Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2324/2024 06.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı “vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X19 (sədrlik edən və məruzəçi), X14 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı “vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-631/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X15 ilə Leyla Tağıyeva (Təhməzova) arasında rəsmi nikah 10 iyun 1971-ci il tarixdə bağlanmışdır.
2. X3 Ramis Hacıağa oğlunun anasıdır.
3. İİ-ЖГ seriyalı 457236 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təhməzova Xanım xx.xx.1993-cü ildə Bakı şəhərində baş beyninə qansızma səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 389 № ilə qeyd edilmişdir.
4. AZ seriyalı 075240 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2000-ci ildə Bakı şəhərində kəskin ürək çatışmamazlığı səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 906 № ilə qeyd edilmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunur ki, mərhum X5 adına Bakı şəhəri, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsində yerləşən 2 saylı fərdi yaşayış evinə dair 1964-cü il tarixdə tərtib edilmiş texniki pasport idarənin arxivində mövcuddur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı “vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qayınanası X6 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsində yerləşən 2 saylı fərdi yaşayış evinə dair onun vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, qayınanası X9 xx.xx.1993-cü ildə vəfat etmişdir. Ondan miras olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsində yerləşən 2 saylı fərdi yaşayış evi qalmışdır. Həmin evin texniki pasportu 1964-cü ildə tərtib edilmişdir. Həmin evdə 1970-ci ildən fasiləsiz yaşayır və 1971ci ildə həmin evə qeydiyyata düşmüşdür. Həyat yoldaşı X16 xx.xx.2000-ci ildə vəfat etmişdir. Mərhum qayınanasının yeganə varisidir. Mərhum qayınanası X6 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov küçəsində yerləşən, 2 saylı fərdi yaşayış evinin miras olaraq onun tərəfindən qəbul edilməsi və buna dair vərəsəlik haqqında şəhadətnaməsinin verilməsi ilə bağlı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə müraciət etsə də, Notariat ofisi tərəfindən müddətin ötürülməsi səbəbindən ona imtina cavabı verilmişdir. Odur ki, müddətin bərpa edilməsi, vərəsəlik işinin açılması, vərəsəlik şəhadətnamənin verilməsi haqqında qətnamə qəbul edilməsinə zərurət meydana gəlmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-631/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı “vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsi, 2 saylı fərdi yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportla X1 verilmiş, X9 xx.xx.1993-cü ildə, onun oğlu X15 isə xx.xx.2000-ci ildə vəfat etmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi özünü qayınanasının vərəsəsi kimi tanıtdıraraq həmin evi öz adına rəsmiləşdirməkdən ibarət olmuş, bununla belə o, iddia tələbini düzgün qoymamışdır. Bu mənada məhkəmə izah edir ki, iddiaçı 1964-cü il tarixdə tərtib edilmiş texniki pasporta əsasən mərhum qayanasına aid olmuş evin mərhum əri tərəfindən, ərinin vəfatından sonra isə özünün miras əmlakı olaraq faktiki qəbulunu təsdiq edən sübutları əlavə etməklə yenidən notariat orqanına və ya imtina aldığı təqdirdə iddia tələbini düzgün, aydın və dəqiq göstərməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsinə və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 119.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-631/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, lakin birinci instansiya məhkəməsi məhkəmə iddia tələbini rədd edərkən işin faktiki hallarını, iddia tələbinin predmetinin iddiaçının miras qoyan X7 vərəsəsi kimi tanınmaq deyil məhz Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsində yerləşən 2 saylı fərdi yaşayış evinə (miras əmlaka) münasibətdə onun vərəsəlik hüququnun tanınmasından ibarət olmasını, cavabdeh Bakışəhəri 20 saylı Notariat Ofisinəmüraciət edilsə də, Notariat ofisi tərəfindən müddətin ötürülməsi səbəbindən ona əsassız imtina cavabının verilməsini nəzərə almamış, iş materiallarına əlavə olunan sübutlara düzgün qiymət verməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyətli olan halları aydınlaşdırmamış və düzgün olmayan qətnamə qəbul etmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddia tələbinin əsasını Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsində yerləşən 2 saylı fərdi yaşayış evinə (miras əmlaka) münasibətdə iddiaçının vərəsəlik hüququnun tanınması təşkil etmişdir. Belə ki, iş materiallarında olan: ******* nömrəli təvəllüd şəhadətnaməsindən görünür ki, X10 atası X12, anası isə X12, anası isə X8r. 231177 №-li evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə İddiaçı arasında rəsmi nikah 10 iyun 1971ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 36 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Təhməzova” soyadı verilmişdir. İİ-ЖГ seriyalı 457236 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təhməzova Xanım xx.xx.1993-cü ildə Bakı şəhərində baş beyninə qansızma səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1994-cü il tarixdə 389 № ilə qeyd edilmişdir. AZ seriyalı 075240 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2000-ci ildə Bakı şəhərində kəskin ürək çatışmamazlığı səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000- ci il tarixdə 906 № ilə qeyd edilmişdir. Göründüyü kimi xx.xx.1993-cü il tarixdə vəfat etmiş X7 qanun üzrə vərəsəsi mərhumənin oğlu – iddiaçının 10 iyun 1971-ci il tarixdən rəsmi nikahda olduğu əri X16 olmuş və o, xx.xx.2000-ci ildə vəfat etmişdir. X16 anası rəhmətə getdikdən sonra miras əmlaka sahiblik etməyə və əmlakı faktik idarə etməyə başlamışdır. X16 qeyd olunan fərdi yaşayış evində qeydiyatda olmuş və orada yaşamaqla miras əmlakı qəbul etmişdir. X16 xx.xx.2000-ci ildə vəfat etdikdən sonra miras əmlaka onun yoldaşı İddiaçı sahiblik etməyə başlamış və həmin əmlakı faktik idarə etməyə başlamışdır. İddiaçı həmin evdə 1970-ci ildən hal-hazıradək fasiləsiz yaşayır və 1971-ci ildən həmin evdə qeydiyyatdadır. Bütün kommunal xidmətlərlə bağlı müqavilələr iddiaçının adınadır. İşin mübahisəsiz halıdır ki, ilk öncə miras əmalkı X16 qəbul etmiş, daha sonra iddiaçı yoldaşının vərəsəsi olaraq miras əmlakı idarə etməklə mirası qəbul etmişdir. Lakin məhkəmə iddianın predmetini yanlışlıqla iddiaçının miras qoyan X7 vərəsəsi kimi tanınmaq olduğu kimi göstərməklə iddia tələbinin əsassız təmin etməmişdir. Halbuki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsində yerləşən 2 saylı fərdi yaşayış evinə (miras əmlaka) münasibətdə onun vərəsəlik hüququnun tanınması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər tərəfdən cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən Mülki Məcəllənin 1246-1248-ci maddələrinin tələbləri əsas gətirilməklə müddətin ötürülməsi səbəbindən iddiaçıya vərəsəlik işinin açılmasından əsassız imtina vermişdir. Belə ki, Bakı şəhəri 20 saylı Notariat Ofisi iddiaçının miras əmlaka faktiki sahiblik və onu idarə etməsini nəzərə almadan əsassız olaraq müddətin ötürülməsi səbəbini göstərməklə vərəsəlik işinin açılmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətinimüəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cumaddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Məhkəmə isə qeyd olunan qərarda göstərilənləri nəzərə almamış, Notariat ofisi tərəfindən verilən imtinaya hüquqi baxımdan qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil çıxış edərək apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı yoldaşı ilə birlikdə yaşayıb. İddiaçının qayınanası dünyasını dəyişəndən sonra yoldaşı əmlakı idarə etməklə faktiki mirası qəbul etmişdir. İddiaçının yoldaşı da vəfat etdikdən sonra iddiaçı fərdi yaşayış evini idarə etməklə faktiki mirası qəbul etmişdir. Notariat ofisinə müraciət edilib və müddət məsələsinə görə imtina edilib. Amma, bu məsələdə müddət tətbiq edilməməliydi. Mirasın faktiki qəbul edilib-edilməməsi yoxlanılmalı idi. Qohumluq sənədləri də var, notariat ofisinə təqdim edilmişdir. Məhkəmə gedişi zamanı notariat ofisindən imtina məktubu göndərildi. Məhkəmə bütün bu hallara qiymət verməmişdir.Notariatda vərəsəlik işi açılsa da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nə heç bir məlumat verilməyib. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin cavab məktubunu apellyasiya şikayəti verdikdən sonra əldə etdik. İmtinadan şikayət etsək də, subyektiv hüququmuz olmamasına görə nəticə olmayacaq. İddiaçı vərəsə kimi tanınmır.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Hazırki halda iddiaçının apellyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını mübahisələndirilən hissədə tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
22. İş materialları ilə müəyyən edilir ki, X15 ilə İddiaçı arasında rəsmi nikah 10 iyun 1971ci il tarixdə bağlanmışdır. X15 xx.xx.2000-ci ildə vəfat etmişdir. X10 anası X8r.
23. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsi, 2 saylı fərdi yaşayış evinin sahibi X8r.
24. LeylaTəhməzova tərəfindən Bakı şəhəri 20 saylı Notariat Ofisinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı Y.Hüseynov döngəsi, 2 saylı fərdi yaşayış evi ilə bağlı vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət edilmişdir.
25. Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 282 №-li məktubda qeyd edilir ki, Mülki-Məcəllənin 1246-1248-ci maddələrinin tələbinə əsasən bildirilmişdir ki, müddətin ötürülməsi səbəbindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar olaraq buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
26. ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli 325 №-li məktubunda göstərilmişdir ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 107-ci bəndinə əsasən: “miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius miras qoyanın daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması, Mülki Məcəllənin 1246-1248ci maddələrinin tələbinə əsasən, qanun üzrə müəyyən olunmuş müddətin ötürülməsi və qohumluq münasibətini təsdiq edən sənədlərin təqdim edilməməsi səbəbindən İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkanı xaricində olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
27. Məhkəmə kollegiyası hesab edir ki, notariusun hərəkətləri qanunsuz olmuşdur. Belə ki, mübahisə predmeti olan əmlaka dair iddiaçının qayınanası X7 adına 1964-cü il tarixdə tərtib edilmiş texniki pasport vardır. X4 Xanım Hümbətəli qızının övladıdır. X15 ilə İddiaçı nikah bağlamışlar. İddiaçının əri xx.xx.2000-ci ildə vəfat etmişdir. Göründüyü kimi, iş materiallarında qohumluq münasibətlərini təsdiq edən sənədlər mövcuddur.
28. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.”
29. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilən hüquqi mövqedən göründüyü kimi, mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir.
30. Bundan başqa, İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 21 fevral 2024-cü il tarixli, 3-21-3-30/-10139/02-8/2023 saylı məktubunda qeyd edilir ki, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubi təqdim edilməmişdir. Bundan əlavə elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi dəmiryolu xəttinin mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsini faktiki vəziyyəti ilə texniki pasport arasında perimetrik ölçü fərqi mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2025-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-cə bəndnə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.
31. Məktubdan göründüyü kimi, notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.
32. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda Bakı şəhəri 20 saylı Notariat Ofisinin notariusu əsassız olaraq vərəsəlik işinin açılmasından imtina edərək heç bir yoxlama aparmamışdır. X2 vərəsəsi, o cümlədən sonuncunun övladı X10 vərəsəsi müəyyən edilməmişdir.
33. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
34. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-631/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, 20 saylı Notariat Ofisinin notariusunun hərəkətləri qanunsuz hesab edilməli, Bakı şəhəri 20 saylı Notariat Ofisinin üzərinə X7 vəfatı etməsi, o cümlədən sonuncunun övladı X22 vəfat etməsi ilə əlaqədar vərəsəlik işinin açılması ilə bağlı notariat hərəkətlərinin edilməsi öhdəliyi qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
35. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-631/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. 20 saylı Notariat Ofisinin notariusunun hərəkətləri qanunsuz hesab edilsin. Bakı şəhəri 20 saylı Notariat Ofisinin notariusunun üzərinə X7 vəfatı etməsi, o cümlədən sonuncunun övladı X10 vəfat etməsi ilə əlaqədar vərəsəlik işinin açılması ilə bağlı notariat hərəkətlərinin edilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev