdir. Bildirmişdir ki, sayğac onun evinə aid olsa da, həmin şəkillərdə qanunsuz müdaxilə yoxdur, əlavə çəkilən şəkillərin onun sayğacına heç bir aidiyyətinin olmadığını və əsassız yazılan aktların ləğv olunmasını tələb etmişdir. O, Azəriqaz” İstehsalat Birliyinin əməkdaşına bildirmişdir ki, sayğaca və qaz xəttinə heç vaxt müdaxilə etməmişdir, evinin sayğacı küçədə quraşdırılıb. Qaz xəttinə müdaxilə etmək qeyrimümkündür. Həmin fotoşəkillərin onun sayğacına heç bir aidiyyəti yoxdur. Azəriqaz” İstehsalat Birliyi istehlak etdiyi qazın dəyəri olaraq əlavə 3139.62 manat borc tələb edir. O, həmin ödənişləri ərazi qaz nəzarətçisinə ödəmişdir. Onun qaz sayğacı işlədiyi halda və həmin sayğac əsasında istehlak olunan qaz sərfiyyatına görə borcu yarandığı halda Azəriqaz” İstehsalat Birliyinin guya qaz xəttinə qanunsuz müdaxiləyə görə əsassız aktlar tərtib etməsi ədalətsizlikdir və heç bir həqiqəti əks etdirmir.
19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 dekabr 2023-ci il tarixli, e- 2(008)-5779/2023 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin olunmuş, Cavabdeh 462,60 manat dəymiş zərər, 3139,62 manat debitor borc olmaqla, cəmi 3602.22 manat məbləğində borc və 56,02 manat dövlət rüsumu tutularaq İddiaçı bank hesabına ödənilməsi qət edilmiş, qalan hissəsə ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı tərəfindən ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına (Cavabdeh **********00000 saylı abunə koduna) hesablanmış 3629,60 manat məbləğində borcun silinməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Qətnamənin əsaslarına görə, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən 15 mart 2018-ci il tarixli ******* saylı akt əsasında cavabdehin abunə koduna hesablanmış 670,40 manat zərərin tutulması barədə iddia tələbi rədd edilməlidir. Təbii X7nın pozulması haqqında aktlar əsasında hesablanmış 3629.60 manat məbləğində zərərin ödənilməsi hissəsində ilkin iddia tələbi əsassız hesab edilmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 551.2.1, 560.1, 560.2, 560.3.5.2-ci maddələrinə, “X7nın” 1.1, 1.3, 1.4, 3.4.1, 6.5, 6.6, 6.7, -ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı İB qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni ilk iddia tələbinin təmin edilməyən, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsinə və ilkin iddia tələbinin rədd edilən hissədə də təmin edilməsinə və qarşılıqlı iddia tələbinin təmin edilən hissədə də rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Şikayətin dəlillərinə görə, Mülki Məcəllənin 18-ci fəslindəki 375.2-ci maddəsinə əsasən isə iddia müddəti yalnız mübahisə tərəfinin verdiyi ərizə əsasında tətbiq edilir. Hazırki işdə isə mübahisə tərəfinin müddətin tətbiqinə dair ərizəsi yoxdur. Buna baxmayaraq məhkəmə yenə də hazırki işə Mülki Məcəllənin 551-ci maddəsini tətbiq etmişdir. Bu hal isə maddi hüquq normasının pozulmasıdır. Qeyd olunan qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulmasımülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamə, abonent saldosu) cavadeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Bildirmək istəyirəm ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Bildiririk ki, birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələbimizi tam təmin edərdi. Belə ki, əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən və məhkəməyə təqdim edilmiş fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Cavabdeh məhkəməyə iddiaya qarşı etirazını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilmiş iddia tələbimizi qismən təmin etmişdir. Cavabdehə aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi, təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktlarla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən mübahisəli ünvana baxış keçirilmiş və heç bir qanunsuz müdaxilə və ya müdaxiləyə dair iz aşkar edilməmişdir. Onun yaşadığı ünvanla fotoşəkillər arasında aparılmış və heç bir uyğunluq aşkar edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
27. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydaları: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 aprel 2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. ... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayəti ilə qətnamənin qismən – ilkin iddia tələbinin rədd olunduğu hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə ilkin iddia üzrə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə ilkin iddianın təmin olunan və qarşılıqlı iddianın təmin olunmayan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə ilkin iddianın rədd olunan və qarşılıqlı iddia tələbinin təmin edilən hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
34. İlkin olaraq məhkəmə kollegiyası onu qeyd edir ki, mübahisə predmeti olan aktlar 2016-2020-ci illəri əhatə etdiyindən 27. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” qaydalarının qətnamənin 27-28-ci bəndlərində qeyd olunan normaları tətbiq edilməlidir.
35. İşdən müəyyən olunur ki, cavabdeh aktlar əsasında iddiaçı tərəfindən sayğaca kənar müdaxilə edildiyinə istinad etmişdir. Lakin, iddiaçının bu təqsirli hərəkətlərinin heç biri müəyyən edilmir, bu hal işdəki sübutların məcmusu ilə təsdiq olunmur. Nəzərə alınmalıdır ki, akt iddiaçı tərəfindən imzalanmamış, aktın hazırlanmasına hal şahidləri cəlb edilməmiş, akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Yəni, aktın tərtibində qanunvericiliyin tələblərinə riayət edilməmişdir.
36. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X7”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
37. Bundan əlavə, iş materiallaına əlavə edilmiş fotoşəkillərin nə vaxt, hansı ünvanda çəkilməsi, qanunsuz qoşulma faktını hansı formada əks etdirdiyi, əgər həqiqətən aktların tətibi zamanı çəkilmişsə hansı fotoşəkilin hansı aktın tərtibi zamanı çəkildiyi və s. hallar müəyyən edilmədiyindən mötəbər sübut kimi qanunuz qoşulma faktını müəyyən edə bilməz.
38. Bundan başqa, iş materiallarında olan abonent saldosunu nəzərdən keçirərək görünür ki, aktların tərtib olunduğu dövrlərdən sonra sərfiyyatda artım olmamışdır. Qeyd olunan xüsusat qanuni tərəfdən əsas hesab olunmasa da, daxili inam baxımından tərtib olunmuş aktların düzgün olmadığı qənaətinə gəlməyə əsas verir.
39. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 dekabr 2023-ci il tarixli, e- 2(008)- 5779/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 dekabr 2023-ci il tarixli, e- 2(008)- 5779/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.