Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5023/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh8, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı ilk, Cavabdeh6 İddiaçı2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı2 cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh8, Cavabdeh2, Cavabdeh6, C avabdeh3, "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk, Cavabdeh6 İddiaçı2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddialar barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-23/2022 nömrəli, 27 may 2022-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MTK (bundan sonra – Kooperativ) ilə payçı Cavabdeh5 arasında bağlanmış 28 iyun 2013-cü il tarixli müqaviləyə əsasən Kooperativ MTK üzvlərinin (payçıların) vəsaiti və im kanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda yaşayışın 7-ci mərtəbəsində ümumi sahəsi 123,4 kv.m təşkil edən yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.
2. Kooperativ tərəfindən verilmiş 28 iyun 2013-cü il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında yaşayış binasında yaşayışın 7-ci mərtəbəsində, 35 saylı, sahəsi 123,4 kv.m təşkil edən mənzil Cavabdeh5 məxsusdur və mənzilin pay dəyəri 90000 manat olmaqla, tam ödənilmişdir.
3. Kassa mədaxil qəbzlərinə əsasən Cavabdeh5 40000, 1500 manat, 21 noyabr 2012-ci il tarixdə 3000 manat, 8 dekabr 2012-ci il tarixdə 2000 manat, 23 dekabr 2012-ci il t arixdə 1000 manat, 8 yanvar 2013-cü il tarixdə 2000 manat, 2 fevral 2013-cü il tarixdə 2000 manat, 1 mart 2013-cü il tarixdə 1200 manat məbləğində ödənişlər etmişdir.
4. Kooperativ ilə payçı Cavabdeh3 arasında bağlanmış 19 avqust 2013-cü il tarixli müqaviləyə əsasən Kooperativ MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 124,7 kv.metr təşkil edən 29 saylı yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.
5. Kooperativ tərəfindən verilmiş 19 avqust 2013-cü il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında yaşayış binasında 10- cu mərtəbədə, ümumi sahəsi 124,7 kv.m olan 3 otaqlı 29 saylı mənzil Cavabdeh3 məxsusdur və mənzilin pay dəyəri 70000 manat olmaqla, tam ödənilmişdir.
6. Kooperativ ilə payçı Cavabdeh2 arasında bağlanmış 25 yanvar 2015-ci il tarixli müqaviləyə əsasən kooperativ MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunun 12-ci mərtəbəsində ümumi sahəsi 122 kv.m təşkil edən yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.
7. Kooperativ tərəfindən verilmiş 25 yanvar 2015-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında tikilmiş binanın A1 blokunun 12-ci mərtəbəsində ü mumi sahəsi 122 kv.m təşkil edən mənzil üçün 122000 manat Cavabdeh2 tərəfindən ödənilmişdir, onun qalıq borcu olmamışdır.
8. Kooperativ ilə payçı Cavabdeh6 arasında bağlanmış 20 dekabr 2006-cı il tarixli 22 saylı müqaviləyə əsasən Kooperativ MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 82,7 kv.m təşkil edən yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.
9. Kooperativ tərəfindən verilmiş 20 dekabr 2006-cı il tarixli 22 saylı şəxsi vərəqəyə əsasən Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında tikilmiş binanın 11-ci mərtəbəsində ümumi sahəsi 82,7 kv.m tə şkil edən mənzil üçün 44307 manat Cavabdeh6 tərəfindən ödənilmişdir.
10. Kooperativ ilə payçı Cavabdeh4 arasında bağlanmış 10 aprel 2012-ci il tarixli müqaviləyə əsasən kooperativ MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda yaşayışın 12-ci mərtəbəsində ümumi sahəsi 82,7 kv.m təşkil edən yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.
11. Kooperativ tərəfindən verilmiş 10 aprel 2012-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında tikilmiş binanın A1 blokunun 12-ci mərtəbəsində ümumi sahəsi 82,7 kv.m olan 2 otaqlı, 58 saylı mənzil Cavabdeh4 məxsu sdur və mənzilin pay dəyəri 52000 manat olmaqla, Cavabdeh4 tərəfindən tam ödənilmişdir.
12. Kassa mədaxil qəbzinə əsasən Cavabdeh4 10 aprel 2012-ci il tarixdə 52000 manat məbləğində ödəniş etmişdir.
13. Kooperativ ilə payçı Cavabdeh8 arasında bağlanmış 1 iyul 2016-cı il tarixli müqaviləyə əsasən Kooperativ MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 82,7 kv.m olan yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.
14. Kooperativ tərəfindən verilmiş 1 iyun 2016-cı il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında tikilmiş b inanın A1 blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 82,7 kv.m olan 28 saylı mənzil üçün 81000 manat Cavabdeh8 tərəfindən ödənilmişdir.
15. Kooperativ ilə payçı İddiaçı2 Ağəli arasında bağlanmış 19 dekabr 2007-ci il tarixli müqaviləyə əsasən kooperativ MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 kv.m olan yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür.
16. Kooperativ ilə payçı İddiaçı2 Ağəli arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Kooperativ MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilməkdə olan Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A1 blokunda 1-2-3-4-cü mərtəbələrində yerləşən ümumi sahəsi 860 kv.m olan qeyri-yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 nömrəli iş üzrə 22 dekabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı2 Ağəli oğlunun cavabdeh Kooperativə qarşı Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəblərdə yerləşən ümumi sahəsi 860 kv.m olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 10-11-12-ci mərtəblərində yerləşən ümumi sahəsi 1770 kv.m olan yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, Kooperativ tərəfindən müqavilə öhdəliklərinin icra edilərək həmin daşınmaz əmlakların onun sahibliyinə və istifadəsinə verilməsi və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnamə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5834/2015 nömrəli iş üzrə 22 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı2 (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Kooperativə qarşı iddia ərizəsi ilə və daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh8 iş üzrə cavabdeh qismində cəlb edilməsi, Kooperativ ilə Cavabdeh5 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun yaşayışın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m olan yaşayış sahəsinin sonuncuya satılmasına dair müqavilənin, Kooperativ ilə Cavabdeh4 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.m olan yaşayış sahəsinin sonuncuya satılmasına dair xx.xx.2012-ci il tarixli müqavilənin, Kooperativ ilə Cavabdeh6 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.m olan yaşayış sahəsinin sonuncuya satılmasına dair xx.xx.2006-cı il tarixli müqavilənin, Kooperativ ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 122 kv.m olan yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış xx.xx.2015-ci il tarixli 22 saylı müqavilənin, Kooperativ ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 124,7 kv.m ola n 29 saylı yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin, Kooperativ ilə Cavabdeh8 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.m olan yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış xx.xx.2015-ci il tarixli 22 saylı müqavilənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh8, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 iddiaçının hüquqlarını pozaraq əldə etdiyi yaşayış və qeyriyaşayış sahələrinə qanunsuz müdaxilə etmişlər, orada qanunsuz işlər aparmışlar. Etd ikləri hərəkətlərini əllərində olan və cavabdeh Kooperativ tərəfindən imzalanmış müqavilələrə güvənərək etmişlər. Mübahisəli sahələr iddiaçı tərəfindən dəyəri ödənilərək Kooperativdən əldə edilmişdir. Cavabdehlər iddiaçının hüquqlarını pozaraq özbaşınalıq etmişlər.
19. Cavabdeh6 İddiaçı2 və Kooperativə qarşı qarşılıqlı iddia ərizəsi ilə və daha sonra qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk İddiaçı2 ona qarşı Xətai Rayon Məhkəməsinə verdiyi onunla Kooperativ arasında bağlanmış Bakı şəhəri, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 11-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 82,7 kv.m olan yaşayış sahəsinə dair bağlanmış xx.xx.2006-cı il tarixli 22 saylı müqavilənin etibarsız hesab edilməsinə d air iddia tələbinin rədd edilməsi, İddiaçı2 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli 24 saylı müqavilənin Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 kv.metr olan yaşayış sahəsinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,7 kv.metr olan 2 otaqlı mənzil sahəsinə dair hissədə etibarsız hesab edilməsi, həmin mənzilə onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1585/2018 nömrəli iş üzrə 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim Namidar Misirzadə) İddiaçı2 ilkin iddiası qismən təmin edilərək, "xxxx" MTK ilə Cavabdeh5 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun yaşayışın 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 123,4 kv.m olan yaşayış sahəsinin sonuncuya satılmasına dair 28 iyun 2013-cü il tarixli müqavilənin etibarsız sayılması, "xxxx" MTK ilə Cavabdeh4 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.m olan yaşayış sahəsinin sonuncuya satılmasına dair 10 aprel 2012-ci il tarixli müqavilənin etibarsız sayılması, "xxxx" MTK ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 12-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 122 kv.m olan yaşayış sah əsinin sonuncuya satılmasına dair bağlanmış 25 yanvar 2015-ci il tarixli müqavilənin etibarsız sayılması, "xxxx" MTK ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 124,7 kv.m olan 29 saylı yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış 19 avqust 2013-cü il tarixli müqavilənin etibarsız sayılması, "xxxx" MTK ilə Cavabdeh8 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli, binanın A1 blokunun 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 82,7 kv.m olan yaşayış sahəsinin sonuncuya satılmasına dair bağlanmış 01 iyul 2016-cı il tarixli müqavilənin etibarsız sayılması, İddiaçı2 ilkin iddiasının qalan hissədə təmin edilməməsi, Cava bdeh6 qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı2 ilə "xxxx" MTK arasında bağlanmış 19 dekabr 2007-ci il tarixli 24 saylı müqavilənin Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 10-1112-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 kv.m olan yaşayış sahəsinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,7 kv.m olan 2 otaqlı mənzil sahəsinə dair hissədə etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 32 ünvanında inşa edilən yüksək mərtəbəli binanın A1 blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82,7 kv.m olan 2 otaqlı mənzil üzərində Cavabdeh6 sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir.
21. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının iştirakı olmadan, o na məxsus yaşayış və qeyri-yaşayış sahələrinə dair "xxxx" MTK ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh8 arasında sonradan (Cavabdeh6 istisna olmaqla) müqavilələr bağlanmışdır. Qeyd olunan tərəflər arasında müqavilələr (Cavabdeh6 istisna olmaqla), İddiaçı2la "xxxx" MMC arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilələr qanunla müəyyən edilmiş qaydada ləğv edilmədən, Azərbaycan Respublikası Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış, eyni zamanda həmin müqavilələr İddiaçı2 mübahisəli yaşayış və qeyri-yaşayış sahələrinin satılmasına dair iradəsini ifadə etməmişdir.
22. Məhkəmə eyni zamanda qarşılıqlı iddianın “mənzilə sahiblik və istifadə hüququnun tanınması”na dair hissəsini araşdıraraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi həmin hissədə də ə saslıdır.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178, 324.1, 324.4, 337.1, 337.5, 337.4, 421.1, 423, 452.1, 752.1, 753-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilk iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi, ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Cavabdehlər Cavabdeh8, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MTK ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər.
26. Kooperativin rəhbəri X4 Eldənizlə olan müqaviləni ləğv etmədən həmin müqavilənin predmeti olan mənzilləri başqa şəxslərə satmasına görə Cinayət Məcəlləs inin 308.1 və 313-cü maddələri ilə ona ittiham elan olunmuşdur. Məhkəmə hökmünə əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2, və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, zərərçəkmiş şəxslər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 dəymiş ziyanın tam ödənilməsi hökm edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-23/2022 nömrəli mülki iş üzrə 2 7 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər: Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Xumar Mərdanova) İddiaçı2 və cavabdehlər Cavabdeh8, Cavabdeh4, "xxxx" MTK, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh6 qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı2 iddiasının isə qismən, yəni "xxxx" MTK ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh8 arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi hissəsində təmin edilməsinə dair məhkəmənin qətnaməsi qanuni və əsaslı olmuşdur.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178, 324.1, 324.4, 337.1, 337.4, 337.5, 421.1, 423, 452.1, 752.1, 753-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə qətnmənin ona aid hissədə ləğv edilməsi, iddianın həmin hissəsi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 178, 225, 337.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 261.0.5-ci maddələ rinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
34. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
35. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərə fli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
36. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
38. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
39. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş iş də və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
40. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
41. Maddə
423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
42. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
43. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
44. Maddə
753. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə he sab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qə tnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh3 tərəfindən qismən, yəni özünə aid hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfin dən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
55. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün fa ktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi ye ni sübut qəbul etmir.
56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-23/2022 nömrəli, 27 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.