Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2282/2023 14.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “maddi və mənəvi ziyan” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3303/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehdən maddi ziyana görə 9000 manat, mənəvi ziyana görə 50000 manat, kirayə haqqına görə 4800 manat, dövlət rüsumunun ödənilməsinə görə 281,40 manat, ümumilikdə 64081,40 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonu, Quşencə kəndində küçə paylayıcı qaz xəttinin yeraltı hissəsindən təbii qazın sızaraq iddiaçıya məxsus fərdi yaşayış evinin otaqlarına dolması nəticəsində həmin evdə partlayış hadisəsi baş vermiş, iddiaçı və onun ailə üzvləri (arvadı və oğlu) müxtəlif dərəcəli xəsarət almışlar. Baş vermiş partlayış hadisəsində Cavabdeh Salyan X10 İdarəsinin rəisi vəzifəsində işləyən X7 təqsirli bilinərək, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə 3000 manat məbləğində cərimə cəzasına, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə isə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə İddiaçı və onun ailə üzvləri zərərçəkmiş şəxs qismində tanınmış, əmlakına dəymiş zərərə görə 23695 manat, sağlamlığına dəymiş zərərə görə 6000 manat pul cavabdeh və təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3303/2022 saylı mülki işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən mənəvi zərərə görə 15000 manat məbləğində pulun və 64,72 manat məbləğində dövlət rüsumunun İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 216,68 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
3. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1, 14.2, 77.1, 82.4, 217.4-cü maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinadən qeyd edilmişdir ki, iddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin işçisi olmuş Namiq Məmmədovun əməlinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması, habelə onun əməli ilə iddiaçıya zərər dəyməsi iş materialları öz təsdiqini tapır. İddiaçının sağlamlığına və əmlakına ziyan vurulmasında cavabdehin işçisinin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edildiyindən, eləcə də Mülki Məcəllənin 1099.1-ci maddəsində işəgötürənin öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması müəyyən edildiyindən, iddiaçı cavabdehə qarşı iddia irəli sürməkdə haqlıdır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının sağlamlığına zərər dəymiş, o qazın partlaması nəticəsində həm yanıq xəsarətləri, həm də partlayış zərbəsinin yaratdığı dalğanın təsirindən kənara tullanması nəticəsində bədəninin müxtəlif hissələrindən xəsarətlər almış, stasionar və ambulator müalicələr almışdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli rəyinə əsasən iddiaçı üzünün sağ yarısının, boynun, hər iki əlin arxa səthlərinin İ dərəcəli termiki yanığı, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli xəsarət almışdır. Sağlamlığı üçün həyati təhlükə yarada bilən xəsarətlər alması nəticəsində iddiaçının ağrı və iztirablar çəkməsi şübhəsizdir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, hadisə nəticəsində iddiaçının arvadı ağır dərəcəli, azyaşlı oğlu isə yüngül dərəcəli xəsarətlər almışdır. Şərh edilənlər məhkəmənin belə bir qənaətə gəlməsinə əsas verir ki, iddiaçının özü və digər ailə üzvlərinin (doğmalarının) müxtəlif dərəcəli xəsarətlər alması, habelə partlayış nəticəsində yeganə yaşayış yeri olan mənzilinin məhv olması onda mənəvi sarsıntılara səbəb olmuş, şüurunda mənfi emosiyalar yaratmış, gündəlik həyat tərzində ciddi maneələrə səbəb olmuşdur. Şərh edilən hallar iddiaçıya və onun ailə üzvlərinin sağlamlığına xəsarət yetirilməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərərin ödənilməsini özünün sağlamlığına zərər dəyməsi ilə bağlı tələb edir. İddiaçının keçirdiyi iztirabın və sarsıntının dərəcəsi isə özünün və ailə üzvlərinin sağlamlıqlarına zərər dəyməsi nəticəsində həyatlarını itirmək qorxusu, mənzilinin tamamilə məhv olması həddindədir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçıya əmlakına və sağlamlığına dəyən zərərə görə 29695 manat kompensasiya ödənilməsini, habelə cavabdehin də maddi imkanlarını da nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 15 000 manat pulun tutulmasını mütənasib hesab edir. Məhkəmə iddia tələbinin maddi ziyana görə 9000 manat və kirayə haqqına görə 4800 manat pulun cavabdehdən tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassızdır. İddiaçı sağlamlığına dəymiş ziyan nəticəsində müayinə və müalicəsinə 9000 manat məbləğində pul vəsaiti xərclədiyini və baş vermiş partlayış hadisəsi ilə əlaqədar yaşayış evini itirdiyinə görə kirayədə qalaraq aylıq 200 manat olmaqla, 2022ci il mart ayınadək ümumilikdə 4800 manat kirayə haqqı ödədiyini iddia edir. Buna görə də, məhkəmə tərəflər arasındakı mübahisənin xarakterini nəzərə alaraq hesab edir ki, mübahisəyə Mülki Məcəllənin 21-ci maddəsi tətbiq edilməlidir.
4. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş sübutlardan görünür ki: -İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə cavabdehin işçisi olmuş Namiq Məmmədov Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, habelə iddiaçının şikayəti və prokurorun protesti əsasında birinci instansiya məhkəməsinin hökmü Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və Namiq Məmmədov eyni maddə ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Namiq Məmmədov ona görə təqsirləndərilmişdir ki, o, "Qazdan istifadə qaydaları”nın 3.1.3-cü. 3.1 6-cı, 3.2.7-ci, 3.2.9-cu; - “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.12-ci və 1.19-cu, Cavabdeh Ağsu RQİİ-nın əsasnaməsinin 2.2-ci bəndlərinin tələblərini pozaraq, işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməyərək cinayətkarcasına etinasızlıq etməklə, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, bu səbəbdən küçə paylayıcı qaz xəttinin yeraltı hissəsindən təbii qazın sızaraq İddiaçı məxsus evin kürsü (yarızirzəmi) hissəsinə, oradan da evin otağına dolması və partlayış konsentrasiyası həddinə çatması nəticəsində 1 mart 2020-ci il tarixdə saat 07:00 radələrində həmin evdə partlayış baş vermiş, nəticədə evdə yaşayan iddiaçı, onun arvadı Rəhimə Osmanlı və oğlu Tahir Osmanlı bədənin müxtəlif hissələrinin yanığı, habelə partlayış nəticəsində müxtəlif bədən xəsarətləri almış, habelə iddiaçıya məxsus fərdi yaşayış evi qaz partlayışı səbəbindən məhv olmuşdur (iş səh. 25, 48). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3303/2022 saylı qətnaməsinin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin edilərək Cavabdehndən maddi ziyana görə 9000 manat, mənəvi ziyana görə 50000 manat, dövlət rüsumunun ödənilməsinə görə 281,40 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə maddi ziyanın əvəzinin ödənilməsi barədə iddia tələbini və kirayə haqqına görə 4800 manat pulun cavabdehdən tutulmasını əsassız hesab edərək təmin etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin işçilərinin səhlənkarlığı səbəbindən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər almışdır. Bu xəsarətlər səbəbindən uzun müddət xəstəxanalarda stasionar və ambulator müalicələr almış, müalicələrin bütün xərcləri özü tərəfindən ödənilmişdir. Məhkəmə maddi ziyanın tam təmin edilməməsini xəsarətlərlə bağlı çəkdiyi xərcləri, kirayə haqqı ödəməsini təsdiq edən sənədlərin olmaması ilə bağlı əsaslandırmışdır. Halbuki, çəkdiyi xərcləri (həm müayinə və müalicə üçün çəkilən xərclər, dərman və digər zəruri ləvazimatların alınması üçün çəkilən xərclər, kirayə haqqı üçün ödənilən xərclər) ekspertiza keçirməklə müəyyən etmək olardı. Məhkəmə isə qeyd olunanlarla bağlı heç bir araşdırma aparmadan, işə səthi baxaraq iddia tələbinin maddi ziyana və kirayə haqqına aid olan hissəsini əsassız hesab edərək təmin etməmişdir. Məhkəmə mənəvi ziyanla bağlı qətnamə qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Yaşayış evində baş vermiş partlayış nəticəsində çəkdiyi iztirab, sarsıntıların dəyəri heç milyonlarla da ölçülə bilməz. Belə ki, iddia ərizəsində qeyd etdiyi kimi, xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonu, Quşencə kəndində yerləşən fərdi yaşayış evlərində baş vermiş partlayış nəticəsində üzün sağ yarısının, boynun, hər iki əlin arxa səthlərinin İ dərəcəli termiki yanığı, sol bud sümüyünün travmatik çıxığı, sağ ayaq-daraq sümüklərinin açıq sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid, həyat yoldaşı X3 üzünün, boynunun, sağqolun, sol saidin, döş qəfəsinin ön səthinin, hər iki budun və baldırın İİ, İİİ dərəcəli termiki yanığı, sol bud sümüyünün yerdəyişən sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid, oğlu X8 başının, üzünün, sol əlinin, qarnının, sol budunun, hər iki topuq nahiyəsinin yanıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər almışlar. Özü ağır xəsarətlər alması ilə əlaqədar səhhətində yaranmış xəsarətlərlə bağlı çəkdiyi əziyyətlə yanaşı, həyat yoldaşının və oğlunun xəsarətlər almasının, onların həyatda qalıb-qalmamasının, gələcəkdə partlayışın fəsadlarının olacağını, mülkiyyətində olan fərdi yaşayış evinin qaz partlayışı nəticəsində məhv olması, 2 il istintaq, məhkəmə çəkişmələri nəticəsində cavabdehin mülkiyyətlərinə dəymiş ziyanı ödəməməsi səbəbindən təmamilə şəraitsiz, heç bir standarta uyğun olmayan bir yerdə yaşamağa məcbur qalmaqla dərin iztirab və sarsıntılar keçirmişdir. X11 partlayışdan sonra epilepsiya xəstəliyinə tutulması və həmin xəstəliyin sağalmaz olması ona bir ata kimi əzab verir. Xətai Rayon Məhkəməsi qətnamə qəbul edərkən qeyd olunan halları nəzərə almamış, bu barədə qətnamədə heç bir qeydiyyat aparmamışdır. Məhkəmə maddi ziyanın təmin edilməməsini xəsarətlərlə bağlı çəkdiyi xərcləri təsdiq edən sənədlərin olmaması ilə bağlı əsaslandırmışdır. Halbuki, çəkdiyi xərcləri (dərman və digər zəruri ləvazimatların alınması üçün çəkilən xərclər) ekspertiza keçirməklə müəyyən etmək olardı. Mənəvi ziyanın qismən təmin olunması hissəsində məhkəmə aldığı xəsarətləri, uzunmüddətli müalicə almasını, partlayış nəticəsində uzun müddət yaşayışa yararsız vəziyyətdə olan şəraitdə yaşamasını, həyat yoldaşının, oğlunun aldığı xəsarətlə bağlı çəkdiyi əziyyətləri, iztirabları düzgün qiymətləndirməmişdir. Məhkəmə qeyd olunanlarla bağlı heç bir araşdırma aparmadan, işə səthi baxaraq iddia tələbinin cüzi hissədə təmin olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmə işin obyektiv, hərtərəfli araşdırılması üçün iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, maddi ziyanın müəyyən olunması məqsədilə ekspertiza təyin etməmiş, ona dəymiş mənəvi ziyanın miqdarını düzgün təyin etməmişdir.
6. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Xətai Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prossesual hüquq normaları pozulmuşdur. Məhkəmə mənəvi ziyanın qismən təmin edilməsi barədə qətnamə qəbul edərkən Cavabdeh İB tərəfindən iddiaçıya 29814 manat pul vəsaitinin ödənilməsini nəzərə almamış, mənəvi zərərin əvəzi olaraq Cavabdeh İB-dən 15000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsini qərara almışdır. Məhkəmə bu barədə qərar qəbul edərkən mənəvi ziyanın hansı meyarlarla müəyyən edilməsini əsaslandırmamış, əsassız olaraq iddia tələbinin qismən təmin edilməsini qət etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İddiaçı Şəki Apellyasiya Məhkəməsinə təqdim etdiyi Cavabdeh İB-dən heç bir şikayət və tələbinin olmaması və apellyasiya şikayətindən imtina etməsi ilə bağlı ərizəsini və iddiaçıya və ailə üzvlərinə Cavabdeh İB tərəfindən 29814 manat məbləğində ödəniş edilməsini nəzərə almamışdır. Halbuki qeyd olunan ərizə iddia tələbinin tamamilə əsassız olmasını təsdiq edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı Cavabdeh İB-dən maddi ziyana görə 9000 manat, mənəvi ziyana görə 50000 manat, kirayə haqqına görə 4800 manat, dövlət rüsumunun ödənilməsinə görə 281,40 manat, ümumilikdə 64081,40 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilsin. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, cavabdehin səhlənkarlığı nəticəsində evlərinin dağıldığını, onlara evləri üçün 23695, qeyri-xərclər üçün 6000 manat ödəniş edildiyini, evlərinin qiymətinin 40000-45000 manat olduğunu, 3 ildir ki İsmayıllı rayonu Quşence kəndində kirayədə yaşadıqlarını bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində qeyd edilmişdir ki, İsmayıllı rayonu Quşencə kəndində yerləşən iki-üç otaqlı mənzilin aylıq icarə haqqının orta bazar qiyməti nəzəri qaydada təxminən 150,00 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hazırda da kirayədə qaldığını, ona evin bərpasına görə 23814 manat, yardım kimi 6000 manat ödənildiyini bildirmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 cavabdehin də apellyasiya şikayəti verdiyini, lakin müddətin ötürüldüyünü, 29000 manatın cavabdeh tərəfindən ödənildiyini, eyni zamanda ailənin sosial təminatının yaxşılaşdırılması məqsədilə zərərçəkmişlərdən biri olan X8 Cavabdehndə işlə təmin olunduğunu bildirmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Məcəllənin 1096.1-1096.2 əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
14. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının, Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfindən qəbul edilmiş “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 5, 41; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-1099; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.2.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin maddi və mənəvi ziyan hissədə əsassız dəlilləri formal mülahizə xarakteri daşıdığından, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır
15. Belə ki, mənəvi zərər insana təbii hüquq olaraq anadangəlmə məxsus bir sıra hüquqlarının da məhdudlaşmasına səbəb olur və onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır. Qeyd edilənlər baxımından hazırkı münasibətlərdə cavabdehlik daşıdığı məsələ üzrə cavabdehin cinayət prosesi zamanı (və ondan sonra) davranışını və maddi ziyanın qarşısın alınması üçün edilən hərəkətlərini nəzərə alaraq, məhkəmə kollegiyası mənəvi ziyan hissədə məbləğinin fərqli tutulmalı olması ilə bağlı apellyasiya şikayətində təsbit edilmiş dayanıqlı (sübutlar) dəlillər müəyyən etmir.
16. Maddi zərər hissədə isə iddiaçıya kifayət qədər pul vəsaitinin ödənilməsi, işin halları və iddiaçının özünün bildirdiyi mübahisəsiz hallardır və ondan artıq maddi zərərin məbləği sübuta yetirilmir.
17. Məcburiyyət nəticəsində yaşayış sahəsindən istifadə etmək imkanından məhrum olması mübahisə edilməyən hal olduğundan kirayə haqqı hissəsində iddiaçının dəlilləri əsaslıdır. Belə ki, qeyd edilən təyinat üzrə ona hər hansı vəsaitin ödənilməsi müəyyən edilmir. İki-üç il ərzində ona kirayədə yaşaması (və ya digər formada özünün və ailəsinin yaşayışının təmin edilməsi) üçün kirayə haqqı məbləğinin orta əmsalını götürməklə tələb edilən pul vəsaiti əsaslıdır. Ona görə, bu hissədə birinci instansiya məhkəməsi tərəfindən araşdırılan hallara tam qiymət verilmədiyini (ekspertiza ilə) müəyyən edən məhkəmə kollegiyası iddianın və apellyasiya şikayətinin bu hissədə təmin edilməsini əsaslı hesab edir.
18. Apellyasiya şikayətinin qismən əsaslı olduğunu nəzərə alaraq, kollegiya şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcinin onu ödəyən şəxsə, ekspertiza xərcinin isə cavabdehə aid edilməsini əsaslı hesab edir.
19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3303/2022 saylı mülki işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi təmin edilməyən hissədə (qismən) ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilərək, kirayə haqqına görə 4800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilməsi təmin edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.