Məhkəmə qərarları › İş №2(103)-2338/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2338/2025

01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2338/2025 01.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-819/2025 saylı, 14 fevral 2025ci il tarixli qərardadından Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-819/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi bахılmаmış sахlаnılmış, tərəflərə onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilməsi izah edilmişdir. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat (qəbz nömrəsi: **********, tarix: xx.xx.2024-cü il, saat: 15:36:32) dövlət rüsumunun dövlət büdcəsindən qaytarılması, qərardadın icrasının dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində yaranmış problem ilə əlaqədar olaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini bildirmiş və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-819/2025 saylı, 04 fevral 2025ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki işin icraatı təzələnmiş, mülki işə mahiyyəti üzrə baxılması üçün məhkəmə iclası 26 fevral 2025-ci il tarixə, saat 11:40-a təyin edilmişdir. Həmin qərardaddan Cavabdeh şikayət verərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-819/2025 saylı, 14 fevral 2025ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Məhkəmə qənaətində göstərmişdir ki, qanunvericilik tərəfindən müəyyən edilən normalara əsasən, işin baxılmamış saxlanılması barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulsa da, icraatın təzələnməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, cavabdeh tərəfindən verilmiş şikayət məhkəmə tərəfindən geri qaytarılmalıdır. Lakin işdə iştirak edən şəxslər məhkəmənin digər qərardadlarından narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Həmin qərardaddan Cavabdeh şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-819/2025 saylı, 25 fevral 2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsini qərardaddan verdiyi şikayətlə eyni məzmunda əsaslandırmışdır. İddiaçı tərəfindən isə sübut, eləcə də şikayətə dair etiraz və ya izahat təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda, məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə tərkibi hesab birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Çünki mübahisələndirilən qərardaddan şikayət verilməsi nə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmayıb, nə də ki, həmin qərardad işin sonrakı hərəkətinə mane olmur. Birinci instansiya məhkəməsinin qərardadında qeyd olunan hallar izah olunsa da cavabdeh heç bir əsas olmadan bu qənaətlə razılaşmayıb, şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan əsassız olaraq şikayət vermək qərarına gəlmişdir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-819/2025 saylı, 14 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-819/2025 saylı, 14 fevral 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar