Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2329/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Elşən Cələddin oğlu Kazımov və X1 ibarət tərkibdə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 19 yanvar 2024-cü tarixli, 2(011)-2342/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xətai Rayon Dövlət X4 TP 3.80311 saylı qərarının etibarsız sayılması, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Xətai Rayon Dövlət X4 TP 3.80311 saylı qərarı ilə əlaqədər bütün icra tədbirlərinə son qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 19 yanvar 2024-cü tarixli, 2(011)-2342/2024 saylı qərardadı ilə ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilmiş, ərizəçiyə şikayət ərizəsi ilə aidiyyəti üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan rayon (şəhər) məhkəmələrinə müraciət etmək hüququnun olması izah olunmuşdur. İddiaçı tərəfindən Bakı şəhər Xətai Rayon Məhkəməsinin 19 yanvar 2024-cü tarixli, 2(011)- 2342/2024 saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin 02 fevral2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 20 və 21-ci maddələrin istinad edərək əsaslandırmış, qeyd olunan maddələrin tələblərinə əsasən qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 19 yanvar 2024-cü tarixli, 2(011)-2342/2024 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, ərizəçinin məhkəməyə göndərdiyi iddia ərizəsi inzitabi orqan olan Xətai Rayon X5 Şöbəsi tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın etibarsız hesab edilməsi və bu qərar əsasında yazılmış cərimənin silinməsi ilə bağlıdır. Ərizəçinin məhkəməyə göndərdiyi iddia ərizəsi isə onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın etibarsız hesab edilməsi və bu qərar əsasında yazılmış cərminənin silinməsi ilə bağlıdır və bu xarakterli işlərə baxılması qaydası və əsasları isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir (İXM-nin 1-ci maddəsi). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar hesab edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim olunan iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından düzgün olaraq geri qaytarılmış, iddiaçıya şikayət ərizəsi ilə aidiyyəti üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan rayon (şəhər) məhkəmələrinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 19 yanvar 2024-cü tarixli, 2(011)- 2342/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazımov Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-2329/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2329/2024
14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver