Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2309/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X9 və X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pulun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "pul tələbi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-3481/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 90.000 ABŞ dollarının manatın məzənnəsinə uyğun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmənin təşəbbüsü ilə X9 və X12 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3481/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Fuad Abdıyev) ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 40.000 (qırx min) ABŞ dolları məbləğində pul, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
4. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, bu məsələ şikayət əsasında polis orqanları tərəfindən də araşdırılmışdır. Həm araşdırmanın nəticələrinə dair qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda, həm də qeyd edilən məhkəmə aktlarında cavabdeh 90.000 ABŞ dollarının ona məxsus olmasını etiraf edərək, bu barədə izahat vermişdir. Bundan əlavə bu münasibətlər çərçivəsində cavabdeh gəlir də əldə etmişdir. Lakin o, hər hansı gəlir əldə etməmiş, əksinə cavabdehin borc müqaviləsi bağlayarkən onun razılığı olmadan ona məxsus olan 50.000 ABŞ dolları məbləğində pulu güzəşt etməsi və yalnız 130.000 ABŞ dolları ilə bağlı borc müqaviləsi bağlaması, habelə sonradan borc müqaviləsində göstərilən 130.000 ABŞ dolları məbləğində pulu X3 almasına və bu halı təsdiq edən ərizə yazmasına baxmayaraq, ona aid olan 40.000 ABŞ dolları məbləğində pulu da ona qaytarmaması nəticəsində ümumilikdə ona 90.000 ABŞ dolları məbləğində maddi zərər vurmuşdur. Bununla belə, cavabdeh nəticə etibarı ilə həm kampaniyaya yatırdığı 90.000 ABŞ dolları məbləğində pulu geri almış, həm gəlir əldə etmiş, həm də ona məxsus pulu mənimsəmişdir, o isə pulundan məhrum olmuşdur. Cavabdehin qanuna zidd hərəkətləri ona zərər vurmuşdur. Belə ki, ona məxsus pulları onun razılığı olmadan güzəşt etmiş və ya da mənimsəmişdir. Cavabdeh həmin kampaniyadan gəlir də əldə etmişdir. İş materiallarında olan sənədlərdə digər şəxslərin də izahatları vardır. Həmin izahatlardan da məlum olur ki, Yaquba çatası pulları Dinaranın qardaşı Ömər vasitəsi ilə Yaquba vermişdilər. İşə baxan rayon məhkəməsi tərəflərin qarşlılı hüquq münasibətlərinə uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh özü də tərəflər arasında baş vermiş məhkəmə çəkişmələri və digər hüquq mühafizə orqanlarında bildirmişdir ki, İddiaçı də hazırkı işə 90000 (doxsan min) ABŞ dolları vəsait qoymuşdur. Qeyd edilənlərə əsasən, qətnamənin iddia tələbinin təmin edilməyən hissədə ləğv edib, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, qətnamə əsassız, qanunvericiliyin tələblərinə riayət olunmadan qəbul edildiyinə görə ləğv edilməlidir. İlk növbədə o, aldadılmış və onun pulu alınaraq adı çəkilən “Yığımyaşam” kampaniyasına qoyulmamış və İddiaçı və onun qohumları arasında hansısa biznes fəaliyyətinə qoyulmuşdur. Bununla bağlı Ö.Hüseynov Cavabdeh məlumat vermişdir. Notariat kontorunda müqavilə bağlanarkən və müqaviləyə xitam verilərkən bütün prosedurlardan iddiaçının məlumatı olmuşdur. Çünki həmin müqavilə iddiaçının qohumları ilə Cavabdeh arasında bağlanmışdır. Sonradan İddiaçı yenidən Binəqədi Rayon Məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq 90.000 ABŞ dollarının ona məxsus olduğunu iddia edərək həmin məbləğin Cavabdeh tutulmasını tələb etmişdir. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirərkən 3 illik iddia müddətini düzgün hesablamamışdır. Çünki məhkəmə qeyd edir ki, xx.xx.2016-cı il tarixli müqavilə xx.xx.2017-ci il tarixdə ləğv edilsə də, iddiaçı tərəf bu barədə həmin ilin sonu, növbəti ilin əvvəli məlumat əldə etmiş, lakin pulun tələb edilməsi nəticə vermədiyindən iddiaçının oğlu 2018-ci ilin mart ayında Bakı şəhər Prokurorluğuna şikayətlə, 2021-ci ilin sentyabr ayında isə cavabdehə və üçüncü şəxslərə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi artıq 2018-ci ilin birinci rübündən yəni yanvar, fevral və mart aylarında iddiaçının həmin müqavilənin mövcudluğundan xəbəri olduğu halda məhkəmədə iddia qaldırmamış və bundan 3 il 6 ay sonra iddia müddətini keçirərək iddia ərizəsi ilə 2021-ci ilin oktyabr ayında Binəqədi Rayon Məhkəməsində ilk iddianı qaldırmışlar. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədləri düzgün araşdırmadan qiymət vermiş və əsassız bir qətnamə qəbul etmiş, qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış, 40.000 ABŞ dolların Cavabdeh verilməsi barədə heç bir əsaslı sübut təqdim olunmamışdır. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilərək iş üzrə iddianın rədd edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi.
9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. Mülki iş materiallarında olan iddiaçının oğlu X7 şikayəti üzrə Bakı şəhər Prokurorluğu tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair qəbul edilmiş 13 mart 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarına əsasən X7 müraciəti əsasında toplanmış material üzrə pul tələbinin mülki mübahisə olduğu müəyyənləşdirməklə X2, X8 və Cavabdeh hərəkətlərində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin şikayətdə X13 özünə məxsus 90.000 ABŞ dolları, habelə atasının tanışı olan və vergilər idarəsində rəis müavini işləyən Cavabdeh məxsus 140.000 ABŞ dolları, cəmi 230.000 ABŞ dolları məbləğində pulu "xxxx" ASC-də keçirilən yığım-yaşam kampaniyasına qoyulması üçün bu bankda işləyən xalası qızı X4 verdiyini və bütün pulun Cavabdeh məxsus olduğunu ona bildirdiyini, sonradan həmin pulun 50.000 ABŞ dolları hissəsinin geri alaraq atası vasitəsi ilə Cavabdeh qaytardığını, bankda kampaniya keçirilmədiyini öyrəndikdən sonra isə qalan 180.000 ABŞ dolları məbləğində pulun qaytarılmasını X1 tələb etdiyini və bununla bağlı aralarında mübahisə yarandığını, mübahisənin həlli məqsədi ilə onun atasının, xalası oğlu X8, xalası Zümrüd Hüseynovanın və Cavabdeh iştirakı ilə keçirilən görüşdə pulun 50.000 ABŞ dolları hissəsinin keçildiyini, qalan 130.000 ABŞ dolları hissəsi ilə bağlı X12 ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlandığını, müqavilənin müddəti bitdikdən sonra isə pulun ödənilməsi ilə maraqlandıqda X2 həmin pulun X12 tərəfindən Cavabdeh verilməsi barədə ona məlumat verdiyini, həmin vaxt bu pulun 90.000 ABŞ dolları hissəsinin ona məxsus olduğunu söylədikdə, X2 ona pulun Cavabdeh adından verilməsi səbəbindən bütün pulun da X12 tərəfindən məhz Cavabdeh verildiyini bildirəndən sonra Cavabdeh pulunu istədiyini, lakin Cavabdeh ona X3 yalnız özünə məxsus 90.000 ABŞ dolları məbləğində pulu aldığını göstərdiyindən, X2 Cavabdeh ilə birlikdə onu aldatdığını hesab etdiyini bildirmişdir. Araşdırma zamanı üçüncü şəxslər X2, X8, İddiaçı, Cavabdeh, habelə iddiaçının qızı X5 izahatı alınmışdır. Həmin izahatlarda olan eyni fikirlərə əsasən iddiaçı bankda keçirilən yığım-yaşam kampaniyasına qoyulması və gəlir əldə edilməsi üçün bankda işləyən baldızı qızı X4 ümumilikdə 230.000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin pulun 90.000 ABŞ dolları hissəsi İddiaçıQulu oğluna, qalan 140.000 ABŞ dolları hissəsi isə Cavabdeh məxsus olmasına baxmayaraq, bu barədə X4 məlumat verilməmiş və ona bütün məbləğin cavabdehə məxsus olduğu bildirilmişdir. Sonradan cavabdehin tələbinə uyğun olaraq 50.000 ABŞ dolları X9 tərəfindən iddiaçı vasitəsi ilə cavabdehə qaytarılmışdır. Kampaniyanın keçirilməsi alınmadığından iddiaçı X1 pulun qaytarılması tələb edilmiş və bununla bağlı əldə olunmuş razılığa əsasən 50.000 ABŞ dolları nəzərə alınmamaqla qalan 130.000 ABŞ dolları ilə bağlı cavabdehlə X2 qardaşı X12 arasında xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə pulun ödənilməsi əsası ilə xx.xx.2017-ci il tarixdə ləğv edilmiş və yalnız bundan sonra iddiaçı cavabdehin adından verilmiş pulun 90.000 ABŞ dolları hissəsinin ona məxsus olduğunu X4 və X10 bildirmiş və X1 və X3 özünə aid məbləği tələb etmişdir. Lakin həmin şəxslər bu barədə məlumatlı olmadığını, bütün pulun cavabdehə məxsus olmasını bildiklərini və bu səbəbdən ona verdiklərini bildirmişdilər. Eyni zamanda, cavabdeh istisna olmaqla bütün digər şəxslər izahatlarında X12 tərəfindən xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş 130.000 ABŞ dollarının cavabdehə ödənildiyini, habelə cavabdehə gəlir qismində də pulun verildiyini (iddiaçı və onun qızı bu məbləğin 54.000 ABŞ dolları olmasını, X9 və X12 57.000 ABŞ dolları olmasını qeyd edir) bildirir. Belə ki, cavabdeh həmin müqavilədə müəyyən edilmiş 130.000 ABŞ dollarının yalnız ona aid olan 90.000 ABŞ dolları hissəsinin X3 qəbul etdiyini vurğulayır, qalan 40.000 ABŞ dolları məbləğində pulun isə iddiaçıya hissə-hissə ödəyəcəyi barədə X8 onu inandırdığını qeyd edir.
11. Mülki iş materiallarında olan xx.xx.2016-cı il tarixli 9 saylı notariat kontorunda təsdiqlənmiş kredit müqaviləsinin surətindən məlum olur ki, həqiqətən də Cavabdeh xx.xx.2016-cı il tarixdə 3-M-1280 reyestr nömrəsi ilə X12 ilə aralarında 130.000 ABŞ dolları məbləğində borc müqaviləsi rəsmiləşdirilmişdir.
12. Cavabdeh tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli, 3-M-1280 reyestr nömrəli kredit müqaviləsinə əsasən X10 verdiyi 130.000 ABŞ dolları borc alan tərəfindən geri qaytarıldı, bunu nəzərə alaraq müqavilənin ləğv edilməsini xahiş etmişdir.
13. X12 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli, 3-M-1280 reyestr nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh verdiyi 130.000 ABŞ dollarının borc məbləğini geri qaytardı, bunu nəzərə alaraq müqavilənin ləğv edilməsini xahiş etmişdir.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7890/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən grünür ki, X13 2021-ci ilin sentyabr ayında iddia qaldıraraq, Cavabdeh 90.000 ABŞ dolları, X1 və X3 20.000 ABŞ dolları və cavabdehlərdən 30.000 ABŞ dolları məbləğində mənəvi zərərin tutulmasını tələb etmişdir. İşə baxılan zaman iddiaçı X13 əsl iddiaçı X11 ilə əvəz edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7890/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir
15. Həmin qətnamədən X5 apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2510/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
20. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
21. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
22. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
23. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
24. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
25. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
26. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
27. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
28. 781. Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.
29. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
31. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:
33. 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;
34. 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
35. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
36. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarı.
38. Həmin qərarda iddia müddətinin mahiyyətinə aydınlıq gətirilərək bununla bağlı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi aşağıdakı kimi əks olunmuşdur:
39. -iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
44. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
45. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
46. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
49. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
51. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının və cavabdehin apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
52. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə əsasən rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı iddia ərizəsində göstərilənlərə və nümayiş etdirdiyi mövqeyinə uyğun borc qalığının 180.000 ABŞ dolları olmasına baxmayaraq, onun razılığı (icazəsi) olmadan 50.000 ABŞ dollarınının nəzərə alınmadığını (güzəşt edildiyini) və nəticədə cavabdehlə X12 arasında 130.000 ABŞ dollarına dair kredit müqaviləsinin bağlandığını, habelə cavabdehin ona həmin 50.000 ABŞ dollarının da alınmasına dair zəmanət verdiyini sübut etməli idi (X7 iddia ərizəsində də eyni fikirlər əks etdirilmişdir). İddiaçı tərəfindən bununla bağlı sübut təqdim edilmədiyindən, MPM-in 77.1ci maddəsinin tələblərinə müvafiq olaraq rayon məhkəməsi iddia tələbini 50.000 ABŞ dollarına aid hissədə təmin etməməkdə haqlı olmuşdur, bu baxımdan iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
54. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin 40.000 ABŞ dollarının borc müqaviləsinə əsasən ona verilməsi- qaytarılması barədə heç bir əsaslı sübut təqdim olunmaması barədə dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli, 3-M-1280 reyestr nömrəli kredit müqaviləsinə əsasən X10 verdiyi 130.000 ABŞ dolları borc alan tərəfindən geri qaytarıldı, bunu nəzərə alaraq müqavilənin ləğv edilməsini xahiş etmişdir (i/v 74).
55. Rayon məhkəməsi qeyd etmişdir ki, cavabdeh Notariat Ofisinə 90.000 ABŞ dolları deyil, məhz 130.000 ABŞ dolları məbləğində pulun ona qaytarılması barədə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmiş, bununla da mövcud sübutlar, o cümlədən notarial qaydasında təsdiq edilmiş ərizələr müqabilində cavabdehin yalnız öz izahatından ibarət olan həmin dəlilləri hər hansı əhəmiyyət kəsb etmir və əsassızdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə X12 tərəfindən cavabdehə məhz 130.000 ABŞ dolları məbləğində pul qaytarılmış, lakin buna baxmayaraq, cavabdeh həmin pulun iddiaçıya aid olan 40.000 ABŞ dolları hissəsini ona təhvil verməmiş, özündə saxlamışdır.
56. Beləliklə, cavabdeh özü notarial qaydada təsdiq edilmiş ərizəsində ona məhz 130.000 ABŞ dollarının qaytarıldığını qeyd etdiyindən, onun apellyasiya şikayətinin 40.000 ABŞ dollarının ona verilməsinin təsdiq olunmamasına dair dəlili əsassızdır.
57. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd edir ki, məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirərkən 3 illik iddia müddətini düzgün hesablamamışdır. Çünki məhkəmə qeyd edir ki, xx.xx.2016-cı il tarixli müqavilə xx.xx.2017-ci il tarixdə ləğv edilsə də, iddiaçı tərəf bu barədə həmin ilin sonu, növbəti ilin əvvəli məlumat əldə etmiş, lakin pulun tələb edilməsi nəticə vermədiyindən iddiaçının oğlu 2018-ci ilin mart ayında Bakı şəhər Prokurorluğuna şikayətlə, 2021-ci ilin sentyabr ayında isə cavabdehə və üçüncü şəxslərə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi artıq 2018-ci ilin birinci rübündən yəni yanvar, fevral və mart aylarında iddiaçının həmin müqavilənin mövcudluğundan xəbəri olduğu halda məhkəmədə iddia qaldırmamış və bundan 3 il 6 ay sonra iddia müddətini keçirərək iddia ərizəsi ilə 2021-ci ilin oktyabr ayında Binəqədi Rayon Məhkəməsində ilk iddianı qaldırmışlar.
58. Məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi, rayon məhkəməsinin müddətinin hesablanması zamanı səhvə yol verdiyi barədə apellyasiya şikayətinin dəlili üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir.
59. İddia müddəti ilə bağlı münasibətlər ümumi olaraq MM-in XVİİİ fəslində yer alan 372-384-cü maddələr ilə tənzimlənir. İddia müddəti ilə bağlı münasibətlərin tətbiqinin təcrübədəki mühüm əhəmiyyəti danılmazdır. Məhz bu səbəbdəndir ki, Konstitusiya Məhkəməsi MM-in iddia müddətilərini tənzimləyən normaların şərh edilməsinə dair iki ayrıayrı qərar qəbul etmişdir. 1) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarı; 2) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyun 2013-cü il tarixli Qərarı;
60. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında iddia müddəti ilə bağlı məsələyə münasibətdə onun önəmini qeyd etməklə yanaşı, həm də onun mahiyyətinə aydınlıq gətirmişdir.
61. Belə ki, iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
62. Mülki Məcəllədə iddia müddəti ilə bağlı fəslində iddia müddətinin anlayışı, iddia müddətləri, iddia müddətinin müəyyənləşdirilməsi, iddia müddətinin tətbiqi, iddia müddətinin başlanması, iddia müddətinin axımının dayandırılması, iddia müddətinin axımının kəsilməsi, iddia müddətinin bərpası, iddia müddətinin tətbiq edilmədiyi tələblər və sair məsələlər tənzimlənir. 1) Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 2) Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 3) Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 4) Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır, fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
63. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin tətbiqi zamanı ilkin şərt müddətin axımının başlandığı günün müəyyən edilməsindən ibarətdir. Çünki həmin gün müəyyən olunmadan müddətin bitməsinin müəyyən edilməsi mümkünsüzdür. Bundan sonra isə qanunla (və ya tərəflərin razılaşdığı) müddət daxilində müddətin axımının dayandırılması və ya onun axımının kəsilməsinin baş verib-vermədiyi müəyyən olunmalıdır. Yalnız qeyd edilən tələblərə əməl olunmaqla müddətin ötürüldüyü müəyyən edildikdə, bu əsasla iddiadan imtina barəsində qərar çıxarıla bilər.
64. Hazırkı iş üzrə aparılmış araşdırmalarla müəyyən olunur ki, iddiaçı cavabdeh ilə vergi orqanında birlikdə, həm də cavabdehin tabeliyində olmaqla, ondan vəzifəcə asılı olan vəziyyətdə işləmiş, bununla belə dəfələrlə pulunun qaytarılmasını cavabdehdən tələb etmiş, dövlət qulluğunda olması səbəbindən öz oğlunun və qızının vasitəsi ilə cavabdehdən pulunun qaytarılması məqsədi ilə həm prokurorluğa şikayət etmiş, bundan sonra həm də iddia ərizəsi ilə həmin pulun Cavabdeh tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmiş, Bakı şəhər prokurorluğunun 13 mart 2018-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə məsələnin mülki münasibətlərə aid olduğu qeyd edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il taixli qətnaməsi ilə isə iddiaçı X6 hazırkı mülki iş üzrə də cavabdeh olan Cavabdeh qarşı 90.000 ABŞ dolları tələbinə dair iddiası, məhz tələb olunan vəsaitin ona deyil, atasına aid olması səbəbindən təmin olunmamışdır. Həmin qətnamədən verilən apellyasiya şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bundan az bir müddət sonra, yəni xx.xx.2022-ci il tarixində iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
65. İddiaçının hazırda cavabdehdən tələb etdiyi 90.000 ABŞ dolları məbləğində pul vəsaitindən rayon məhkəməsinin qətnaməsi ilə təmin olunan həcmdə, yəni 40.000 ABŞ dolları hissəsinin cavabdehdə qalması tədqiq olunmuş digər sübutlarla yanaşı, həm prokurorluqda aparılmış araşdırmalar, həm də Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Belə olan halda, məhkəmələrin vəzifəsi iddiaçı tərəfindən iddia müddətinin ötürülübötürülməməsinin və hərgah ki, əgər ötürülmüşsə, onda bu halın öz-özlüyündə hazırkı idia tələbinin birmənalı olaraq rədd edilməsi üçün əsas olub-olmamasının müəyyən edilməsindən ibarət olmalıdır.
66. İlkin olaraq iddiaçı tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürübötürülməməsi məsələsi yoxlanılır.
67. Qanunun tələbinə əsasən (maddə 375.2.) məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.
68. Mülki işin 58-ci vərəqində olan ərizədən bəlli olur ki, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
69. Həmin ərizədə qeyd olunmuşdur ki, Cavabdehla Ö.Hüseynov arasındakı xx.xx.2016-cı il tarixli borc müqaviləsinə xx.xx.2017-ci il tarixdə xitam verilmiş, həmin gündən də üç illik müddət ötürülmüşdür.
70. Cavabdeh tərəf xx.xx.2017-ci il tarixini Cavabdeh Ö.Hüseynovdan ümumi məbləğ olan 130.000 ABŞ dolları (bir hissəsinin iddiaçıya aid olduğu) pulu alması gününün həm də iddiaçının hazırkı iddia tələbi üçün müddətin axımının hesablanmalı günü olduğunu bildirir. MPM-in 77.1-ci maddəsinin tələbləri baxımdan bu halı, yəni cavabdehin Ö.Hüseynovdan 130.000 ABŞ dolları məbləğində pul vəsaitini xx.xx.2017-ci il tarixində alması faktını iddiaçının məhz elə həmin vaxt bilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh istinad etdiyi bu hala dair məhkəməyə sübut verə bilməmişdir. Belə olan halda bəlli olur ki, iddiaçı üçün hazırkı tələbə dair müddətin axımının cavabdehin bildirdiyi xx.xx.2017-ci il tarixindən hesablanması yolverilməzdir. Cavabdeh müddətin axımının hesablanması gününə dair bundan başqa hər hansı bir fakta -hala istinad etməmişdir. Yuxarıda da qeyd olunduğu kimi, iddia müddətinin tətbiqi zamanı ilkin şərt müddətin axımının başlandığı günün müəyyən edilməsindən ibarətdir. Çünki həmin gün müəyyən olunmadan müddətin bitməsinin müəyyən edilməsi mümkünsüzdür. Qanunun mahiyyətindən irəli gələn bu qaydanın hazırkı işə tətbiqi isə onu deməyə əsas verir ki, rayon məhkəməsinin iddia müddətini tətbiq etməklə iddianı rədd etməsinə əsaslar olmamışdır.
71. Bundan başqa, hazırkı işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, iddiaçı vəzifəcə asılı olduğu cavabdehdən pulunun qaytarılmasını dəfələrlə, həm də müxtəlif üsullarla tələb etməsinə baxmayaraq (bu faktı cavabdeh iddiaya qarşı etiraz ərizəsində özü təsdiq etmişdir, bax, iş/ v. 41-42) buna nail ola bilməmiş, bundan sonra o, (həmin dövrdə işləməsi səbəbindən, o hal-hazırda işdən çıxmışdır) oğlunun vasitəsi ilə cavabdehdən pulunun alınması məqsədi ilə prokurorluq orqanlarına şikayət etmiş, həmin araşdırmalar çərçivəsində pulunu ala bilmədiyindən, yenə də eyni səbəbdən qızının vasitəsi ilə cavabdehə qarşı həmin pulunun qaytarılması məqsədi ilə məhkəmədə iddia qaldırmış, həmin iddia, həm də yalnız prosessual əsaslara görə təmin edilmədiyindən, hətta apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kasassiya qaydasında mübahisələndirmədən, dərhal hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
72. Bütün bu qeyd olunanları MM-in 375.2-ci maddəsinin tələbləri (məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır),“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarıda əks olunmuş hüquqi mövqe, (-iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır), eləcə də iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (“Stanyo Belçikaya qarşı” iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir) qərarlarında təsbit olunmuş prinsipləri ilə birlikdə təhlil etdikdə belə qənaət hasil olur ki, cavabdehin istinad etdiyi üç illik iddia müddəti ötürülməmişdir.
73. Belə ki, hazırkı işin halları baxımından tərəflərin münasibətlərində nə qeyrimüəyyənliklər, nə də ki, ümumiyyətlə hüquqi müəyyənliklə bağlı hər hansı sual ortaya çıxmır, çünki iddiaçı pulunun cavabdehdə olduğunu bildiyi vaxtdan davamlı olaraq, həm də müxtəlif üsullarla ondan pulunun qaytarılmasını tələb etmiş, buna nail olmaq məqsədi ilə praktiki baxımdan uğurlu ola biləcək ciddi cəhdlər göstərmişdir. Burada cavabdeh üçün gözlənilməz, sübutetmə baxımından isə çətin və qeyri-mümkün olan hal yoxdur. Demək ki, hazırkı halda tərəflər arasındakı hüquq münasibətlərində qeyri-müəyyən olan, eləcə də hüquqi müəyyənliyə xələl gətirən hər hansı hal mövcud deyildir.
74. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında, eləcə də Avropa Məhkəməsinin presedentlərində iddia müddətinin tətbiqinin ikinci zəruri şərti ...tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini,... vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etməklə bağlıdır.
75. Qeyd olunanlar hazırkı mülki işin müəyyən olunmuş halları baxımından dəyərləndirildikdə, müəyyən olunur ki, həmin şərt hazırkı işə tətbiq oluna bilmir, çünki hazırkı işdə iddiaçının tələbinin əsaslığı, onun sübutlarının mötəbərliyi hər hansı şübhə doğurmur, ona görə ki, həmin hallar digər sübutlarla yanaşı, həm də prokurorluğun qüvvədə olan qərarı, eləcə də məhkəmənin qüvvədə olan qətnaməsi ilə təsdiq olunur. Demək ki, hazırkı mülki işdə iddiaçının tələbinə münasibətdə iddia müddətinin tətbiqini zəruri edən şərtlərin heç biri yoxdur.
76. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.
77. Beləliklə, Kollegiya hesab edir ki, rayon məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyindən apellyasiya şikayətləri əsassızdır və təmin edilə bilməz. Nəticə:
78. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
79. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş tərəflərin özlərinə aid edilməlidir.
80. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3481/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov