Məhkəmə qərarları › İş №2(103)-2333/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2333/2021

22.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2333/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(006)-96/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun və debitor borcun ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla yaşadığı ünvanda 03.11.2016-cı il tarixli 1723 nömrəli müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 hesab nömrəsi verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1202AQ**********8 nömrəli qaz sayğacı quraşdırılmışdır.Cavabdeh məxsus fərdi yaşayış evində istifadə edilmiş 3548,5 manat əvvəlki borcu 3E proqramına keçirilmişdir. 3E proqramı: istehlakçının mənzilində smartkart tipli qaz sayğacı quraşdırıldıqdan sonra xüsusi kart vasitəsi ilə istehlakçı öncədən ödənişlər aparır və təbii qazdan fasiləsiz istifadə edir. Əgər smartkart sayğacdan əvvələ quraşdırılmış mexaniki qaz sayğacından istifadə nəticəsində debitor borc qalırsa, həmin borc məbləği xüsusi karta keçirilir və hər dəfə karta pul məbləği yüklənərkən 30% debitor borca (borc qurtaranadək) 70% təbii qazdan istifadə üçün yüklənir. Lakin, Cavabdeh İddiaçı İB tərəfindən edilən güzəştdən səmərəli istifadə etməmiş qeyri-qanuni təbii qazdan istifadə etmək üçün başqa yollara əl atmışdır.Belə ki, Cavabdeh 20.10.2016-cı il tarixli, ******* saylı akt əsasında 304,2 manat, 28.11.2016-cı il tarixli, ******* saylı akt əsasında 404,8 manat, 14.03.2017-ci il tarixli, ******* saylı akt əsasında 1306,8 manat, 09.06.2017ci il tarixli, ******* saylı akt əsasında 106 manat, 16.01.2018- ci il tarixli, ******* saylı akt əsasında 1550,4 manat və 09.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 227,6 manat, cəmi 3899,8 manat (3E proqramına keçirilən borcdan xaric) İddiaçı İB-yə ziyan vurmuşdur.Cavabdeh onunla bağlanılmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə görürdüyü öhdəlikləri yerinə yetirməmişdir.Hal-hazırda Cavabdeh təbii qazdan istifadə və qaydaları pozduğuna görə 5324,1 manat (3E proqramına keçən borcla) debitor borcu qalmışdır.Göstərilənlərə əsasən Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 5324,1 manat məbləğində əsas borcun, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 5354,1 manat borcun (pulun) İddiaçı xeyrinə məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(006)-96/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsinin rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilənlər işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığındaı məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasəı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmi sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacınadək olan paylayıcı qaz xəttinə baxış keçirilən zaman sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təstiq edilən «Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı, dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.Belə bir halda da təbii ki, ekspert həmin ünvanda qaz xəttinə baxış keçirən zaman qanunsuz qoşulma halı ilə rastlaşmayacaqdır. Lakin, qanunsuz qoşulmanı özündə əks etdirən və qanunsuz qoşulmaya xarakterik olan izlər (borucuq (sasok)) həmin paylayıcı xəttin üzərində qalmış olacaqdır ki, ekspert də baxış keçirən zaman qazpaylayıcı xəttin üzərində həmin borucuğu müşahidə edəcəkdir. Təsadüfi deyil ki, MEM-in eksperti həmin ünvanda qazpaylayıcı xəttə baxış keçirən zaman qazpaylayıcı xəttin üzərində sonluğu tıxacla bağlı vəziyyətdə olan borucuq aşkar edilmişdir və həmin borucuq vasitəsilə də sayğacdan xənar təbii qazın istifadəsinin texniki cəhətdən mümkün olaması barəoə rəy vermişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası İş üzrə materialları, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Kollegiya qeyd edir ki, İddiaçı İB ilə Cavabdeh arasında 03.11.2016-cı il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 07/1723 saylı müqavilə bağlanmışdır.Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 kub metr üçün 0,1 manat məbləğində müəyyən edilir. İş materiallarında olan 20.10.2016-cı il tarixli, ******* saylı, 28.11.2016-cı il tarixli, ******* saylı, 14.03.2017-ci il tarixli, ******* saylı, 09.06.2017-ci il tarixli, ******* saylı, 16.01.2018-ci il tarixli, ******* saylı və 09.02.2018-ci il tarixli, ******* saylı aktların surətlərindən görünür ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanında yerləşən istehlakçı Cavabdeh aid qaz sayğacı dövlət yoxlanılmasından keçirilmiş və sayğacdankənar ümumi dövriyyəyə qoşulmuş qaz xəttindən istifadə halı aşkar olunmuşdur. İş materiallarında olan 1**********00000 saylı abonentin saldosundan görünür ki, cavabdehin 1778 manat borcu yaranmışdır. İş materiallarında olan smart sayğaclı abonentə dair 02.04.2018-ci il tarixli çıxarışdan (gasrep) görünür ki, abonentin qalıq borcu 3546,1 manat təşkil edir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/674-9/1004 №-li, 23 sentyabr 2020-ci il tarixli məhkəmə fizikitexniki ekspertizasının rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacınadək olan paylayıcı qaz xəttinə baxış keçirilən zaman sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilmədi.Paylayıcı qaz xəttinin üzərində sonluğu tıxacla bağlı vəziyyətdə olan borucuq vardır ki, həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonent həmin borucuq vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə edib-etməməsi, etdiyi halda hansı müddət ərzində etməsi məsələləri məhkəmə tərəfindən araşdırmalarla həll edilə bilər.Yusifzadə küçəsi, ev 157 ünvanında baxış zamanı sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilmədiyi üçün qərardadın ikini sualı üzrə (kənar xəttə görə nə qədər təbii qaz sərfiyyatı hesablanmalıdır) tədqiqat aparılmadı.Aparılmış tədqiqatın dəyəri 102 manat təşkil etmişdir. Paylayıcı qaz xəttinin üzərində sonluğu tıxacla bağlı vəziyyətdə olan borucuq olmasını, həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkün olmasını, iş materiallarında olan 1**********00000 saylı abonentin saldosundan göründüyü kimi, cavabdehin 1778 manat borcu qazdan kənar xəttdən istifadə edilməsi ilə bağlı tərtib olunmuş aktlar üzrə yarandığı müəyyən olunmasını nəzərə alaraq, Kollegiya qeyd edir ki, iddia 1778 manat borcun tutulması hissədə əsaslı hesab olunmalı, iddia qalan hissədə rədd olunmalıdır.Belə ki, qalan borcun hansı əsasdan yarandığı iş materiallarından müəyyən olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi aktda (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsi də imperativ olaraq tələb edir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81- ci maddəsinin tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, Cavabdeh "təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış 1778 manat borc alınaraq İddiaçı hesabına ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manatın 51(əlli bir) manatı Cavabdeh, 51(əlli bir) manatı isə İddiaçındən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, İddiaçı apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(006)-96/2020 nömrəli qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalı, Cavabdeh "təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış 1778 manat borc alınaraq İddiaçı hesabına ödənilməli, iddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(006)-96/2020 nömrəli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Cavabdeh "təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış 1778 (bir min yeddi yüz yetmiş səkkiz) manat borc alınaraq İddiaçı hesabına ödənilsin. İiddia qalan hissədə rədd olunsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manatın 51(əlli bir) manatı Cavabdeh, 51(əlli bir) manatı isə İddiaçındən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar