Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2314/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı pul tələbinə dair mülki iş üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat ofisinin notariusu X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-715/2022 saylı, 27.01.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd edilən qərardadın ləğv edilməsi və işə yenidən baxılmasına dair iddiaçı tərəfindən verilmiş vəsatət Məhkəmənin 31.01.2022-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Daha sonra iş materiallarından görünür ki, iddiaçı Məhkəmənin iddia ərizəsinin baxılmamış saxlanılması barədə 27.01.22-ci il tarixli qərardadından şikayət vermişdir. Binəqədi Rayon Məhkəməsi 04.02.22-ci il tarixli qərardadı ilə iddiaçının şikayətini təmin etməmiş, 31.01.2022-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı Məhkəmənin iddia ərizəsinin baxılmamış saxlanılması barədə 27.01.2022-ci il tarixli qərardadını mübahisələndirməsinə baxmayaraq, birinci instansiya məhkəməsi 04.01.2022-ci il tarixli qərardadla “Binəqədi Rayon Məhkəməsinin 2(001)-715/2022 saylı, 31.01.2022-ci il tarixli qərardadından” verilmiş şikayəti təmin etməmiş, baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. AR MPM-in 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə ,.., göndərilir. Həmin Məcəllənin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı «pul tələbi» nə dair mülki iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından mülki iş Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2314/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2314/2022
10.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver