Məhkəmə qərarları › İş №2(103)-2328/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2328/2021

27.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2328/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X1 və digərlərinə qarşı “əqdlərin etibarsız hesab edilməsi, qeydiyyat şəhadətnamələırinin ləğv edilməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin qaytarılması” tələbinə dair mülki iş üzrə iddianı təmin etmə tədbirinin tətbiqindən imtina barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X1 və digərlərinə qarşı “əqdlərin etibarsız hesab edilməsi, qeydiyyat şəhadətnamələırinin ləğv edilməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmçinin iddia ərizəsinə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə əlavə edərək, “X3” markalı, ** NN *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması, həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin Cavabdeh3 qadağan edilməsi və nəqliyyat vasitəsinin DYP-nin dayanacağına yerləşdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim R.Xəlilov, iş N 2(006)-5690/20) ərizə təmin olunmamışdır. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və iddianın təmini tədbirinin görülməsinə dair ərizənin təmin olunmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsinin qənaətinə görə mübahisəli avtomobil alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olduğundan həmin avtomobilə münasibətdə hər hansı iddianı təmin etmə tədbirinin görülməsi onun mülkiyyət hüququnu məhdudlaşdıracaqdır. Cavabdeh2 mübahisəli avtomobili alqı-satqı müqaviləsi əsasında əldə etmişdir və onun həmin avtomobil üzərində mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 158.1.2, 158.2-ci maddələri ilə əsaslandırmışdır. MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddələrinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan oluna bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. MPM-nin 157-158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə mübahisəli avtomobil iddiaçı ilə birbaşa hüquq münasibətində olmayan şəxsin mülkiyyətində olduğundan və o, həmin avtomobili üçüncü şəxsdən alqı-satqı müqaviləsi əsasında əldə etdiyindən iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizənin təmin olunması hüquqi cəhətdən ədalətli sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddianın təmini tədbirinin tətbiqi üçün qanuni əsaslar olmadığından məhkəmə ərizəni rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmə tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq İddiaçı şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar