Məhkəmə qərarları › İş №2(103)-23/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-23/2022

27.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-23/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı2 cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə ilkin, Cavabdeh6 İddiaçı2 və qeyrisinə qarş “müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1585/2018 saylı, 21 avqust 2018-ci il tarixli qətnaməsindən İddiaçı2 və cavabdehlər Cavabdeh8, Cavabdeh4, "xxxx" MTK, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı2 cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil alıcısı olan cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 ilə mənzili satan cavabdeh "xxxx" MTK arasında Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.metr olan qeyri-yaşayış sahəsinə və həmin ünvandakı A1 blokunun 10-11-12 –ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 kv.metr olan yaşayış sahəsinə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı qətnaməsi ilə İddiaçı2 Ağəli oğlu cavabdeh "xxxx" MTK-ya qarşı Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.metr olan qeyri-yaşayış sahəsinə və həmin ünvandakı A1 blokunun 10-11-12 –ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 kv.metr olan yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, "xxxx" MTK tərəfindən müqavilə öhdəliklərinin icra edilərək həmin daşınmaz əmlakların onun sahibliyinə və istifadəsinə verilməsi və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1496/2016 saylı 28.03.2016-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin mülki kollegiyasının 2(102)-2939/2016 saylı 05 iyul 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 iddiaçının hüquqlarını pozaraq əldə etdiyi yaşayış və qeyri-yaşayış sahələrinə qanunsuz müdaxilə etmişlər, orada qanunsuz işlər aparmışlar. Etdikləri hərəkətlərini əllərində olan və cavabdeh "xxxx" MTK tərəfindən imzalanmış müqavilələrə güvənərək edirlər. Mübahisəli sahələr iddiaçı tərəfindən dəyəri ödənilərək "xxxx" MTK-dan əldə edilmişdir. İddiaçı hesab edir ki, cavabdehlər onun hüquqlarını kobducasına pozurlar, özbaşınalıq edirlər.

3. İlkin iddia ərizəsi üzrə iddiaçı daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh8 iş üzrə cavabdeh qismində cəlb edilməsini, "xxxx" MTK ilə Cavabdeh5 arasında Bakı şəhər, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123,4 kv.metr olan yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış 28.06.2006-cı il tarixli müqavilənin, "xxxx" MTK ilə Cavabdeh4 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.metr olan yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış 12.04.2012-ci il tarili müqavilənin, "xxxx" MTK ilə Cavabdeh6 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.metr olan yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış 20.12.2006-cı il tarixli 22 saylı müqavilənin, "xxxx" MTK ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 122 kv.metr olan yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış 25.01.2015-ci il tarixli 22 saylı müqavilənin, "xxxx" MTK ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 124,7 kv.metr olan 29 saylı yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış 19.08.2013-cü il tarixli müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra ilkin iddia ərizəsi üzrə iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə yenidən müraciət edərək, "xxxx" MTK ilə Cavabdeh5 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun yaşayışın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.metr olan yaşayış sahəsinin sonuncuya satılmasına dair müqavilənin, "xxxx" MTK ilə Cavabdeh4 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.metr olan yaşayış sahəsinin sonuncuya satılmasına dair 10.04.2012-ci il tarixli müqavilənin, "xxxx" MTK ilə Cavabdeh6 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.metr olan yaşayış sahəsinin sonuncuya satılmasına dair 20.12.2006-ci il tarixli müqavilənin, "xxxx" MTK ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 122 kv.metr olan yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış 25.01.2015-ci il tarixli 22 saylı müqavilənin, "xxxx" MTK ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 124,7 kv.metr olan 29 saylı yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış 19.08.2013-cü il tarixli müqavilənin, "xxxx" MTK ilə Cavabdeh8 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.metr olan yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış 25.01.2015-ci il tarixli 22 saylı müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Əliyev X3 Eldəniz Ağaəli oğlu və "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk İddiaçı2 ona qarşı "xxxx" MTK ilə bağladığı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən həmin yeksək mərtəbəli binanın A1 blokunun 11-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 82,7 kv.metr təşkil edən yaşayış sahəsinə dair bağlanmış 20.12.2006-cı il tarixli 22 saylı müqavilənin etibarsız hesab edilməsinə dair hissəsində iddia tələbinin rədd edilməsi, həmin mənzilə onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı, 12.10.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli MTK üzvlərinin vəsaiti və imkanları hesabına tikilən binada "xxxx" MTK ilə mənzil almağa dair 20.12.2006-cı il tarixli 22 saylı müqavilə bağlamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən kooperativ adlandırılan "xxxx" MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən həmin yüksək mərtəbəli binanın A1 blokunun 11-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 82,7 kv.metr təşkil edən yaşayış sahəsininin payçı kimi iddiaçıya verilməsini, o isə həmin yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Elə həmin gün paçı Cavabdeh6 "xxxx" MTK-nın sədri Hikmət Yığitdölə mənzilin tam dəyərini, yəni 44307 manat məbləğində ödənişi təqdim etmiş və MTK-nın sədri işçisinin bu barədə tərtib etdiyi 20.12.2006-cı il tarixli 22 saylı şəxsi vərəqəni imzalayıb möhür vuraraq ona vermişdir. MTK tərəfindən binanın tikintisi uzun müddət davam etməsinə baxmayaraq, mənzilinin təmiri üçün hazırlıq görülməsi məqsədilə tikintinin vəziyyəti ilə iddiaçı mütəmadi olaraq maraqlanmışdır. 2017-ci ilin dekabr ayının sonlarında Bakı Xətai rayonu İcra şöbəsinin icra məmuru telefonla onu yanına dəvət edərək bildirmişdir ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən "xxxx" MTK-dan aldığı yüksək mərtəbəli binanın A1 blokunun 11-ci mərətəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 82,7 kv.metr olan yaşayış sahəsini qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar mənzili könüllü olaraq boşaldıb təhvil verməlidir. Bu məlumatdan iddiaçı çox pis vəziyyətə düşmüş və nə baş verdiyini anlamaq üçün MTK-nın sədri Hikmət Yığitdölə müraciət etmişdir. MTK-nın sədri Hikmət Yığitdölün verdiyi məlumat görə İddiaçı2 ilə "xxxx" MTK arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən həmin yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4 mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrinə və onun aldığı mənzilin yerləşdiyi 11-ci və digər 10-cu və 12-ci mərtəbələrində yerləşən yaşayış sahələrinə sahiblik və istifadə hüququnun tanınmasına dair iddia ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş və bundan sonra olan Apellyasiya və Kasassiya məhkəmələri həmin qətnaməni dəyişdirmədən qüvvəsində saxlamışdır. İddiaçı bundan sonra iddia ərizəsi üzrə qəbul edilmiş qətnamə və qərarları əldə edəndən sonra müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.10.2015-ci il tarixli 2(011)-5834/15 saylı qətnaməsi ilə İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4 mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.metr olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun Cavabdeh6 mənzilinin yerləşdiyi 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 kv.metr olan yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, "xxxx" MTK tərəfindən müqavilə öhdəliklərinin icra edilərək həmin daşınmaz əmlakların onun sahibliyinə və istifadəsinə verilməsinə dair iddiasının təmin edilməsi qət edilmişdir. Qətnamə Bakı Apelyyasiya və Ali Məhkəmənin qətnamələri ilə dəyişdirilmədən saxlanmışdır. İddiaçı Cavabdeh6 göstərilən hər üç qətnamə ilə hüquqlarına toxunulmasına baxmayaraq, o, işdə iştirak etməsi üçün cəlb edilməmişdir. Onunla "xxxx" MTK arasında 20.12.2006-cı il tarixdə bağlanmış 22 saylı müqaviləyə əsasən qeyd edilən mənzilin tam dəyərini, yəni 44307 manat məbləğində pul vəsaitini iddiaçı MTK-ya ödəmişdir. Müqaviləyə əsasən cavabdeh MTK qeyd edilən yaşayış sahəsini ona verməyi öhdəsinə götürmüşdür. Sözügedən mənzil İddiaçı2 ilə bağlanmış 19.12.2007-ci il tarixli 24 saylı müqavilə ilə ona satılmışdır. Göründüyü kimi mənzil cavabdeh İddiaçı2 bir il əvvəl iddiaçı tərəfindən müqavilə əsasında alınmışdır. Ona görə iddiaçı hesab edir ki, İddiaçı2 iddiaçı Cavabdeh6 qarşı iddiası təmin edilə bilməz.

7. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı daha sonra qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk İddiaçı2 ona qarşı Xətai Rayon Məhkəməsinə verdiyi onunla "xxxx" MTK arasında bağlanmış Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 11-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 82,7 kv.metr olan yaşayış sahəsinə dair bağlanmış 20.12.2006-cı il tarixli 22 saylı müqavilənin etibarsız hesab edilməinə dair iddia tələbinin rədd edilməsi, İddiaçı2 ilə "xxxx" MTK arasında bağlanmış 19.12.2007-ci il tarixli 24 saylı müqavilənin Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 kv.metr olan yaşayış sahəsinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,7 kv.metr olan 2 otaqlı mənzil sahəsinə dair hissədə etibarsız hesab edilməsi, həmin mənzilə onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1585/2018 saylı, 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2 ilkin iddiası qismən təmin edilərək, "xxxx" MTK ilə Cavabdeh5 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksəkmərtəbəli, binanın A1 blokunun yaşayışın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.metr olan yaşayış sahəsinin sonuncuya satılmasına dair 28 iyun 2013-cü il tarixli müqavilənin etibarsız sayılması, "xxxx" MTK ilə Cavabdeh4 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.metr olan yaşayış sahəsinin sonuncuya satılmasına dair 10 aprel 2012-ci il tarixli müqavilənin etibarsız sayılması, "xxxx" MTK ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 122 kv.metr olan yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış 25 yanvar 2015ci il tarixli müqavilənin etibarsız sayılması, "xxxx" MTK ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 124,7 kv.metr olan 29 saylı yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış 19 avqust 2013-cü il tarixli müqavilənin etibarsız sayılması, "xxxx" MTK ilə Cavabdeh8 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.metr olan yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış 01 iyul 2016-cı il tarixli müqavilənin etibarsız sayılması, İddiaçı2 ilkin iddiasının qalan hissədə təmin edilməməsi, Cavabdeh6 qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı2 ilə "xxxx" MTK arasında bağlanmış 19 dekabr 2007-ci il tarixli 24 saylı müqavilənin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 kv.metr olan yaşayış sahəsinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,7 kv.metr olan 2 otaqlı mənzil sahəsinə dair hissədə etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,7 kv.metr olan 2 otaqlı mənzil üzərində Cavabdeh6 sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir (sədrlik edən: Namidar Misirzadə).

9. Həmin qətnamədən narazı qalan İddiaçı2 və cavabdehlər Cavabdeh8, Cavabdeh4, "xxxx" MTK, Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Tərəflərin izahatları:

10. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

12. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

13. Belə ki, iş materiallarında olan kooperativ "xxxx" MTK ilə payçı Cavabdeh5 arasında bağlanmış 28.06.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, kooperativ MTK üzvlərinin (paçıların) vəsaiti və imkanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda yaşayışın 7-ci mərtəbəsində ümumi sahəsi 123,4 kv.metr təşkil edən yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.

14. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 28.06.2013-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yaşayış binasında yaşayışın 7-ci mərtəbəsində, 35 saylı, sahəsi 123,4 kv.metr təşkil edən mənzil Cavabdeh5 məxsusdur və mənzilin pay dəyəri 90000 manat olmaqla, tam ödənilmişdir.

15. İş materiallarında olan kooperativ "xxxx" MTK ilə payçı Cavabdeh3 arasında bağlanmış 19.08.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, kooperativ MTK üzvlərinin (paçıların) vəsaiti və imkanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 kv.metr təşkil edən 29 saylı yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.

16. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 19.08.2013-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yaşayış binasında 10-cu mərtəbədə, ümumi sahəsi 124,7 kv.metr olan 3 otaqlı 29 saylı mənzil Cavabdeh3 məxsusdur və mənzilin pay dəyəri 70000 manat olmaqla, tam ödənilmişdir.

17. İş materiallarında olan kooperativ "xxxx" MTK ilə payçı Cavabdeh2 arasında bağlanmış 25.01.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, kooperativ MTK üzvlərinin (paçıların) vəsaiti və imkanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunun 12-ci mərtəbəsində ümumi sahəsi 122 kv.metr təşkil edən yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.

18. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 25.01.2015-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında tikilmiş binanın A1 blokunun 12-ci mərtəbəsində ümumi sahəsi 122 kv.metr təşkil edən mənzil üçün 122000 manat Cavabdeh2 tərəfindən ödənilmişdir, onun qalıq borcu yoxdur.

19. İş materiallarında olan kooperativ "xxxx" MTK ilə payçı Cavabdeh6 arasında bağlanmış 20.12.2006-cı il tarixli 22 saylı müqavilənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, kooperativ MTK üzvlərinin (paçıların) vəsaiti və imkanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 82,7 kv.metr təşkil edən yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.

20. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 20.12.2006-cı il tarixli 22 saylı şəxsi vərəqənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında tikilmiş binanın 11-ci mərtəbəsində ümumi sahəsi 82,7 kv.metr təşkil edən mənzil üçün 44307 manat Cavabdeh6 tərəfindən ödənilmişdir.

21. İş materiallarında olan kooperativ "xxxx" MTK ilə payçı Cavabdeh4 arasında bağlanmış 10.04.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, kooperativ MTK üzvlərinin (paçıların) vəsaiti və imkanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda yaşayışın 12-ci mərtəbəsində ümumi sahəsi 82,7 kv.metr təşkil edən yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.

22. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 10.04.2012-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında tikilmiş binanın A1 blokunun 12-ci mərtəbəsində ümumi sahəsi 82,7 kv.metr olan 2 otaqlı, 58 saylı mənzil Cavabdeh4 məxsusdur və mənzilin pay dəyəri 52000 manat olmaqla, Cavabdeh4 tərəfindən tam ödənilmişdir.

23. İş materiallarında olan kooperativ "xxxx" MTK ilə payçı Cavabdeh8 arasında bağlanmış 01.07.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, kooperativ MTK üzvlərinin (paçıların) vəsaiti və imkanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 82,7 kv.metr olan yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.

24. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 01.06.2016-cı il tarixli maliyyə arayışın surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında tikilmiş binanın A1 blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 82,7 kv.metr olan 28 saylı mənzil üçün 81000 manat Cavabdeh8 tərəfindən ödənilmişdir.

25. İş materiallarında olan kooperativ "xxxx" MTK ilə payçı İddiaçı2 Ağəli arasında bağlanmış 19.12.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, kooperativ MTK üzvlərinin (paçıların) vəsaiti və imkanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 kv.metr olan yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.

26. İş materiallarında olan kooperativ "xxxx" MTK ilə payçı İddiaçı2 Ağəli arasında bağlanmış 19.12.2007-ci il tarixli müqavilədən görünür ki, kooperativ MTK üzvlərinin (paçıların) vəsaiti və imkanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.metr olan qeyri-yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.

27. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05.07.2016-cı il tarixli 2(102)-2939/16 saylı qərarının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı 22.12.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı2 Ağəli oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəblərdə yerləşən ümumi sahəsi 860 kv.metr olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 10-11-12-ci mərtəblərində yerləşən ümumi sahəsi 1770 kv.metr olan yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, "xxxx" MTK tərəfindən müqavilə öhdəliklərinin icra edilərək həmin daşınmaz əmlakların onun sahibliyinə və istifadəsinə verilməsi və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-1496/2016 saylı iş üzrə 28.03.2016-cı il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 saylı mülki iş üzrə qəbul etdiyi 22.10.2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmiş, cavabdeh "xxxx" MTK-nın kasassiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1496/2016 nömrəli iş üzrə 28.03.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin 13(102)-111/2018 saylı, 13.04.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05.07.2016-cı il tarixli qərarından Ali Məhkəmənin Plenumuna təqdimat verilməsinə dair X2, Cavabdeh3, İddiaçı1, Cavabdeh5 və Cavabdeh6 ərizələri təmin edilməmişdir. Hüquqi dəyərləndirmə:

29. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanmış 19.12.2007-ci il tarixli 11 və 24 saylı müqavilələrə əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa olunmuş binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.metr olan qeyri-yaşayış sahəsi və həmin ünvandakı A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 kv.metr olan yaşayış sahəsi İddiaçı2 Ağəli oğluna satılmışdır. "xxxx" MMC ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh8 arasında bağlanmış müqavilələrə əsasən həmin yaşayış və qeyri-yaşayış sahələri Cavabdeh6 istisna olmaqla sonradan cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh8 (Belə ki, Hom-Paş Prestij” MMC ilə Cavabdeh6 arasında bağlanmış müqavilə İddiaçı2la bağlanmış müqavilədən əvvəl, yəni 20.12.2006-cı il tarixdə bağlanmışdır) satılmışdır.

30. Göründüyü kimi, İddiaçı2 iştirakı olmadan, ona məxsus yaşayış və qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh8 arasında sonradan (Cavabdeh6 istisna olmaqla) müqavilələr bağlanmışdır.

31. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

32. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

33. Göründüyü kimi, göstərilən yaşayış və qeyri-yaşayış sahələri İddiaçı2 məxsus olduğu halda, bununla da qeyd edilən yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı hər hansı bir razılaşma (müqavilə) bağlanarkən, İddiaçı2 da iradə ifadəsinin zəruri olduğu halda, onun iştirakı olmadan, İddiaçı2la bağlanan müqavilələrin tərəfi olmayan şəxslər, yəni Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh8 ilə "xxxx" MMC arasında göstərilən müqavilələr bağlanaraq, İddiaçı2 məxsus yaşayış və qeyri-yaşayış sahələri "xxxx" MMC tərəfindən cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh8 satılmışdır. Bununla da mübahisəli yaşayış və qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh8 arasında bağlanmış qeyd edilən müqavilələr, o cümlədən "xxxx" MMC ilə İddiaçı2 arasında 19.12.2007-ci i tarixdə bağlanmış 24 saylı müqavilənin Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 kv.metr olan yaşayış sahəsinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,7 kv.metr olan 2 otaqlı mənzil sahəsinə dair hissədə (Cavabdeh6 aid hissədə) qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır.

34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

35. Həmin Məcəllənin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

36. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, mübahisəli yaşayış və qeyri-yaşayış sahələrinə dair "xxxx" MMC ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh8 arasında bağlanmış müqavilələr (Cavabdeh6 istisna olmaqla), İddiaçı2la "xxxx" MMC arasında bağlanmış 19.12.2007-ci il tarixli müqavilələr qanunla müəyyən edilmiş qaydada ləğv edilmədən, Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış, eyni zamanda həmin müqavilələr İddiaçı2 mübahisəli yaşayış və qeyri-yaşayış sahələrinin satılmasına dair iradəsini ifadə etməmişdir. Buna görə də, Cavabdeh6 qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı2 iddiasının isə qismən, yəni "xxxx" MMC ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh8 arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi hissəsində təmin edilməsinə dair məhkəmənin qətnaməsi əsaslı olmuşdur.

37. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

38. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

39. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, mübahisəli yaşayış və qeyri-yaşayış sahələri fərdi müəyyən edilmiş yaşayış və qeyri-yaşayış sahələri olduğundan, bununla da bağlanmış müqavilələr əsasında yalnız İddiaçı2, o cümlədən 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 82,7 kv.metr olan 2 otaqlı mənzil sahəsinə dair hissədə Cavabdeh6 məxsus olduqlarından, bununla da fərdi müəyyən əşyalar hesab olunduqlarından, İddiaçı2 iddia tələbinin qismən, Cavabdeh6 qarşılıqlı iddiasının isə tam əsaslı omasına dair məhkəmənin gəldiyi nəticəişin hallarına və qanunvericiliyin qeyd edilən tələblərinə uyğundur.

40. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

41. Həmçinin kollegiya hesab edir ki, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh8, o cümlədən İddiaçı2 (11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,7 kv.metr olan 2 otaqlı mənzil sahəsinə dair hissədə) göstərilən yaşayış və qeyri-yaşayış sahələrinə görə ödədikləri pul vəsaitlərini hazırki araşdırma zamanı cavabdeh "xxxx" MMC-dən tələb etmədiklərindən, mübahisəli yaşayış və qeyri-yaşayış sahələrinə dair cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh8, həmçinin İddiaçı2 (11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,7 kv.metr olan 2 otaqlı mənzil sahəsinə dair hissədə) arasında bağlanmış müqavilələr etibarsız hesab edilsə də, onlardan irəli gələn məsələlər həll edilmədən saxlanılır. Lakin, bu hal cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh8, eyni zamanda İddiaçı2 (11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,7 kv.metr olan 2 otaqlı mənzil sahəsinə dair hissədə) həmin məbləğləri digər cavabdeh olan "xxxx" MMC-dən tələb etmək hüquqlarını məhdudlaşdırmır.

42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

43. Kollegiya eyni zamanda qarşılıqlı iddianın “mənzilə sahiblik və istifadə hüququnun tanınması”na dair hissəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia tələbinin həmin hissədə əsaslı olmasına dair məhkəmənin gəldiyi nəticə doğru olmuşdur.

44. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

45. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

46. Qeyd edilən Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

47. Göstərilən Məcəllənin 753-cü maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

48. Göstərilən qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, Cavabdeh6 digər cavabdeh "xxxx" MTK ilə aralarında bağlanmış müqavilə üzrə müəyyən edilmiş məbləği tam şəkildə ödəməklə mübahisəli mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir.

49. Kollegiya qeyd edir ki, “X7” MTK-nın rəhbəri X6 Eldənizlə olan müqaviləni ləğv etmədən həmin müqavilənin predmeti olan mənzilləri başqa şəxslərə satmasına görə Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə ona ittiham elan olunmuşdur. Bu səbəbdən də hazırki mülki işin icraatı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3328/2019-cu il tarixli, 22.04.2019-cu il tarixli qərardadı ilə dayandırılmışdır. Hazırda həmin cinayət işi üzrə həhkəmənin hökmü qanuni qüvvəyə mindiyindən mülki iş üzrə icraat təzələnmişdir. Qeyd edilən məhkəmə hökmünə əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2, və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, zərərçəkmiş şəxslər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 dəymiş ziyanın tam ödənilməsi hökm edilmişdir.

50. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

51. Cinayət Prosessual Məcəllənin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

53. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

54. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:

55. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı2 və cavabdehlər Cavabdeh8, Cavabdeh4, "xxxx" MTK, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı2 və cavabdehlər Cavabdeh8, Cavabdeh4, "xxxx" MTK, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1585/2018 saylı, 21 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar