Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2337/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı, eyni zamanda iddiaçı X1 nümayəndəsi və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, X4 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(006)- 413/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Tərtər rayon Dəmirçilər kənd İƏV üzrə nümayəndəliyi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İİ № 236687 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə İddiaçı1 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə N nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Haqverdiyeva soyadı verilmişdir. Tərtər rayon Dəmirçilər kənd İƏV tərəfindən verilmiş AZ-İ № 410543 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2003-cü il tarixdə Tərtər rayonun Cəmilli kəndində anadan olmuş, ata qrafasında X7, anası İddiaçı1 göstərilmişdir. Tərtər rayon Cəmilli kənd İƏV tərəfindən verilmiş AZ-İ № 646878 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 xx.xx.2005-ci il tarixdə Tərtər rayonun Cəmilli kəndində anadan olmuş, ata qrafasında X7, anası İddiaçı1 göstərilmişdir. Tərtər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2N7-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2N7-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2N7-ci il tarixdə 117 № ilə qeyd edilmişdir. Ölümün səbəbi qarın boşluğu orqanlarının travmasıdır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2N8-ci il tarixli məktubun surətindən görünür ki, Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin hərbi qulluqçularının dövlətə xəyanət etmələri faktları ilə bağlı istintaq olunmuş cinayət işinin istintaqı zamanı nəinki S.İ.Binnətovun dövlətə xəyanət etməsi faktı müəyyən edilməmiş, ümumiyyətlə istintaqa belə bir məlumat daxil olmamış və araşdırılmamış, S.İ.Binnətov cinayət prosesinə hər hansı prosessual statusda cəlb edilməmiş, ona görə də barəsində hər hansı qərar qəbul edilməmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-513/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı1 xeyrinə 50.000 manat məbləğində pul tutulmuşdur. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli, 1(098)-7/2N9 saylı hökmü ilə Səxavət Binnətovun ölümündə təqsirli olan şəxslər - X17 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 10 il müddətinə, X10 CMnin 125,126.2.1,126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 3412.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 6 il müddətinə, X8 CM-nin 125,126.2.1,126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 6 il müddətinə məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli hökmü X12 aid hissədə qüvvədədir, digər təqsirləndirilən şəxslərə aid hissədə məhkəmə baxışı davam etdirilir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1481/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-513/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mərhum X7 xx.xx.2N4-cü il tarixdən xx.xx.2N7-ci il tarixə kimi hərbi hissədə baş sürücü vəzifəsində xidmət etmiş və həmin dövr ərzində ona 29.090,62 manat pul təminatı hesablanaraq ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, X4 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçılara vurulmuş maddi zərərə görə hər birinin xeyrinə ayrılıqda 50.000 manat olmaqla, cəmi 150.000 manat kompensasiyanın, İddiaçı2 və iddiaçı X2 vurulmuş mənəvi zərərə görə isə ayrılıqda hər birinin xeyrinə 50.000 manat, cəmi 100.000 manat məbləğində kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, iddiaçılar İddiaçı2 və X4 İddiaçı1 qızlarıdır. Rəqsanə yetkinlik yaşına çatdığı üçün İddiaçı1 onun etibarnamə üzrə nümayəndəsidir, Səbinə yetkinlik yaşına çatmadığı üçün onun qanun üzrə nümayəndəsidir. Onun həyat yoldaşı, qızlarının isə atası mərhum X5 2N7-ci ilin may ayının 11-də N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi X17 N saylı hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları ilə birlikdə onun guya düşmənlə əməkdaşlıq etməsini etiraf etdirmək məqsədi ilə ona mütəmadi olaraq xüsusi amansızlıqla ağır iztirablar verməklə, zorakı hərəkətlərə məruz qoymuş, X11 aldığı çoxsaylı xəsarətlərdən xx.xx.2N7-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ölmüşdür. Onlara xəbər verilmədən tanımadıqları şəxslər əri Səxavət Binnətovun meyitini gətirib guya vətən xaini olduğuna görə kənd qəbirstanlığında dəfn olunmağa layiq olmadığını bildirərək, qəbirstanlıqdan kənar yerdə ekskavatorla qazıb basdırmışlar. Ərinin meyitini müsəlman qaydası ilə dəfn etməmiş, bir quyu qazaraq içinə atıb üstünü traktorla dümdüz etmişlər. Traktorla həmin ərazini elə düzəltmişdirlər ki, onlar mərhum ərinin, eyni zamanda digər iddiaçıların atasının qəbrinin yerini belə tapa bilməmişlər, hətta Səxavətin meyitini belə onlara göstərməmişlər. Onlar Səxavətin vətən xaini olmasına heç cür inana bilməmişlər. Onun necə mərd, vətənini, dövlətini sevən bir azərbaycan vətəndaşı olduğunu bilmişlər. İddiaçı1 dəfələrlə əlaqədar təşkilatlara müraciət edəndən sonra istintaqı aparan müstəntiq Səxavətin heç bir günahının olmadığını, onun səhvən hərbi hissəyə gətirilib etmədiyi cinayəti boynuna qoymaq məqsədilə zorakılığa məruz qalmasını bildirmişdir. Ərinin basdırılmasından 11 ay keçəndən sonra müstəntiq tərəfindən meyit eksqumasiya olunaraq kənd qəbirstanlığında dəfn edilmişdir. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli hökmü ilə ərinin ölümündə təqsirli bilinən şəxslər müxtəlif müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək mənəvi zərərin əvəzi kimi 50.000 manat pulun dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilməmiş saxlanılmışdır. Həmin vaxt vəkil iddia ərizəsi tərtib edərkən düzgün olmayaraq yalnız ona «mənəvi ziyanın ödənilməsi» tələbini qoymuşdur. Ona görə də iddiaçı hazırda həm özünün, həm də digər iddiaçıların pozulmuş hüquqlarının bərpası məqsədi ilə onlara maddi zərərin ödənilməsi, iddiaçılar X2 və İddiaçı2 mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. Dövlət hakimiyyət orqanının vəzifəli şəxslərinin qanunsuz və hüquqa zidd cinayət xarakterli hərəkətləri nəticəsində təkcə ona deyil, həm də övladlarına, yəni iddiaçılar X2 və İddiaçı2 maddi və mənəvi ziyan dəymişdir. Göstərilən cinayət nəticəsində onun həyat yoldaşının, övladlarının isə atalarının öldürülməsi onların hər birlərinin mənəvi sarsıntı keçirdiklərinə səbəb olmuşdur. İddiaçının mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə əlaqədar Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri Tərtər rayon Məhkəməsinin xx.xx.2N9-cu il tarixli, 1(098)- 7/2N9 saylı hökmündə öz əksini tapan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ailə başçısının, yəni həyat yoldaşının və övladlarının atasının ölməsi faktı ilə yanaşı həmçinin həyat yoldaşının barəsində istər xidmət yoldaşları, istərsə də yaşadıqları rayonda (kəndə) əhali arasında yaranmış mənfi fikir və şübhələr də iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Beləliklə, ailə başçısının, yəni mərhum Binnətov Səxavətin günahsız yerə işgəncə verilərək öldürülməsi, iddiaçılara həm maddi, həm də mənəvi zərər vurulması məhkəmə hökmü və qətnaməsi ilə sübuta yetirilmişdir. İddiaçı1 müəyyən həyat təcrübəsi olan adam kimi baş verənlərlə əlaqədar bir qədər dözümlü olsa da, övladları yeniyetmə yaşlarında bu kimi qanunsuzluqlarla, biabırçıqlarla qarşılaşdıqda daha ağır sarsıntı keçirərək, bir qədər xəstə yatmışlar. Ona görə də onlara da mənəvi zərər ödənilməlidir. Bundan başqa, ailə başçısının ölümü onları maddi cəhətdən də ağır vəziyyətə salmışdır. Bununla əlaqədar onların hər üçünə vurulmuş maddi zərərə görə kompensasiya da ödənilməlidir. Bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, iztirablar əzab və əziyyətlər ilə bağlı vurulmuş maddi və mənəvi zərərin ödənilməsini həm onun, həm də qızlarının tələb etmək hüququ vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(006)-413/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına vurulmuş mənəvi zərərə görə ayrı-ayrılıqda İddiaçı2 xeyrinə 50.000 (əlli min) manat məbləğində pul tutularaq onun qanuni nümayəndəsi İddiaçı1 və digər iddiaçı X2 50.000 (əlli min) manat məbləğində pulun ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının həyat yoldaşının və digər iddiaçıların (uşaqların) atalarının Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli hökmü ilə müəyyən edilmiş qaydada və şəraitdə, yəni dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı iddiaçıların mənəvi sarsıntı keçirmələrinə səbəb olmuşdur. İddiaçılara vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı1 ona və digər iddiaçılara (uşaqlara) cəmi 150.000 manat maddi ziyanın vurulduğunu iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçılara cəmi 150.000 manat maddi ziyanın tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçılar Rəqsanə Binnətzadənin və yetkinlik yaşına çatmamış İddiaçı2 ataların hüquqa zidd əməlin ölümünə səbəb olmasını və bunun nəticəsində onların keçirdiyi mənəvi sarsıntıların və iztirabların dərəcəsini, ana ilə müqayisədə onların atalarının övladı olmaqla ata qayğısına dərin ehtiyacının olmasını, gənc olmalarını, habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı2 xeyrinə 50.000 manat məbləğində pul tutularaq onun qanuni nümayəndəsi İddiaçı1 və digər iddiaçı X2 50.000 manat məbləğində pul ödənilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1096-cı, 1097.1-ci, 1100-cü maddəsinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2N6-cı il 23 fevral tarixli Qərarına, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 82.4-cü, 88-ci, 89.3-cü, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. İş materiallarından aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçılara hər birinə ayırılıqda 50.000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda hesab edirlər ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçılara mənəvi zərərə görə hər birinə ayrılıqda 50.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Bununla yanaşı sözügedən iddia tələbi ilə bağlı İddiaçı1 artıq Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə zərərçəkmiş şəxs kimi tanınmış, iddia qismən təmin edilmiş və həmin qətnamə qanunvericiliyin tələblərinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən icra olunmuşdur. Proses iştirakçılarının izahatı Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, eyni zamanda iddiaçı X1 nümayəndəsi və İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 apellyasiya şikayəti ilə razılaşmayaraq, izahatında əlavə olaraq bildirdi ki, mərhum həyat yoldaşı günahı olmayaraq vətən xaini elan edilmiş, ona işgəncələr verilmiş, qətlə yetirilmişdir. Ailə başçısının olmaması qızları ilə ona həm mənəvi, həm maddi cəhətdən çətinliklər yaradıb, sarsıntılar keçirmişlər. Baş vermiş hadisələr ictimaiyyətdə və sosial şəbəkələrdə yayılan Tərtər hadisələri ilə bağlıdır. Hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə xahiş edilsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində isə iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. “...xüsusi ilə qeyd olunmalıdır ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi tozunulmazlıqla bağlı pozuntuların nəticəsində dəymiş ziyanın ödənilməsi nəzərdə tutulsa da digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş ziyanın ödənilməsi müəyyən olunmamışdır”. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ail əvə tibbi sirlərinin açıqlanması şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iddiaçının izahatı dinləyib apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli, 1(098)- 7/2N9 saylı hökmü ilə Səxavət Binnətovun ölümündə təqsirli olan şəxslər - X17 Azərbaycan Respublikası CM-nin 125, 126.2.1, 126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 134, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 10 il müddətinə, X10 CM-nin 125,126.2.1,126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 3412.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 6 il müddətinə, X8 CM-nin 125,126.2.1,126.2.3, 126.3, 127.2.2, 133.2.1, 133.2.3, 133.2.4, 133.2.6, 341.2.1 və 341.2.3-cü maddələri ilə cinayətlərin məcmusu qaydasında 6 il müddətinə məhrum etmə cəzasına məhkum edilmişlər. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X17 N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi vəzifəsində, ədliyyə mayoru rütbəsində hərbi xidmətdə olarkən xx.xx.2N7-ci il tarixdə günorta saatlarında dövlət xəyanət etməkdə şübhəli bildiyi, N nömrəli hərbi hissənin zenit-raket artilleriya batareyasının 1-ci tağımının 2-ci manqasında sürücü vəzifəsində, əsgər rütbəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu X5 N nömrəli hərbi hissənin köhnə qərargah binasına gətizdirərək, onun fiziki və psixi zor tətbiq edilməklə və işgəncə verilməklə sorğu-sual edilməsinə dair göstəriş vermişdir. Fuad Ağayev, habelə onun qanunsuz göstərişinə əsasən N nömrəli hərbi hissənin hal-hazırda istintaqla şəxsiyyətləri müəyyən edilməmiş hərbi qulluqçuları qabaqcadan əlbir olan bir qrup şəxs halında, Səxavət Binnətovdan onun düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək, təkrarən qəsdən xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan Səxavət Binnətova qarşı zorakı hərəkətlər etmiş, müxtəlif üsul və metodlarla fiziki zor tətbiq edərək işgəncə vermiş, ehtiyacı olduğu halda zəruri tibbi yardım göstərilməsini və ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsini təmin etmədən işgəncə verməyə davam edərək, Səxavət Binnətova xəsarətləri yetirərək, qəsdən onun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşlar. X11 xx.xx.2N7-ci il tarixdə saat 11 radələrində 056 nömrəli hərbi hospitala aparılmış, saat 13 radələrində isə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib, orada müalicə tədbirlə rinin görülməsinə baxmayaraq, xx.xx.2N7-ci il tarixdə bədənin küt travması nəticəsində dalaq və qaraciyərin çırılmasından baş vermiş daxili qanitirmə səbəbindən hospitalda ölmüşdür. Həmçinin müəyyən edilmişdir ki, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2N9-cu il tarixli hökmü X12 aid hissədə qüvvədədir. Göründüyü kimi iddiaçının ailə başçısının, yəni həyat yoldaşının və digər iddiaçıların atasının yuxarıda qeyd edilən hökmlə müəyyən edilmiş qaydada və şəraitdə, başqa sözlə dövlətə xəyanət etməkdə şübhəli bilinməklə, fiziki və psixi zor tətbiq edilməyə və işgəncələrə məruz qalaraq ölməsi faktı heç şübhəsiz ki, iddiaçıların mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçılar Rəqsanə Binnətzadənin və yetkinlik yaşına çatmamış İddiaçı2 ataların hüquqa zidd əməlin ölümünə səbəb olmasını və bunun nəticəsində onların keçirdiyi mənəvi sarsıntıların və iztirabların dərəcəsini, ana ilə müqayisədə onların atalarının övladı olmaqla ata qayğısına dərin ehtiyacının olmasını, gənc olmalarını, habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, İddiaçı2 xeyrinə 50.000 manat məbləğində pul tutularaq onun qanuni nümayəndəsi İddiaçı1 və digər iddiaçı X2 50.000 manat məbləğində pul ödənilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası iddiaçıların keçirdikləri mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla qeyd edir ki, iddiaçıların xeyrinə mənəvi zərərin əvəzi kimi ayrı-ayrılıqda 50.000 (əlli min) manat məbləğində pulun tutulması ədalətli və ağlabatandır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 1100-cü madddəsinin tələbindən də göründüyü kimi dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, dövlətin bu kimi səlahiyyətlərini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin həyata keçirməsi qanunvericiliklə tənzimlənir. Məhkəmə kollegiyası hazırda vurulmuş zərərin ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına, dövlətin bu kimi səlahiyyətlərinin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirməsinin qanunvericiliklə tənzimlənməsini nəzərə alaraq hesab edir ki, iddiaçılara qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilsə də, hazırki iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda zərərin əvəzi dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır. Beləliklə məhkəmə kollegiyasının gəldiyi nəticə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q ət e t d i :
Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(006)-413/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Xumar Mərdanova Hakimlər imzalar: Elnur Həsənov Sabit Bəhrəmzadə