Məhkəmə qərarları › İş №2(103)-2281/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2281/2022

28.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2281/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Həsənovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin N4.1N.N0N1-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat maddi ziyan, 5000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası CM-nin N63.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs Cavabdeh Nəsimi rayon məhkəməsinin hökmü ilə cinayət cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvəsində saxlamışdır. Ona görə də onun tərəfindən edilmiş avtoqəza nəticəsində ona maddi və mənəvi zərər vurduğuna görə bu mülki iddia ərizəsini təqdim edir. Məhkəmənin hökmünə əsasən 19 aprel N0N0-ci il tarixdə, gecə saat NN:00 radələrində Cavabdeh, idarə etdiyi “London taxi tx4 minik” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “X14” Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni o, Nəsimi rayonu Bakıxanov küçəsi ilə Məmmədquluzadə küçəsinin kəsişməsində hərəkətdə olarkən orada xidmət aparan Nəsimi RPl-nin N0-ci PB-nın cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X1 və Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu X5 vurması ilə bağlı toplanmış material, əsas isə Xəyal Allahverdiyevin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, təpə nahiyəsinin kəsilmiş yarası, sol döş qəfəsinin yumşaq toxumasının əzilmiş yarası xəsarətləri ilə N0 aprel N0N0-cil il tarixdə saat 00:N5-də DİN-nin hospitalına daxil olmaları olmuşdur. O, Daxili Qoşunların N saylı hərbi hissəsinin 3-cü xüsusi vasitələrin tətbiqi bölməsinin xüsusi vasitələrin tətbiqi qrupunun 1-ci yarımqrupunda metromüşahidəçi vəzifəsində xidmətdə idi. Məhkum şəxs Cavabdeh ifadəsi: “o, son 5 ildə “Bakı Taksi Xidməti" MMC-yə məxsus **-TH-*** dövlət qeydiyyat nişanlı “London taxi tx4 minikN" markalı avtomobili idarə edir. Mobil həmişə onda qalır. 19 aprel N0N0-ci il tarixdə saat NN:00 radələrində şəhərin A.Bakıxanov körpüsündən sonra “Türkiyə Cumhuriyyəti” səfirliyi istiqamətində ilk işıqforu keçdikdən sonra yolun sağında polis avtomobillərini görmüşdür. Həmin vaxt karantin rejimi ilə bağlı yoxlanış postunun olduğunu fikirləşib yolun sağında dayanmış polis əməkdaşlarına baxmışdır. Bu zaman yolun sol tərəfində olan, bir nəfər polis əməkdaşını və Daxili Qoşunların hərbçisini görməmiş, anidən daxili qoşunların hərbiçisini görmüş, həmin vaxt dərhal əyləci basmış, lakin onu Daxili Qoşunların avtomobilin ön hissəsi ilə vurmuş və idarəetməni itirərək təxminən 8-10 metr qabağa getdikdən sonra yolda dayanmış polis əməkdaşını avtomobilin ön hissəsinin sol tərəfi ilə vurmuşdur. Onları qəfildən görmüş və artıq çox gec olduğu üçün hadisənin qarşısını ala bilmişdir. Avtomobildə və avtomobilin işıqlandırma sistemində heç bir nasazlıq olmamışdır, ikinci piyadanı vurduqdan avtomobilin sürətini minimum hədə endirməmiş, etiraf edir ki, bu onun səhvi olmuşdur, ikinci piyadanı vurduqdan sonra avtomobili dayandırmışdır. Göründüyü kimi, o, əvvəlcə onu avtomobilin sağ tərəfi ilə vurmuş, sonra isə avtomobilin sol ön hissəsi ilə polis zabitini vurub ağır xəsarətlər yetirmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində ona külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. O hələ də yataq xəstəsidir. Müalicələrinə külli miqdarda pul xərcləyir. Belə ki, qəza nəticəsində ona ümumilikdə 5000 manat məbləğində ziyan dəyməsi müəyyən olunmuşdur. Bundan başqa hüquqlarının müdafiə-təmsil olunması üçün vəkillə müqavilə bağlamışdır. ibtidai istintaqda 330 manat vəkil bürosuna pul ödəmiş, 30 manat da dövlət rüsumu ödəmişdir, Həmin pul da cavabdehdən tutulub ona verilməlidir. Cavabdeh hüquqazidd hərəkətləri ilə ona həm də mənəvi zərər vurmuşdur. Belə ki, avtoqəza nəticəsində onsuz da bərk sarsılmışdır, əsəb gərginliyi, ruhi sarsıntı keçirib, qəzanın və ona qarşı irəli sürülən yalan ittihamların yaratdığı depressiyadan çıxmaq üçün uzun müddət müalicə və reabilitasiya kursları keçmişdir və keçir. Cavabdehin qanunsuz hərəkətləri içərisində ona dəymiş mənəvi zərəri 5000 manat məbləğində dəyərləndirir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin N4.1N.N0N1-ci il tarixli, N(006)-6684/N0N1 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 3000 manat maddi ziyan, 1000 manat mənəvi zərər və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının onun əməlləri və törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona 5.000 manat məbləğində maddi zərərin dəyməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməməsinə, həmçinin, iddiaçıya Daxili İşlər Nazirliyi tərəfindən 3000 manat pulun, bundan əlavə sığorta tərəfindən isə 5000 manat məbləğində pulun ödənilməsini, həmçinin iddiaçının reseptlər, müayinə nəticələri və sair kimi sübutları məhkəməyə təqdim etməməsini nəzərə almadan ondan 3000 manat maddi ziyan, 1000 manat isə mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə yanlış nəticəyə gəlmişdir. İddiaçı ona maddi və mənəvi zərərin dəyməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə isə bu cür sübutların məhkəməyə təqdim edilməməsinə baxmayaraq, iddianı qismən təminn etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, onun hadisə vaxtı idarə etdiyi taksi avtomobili icbari qaydada sığorta olunduğundan, iddiaçı «Qala Sığorta» SŞ-nə müraciət edərək sığorta ödənişini ala bilər. Onun maddi imkanı olmadığından, hadisədən sonra iddiaçıya maddi yardım edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, iddiaçı onun oğludur. Baş vermiş yol nəqliyyat hadisəsindən sonra oğlu Rabil aldığı xəsarətlər nəticəsində əlil olmuşdur və səhhəti ilə əlaqədar işdənazad edilmişdir. Onun müalicəsi halhazırda da davam edir. Lakin maddi imkanları olmadığından müalicəni davam etdirə bilmirlər. Hadisədən sonra ona cavabdeh tərəfindən heç bir köməklik göstərilməmiş, sığorta və s. ödənişlər edilməmişdir. Yalnız oğlunun işlədiyi təşkilatdan son haqq hesab verilmişdir. Oğlunun müalicəsinə külli miqdarda pul xərcləmişdir və hal-hazırda da xərcləməkdə davam edir. Oğlu əməliyyat olunmalıdır, lakin maddi imkansızlıq ucbatından bunu edə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 37N.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37N-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 37N.1 və 37N.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” N0 may N011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37N.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 37N.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37N.1 və 37N.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının N8 sentyabr N0N0-ci il tarixli qərarınını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin N4.1N.N0N1-ci il tarixli, N(006)-6684/N0N1 saylı qətnaməsi qismən ləğv edilməli, cavabdehdən iddiaçıya ödənilməli olan maddi ziyanın məbləği 1000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İş materiallarından olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- N47/N0N0 saylı, 15.09.N0N0-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin N63.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 0N il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 0N il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05.0N.N0N1-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin XN barəsində olan 15 sentyabr N0N0-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Republikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X4 46N saylı ekspert rəyindən görünür ki, İddiaçı bədənində aşkar olunmuş xəsarətlər – sol bazu sümüyü başının və sol bud sümüyünün burmalardan keçən yerdəyişmiş, qəlpəli, qapalı sınıqları, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, üst dodağın cırılmış yarası, travmatik və hipovolemik şok bərk küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən 19.04.N0N0-ci il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan iddiaçının xidmət etdiyi N saylı hərbi hissə tərəfindən tərtib edilmiş travma haqqında arayışdan görünür ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almışdır. Həmin hərbi hissə tərəfindən verilmiş digər arayışdan görünür ki, İddiaçı xidmət etdiyi dövr ərzində aylıq məvacibi gəlir vergisi və sosial sığorta haqqı tutulduqdan sonra 936,08 manat təşkil etmişdir. Həmin hərbi hissə komandirinin N6 yanvar N0N1-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. İş materiallarında olan sübutlarla mübahisəsiz qaydada müəyyən olunur ki, İddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh XN idarə etdiyi avtomobillə vurulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış, nəticədə səhhəti ilə əlaqədar hərbi xidmətdən xaric edilmişdir. Həmçinin müəyyən edilir ki, iddiaçı aldığı bədən xəsarətləri ilə əlaqədar uzun müddət müalicə keçməli olmuş, tibbi əməliyyat keçirmiş, halhazırda da müalicəsini davam etdirməkdədir. Cavabdeh Böyükağa Abbasovun baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olması məhkəmə hökmü ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin N1-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin müəyyən edilən halları və qanunvericiliyin yuxarıda sadalanan tələbləri baxımından bu qənaətə gəlmək olur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçının sağlamlığına zərər dəymiş, bununla da cavabdehin həmin zərərin əvəzinin ödənilməsi öhdəliyi yaranmışdır. Dəymiş maddi və mənəvi zərərin məbləği ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı həqiqətən də xəsarət alması ilə bağlı çəkdiyi maddi ziyanın tələb olunan həcmdə olmasına dair sübutlar təqdim etməmişdir. Bununla yanaşı, iddiaçının təqdim etmiş olduğu tibbi sənədlərdən müəyyən edilir ki, o, almış olduğu bədən xəsarətləri ilə bağlı uzun müddət müalicə olunmuş və son nəticədə iş yerini itirmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, iddiaçı zərərçəkən şəxs olaraq cinayət prosesində vəkillə təmsil olunmuşdur. Həmçinin, iddiaçının nümayəndəsi hal-hazırda da onun müalicəsinin davam etdiyini bildirir. İddiaçı bunlarla bağlı hansı məbləğdə xərc çəkdiyini təsdiq edən mötəbər sübutları təqdim etməsə də, şübhəsizdir ki, qeyd edilən halların hər biri ayrı-ayrılıqda (vəkillə müqavilənin bağlanması, xəstənin müalicədən sonrakı reabilitasiyası, yerini itirməsi və gəlirdən məhrum olması) iddiaçı tərəfindən müəyyən xərclərin çəkilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçı Daxili İşlər Nazirliyinin hərbi qulluqçusu olmuşdur və özünün bildirdiyi kimi, həmin quruma aid olan hospitalda müalicə almışdır. Ona görə də, məhkəmə kollegiyanın qənaətinə görə, iddiaçının çəkmiş olduğu maddi ziyanın məbləği ağlabatan həddə müəyyən edilməlidir. Maddi ziyanla bağlı iddia tələbinə bu baxımdan qiymət verərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində müəyyənləşdirilən 3000 manat maddi zərər məbləği ağlabatan olmamışdır. Kollegiya maddi zərərin məbləğinin 1000 manat həddində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Məhkəmə kollegiyası mənəvi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmin hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin N1 və N3-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.N00N-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr N008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Kollegiya qeyd edir ki, mənəvi zərər cavabdehin hüquq pozuntusunun (təqsirli hərəkətlərinin) nəticəsi olduğuna görə iddiaçı haqlı olaraq mənəvi zərərin ödənilməsini tələb etmiş və birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq 1000 manat mənəvi zərərin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Belə ki, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçının sağlamlağına zərər dəymiş, uzun müddət ərzində müalicə olunmuş, buna baxmayaraq sağlamlıq imkanları məhdudlaşmış, almış olduğu xəsarətlər nəticəsində o, hərbçi kimi xidmətini davam etdirə bilməmiş və bu səbəbdən hərbi xidmətdən xaric olunmuşdur. Bütün bunların nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.N.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N17.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin N4.1N.N0N1-ci il tarixli, N(006)-6684/N0N1 saylı qətnaməsi qismən ləğv edilməli, cavabdehdən iddiaçıya ödənilməli olan maddi ziyanın məbləği 1000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.3-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 40N.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı mübahisənin məbləği 5000 manatdan az olduğu üçün bu qətnamədən apellyasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 38N, 384, 385.N, 39N, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin N4.1N.N0N1-ci il tarixli, N(006)-6684/N0N1 saylı qətnaməsi qismən ləğv edilsin. Cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş maddi zərərin məbləği 1000 manat həddində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar