Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2345/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İddiaçı maraqlı şəxs qismində Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı atalığın etiraf olunması tələbinə dair mülki iş üzrə (Açar sözlər: atalığın etiraf olunması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Ərizəçi İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-313/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İş materiallarına əlavə olunmuş, AZ-149732 nömrəli, 31 yanvar 2002-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, atası X11, anası X16 qeyd edilmişdir.
2. İş materiallarında olan X12 və X1 orqanlara ünvanladıqları xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, X12 və X16 bildirirlər ki, azyaşlı oğulları xx.xx.1999-cu il təvəllüdlü İddiaçı X21 ilə beş il müddətinə idman yarışlarında iştirak etmək üçün Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə və geri qayıtmasına etiraz etmirlər.
3. İş materiallarında olan 05 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X12 həqiqətən Sabunçu rayonu, Zabrat 1 qəbirstanlığında 05 oktyabr 2024-cü il tarixində dəfn olunmuşdur.
4. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-906/15 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 mart tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının “ qeydə alınmasında göstərildiyi kimi Uşaq nikahı olmayan anadan doğulduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. “Atalığın müəyyən edilməsi “valideynlərin birgə ərizəsi və ya məhkəmə qətnaməsi əsasında qeydə alınır. Ərizəçinin X5 xx.xx.2024-cü ildə rəhmətə getdiyi bu barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. Ərizəçi İddiaçı maraqlı şəxs qismində Səbail rayon Qeydiyyat Şöbəsinin işə cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, X6 atası olması faktının müəyyən olunması, ona aid doğum akt qeydində dəyişiklik edərək, ata qrafasında “X12 (milliyyəti azərbaycanlı)” yazılması və ona yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2 və X13r. Valideynlərinin nikahı qeydə alınmadığına görə, doğum haqqında şəhadətnaməsində atasının soyadı anasının soyadı kimi yazılmışdır. Valideynləri təxminən 10 il müddətində birlikdə ailə münasibətlərində yaşamışlar. İstər birlikdə yaşadıqları müddətdə, istərsə də valideynləri ayrıldıqdan sonra, atası həmişə valideyni kimi öz hüquq və vəzifələrini icra etmişdir və atası ilə münasibətləri yaxşı olmuşdur. X5 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsində vəfat etmişdir. Atasının vəfatından sonra onun birinci növbə vərəsəsi kimi vərəsəlik hüququnu həyata keçirə bilmədiyi üçün, X6 atası olması doğum haqqında şəhadətnaməsində öz əksini tapmalıdır. Aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə etdiyi müraciəti müsbət həll olunmadı. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olur.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun oğludur. O, X12 ilə qeyri rəsmi nikah münasibətində olmuş və onların birgə nikahından iki övladları olmuşdur: xx.xx.1999-cu il təvəllüdlü İddiaçı və xx.xx.1999-cu il təvəllüdlü X14. Həyat yoldaşı X12 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsində vəfat etmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun qardaşıdır. Onların X2 və X13r. Valideynlərinin nikahı qeydə alınmadığına görə, onun və qardaşının doğum haqqında şəhadətnamələrində atasının soyadı anasının soyadı kimi yazılmışdır. X5 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsində vəfat etmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun bacısı oğludur. Onun bacısı X3 Rövşən Abdulla oğlu ilə qeyri rəsmi nikah münasibətində olmuş və onların birgə nikahından iki övladları olmuşdur: xx.xx.1999cu il təvəllüdlü İddiaçı və xx.xx.1999-cu il təvəllüdlü X14. Bacısının həyat yoldaşı X12 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsində vəfat etmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun iş yoldaşı olmuş X6 övladıdır. X12 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsində vəfat etmişdir.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-313/2025 nömrəli, xx.xx.2025-ci i tarixli qətnaməsinə (hakim: Mədinə Bağırova) əsasən ərizənin təmin edilməsi, xx xxxxxx 1999-cu il təvəllüdlü İddiaçı atasının X12 olmasının müəyyən edilməsi, doğum haqqında akt qeydləri kitabında soyadı “Salamov”, adı “Abdulla”, ata adı “Rövşən”, ata qrafasında - “X12” (milliyyəti azərbaycanlı), ana qrafasında - “X16” (milliyyəti azərbaycanlı) göstərilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.3, 45.1, 46.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 308, 309.1-ci maddələrinə, Hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında AR Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 11-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
13. Qətnamədən maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, X8 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
14. Apellyasiya şikayətləri eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Bu hissədə ananın uşağın atasının adının Rövşən olması, bioloji olaraq mərhumun zürriyyəti anlamına gəlmir. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Bu normada isə atalıq faktı mərhum sağ olduğu dövrdə övladından imtina etdiyi təqdirdə məhkəmə qaydasında təsdiq olunmalı idi. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Halbuki məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cıil tarixli qərarı). Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Ali məhkəmənin Plenum qərarına görə - Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Məhkəmədə maraqlı tərəf kimi qeyd olunmağımıza baxmayaraq, bizlərə heç bir bildiriş və ya SMS göndərilməyib. Göstərilənləri nəzərə alaraq qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə qətnaməsinin qüvvəyə minməsi yalnız ərizəçiyə mirasdan pay almaq üçün nəzərdə tutulub. Belə ki, mərhum qardaşı yaşadığı illər ərzində nə valideyinlərinin, nə də ailədə doqquz uşaq olmalarına baxmayaraq ailə üzvlərinin mərhum qardaşının övladları barəsində heç bir məlumatları olmayıb, çünki olduğu təqdirdə hər birinin xəbəri olardı. Yəni sübutları tədqiq edərkən eyni qərarda, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1- ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında ərizəçi əlavə olaraq bildirdi ki, atası dünyasını dəyişdikвə qəbir daşının üzərinə vurmaq üçün şəkil olmadığından bibisi ondan və bacısından atasının şəklini istəmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında isə iddiaçı ilə bibisi Salamova Arzu arasında aparılan telefon danışıqlarının səs yazısını özündə əks etdirən fləşkart, həmin danışıqlardan yazılı çıxarış, mərhuma aid fotoşəkillər iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, iddiaçı əlavə olaraq bildirmişdir ki, danışıq zamanı bibisi iddiaçının əmilərinin, yəni atasının qardaşlarının adlarını sadalamışdır.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən maraqlı şəxslər və onların nümayəndəsi və vəkili apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
17. 45.1-ci maddəsinə əsasən, uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
18. 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
19. 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
20. 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır.
21. 186-cı maddəsinə əsasən, atalığın müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır.
22. 188-ci maddəsinə əsasən, atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Hazırki halda maraqlı şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-313/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. İşin faktiki halları ilə müəyyən edilir ki, AZ-149732 nömrəli, 31 yanvar 2002-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, atası X11, anası X16 qeyd edilmişdir.
33. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı şahidlər X16, X14, X17 ifadələrində göstərmişlər ki, X3 Rövşən Abdulla oğlu ilə qeyri rəsmi nikah münasibətində olmuş və onların birgə nikahından iki övladları olmuşdur: xx.xx.1999- cu il təvəllüdlü İddiaçı və xx.xx.1999-cu il təvəllüdlü X14. X12 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsində vəfat etmişdir. Həmçinin birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, ərizəçi İddiaçı onun iş yoldaşı olmuş X6 övladıdır. X12 xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsində vəfat etmişdir.
34. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
35. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilinə münasibətdə qeyd edir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında AR Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 11-ci bəndindən görünür ki, Azərbaycan Respublikası 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın-yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunverciliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması 3 şərt mövcud olmalıdır: 1. Özünün uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Göstərilən şərtlərin mövcudluğu və sübutlar nəzərə alınaraq birinci instansiya məhkəməsinin ərizəni təmin etməklə bağlı gəldiyi nəticə düzgündür. Belə ki, ərizəçi tərəfindən təqdim edilmiş sübutlar kifayətedici olmaqla ərizənin təmin edilməsinə əsas verir. Maraqlı şəxslərin ərizəçini tanımamalarına dair apellyasiya şikayətində qeyd edilən dəlil isə kollegiyanın iclasında araşdırma zamanı təsdiqini tapmamışdır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-313/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.