Məhkəmə qərarları › İş №2(103)-2292/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2292/2023

07.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2292/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ərazinin əvvəlki vəziyyətə gətirilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(011)-1612/2023 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qohumlarının dəfn olduqları yerdə qəbrlərin yerlərin və qəbr daşlarının dəyişdirilməsi hərəkətlərinin qanunsuz hesab edilməklə onların üzərinə - atası X3 Zubkova, anası X10, qohumları X13, X16, X11, X6, X14 qoyulmuş ümumi baş daşının sökülməsi, X4, X7, X1, X12, X8, X15 dəfn yerləri əvvəlki qaydada olmuş vəziyyətə gətirilməsi yəni, həyat yoldaşı Şaforost Vladimirin qəbrindən sola tərəf X7, Boyeva Proskovyevnanın - Şaforost Vladimirin qəbrindən sağa tərəf X9, X12, X8, X15 qəbrlər yerləri müəyyən edilməsi, atası X2 qoyulmuş baş daşının təqdim etdiyi sxemə uyğun olaraq, digər qohumlarının qəbri üstündə olmuş xaçların dəfn olunmuş şəxsin adı, doğulduğu və öldüyü tarixlər qeyd olunmaqla əvvəl dəfn olunduğu yerlərdə əvvəlki formada bərpa olması, qohumlarının dəfn olunan ərazinin içərisində olan mişar daşı ilə çəkilmiş arakəsmələrin sökülməsi, qohumlarının dəfn olunan ərazinin girişi əvvəlki vəziyyətə gətirilməsi, əraziyə böyürdən açılmış girişin bağlanılmasının cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(011)- 1612/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi “Beynəlmiləl Qəbirstanlıq”da yerləşən qəbirlərə dair olduğundan, iddiaçı qanuni sahib kimi, hüquqlarının pozulmasını aradan qaldırmaq məqsədilə məhkəməyə müraciət etdiyindən və həmin əraziyə yerli baxışın keçirilməsi, onun yerində müayinəsi, mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsi, habelə iddia tələbinin təmin olunacağı təqdirdə icra hərəkətləri qəbirstanlığın yerləşdiyi Nizami rayonunda həyata keçiriləcəyindən hazırki iddia ərizəsi müstəsna aidiyyətin tələblərinə uyğun olaraq qəbirstanlığın yerləşdiyi yerin məhkəməsinə verilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti yalnışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Həmin Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi müstəsna aidiyyətin təsir dairəsinə düşmədiyi üçün iddiaçı haqlı olaraq cavabdehlərdən birinin rəsmi qeydə alındığı yer üzrə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(011)-1612/2023 saylı qərardadı ləğv edilsin və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ərazinin əvvəlki vəziyyətə gətirilməsi və s. tələbinə dair” mülki işə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar