Məhkəmə qərarları › İş №2(103)-2291/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2291/2025

07.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2291/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Məclisinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-105/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Milli Məclisinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh AR Milli Məclisinin İddiaçı qarşı 45900 manat maddi zərərin, hüquqi xidmət xərclərinə görə çəkdiyi 1000 manatın, ümumilikdə 46900 manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 230.70 manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixində vəsatətlə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınması barədə qərardad qəbul edilməsini xahiş etmiş və həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh AR Milli Məclisindən 45900 manat maddi zərərin, hüquqi xidmət xərclərinə görə çəkilmiş 1000 manatın, dövlət rüsumu üçün ödənilmiş 230.70 manat olmaqla, cəmi 47130.70 manat pulun cavabdehdən alınaraq iddiaçı X9 və "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-105/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə "SUPPLYAZ” MMC-nin müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınması barədə vəsatət təmin edilməmiş, "SUPPLYAZ” MMC tərəfindən (iddiaçı ilə birgə) verilmiş ərizənin geri qaytarılması, məhkəməyə müraciət etmək üçün "SUPPLYAZ” MMC tərəfindən ödənilmiş 231 manat məbləğində dövlət rüsumunun (xx.xx.2025-ci il tarxli, ********** saylı qəbz) ona geri qaytarılması qərara alınmışdır. Qərardadda Mülki Prosessual Məcəllənin 55.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materialları ilə müəyyən edilir ki, məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 28 noyabr 2024-cü il tarixli cavab məktubu 02 dekabr 2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Məktubda (əlavə edilmiş sənədlərdə də) dövlət reyestrində İddiaçı "SUPPLYAZ” MMC-nin təsisçisi olması barədə məlumatın mövcudluğu göstərilmişdir. 02 dekabr 2025-ci il tarixində həmçinin iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və məhkəmə baxış iclasının təyin edilməsini xahiş etmişdir. Həmin tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş və məhkəmə baxış iclası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli növbəti məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, o, həm də iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs "SUPPLYAZ” MMC-nin nümayəndəsi və vəkili qismində xx.xx.2025-ci il tarixində vəsatətlə məhkəməyə müraciət edərək, "SUPPLY AZ” MMC-nin müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınması barədə qərardad qəbul edilməsini xahiş etmiş və həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh AR Milli Məclisindən 45900 manat maddi zərərin, hüquqi xidmət xərclərinə görə çəkilmiş 1000 manatın, dövlət rüsumu üçün ödənilmiş 230.70 manat olmaqla, cəmi 47130.70 manat pulun cavabdehdən alınaraq İddiaçı və "SUPPLYAZ” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər işə qarışmalı olduğundan, hazırkı iş isə məhkəmə baxışı mərhələsində olduğundan və 3-cü baxış iclası keçirildiyindən vəsatət təmin edilməməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. "xxxx" MMC şikayət vermiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsi, "xxxx" MMC-nin müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, iddiaçının iştirakı olmadığı məhkəmə iclasında məhkəmə "xxxx" MMC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində tanınmışdır. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci tarixində vəsatətlə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınması barədə qərardad qəbul edilməsini xahiş etmiş və həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh AR Milli Məclisindən 45900 manat maddi zərərin, hüquqi xidmət xərclərinə görə çəkilmiş 1000 manatın, dövlət rüsumu üçün ödənilmiş 230.70 manat olmaqla, cəmi 47130.70 manat pulun cavabdehdən alınaraq İddiaçı və "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-105/2025 saylı, 23 yanvar 2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə münasibət bildirilməmişdir. Məhkəmə onu əsas gətirməyə çalışmışdır ki, artıq üçüncü baxış iclası olduğundan vəsatət təmin edilməməlidir. Aşağıda göstərilənlərə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin lş № e-2(009)-105/2025 saylı, 23 yanvar 2025-ci il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməli "xxxx" MMC müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınmalı və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilməlidir. Belə ki, "xxxx" MMC artıq işdə tərəf kimi məhkəmə baxış iclasında iddiaçının iştirak etmədiyi məhkəmə iclasında tərəf kimi, yəni müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınmışdır. AR Milli Məclisinin İşlər İdarəsinin 012-1-1/328 saylı, 04 avqust 2022-cü il tarixli məktubu ilə 45900 manat borc etiraf edilmişdir. Məktubda qeyd edilir ki, Milli Məclis ilə Tikinti şirkətinin rəhbəri İddiaçı arasında razılığa əsasən 2017-ci ildə 45900 manat vəsait xərclənmişdir. Hazırkı məsələ "xxxx" MMC-nin işə tərəf kimi əlavə edilməsi deyil, prosessual statusunun dəyişdirilməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, bu hal işə bir icraatda, obyektiv baxılmasına mane olmur. Ona görə ki, bütün hallar eynidir və məhkəmə hazırlıq iclasında bütün məsələlər aydınlaşdırılmış və məhkəmə baxışı zamanı məlum olmuşdur ki, iddiaçının rəhbəri olduğu "xxxx" MMC mövcud olmuş və sonuncu işə cəlb edilmişdir. Hazırkı işdə iddianın həcmi və predmeti dəyişdirilməmişdir. Məhkəmə eyni zamanda prosessual qənaətçilik prinsipini də pozmuşdur. Məhkəmənin mövqeyindən belə çıxır ki, eyni məsələyə bir neçə icraatda baxılmalı və "xxxx" MMC yeni iddia ilə müraciət etməlidir. Bu da tamamilə prosessual qənaətçilik prinsipinə ziddir. Bundan başqa "xxxx" MMC-nin üçüncü şəxs qismində cəlb edən məhkəmə hazırlıq iclasını yenidən davam etdirməli idi. Bunu da etməmişdir. Məhkəmənin mövqeyindən belə çıxır ki, məhkəmə baxış iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsi məhkəmə işə cəlb edə bilər, amma müstəqil tələb irəli sürən şəxsi işə cəlb edə bilməz və ya məhkəmə baxış iclasında prosessual vəziyyəti dəyişərək müstəqil tələb irəli sürməyən üçüncü şəxsi, müstəqil tələb irəli sürən üçüncü şəxsə çevirə bilməz. Bütün bu halları məhkəmə nəzərə almamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMCnin hazırkı işə müstəqil tələb irəli sürmək üçün subyektiv hüququ vardır. "xxxx" MMC-nin malik olduğu subyektiv hüquq üzrə iddiaya baxıldığı zaman onun müstəqil tələb irəli sürməyən şəxs qismində iştirak etməsi onun hüququnu pozur və subyektiv hüququnu bərpa etməkdən məhrum edir. Necə ola bilər ki, "xxxx" MMC-nin malik olduğu subyektiv hüquqla bağlı məsələyə baxılsın, lakin ona bunu tələb etmək imkanı verilməsin. Məhkəmə "xxxx" MMC-nin eyni zamanda İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı Əlavə Protokolun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququnu da pozub. Məhkəməyə müraciət etmək hüququ ilə bağlı Avropa Məhkəməsinin uyğun presedentləri: Məhkəmə qeyd edib ki, 6-cı maddə hər kəs üçür mülki hüquq və vəzifələrinə aid olan hər hansı bir tələbi məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən orqana vermək hüququnu təmin edir... Məhkəmənin düşüncəsinə görə, 6-cı maddənin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət hüququnu qorumadığını düşünmək ağılasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir (X4rşı, 21 fevral 1975-ci il, 35-ci bənd). Məhkəməyə müraciət hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimlənməli olan hüquqdur, cəmiyyətin və fərdlərin tələbatlarına və resurslarına uyğun olaraq, həmin tənzimləmə vaxt və yer baxımdan fərqli ola bilər, lakin bu tənzimləmə sözügedən hüququn mahiyyətinə təsir etməməlidir (X4rşı, 21 fevral 1975-ci il). Məhkəmə qərara alıb ki, məhkəməyə müraciət hüququ təkcə mövcud olmamlı, həmdə səmərəli olmalıdır (X4rşı, 21 fevral 1975-ci il, Kempell və X5rşı 2 iyun 1984). Məhkəmə öz presedent hüququ vasitəsi ilə qərara alıb ki, bu hüquqa qoyulan istənilən məhdudiyyətlər, yalnız o halda 6-cı maddəyə uyğun ola bilər ki, onlar: - qanuni məqsəd daşısın; - tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağılabatan əlaqə mövcud olsun (X1rşı, 28 may 1987 57-ci bənd). Qeyd edilməlidir ki, hazırkı işdə məhkəmə AR Konstitusiyasının 129-cu maddəsinin 3-cü hissəsini də pozub. Belə ki, həmin maddəyə əsasən məhkəmənin qərarı sübutalara və qanuna əsalanmalıdır. Hazırkı işdə isə apellyasiya şikayətinin geri qaytarılmasının qanuni əsasları və qətnamənin alınmasına və müddətin ötürülməsinə dair sübutlar olmadan qərardad qəbul edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-105/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. 51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. 55.2. Onlar bu Məcəllənin 4.3 ‒ 4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.1. işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir; 167.1.2. tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir; 167.1.4. birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir; 167.1.5. mübahisəni həll etmək üçün tərəflərin arbitraj məhkəməsinə müraciət etmək hüququnu və bu hərəkətin nəticələrini onlara izah edir; 167.1.5-1. tərəflərə mübahisənin mediasiya vasitəsilə ilə həllinə dair təklif verir; 167.1.6. tərəflərin barışması üçün tədbirlər görür; 167.1.7. işin nəticəsində maraqlı olan fiziki və hüquqi şəxslərə onun baxılma yeri və vaxtı barədə məlumat verir; 167.1.8. şahidlərin çağırılması məsələsini həll edir; 167.1.9. tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edir, habelə prosesdə iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsini həll edir; 167.1.10. Bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə fiziki və hüquqi şəxslərdən və ya orqanlardan sübutlar tələb edir; 167.1.11. işdə iştirak edən şəxslərə xəbər verməklə maddi və yazılı sübutların yerində müayinəsini aparır; 167.1.12. məhkəmə tapşırıqları göndərir; 167.1.13. iddianın təmin edilməsi üçün tədbirlər görür. 167.2. Hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. 184.3. Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-57, 149-152, 385-395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan suiistifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Belə ki, iş materiallarında görünür ki, məhkəmənin müvafiq sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 28 noyabr 2024-cü il tarixli cavab məktubu 02 dekabr 2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Məktubda dövlət reyestrində İddiaçı "SUPPLYAZ” MMC-nin təsisçisi olması barədə məlumatın mövcudluğu göstərilmişdir. 02 dekabr 2025-ci il tarixində həmçinin iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və məhkəmə baxış iclasının təyin edilməsini xahiş etmişdir. Həmin tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş və məhkəmə baxış iclası təyin edilmişdir, xx.xx.2025-ci il tarixli növbəti məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, o, həm də iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs "SUPPLYAZ” MMC-nin nümayəndəsi və vəkili qismində xx.xx.2025-ci il tarixində vəsatətlə məhkəməyə müraciət edərək, "SUPPLYAZ” MMC-nin müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınması barədə qərardad qəbul edilməsini xahiş etmiş və həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh AR Milli Məclisindən 45900 manat maddi zərərin, hüquqi xidmət xərclərinə görə çəkilmiş 1000 manatın, dövlət rüsumu üçün ödənilmiş 230.70 manat olmaqla, cəmi 47130.70 manat pulun cavabdehdən alınaraq İddiaçı və "SUPPLY AZ” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, "SUPPLYAZ” MMC-nin məhkəmə baxış iclasında ərizə ilə məhkəməyə müraciət etdiyi müəyyən edilir ki, bu da qüvvədə olan prosessual qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə, o müstəqil tələb irəli sürməmiş, iddiaçı ilə birgə iddia irəli sürməsini təqdim etmiş və iddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməklə prosessual uyğunsuzluğa şərait yaratmışdır. Belə ki, prosessual qanunvericiliyə görə (qanunvericiliklə müəyyən edilmiş əsl iddiaçı ilə əvəz olunmaq barədə müraciət istisna olmaqla) iddiaçı prosessual cəhətdən nəzərdə tutulmayan (iddianın dəqiqləşdirilməsi barədə) hərəkət etmişdir. Hazırki mərhələdə məhkəmənin lazım bildiyi halda qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya əsl iddiaçı ilə əvəz olunmaq barədə təklif irəli sürmək istisna olmaqla şikayət edilən hərəkətlərin prosessual əsası yoxdur. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-105/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar