Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2301/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və X3 cavabdeh "xxxx" MMC-yə qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələri haqqında protokolun ləğv edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4588/2021 saylı 25 oktyabr 2021-ci il tarixli qətnaməsinə izah verilməsi barədə iddiaçının ərizəsinə baxılmasına dair məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından üçüncü şəxs tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X8 cavabdehlər "xxxx" MMC-yə (keçmiş adı Cavabdeh MMC) qarşı “hərracın nəticələri haqqında protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC (keçmiş adı "X4” MMC) tərəfindən hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 14 saylı Protokolun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə verərək, cavabdeh "xxxx" MMC (keçmiş adı "X4” MMC) tərəfindən hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 14 saylı Protokolun ləğv edilməsi və hərracın nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən apellasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1210/2022 nömrəli 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3135/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh "Capitals Auction” Məhdud Məsuliyyətli Cəmiyyəti və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1210/2022 nömrəli 26 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, icrada dönüş edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi icraçılar tərəfindən icra olunmuş və mənzil üçüncü şəxs X2 adına qeydiyyata alınmışdır. Qətnamənin icrasında dönüş edilməli və mülkiyyət əvvəlki vəziyyətinə, yəni onun adına qayıtmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzillə dair X2 adına reyestrdə alınmış qeydin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzillə dair qeyd əvvəlki mülkiyyətçi İddiaçı1 adına qeydə alınmaqla mülkiyyət hüququna dair qeydin bərpa olunması qərara alınmışdır. Həmin qərardaddan üçüncü şəxs tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-7883/2022 saylı qərardadı ilə şikayətlər qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı 28 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş və “qətnamənin icrasında dönüş edilməsi barədə” İddiaçı1 ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmışdır. İddiaçı1 nümayəndəsi və vəkili X7 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4588/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, lakin qətnamənin nəticə hissəsi başa düşülən deyildir. Belə ki, qətnamədə hərracın yekunları barədə 14 nömrəli xx.xx.2020-ci il tarixli protokol ləğv edilmiş və həmin hərracın nəticələri etibarsız hesab olunmuş, lakin mübahisəli mənzilin kimin mülkiyyətinə qayıtması göstərilmir. Qeyd edilən əmlakın yeni mülkiyyətçisi X6r, lakin iddiaçıda onun əmlakın mülkiyyətində olmasını təsdiq edən çıxarışın surəti və ya digər məlumat olmadığı üçün məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə qərarına izah verilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qətnaməyə izah verilməsinə dair ərizə təmin edilmişdir. (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hərracın yekunları barədə 14 nömrəli xx.xx.2020-ci il tarixli protokolunun ləğv edilməsi və həmin hərracın nəticələri etibarsız hesab olunması - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzillə dair X2 adına reyestrdə alınmış qeydin ləğv edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, bina 81, M5, 3 nömrəli mənzillə dair əvvəlki mülkiyyətçi İddiaçı1 adına qeydə alınmaqla mülkiyyət hüququna dair qeydin bərpa olunması kimi başa düşülsün.) Qərardaddan üçüncü şəxsin verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və “qətnamənin icrasında dönüş edilməsi barədə” İddiaçı1 ərizəsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-7883/2022 saylı qərardadı ilə şikayətlər qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı 28 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş və “qətnamənin icrasında dönüş edilməsi barədə” İddiaçı1 ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmışdır. İş materiallarından görünür ki, məhkəmə tərəfindən qətnamənin icrasına dönüş edilməsi barədə ərizəyə baxılması üçün məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş (İİ cild, iş.v.127), xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən verilmiş qətnaməyə izah barədə ərizə məhkəməyə daxil olmuş və məhkəmə xx.xx.2023-cü il tarixdə “qətnaməyə izah verilməsi barədə” ərizəyə baxaraq, hazırda mübahisələndirilən qərardadı qəbul etmişdir. Göründüyü kimi məhkəmə tərəfindən “qətnamənin icrasında dönüş edilməsi barədə” ərizəyə baxılmamış, müvafiq qaydada münasibət bildirilməmiş və qətnaməyə izah verilməsi barədə ərizəyə baxılmışdır. Halbuki birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qəbul edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə “qətnamənin icrasında dönüş edilməsi barədə” ərizəyə yenidən baxılarkən araşdırılmalı olan müəyyən göstərişlər verilmişdir. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə tərəfindən isə ümumiyyətlə “qətnamənin icrasında dönüş edilməsi barədə” ərizəyə baxılmamışdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, hazırki qərardad ləğv edilməli, Kollegiyanın əvvəlki qərardadı ilə müəyyən olunmuş göstərişlər nəzərə alınmaqla “qətnamənin icrasında dönüş edilməsi barədə” ərizəyə yenidən baxılmalıdır. Qətnaməyə izah verilməsi barədə iddiaçının hazırki ərizəsinə isə MPM-nin 230-cu maddəsinin tələbləri nəzərə alınmaqla baxıla bilər. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4588/2021 saylı 12 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin və “qətnamənin icrasında dönüş edilməsi barədə” İddiaçı1 ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2301/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2301/2023
07.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver