Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2348/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (3-cü şəxs qismində X18 işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-135/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Cavabdeh1 MMC-nin İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli pretenziyaya cavab məktubundan görünür ki, Cavabdeh1 MMC-nin icarə və kommunal xərcləri Şirkətin vəsaitləri ilə ödənilmiş, İddiaçı Cavabdeh1 MMC-nin Kommersiya müdiri olaraq, öz vəzifə borcları çərçivəsində Şirkəti təmsil edərək, onun imzaları sözügedən ödəniş sənədlərində qeyd olunmuşdur.
2. İş materiallarında olan Cavabdeh2 MMC-nin İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli pretenziyaya cavab məktubundan görünür ki, Cavabdeh2 MMC-nin icarə və kommunal xərcləri Şirkətin vəsaitləri ilə ödənilmiş, İddiaçı Cavabdeh2 MMC-nin qanuni təmsilçisi olaraq, öz vəzifə borcları çərçivəsində Şirkəti təmsil edərək, onun imzaları sözügedən ödəniş sənədlərində qeyd olunmuşdur.
3. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat kontorunda X18 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli İcarə müqaviləsindən görünür ki, icarəyə verən X18 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ünvanında yerləşən ümumi sahəsi 7423,1 kv.m. olan qeyri-yaşayış sahəsinin ona məxsus 600 kv.m hissəsini aylıq 3000 manat icarə haqqı müqabilində Cavabdeh2 MMC-yə icarəyə vermişdir. Cavabdeh2 MMC-nin adından müqaviləni İddiaçı imzalamışdır.
4. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat kontorunda X18 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli İcarə müqaviləsindən görünür ki, icarəyə verən X18 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 7423,1 kv.m. olan qeyriyaşayış sahəsinin ona məxsus 500 kv.m hissəsini aylıq 2200 manat icarə haqqı müqabilində Cavabdeh1 MMC-yə icarəyə vermişdir. Cavabdeh1 MMC-nin adından müqaviləni X20 imzalamışdır.
5. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi haqqında 02 saylı, xx.xx.2023- cü il tarixli əmrin surətindən görünür ki, Cavabdeh2 MMC-nin “ofis” bölməsində “Direktor” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70.”ç”- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
6. İş materiallarında olan Bakı şəhəri X21 və Uçotun Təşkili Baş idarəsinin 4281/1627 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, uçot-baza məlumatlarına əsasən Cavabdeh2 MMC-nin fəaliyyətinin xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək dayandırılması, xx.xx.2016-cı il tarixdə aktivləşməsi və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması barədə məlumat müəyyən edilmişdir.
7. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat kontorunda X18 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Razılaşmadan görünür ki, icarəyə götürən Cavabdeh1 MMC icarəyə verən X11 aylıq 7000 manat icarə haqqı ödəyir.
8. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat kontorunda X18 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Razılaşmadan görünür ki, icarəyə götürən Cavabdeh2 MMC icarəyə verən X11 aylıq 4000 manat icarə haqqı ödəyir.
9. İş materiallarında olan Azərbaycan Respublikasının Auditorlar Palatasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, "xxxx" MMC-nin auditoru Razi Əliyevin Cavabdeh1 MMC və Cavabdeh2 MMC-də apardığı auditlər Azərbaycan Respublikasında Auditor Xidmətinin Keyfiyyətinə Kənar X22”na və X4 uyğun aparılmadığına görə keyfiyyətsiz hesab edilmiş və bu barədə 2023-cü il 20 sentyabr tarixində cavab məktubu göndərilmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh2 MMC-nin rəhbəri qeydiyyata alındığı tarixdən xx.xx.2017-ci il tarixədək X14, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı, xx.xx.2023-cü il tarixdən hazıradək X12r.
11. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, hüquqi şəxsin qeydiyyat qovluğuna əsasən bildirilir ki, İddiaçı xx.xx.2017-ci il tarixli təsisçi qərarı ilə Cavabdeh2 MMC-nin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli qərarla direktor vəzifəsindən azad edilmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC xx.xx.2021-ci il tarixdə elektron qaydada dövlət qeydiyyatına alınmışdır və həmin tarixdən hazıradək İddiaçı "xxxx" MMC-nin təsisçisidir.
13. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 02 il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, mülki iddiaçı Cavabdeh2 MMC-nin mülki iddiası qismən təmin edilərək, 329.606 manat maddi ziyan və 660 manat dövlət rüsumu mülki cavabdeh İddiaçı tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi, mülki iddiaçı Cavabdeh1 MMC-nin mülki iddiası qismən təmin edilərək, 329.017 manat maddi ziyan və 660 manat dövlət rüsumu mülki cavabdeh İddiaçı tutularaq Cavabdeh1 MMC-yə ödənilməsi hökm edilmişdir.
14. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2018-ci il tarixdə icarə haqqı olaraq 5500 manat sifarişçi İddiaçı verilmişdir.
15. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2018-ci il tarixdə icarə və kommunal haqqı olaraq 11500 manat sifarişçi İddiaçı verilmişdir.
16. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2019-cu il tarixdə icarə və kommunal haqqı olaraq 37300 manat sifarişçi İddiaçı verilmişdir.
17. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2019-cu il tarixdə icarə və kommunal haqqı olaraq 36400 manat sifarişçi İddiaçı verilmişdir.
18. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2019-cu il tarixdə icarə və kommunal haqqı olaraq 38200 manat sifarişçi İddiaçı verilmişdir.
19. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2019-cu il tarixdə icarə və kommunal haqqı olaraq 34800 manat sifarişçi İddiaçı verilmişdir.
20. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, 01.2020-ci il tarixdə icarə haqqı olaraq 3500 manat sifarişçi İddiaçı verilmişdir.
21. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2020-ci il tarixdə icarə haqqı olaraq 3500 manat sifarişçi İddiaçı verilmişdir.
22. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2020-ci il tarixdə icarə və kommunal haqqı olaraq 33730 manat sifarişçi İddiaçı verilmişdir.
23. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2020-ci il tarixdə icarə və kommunal haqqı olaraq 22950 manat sifarişçi İddiaçı verilmişdir.
24. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2020-ci il tarixdə icarə və kommunal haqqı olaraq 25790 manat sifarişçi İddiaçı verilmişdir.
25. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2021-ci il tarixdə icarə haqqı olaraq 23050 manat sifarişçi Həsən Süleymanova verilmişdir.
26. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, xx.xx.2021-ci il tarixdə icarə haqqı olaraq 23280 manat sifarişçi Həsən Süleymanova verilmişdir.
27. İş materiallarında olan “Avandsis”in ödəniş tələbi formasından görünür ki, su pulu olaraq 150 manat sifarişçi İddiaçı verilmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
28. İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, X6 və X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC (36 ay x 3000 manat olmaqla + 18.000 işıq komunalı üzrə) 126.000 (yüz iyirmi altı min) manat və “Avandsis Enerji" MMC ( 36 ay x 2200 manat +18.000 işıq komunalı üzrə) 97.200 (doxsan yeddi min iki yüz) manat pul vəsaiti (ümumilikdə 223.200 manat) və ödənilən dövlət rüsumunun cavabdehlərə mütənasib şəkildə onlardan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
29. İddia tələbi onunla əsaslandırılmışdır ki, X13 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m-2121 reyestr nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, ümumi sahəsi 7423.1 kv.m olan qeyri-yaşayış sahəsinin X11 məxsus 600 kv.m hissəsi aylıq 3000 manat icarə haqqı müqabilində Cavabdeh2 MMC-nə icarəyə verilmişdir. Eyni zamanda, X13 ilə “Avandsis Enerji" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m-2120 reyestr nömrəli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 7423 kv.m olan qeyri-yaşayış sahəsinin X11 məxsus 500 kv.m hissəsi aylıq 2200 manat icarə haqqı müqabilində "xxxx" MMC-nə icarəyə verilmişdir. Eyni zamanda hər bir cəmiyyətə 500 manat olmaqla aylıq 1000 manat olmaqla ümumilikdə icarəyə verən şəxsə 36.000 (otuz altı min) manat işıq kommunalına öz şəxsi vəsaiti hesabına vəsait ödəmişdir. Müqavilələr üzrə aylıq icarə haqqı ödənişləri, hər iki şirkət adından, İddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş, ödənişlərin əvəzi İddiaçı qaytarılmamışdır. Ona görə də hesab edir ki, müvafiq icarə müqavilələri əsasında İddiaçı tərəfindən öz şəxsi hesabına Cavabdeh2 MMC (36 ay x 3000 manat olmaqla) 108.000 (yüz səkkiz min) manat və Cavabdeh1 MMC (36 ay x 2200 manat) 79.200 (yetmiş doqquz min iki yüz ) manat ümumilikdə 187.200 (yüz səksən yeddi min iki yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
30. 21 oktyabr 2024-cü il tarixdə iddiaçı 3-cü şəxs qismində X18 cəlb edilməklə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı pul tələbinədair iddiaya dəqiqləşmə ərizəsi ünvanlayaraq, ərizəsini onunla əsaslandırmışdır ki, X13 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018- ci il tarixli, 3m-2121 reyestr nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, ümumi sahəsi 7423.1 kv/m olan qeyriyaşayış sahəsinin X11 məxsus 600 kv.m hissəsi aylıq 3000 manat icarə haqqı müqabilində Cavabdeh2 MMC-ə icarəyə verilmişdir. Eyni zamanda, X13 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m-2120 reyestr nömrəli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 7423 kv.m olan qeyri-yaşayış sahəsinin X11 məxsus 500 kv.m hissəsi aylıq 2200 manat icarə haqqı müqabilində Cavabdeh1 MMC-ə icarəyə verilmişdir. Eyni zamanada hər bir cəmiyyətə 500 manat olmaqla aylıq 1000 (bir min) manat olmaqla ümumilikdə icarəyə verən şəxsə 36.000 (otuz altı min) manat işıq kommunalına öz şəxsi vəsaiti hesabına vəasit ödəmişdir. Müqavilələr üzrə aylıq icarə haqqı ödənişləri, hər iki şirkət adından, İddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş, ödənişlərin əvəzi İddiaçı qaytarılmamışdır. Ona görə də, hesab edir ki, müvafiq icarə müqavilələri əsasında İddiaçı tərəfindən öz şəxsi hesabına Cavabdeh2 MMC (36 ay x 3000 manat olmaqla) 108.000 (yüz səkkiz min) manat və Cavabdeh1 MMC (36 ay x 2200 manat) 79.200 (yetmiş doqquz min iki yüz) manat ümumilikdə 187.200 (yüz səksən yeddi min iki yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məlumat üçün bildirir ki, 2017-ci ilin aprel ayının 4-dən 20 sentyabr 2019-cu ilə qədər direktor müavini, 2019-cu ilin 20 sentyabrından 07 sentyabr 2023-cü ilə qədər direktor vəzifəsini icra etmişdir. Həmin direktorluq vəzifəsi faktiki olaraq onun tərəfindən 01 oktyabr 2022-ci il tarixinədək davam etmiş, onun icra etdiyi direktorluq vəzifəsi formal xarakter daşımışdır. Onun icra etdiyi direktor vəzifəsi 2022-ci ilin oktyabr ayının 1-dən sonrakı dövrlər üzrə formal xarakter daşımışdır. Belə ki, hər iki şirkətin faktiki sahibi, lakin rəsmiyyətdə Cavabdeh1 MMC-nin təsisçisi sayılan X2 şikayətindən 1 il sonra İddiaçı ittiham elan edilərək, 28 iyul 2022-ci il tarixində Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən həbs edilmişdir. Bütün bunlar İddiaçı Həsənov Süleymanovdan onun öz şəxsi vəsaitləri hesabına ödədiyi pul vəsaitlərini geri tələb etdikdən sonra Həsən Süleymanov tərəfindən bu öhdəliklərdən yayınmaq məqsədilə ona qarşı qərəzli şikayətlə prokurorluğa müraciət olunmuşdur. İddiaçı hər iki şirkətin həm işıq kommunalı üzrə kommunal ödənişlərini (36000 manat), həm də xx.xx.2018-ci il tarixdən 03 iyun 2019-cu il tarixinə qədər Cavabdeh2 MMC-yə aylıq 3000 manat, Cavabdeh1 MMC-yə isə 2200 olmaqla, daha sonra 03 iyun 2019-cu il tarixindən 1 oktyabr 2022-ci il tarixinə qədər Cavabdeh2 MMC üçün 4000 manat, Cavabdeh1 MMC-yə isə 7000 manat olmaqla, ümumilikdə Cavabdeh2 MMC üçün 135000, Cavabdeh1 MMC üçün 208800 manat, bütünlükdə cəmi 379800 manat məbləğində pul vəsaitini öz şəxsi vəsaiti hesabına ödəmiş, həmin vəsaiti şirkətin təsisçilərindən tələb etsə də, onlar vədlərinə əməl etməmişlər. Şirkət iddiaçının şəxsi vəsaitləri hesabına varlanaraq, öhdəliklərdən boyun qaçırmışlar. Cavabdeh2 MMC (36 ay x 3000 manat olmaqla + 18.000 işıq komunalı üzrə) 126.000 (yüz iyirmi altı min) manat və Cavabdeh1 MMC (36 ay x 2200 manat +18.000 işıq komunalı üzrə) 97.200 (doxsan yeddi min iki yüz) manat pul vəsaiti (ümumilikdə 223.200 manat) və ödənilən dövlət rüsumunun cavabdehlərə mütənasib şəkildə onlardan tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Bundan sonra, iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə “20 iyul 2024-cü il” tarixli ərizə ünvanlayaraq, İddiaçı hər iki cavabdeh şirkət tərəfindən xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövrlər üzrə vurulmuş maddi zərərin, yəni Cavabdeh2 MMC-dən 153.000 (yüz əlli üç min) manatın və dövlət rüsumu olaraq ödənilmiş 270 manat pul vəsaitinin, eyni zamanda digər Cavabdeh1 MMC-dən 226.800 (iki yüz iyirmi altı min səkkiz yüz) manatın və ödənilən 450 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, iddiaçıya məxsus pul vəsaitlərinin mənimsənilməsində əlbir olmuş təsisçilər və həmin vaxt hər iki şirkətin baş mühasibi X5 barəsində xüsusi qərardad çıxarılmaqla, aidiyyəti prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, X13 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m-2121 reyestr nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, ümumi sahəsi 7423.1 kv.m olan qeyri-yaşayış sahəsinin X11 məxsus 600 kv.m hissəsi aylıq 3000 manat icarə haqqı müqabilində Cavabdeh2 MMC-ə icarəyə verilmişdir. Eyni zamanda, X13 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m- 2120 reyestr nömrəli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 7423 kv.m olan qeyri-yaşayış sahəsinin X11 məxsus 500 kv.m hissəsi aylıq 2200 manat icarə haqqı müqabilində Cavabdeh1 MMC-nə icarəyə verilmişdir. Eyni zamanada hər bir cəmiyyətə 500 manat olmaqla aylıq 1000 manat olmaqla ümumilikdə icarəyə verən şəxsə 36.000 (otuz altı min) manat işıq kommunalına öz şəxsi vəsaiti hesabına vəasit ödəmişdir. Bildirir ki, müqavilələr üzrə aylıq icarə haqqı ödənişləri, hər iki şirkət adından, İddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş, ödənişlərin əvəzi İddiaçı qaytarılmamışdır. Ona görə də, hesab edir ki, müvafiq icarə müqavilələri əsasında İddiaçı tərəfindən öz şəxsi hesabına Cavabdeh2 MMC (36 ay x 3000 manat olmaqla) 108.000 (yüz səkkiz min) manat və Cavabdeh1 MMC (36 ay x 2200 manat) 79.200 (yetmiş doqquz min iki yüz) manat ümumilikdə 187.200 (yüz səksən yeddi min iki yüz) manat məbləğdə pul vəsaiti Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məlumat üçün bildirir ki, 2017-ci ilin aprel ayının 4-dən 20 sentyabr 2019-cu ilə qədər direktor müavini, 2019-cu ilin 20 sentyabrından 07 sentyabr 2023-cü ilə qədər direktor vəzifəsini icra etmişdir. Həmin direktorluq vəzifəsi faktiki olaraq onun tərəfindən 01 oktyabr 2022-ci il tarixinədək davam etmiş, onun icra etdiyi direktorluq vəzifəsi formal xarakter daşımışdır. Onun icra etdiyi direktor vəzifəsi 2022-ci ilin oktyabr ayının 1-dən sonrakı dövlər üzrə formal xarakter daşımışdır. Belə ki, hər iki şirkətin faktiki sahibi, lakin rəsmiyyətdə Cavabdeh1 MMC-nin təsisçisi sayılan X2 şikayətindən 1 il sonra İddiaçı ittiham elan edilərək, 28 iyul 2022-ci il tarixində Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən həbs edilmişdir. Bütün bunlar İddiaçı Həsənov Süleymanovdan onun öz şəxsi vəsaitləri hesabına ödədiyi pul vəsaitlərini geri tələb etdikdən sonra Həsən Süleymanov tərəfindən bu öhdəliklərdən yayınmaq məqsədilə ona qarşı qərəzli şikayətlə prokurorluğa müraciət olunmuşdur. İddiaçı hər iki şirkətin həm işıq kommunalı üzrə kommunal ödənişlərini (36000 manat), həm də xx.xx.2018-ci il tarixdən 03 iyun 2019-cu il tarixinə qədər Cavabdeh2 MMC-yə aylıq 3000 manat, Cavabdeh1 MMC-yə isə 2200 olmaqla, daha sonra 03 iyun 2019-cu il tarixindən 1 oktyabr 2022-ci il tarixinə qədər Cavabdeh2 MMC üçün 4000 manat, Cavabdeh1 MMC-yə isə 7000 manat olmaqla, ümumilikdə Cavabdeh2 MMC üçün 135000, Cavabdeh1 MMC üçün 208800 manat, bütünlükdə cəmi 379800 manat məbləğində pul vəsaitini öz şəxsi vəsaiti hesabına ödəmiş, həmin vəsaiti şirkətin təsisçilərindən tələb etsə də, onlar vədlərinə əməl etməmişlər. Şirkət iddiaçının şəxsi vəsaitləri hesabına varlanaraq, öhdəliklərdən boyun qaçırmışlar.
32. xx.xx.2024-cü il tarixində cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı 126.000 manat və 97.200 manat, cəmi 223.200 manat pulun tutularaq ididaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək bildirir ki, cavabdeh «Safenerji>> MMC-dən 153.000 manat və 270 manat dövlət rüsumu, «Avandsis Enerji>> MMC-dən isə 226.800 manat və ödənilmiş 450 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Əksinə iddiaçının bizə icarə və kommunal xidmələrə görə 72.950 manat pul borcu olduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, X13 ilə Safenerji» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m-2121 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ümumi sahəsi 7423,1 kvm. olan qeyri yaşayış sahəsindən X11 məxsus 600 kv.m hissəsi aylıq 3.000 manat icarə haqqı müqabilində Cavabdeh2 MMC-yə icarəyə verilmişdir. Eyni zamanda X13 ilə «Avandsis Enerji>MMC-arasında arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3 M-2120 nömrəli icarə müqaviləsinə əsasən ünvan 3 ünvanında ümumi sahəsi 7423 kvm. olan qeyri yaşayış sahəsinin Z.Nəzərova məxsus 500 kvm. hissəsi aylıq 2200 manat icarə haqqı müqabilində Cavabdeh1 MMC yə icarəyə verilmişdir. İddiaçı qeyd edir ki, eyni zamanda hər bir cəmiyyətə 500 manat olmaqla aylıq 1.000 manat olmaqla ümumilikdə icarəyə verən şəxsə 36.000 manat işıq kommunalına öz şəxsi vəsaiti hesabına vəsait ödəmişdir. Müqavilələr üzrə aylıq icarə haqqının ödənişlərini hər iki şirkət adlından İddiaçı tərəfindən guya ki, öz şəxsi vəsaiti hesabına ödənilmiş, ödənişlərin əvəzi İddiaçı qaytarılmamışdır. Ona görə də iddiaçı hesab edir ki, müvafiq icarə müqavilələri əsasında İddiaçı tərəfindən Cavabdeh2 MMC yə 36 ayx3000 manat olmaqla 108.000 manat, Avandsis Enerji MMC 36 ay x2200 manat 79.200 manat ümumilikdə 187.200 manat, 18.000 manat+18000 manat işıq kommunal pulu hesablanmaqla cəmi 223.200 manat pulun və dövlət rüsumunun bizdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək bildirir ki, cavabdeh Safenerji MMC-dən 153.000 manat və 270 manat dövlət rüsumu, Avandsis Enerji MMC-dən isə 226.800 manat və ödənilmiş 450 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edir ki, guya ki, xx.xx.2019-cu ildən Safenerji MMC üçün 4000 manat xx.xx.2022-ci il tarixədək Avandsis enerji MMC üçün isə 7000 manat ümumilikdə 379800 manat pulu öz şəxsi vəsaiti hesabına ödəmişdir. bunu təsdiq edən hər hansı bir sübut da yoxdur. İcddia tələbində qeyd olunanlar həqiqətə uyğun deyildir, iddiaçının istinad etdiyi halları sübut edən hər hansı bir sənəd yoxdur. İddiaçının öz vəsaiti hesabına icarə haqqı və kommunal xidmətlər haqqını ödəməsi barədə iş materialrında hər hansı bir sübut yoxdur. Hər iki şirkət yuxarıda qeyd olunan qeyri yaşayış sahəsində icarəyə götürdüyümüz sahəni 2021-ci ilin dekabr ayına kimi istifadə etmiş, həmin vaxtdan biz həmin qeyri yaşayış sahəsini boşaltmışıq və icarədara təhvil vermişik. İndi necə ola bilər ki, İddiaçı xx.xx.2022ci il tarixədək həmin qeyri yaşayış sahəsinə pul vəsait ödəmişdir, Buna dair hər hansı bir sübut varmı?, bizim icarəmizdə olmayan bir yerə necə, harda, kimə pul verib biz başa düşə bilmirik. iddiaçının özü xx.xx.2021-ci ildən heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan dövrdə apardığı mal-material və pul vəsaitlərinin dövriyyəsinin düzgünlüyünü müəyyən etmək üçün audit yoxlaması aparılmış və xx.xx.2021-ci il tarixli rəy qəbul edimişdir. Həmin rəylə müəyyən olunmuşdur ki, cəmiyyətin fəaliyyəti zamanı yaranan 362.459,54 manat pul vasaiti direktor İddiaçı tərəfindən mənimsənilmişdir, ona görə də onun barəsində hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Əksinə bizdə sübutlar vardır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən 2021-ci ilin sonunadək hər iki MMC-ni aldadaraq icarə haqqı və kommunallar üçün 296.150 manat pul vəsaitini kassadan imza edərək götürmüş, özünün dediyinə görə icarədara və kommunal xidmətlərə görə cəmi 223.200 manat ödədikdən sonra artıq qalan 72.950 manat məbləği mənimsəmişdir. Biz məhkəməyə ödəniş tələbi formalarını təqdim edirik. Həmin formalarda pulları kassadan götürən İddiaçı imzası və soyadı, adı vardır. Həmin sənədlərdən görünür ki, həmin pullar iddiaçıya verilmişdir. Bizim tərəfimzdən iddiaçıya artıq ödənilən pul vəsaitinin geri qaytarılmasını tələb etmişik. Hər iki icarə müqaviləsi üzrə icarə və kommunal haqları hər iki MMC-nin adından Cavabdeh1 MMC-nin kassasından aşağıda göstərilən pul vəsaitləri İddiaçı verilmişdir ki, həmin pulları icarədara və kommunal xidmətlərə görə ödəsin. Lakin sonuncu götürdüyü 296,150 manat puldan icarədara 3 il ərzində 223.200 manat pul ödədikdən sonra artıq qalan 72.950 manat pulu bizə geri qaytarmamışdır. Məhkəməyə icarə və kommunalara görə ödəniş tələb formalarını təqdim edirəm və həmin formalarda Cavabdeh1 MMC-nin kommersiya müdiri İddiaçı icarədara və kommunalları ödəmək üçün verilən pullar qeyd olunmuşdur. xx.xx.2018-ci il-11500 manat, xx.xx.2018-ci il-5500 manat, xx.xx.2019-il-37300 manatla, xx.xx.2019-il-36400 manat, xx.xx.2019-38 200 manat, xx.xx.2019-il- 34 800 manat, xx.xx.2020-ci il-3500 manat, xx.xx.2020-ci il-33730 manat, xx.xx.2020-ci il-22.950 manat, xx.xx.2020-ci il-25.790 manat, 2020-ci il üzrə su pulu-150 manat, xx.xx.2021-ci il -23050 manat, xx.xx.2021-ci il- 23.280 manat, Cəmi 296.150 manat. Beləliklə də İddiaçı yuxarıda qeyd olunan iki icarə müqaviləsi üzrə Cavabdeh1 MMC-nin kassasından 296.150 manat məbləğində pul vəsaiti götürərək icarədara və kommunallara görə özünün iddia ərizəsində bildirdiyi kimi 223.200 manat ödəməklə, bizdən götürdüyü məbləğin qalan 72.950 manat pulu isə mənimsəmiş, MMC-yə geri qaytarmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
33. xx.xx.2024-cü il tarixində cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Safenerji MMC və Avandsis Enerji MMC-yə qarşı 126.000 manat və 97.200 manat, cəmi 223.200 manat pulun tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək bildirir ki, cavabdehSafenerji MMC-dən 153.000 manat və 270 manat dövlət rüsumu, Avandsis Enerji MMC-dən isə 226.800 manat və ödənilmiş 450 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Əksinə iddiaçının bizə icarə və kommunal xidmələrə görə 72.950 manat pul borcu olduğu müəyyən edilmişdir. Bundan başqa iddiaçı bizə qarşı iddia tələbi qaldırarkən 3 illik iddia müddətini də ötürmüşdür. İddia müddətinin ötürülməsi iddia tələbinin rədd olunmasına əsas verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddia müddətinin keçməsi ilə bağlı iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
34. xx.xx.2025-ci il tarixində cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəyə əlavə təqdim edərək ərizəni onunla əsaslandırımışdır ki, İddiaçı cavabdeh Safenerji MMC-yə qarşı 153.000 manat, 270 manat dövlət rüsumu, digər cavabdeh Avandsis Enerji MMC-yə qarşı 226.800 manat, 450 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, hər iki şirkətin icarə haqlarını guya ki, iddiaçı öz şəxsi vəsaiti hesabına ödəmişdir, lakin, buna dair hər hansı bir sübutu məhkəmyə təqdim edə bilməmişdir, iddiaçı hesab edir ki, ödənişlərin əvəzi iddiaçıya qaytarılmamışdır. Ona görə də iddiaçı hesab edir ki, cavabdehlər əsassız varlanmış və ona görə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci (əsassız varlanma) maddələrinə istinad edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. İddia tələbi həm əsassız olduğundan həm də iddia müddətinin keçməsi ilə bağlı rədd olunmalıdır.Biz iddia müddətinin keçməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmşiik. Həmin ərizəyə əlavə olaraq bildiririk ki, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci (əsassız varlanma) maddəlinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş edir, lakin iddiaçı nəzərə almır ki, o Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən də 2 illik iddia müddətini ötürmüşdür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddia müddətinin keçməsi ilə bağlı iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
35. 06 yanvar 2025-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, İddiaçı hər iki cavabdeh şirkət tərəfindən (xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövrlər üzrə) vurulmuş maddi zərərin, yəni cavabdeh "xxxx" MMC-dən (icarə haqqı olaraq ödənilmiş 139.000 (yüz otuz doqquz min) manat, işıq kommunalı üzrə ödənilmiş 18.000 (on səkiz min) manat və dövlət rüsumu olaraq ödənilmiş 270 manatın) 157.270 manat pul vəsaitinin, eyni zamanda digər Cavabdeh1 MMC-dən (icarə haqqı olaraq ödənilmiş 215.800 (iki yüz on beş min səkkiz yüz) manat, işıq kommunalı üzrə ödənilmiş 18.000 (on səkiz min) manat və dövlət rüsumu olaraq ödənilmiş 450 manatın) 234.250 (iki yüz otuz dörd min iki yüz əlli) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, iddiaçıya məxsus pul vəsaitlərinin mənimsənilməsində əlbir olmuş hər iki şirkətin təsisçiləri və həmin vaxt hər iki şirkətin baş mühasibi X5 barəsində xüsusi qərardad çıxarılmaqla, aidiyyəti prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, X13 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m-2121 reyestr nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, ümumi sahəsi 7423.1 kv.m olan qeyri-yaşayış sahəsinin X11 məxsus 600 kv.m hissəsi aylıq 3000 manat icarə haqqı müqabilində Cavabdeh2 MMC-ə icarəyə verilmişdir. Eyni zamanda, X13 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m- 2120 reyestr nömrəli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 7423 kv.m olan qeyri-yaşayış sahəsinin X11 məxsus 500 kv.m hissəsi aylıq 2200 manat icarə haqqı müqabilində Cavabdeh1 MMC-ə icarəyə verilmişdir. Eyni zamanada hər bir cəmiyyətə 500 manat olmaqla aylıq 1000 (bir min) manat olmaqla ümumilikdə icarəyə verən şəxsə 36.000 (otuz altı min) manat işıq kommunalına öz şəxsi vəsaiti hesabına vəsait ödəmişdir. Daha sonra cavabdeh şirkətlərlə icarəyə verən arasında bağlanmış, xx.xx.2019-cu il tarixli “icarə müqaviləsinə əlavə” üzrə hazırki cavabdeh şirkətlərin icarəyə verənə qarşı icarə haqqı olaraq “Safenerji“ MMC tərəfindən 4000 manat, "xxxx" MMC tərəfindən is aylıq 7000 manat olmaqla icarə haqqı ödənilməsi öhdəliyi götürmüşdür. Hansı ki, həmin icarə haqları hazırki iddiaçı tərəfindən icarəyə verənə öş şəxsi vəsaitləri hesabına ödənilmişdir. Bundan əlavə iddiaçı tərəfindən qeyd edilən dövrlər üzrə işıq kommunal haqqları da (36.000 manat) ödənilmişdir. Bildirir ki, müqavilələr üzrə aylıq icarə haqqı ödənişləri, hər iki şirkət adından, İddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş, ödənişlərin əvəzi, yəni cavabdeh şirkətlər tərəfindən ona vurulan maddi zərər İddiaçı qaytarılmamışdır. Müvafiq icarə müqavilələri və ona xx.xx.2019- cu il tarixli əlavə əsasında İddiaçı tərəfindən öz şəxsi hesabına hər iki şirkətin həm işıq kommunalı üzrə kommunal ödənişləri olan 36000 (otuz altı min ) manatı, həm də xx.xx.2018-ci il tarixdən 03 iyun 2019-cu il tarixinə qədər Cavabdeh2 MMC- yə aylıq 3000 manat (9 ay x 3000 manat), Cavabdeh1 MMC-yə isə 2200 olmaqla (9 ay x 2200 manat), daha sonra 03 iyun 2019-cu il tarixindən 03 oktyabr 2021-ci il tarixinə qədər Cavabdeh2 MMC üçün 4000 manat (28 ay x 4000 manat), Cavabdeh1 MMC-yə isə 7000 manat (28 ay x 7000 manat) olmaqla, ümumilikdə Cavabdeh2 MMC üçün 139.000 (yüz otuz doqquz min) manat, Cavabdeh1 MMC üçün 215.800 (iki yüz on beş min səkkiz yüz) manat, bütünlükdə cəmi 354.800 ( üç yüz əlli dörd min səkkiz yüz) manat məbləğində pul vəsaiti maddi zərəri vurmuş hər iki şirkətdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. İddiaçı təərfındən dəfələrlə həmin vəsaitlər tələb edilsə də, cavabdeh şirkətin təsisçiləri və onlarla əlbir olmuş baş mühasib Mahmud Allahverdiyev vədlərinə əməl etməmiş və vəsaitləri qaytarmaqdan boyun qaçırmışlar. Məlumat üçün bildirir ki, hazırki iddiaçı tərəfindən cavabdeh şirkətlərə 2021-ci il ərəfəsində ödənilmiş 156.000 manatın geri qaytarılması cavabdeh şirkətlər tərəfindən eyni qaydada boyun qaçırılaraq ödənilməmiş, daha sonra hazırki iddiaçının onlara qarşı pul tələbinin Bakı Apellyasiya Məhkəməsinin və AR Ali Məhkəməsinin qəran üzrə onun xeyrinə təmin edilərək, hazırki cavabdeh şirkətdən tutularaq ona geri qaytarılmışdır. Hazırki cavabdeh şirkətlər iddiaçıya maddi zərər vuraraq, iddiaçının şəxsi vəsaitləri hesabına varlanaraq, öhdəliklərdən boyun qaçırmışlar.
36. 08.01.2025-ci il tarixində cavabdehlər tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə qarşı etiraz təqdim edilərək etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Safenerji MMC və Avandsis Enerji MMC-yə qarşı 126.000 manat və 97.200 manat, cəmi 223.200 manat pulun tutularaq ididaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək bildirir ki, Cavabdeh2 MMC-dən 153.000 manat və 270 manat dövlət rüsumu, Avandsis Enerji MMC-dən isə 226.800 manat və ödənilmiş 450 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini yenidən dəqiqləşdirərək cavabdeh Safenerji MMC-yə qarşı 139.000 və 18.000 manat, cəmi 157.270 manat pulun, 270 manat dövlət rüsumu, digər Cavabdeh1 ММС-yə qarşı 215.800 manat, 18.000 manat, cəmi 234.250 manat pulun və 450 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, hər iki şirkətin icarə haqlarını, və kommunal xidmətlər haqqını guya ki, iddiaçı 2018-2021-c illər üzrə öz şəxsi vəsaiti hesabına ödəmişdir, lakin, bu günə qədər buna dair hər hansı bir sübutu məhkəmyə təqdim edə bilməmişdir, iddiaçı hesab edir ki, ödənişlərin əvəzi iddiaçıya qaytarılmamışdır. Ona görə də iddiaçı hesab edir ki, cavabdehlər əsassız varlanmış və ona görə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci (əsassız varlanma) maddələrinə istinad edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. İddia tələbi həm əsassız olduğundan, həm də iddia müddətinin keçməsi ilə bağlı iddia tələbi rədd olunmalıdır. Biz iddia müddətinin keçməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişik. Həmin ərizəyə əlavə olaraq bildirir ki, iddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci (əsassız varlanma) maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş edir, lakin iddiaçı nəzərə almır ki, o Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən də 2 illik iddia müddətini ötürmüşdür. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Beləliklə də AR MM-nin 1095-ci maddəsinə əsasən iddia müddətinin ötürülməsi iddia tələbinin rədd olunmasına əsas verir. Hesab edir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə əsassızdır və rədd olunmalıdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, X13 ilə Safenerji» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m-2121 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ümumi sahəsi 7423,1 kvm. olan qeyri yaşayış sahəsindən X11 məxsus 600 kv.m hissəsi aylıq 3.000 manat icarə haqqı müqabilində Cavabdeh2 MMC-yə icarəyə verilmişdir. Eyni zamanda X13 ilə «Avandsis Enerji>>MMC-arasında arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3 M-2120 nömrəli icarə müqaviləsinə əsasən ünvan 3 ünvanında ümumi sahəsi 7423 kvm. olan qeyri yaşayış sahəsinin Z.Nəzərova məxsus 500 kvm. hissəsi aylıq 2200 manat icarə haqqı müqabilində Cavabdeh1 MMC yə icarəyə verilmişdir. İddiaçı qeyd edir ki, eyni zamanda hər bir cəmiyyətə 500 manat olmaqla aylıq 1.000 manat olmaqla ümumilikdə icarəyə verən şəxsə 36.000 manat işıq kommunalına öz şəxsi vəsaiti hesabına vəsait ödəmişdir. Guya ki, müqavilələr üzrə aylıq icarə və kommunal xidmətlər haqqının ödənişlərini hər iki şirkət adlından İddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş, ödənişlərin əvəzi İddiaçı qaytarılmamışdır. Ona görə də iddiaçı hesab edir ki, müvafiq icarə müqavilələri əsasında İddiaçı tərəfindən Cavabdeh2 MMC ye 36 ayx3000 manat olmaqla 108.000 manat, Avandsis Enerji>MMC 36 ay x2200 manat 79.200 manat ümumilikdə 187.200 manat, 18.000 manat+18000 manat işıq kommunal pulu hesablanmaqla cəmi 223.200 manat pulun və dövlət rüsumunun bizdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə verərək bildirir ki, cavabdeh Safenerji MMC-dən 153.000 manat və 270 manat dövlət rüsumu, Avandsis Enerji MMC-dən isə 226.800 manat və ödənilmiş 450 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini yenidən dəqiqləşdirərək cavabdeh Safenerji MMC-yə qarşı 139.000 və 18.000 manat, cəmi 157.270 manat pulun, 270 manat dövlət rüsumu, digər cavabdeh Avandsis Enerji MMC-yə qarşı 215.800 manat, 18.000 manat, cəmi 234.250 manat pulun və 450 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir). İddia tələbində qeyd olunanlar həqiqətə uyğun deyildir, iddiaçının istinad etdiyi halları sübut edən hər hansı bir sənəd yoxdur. İddiaçının öz şəxsi vəsaiti hesabına icarə haqqı və kommunal xidmətlər haqqını ödəməsi barədə iş materiallarında hər hansı bir sübut yoxdur. Hər iki şirkət yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsində icarəyə götürdüyümüz sahəni 2021ci ilin dekabr ayına kimi istifadə etmişik, sonra boşaltmışıq və icarədara təhvil vermişik. İddiaçının özü xx.xx.2021-ci ildən heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. "xxxx" MMC tərəfindən "SAFENERJİ” MMC-nin xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixədək olan dövrdə apardığı mal-material və pul vəsaitlərinin dövriyyəsinin düzgünlüyünü müəyyən etmək üçün audit yoxlaması aparılmış və xx.xx.2021-ci il tarixli rəy qəbul edimişdir. Həmin rəylə müəyyən olunmuşdur ki, cəmiyyətin fəaliyyəti zamanı yaranan 362.459,54 manat pul vasaiti direktor İddiaçı tərəfindən mənimsənilmişdir, ona görə də onun barəsində hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Əksinə bizdə sübutlar vardır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən 2020-ci il də daxil olmaqla hər iki MMCnin adından icarə haqqı və kommunallar üçün pul vəsaitini kassadan imza edərək əlbəəl götürmüşdür. Biz məhkəməyə ödəniş tələbi formalarını təqdim etmişik. Həmin formalarda pulları kassadan götürən İddiaçı imzası və soyadı, adı vardır. Həmin sənədlərdən görünür ki, həmin pullar iddiaçıya verilmişdir, iddiaçı da həmin pulları icarəyə verənə vermişdir. İddiaçı bildirir ki, icarə və kommunal haqlarını guya ki, öz şəxsi vəsaiti hesabına ödəmişdir. Birinci, işdə buna dair heç bir sübut yoxdur, ikincisi həmin vəsaitin mənbəyi yoxdur, üçüncüsü əgər iddiaçı icarə və kommunal xidmətlər haqqını öz şəxsi vəsaiti hesabına icarəyə verənə ödəmişdirsə onda niyə görə sonra gəlib pulunu tələb etməmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, guya ki, öz vəsaiti hesabına ödədiyi pulu hər iki MMC-nin təsisçilərindən tələb etmişdir. Tələb etmişdirsə onda buna dair sübut hardadır? Bu heç bir məntiqə uyğun gəlmir. İddiaçı öz şəxsi vəsaiti hesabına guya ki, pul ödəsəydi onda sonra gəlib həmin ayda, sonrakı aylarda pulunu tələb edə bilərdi, niyə tələb etməyib?, Kim öz şəxsi vəsaiti hesabına başqasının yerinə 2 il ərzində pul ödəyə bilər ki? İddiaçı Nəsimi rayon məhkəməsinə müraciət edərək ona verilməyən əmək haqqının qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dediyinə görə bir neçə ildə əmək haqqı almadığı halda hansı pulla icarə və kommunal xidmət haqlarını öz şəxsi vəsaiti hesabına ödəmişdir?. Bütün bunlar heç bir məntiqə uyğun gəlmir. İddiaçının bildirdikləri tam yalandır, sübutu yoxdur. İddiaçı hər dəfə iddia ərizəsində bir rəqəm yazır, rəqəmləri şişirdir, bu rəqəmləri hardan alır, biz başa düşə bilmirik. Şəxsi vəsatindən pul verən şəxs pulu verdikdən sonra gəlib pulunu dərhal hər iki, MMC-dən tələb edər, alar, daha 5 il gözləməz, onun dediyinə görə əgər MMC- pulu ona vermirdisə, onda, ikinci aydan niyə icarə və kommunal xidmətlər haqqını ödəyirdi? Necə ola bilər ki, iddiaçı 2 il ərzində öz şəxsi vəsaiti hesabına icarə və komunal xidmətlər haqqını guya ki ödəmişdir? İş materiallarından görünür ki, MMC-lər fəaliyyətdə olmuş və MMC-lərin kifayət qədər pulu da var idi ki, qeyri yaşayış sahəsinin icarə haqlarını ödəsin, kiminsə MMC-lərin yerinə icarə haqqı ödəməsinə ehtiyac da yoxdur. Həmçinin o, guya ki, şəxsi vəsaiti hesabına ödədiyi pulun geri qaytarılması barədə hər iki MMC-yə nə şifahi, nə də ki yazılı qaydada müraciət etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə əsassız vəsatətlər təqdim edir, əsassız olaraq işin baxılma vaxtının uzadılmasını tələb edir, işin predmetinə aid olmayan sənədləri iş materiallarına əlavə edir, işin həcmini böyüdür, işə aid olmayan sorğuların verilməsini məhkəmədən tələb edir. Hər iki icarə müqaviləsi üzrə icarə və kommunal xidmətlər haqqı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə İddiaçı deyil, təsisçi Həsən Süleymanova verilmişdir. Həmin dövürdə iddiaçı artıq 01 oktyabrdan işə gəlmirdi, (iddia ərizəsində özü də bunu təsdiq edir) ona görə də 2021-ci il üzrə icarə haqları Həsən Süleymanova verilmişdir. Buna dair sübutu məhkəməyə təqdim etmişik. Biz təsisçi Həsən Süleymanova 2021-ci ildə verilən icarə haqlarının sənədini məhkəməyə ona görə təqdim etmişik ki, iddiaçıya və məhkəməyə aydın olsun ki, iddiaçıya sənədlə yalnız 2018-2020-ci illər üzrə icarə və kommunal haqlarının pulu verilmişdir, 2021-ci il üzrə icarə və kommunal xərclərin pulu H.Süleymanova verilmişdir. Lakin iddiaçının nümayəndəsi və vəkili həmin sənədləri oxumadan elə bilmişdir ki, 2021-ci ilin noyabr və dekabr aylarının icarə və kommunal xidmətlər haqqını İddiaçı verilmişdir. Ona görə də həmin sənədləri oxumadan tələm-tələsik məhkəməyə vəsatət göndərərək guya həmin sənədlərin saxtalaşdırıldığını, İddiaçı xx.xx.2021-ci ildən işə gəlmədiyini, həmin ildə icarə haqqını götürmədiyini bildirir. Yuxarıda göstərilənlərə əsasən hesab edirik ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Cavabdeh Safenerji MMC-yə qarşı 139.000 və 18.000 manat, cəmi 157.270 manat pulun, 270 manat dövlət rüsumu, digər cavabdeh Avandsis Enerji MMC-yə qarşı 215.800 manat, 18.000 manat, cəmi 234.250 manat pulun və 450 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə iddia tələbinin əsassız olduğundan, həmçinin 2 il (əsassız varlanmaya görə) iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.
37. xx.xx.2025-ci il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, İddiaçı hər iki cavabdeh şirkət tərəfindən (xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövrlər üzrə) vurulmuş maddi zərərin, yəni Cavabdeh2 MMC-dən (icarə haqqı olaraq ödənilmiş 139.000 (yüz otuz doqquz min) manat, işıq kommunalı üzrə ödənilmiş 18.000 (on səkiz min) manat və dövlət rüsumu olaraq ödənilmiş 270 manatın) 157.270 manat pul vəsaitinin, eyni zamanda digər Cavabdeh1 MMC-dən (icarə haqqı olaraq ödənilmiş 215.800 (iki yüz on beş min səkkiz yüz) manat, işıq kommunalı üzrə ödənilmiş 18.000 (on səkiz min) manat və dövlət rüsumu olaraq ödənilmiş 450 manatın) 234.250 (iki yüz otuz dörd min iki yüz əlli) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, iddiaçıya məxsus pul vəsaitlərinin mənimsənilməsində əlbir olmuş hər iki şirkətin təsisçiləri və həmin vaxt hər iki şirkətin baş mühasibi X5 barəsində xüsusi qərardad çıxarılmaqla, aidiyyəti prokurorluğa məlumat verilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, X13 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m-2121 reyestr nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən, ümumi sahəsi 7423.1 kv.m olan qeyri-yaşayış sahəsinin X11 məxsus 600 kv.m hissəsi aylıq 3000 manat icarə haqqı müqabilində Cavabdeh2 MMC-ə icarəyə verilmişdir. Eyni zamanda, X13 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3m- 2120 reyestr nömrəli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 7423 kv.m olan qeyri-yaşayış sahəsinin X11 məxsus 500 kv.m hissəsi aylıq 2200 manat icarə haqqı müqabilində Cavabdeh1 MMC-yə icarəyə verilmişdir. Eyni zamanada hər bir cəmiyyətə 500 manat olmaqla aylıq 1000 (bir min) manat olmaqla ümumilikdə icarəyə verən şəxsə 36.000 (otuz altı min) manat işıq kommunalına öz şəxsi vəsaiti hesabına vəsait ödəmişdir. Daha sonra cavabdeh şirkətlərlə icarəyə verən arasında bağlanmış, xx.xx.2019-cu il tarixi “icarə müqaviləsinə əlavə” üzrə hazırki cavabdeh şirkətlərin icarəyə verənə qarşı icarə haqqı olaraq “Safenerji“ MMC tərəfindən 4000 manat, "xxxx" MMC tərəfindən is aylıq 7000 manat olmaqla icarə haqqı ödənilməsi öhdəliyi götürmüşdür. Hansı ki, həmin icarə haqları hazırki iddiaçı tərəfindən icarəyə verənə öş şəxsi vəsaitləri hesabına ödənilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən qeyd edilən dövrlər üzrə işıq kommunal haqqları da (36.000 manat) ödənilmişdir. Bildirir ki, müqavilələr üzrə aylıq icarə haqqı ödənişləri, hər iki şirkət adından, İddiaçı tərəfindən öz şəxsi vəsaiti hesabına ödənilmiş, ödənişlərin əvəzi, yəni cavabdeh şirkətlər tərəfindən ona vurulan maddi zərər İddiaçı qaytarılmamışdır. Mücafiq icarə müqavilələri və ona xx.xx.2019- cu il tarixli əlavə əsasında İddiaçı tərəfindən öz şəxsi hesabına hər iki şirkətin həm işıq kommunalı üzrə kommunal ödənişləri olan 36000 (otuz altı min) manatı, həm də xx.xx.2018-ci il tarixdən 03 iyun 2019-cu il tarixinə qədər Cavabdeh2 MMC-yə aylıq 3000 manat (9 ay x 3000 manat), Cavabdeh1 MMC-yə isə 2200 olmaqla (9 ay x 2200 manat), daha sonra 03 iyun 2019-cu il tarixindən 03 oktyabr 2021-ci il tarixinə qədər Cavabdeh2 MMC üçün 4000 manat (28 ay x 4000 manat), Cavabdeh1 MMC-yə isə 7000 manat (28 ay x 7000 manat) olmaqla, ümumilikdə Cavabdeh2 MMC üçün 139.000 (yüz otuz doqquz min) manat, Cavabdeh1 MMC üçün 215.800 (iki yüz on beş min səkkiz yüz) manat, bütünlükdə cəmi 354.800 ( üç yüz əlli dörd min səkkiz yüz) manat məbləğində pul vəsaiti maddi zərəri vurmuş hər iki şirkətdən alınaraq iddiaçıya geri qaytarılmalıdır. İddiaçı təərfindən dəfələrlə həmin vəsaitlər tələb edilsə də, cavabdeh şirkətin təsisçiləri və onlarla əlbir olmuş baş mühasib Mahmud Allahverdiyev vədlərinə əməl etməmiş və vəsaitləri qaytaracaqlarına söz versələr də, sonradan onun həbsinə nail olaraq, onun vəsaitlərinin geri qaytarılmasından boyun qaçırmışlar. Məlumat üçün bildirir ki, hazırki iddiaçı tərəfindən cavabdeh şirkətlərə 2021-ci il ərəfəsində ödənilmiş 156.000 manatın geri qaytarılması cavabdeh şirkətlər tərəfindən eyni qaydada boyun qaçırılaraq ödənilməmiş, daha sonra hazırki iddiaçının onlara qarşı pul tələbinin Bakı Apellyasiya Məhkəməsinin və AR Ali Məhkəməsinin qərarı üzrə onun xeyrinə təmin edilərək, hazırki cavabdeh şirkət "xxxx" MMC-dən tutularaq ona geri qaytarılmışdır. Hansı ki, şirkətlər həmin pul vəsaititnin də iddiaçının vəsaitləri deyil, onların vəsaitləri hesabına ödənildiyinə istinad edərək həmin vəsaitin geri qaytaraılmasından boyun qaçırmışdılar. Lakin yuxarı məhkəmə instansiyalarının qərarları bir daha hazırki cavabdeh şirkətin öhdəliklərindən boyun qaçırdığını və həmin vəsaitləri geri qaytarmaqla mükəlləf olduğunu, cavabdeh şirkətin banklara olan borclarının hazırki İddiaçı tərəfindən iddiaçının şəxsi vəsaitləri hesabına ödənldiyini təsdiq edərək qərar elan edilmiş və hazırda icra mərhələsi çərçivəsində icra edilmiş, cavabdeh şirkətdən pul vəsaitləri alınaraq hazırki İddiaçı geri qaytarılmışdır. Hazırki cavabdeh şirkətlər iddiaçıya maddi zərər vuraraq, öz öhdəliklərinin icrasının öz vəsaitləri hesabına həyata keçirmiş iddiaçıya məxsus vəsaitləri geri qaytarmaqdan boyun qaçırmışlar.
38. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)- 135/2025 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) İddiaçı (3-cü şəxs qismində X18 işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
39. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
40. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini və Səbail rayon Məhkəməsinin hakimi və Cavabdeh1 MMC-nin sənədləri tərtib etmiş şəxsləri barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları kifayət qədər hərtərəfli araşdırmamış, qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bununla da Məhkəmə Mülki Prosessual Məcəllənin tələblərini pozmuşdur. Belə ki, məhkəməyə iddiaçının imzasının saxtalaşdırıldığı kserosuretdən ibarət kağızlar təqdim edilmişdir. İmzaların İddiaçı məxsus olmadığı, həqiqətə uyğun olmayan, qurama tərtib edilmiş ödəniş tapşırığı adı altında ksereks-surətləri təqdim olunmuş sənədlər məhkəmə tərəfindən sübut qismində qiymətləndirilmiş, tərəfimizdən məhkəməyə vəsatətlə müraciət edərək “xüsusi qərar” qəbul edilməsini xahiş edilməsinə baxmayarq, məhkəmə həmin saxta sənədlərə himayədarlıq edərək bir növ “xüsusi qərar” qərar qəbul etməyərək şirkətlərin qanunsuz hərəkətlərinə himayədarlıq etmək məqsədi ilə,“xüsusi qərar” qəbul etməmək əsası ilə belə bir seçim etmişdir, halbuki məhkəmə həmin sənədlər təqdim edildikdə hakim tərəfindən vəsatətləri təmin edilərək şirkətlərə bütün maliyyə sənədləri, icarə haqlarının ödənilməsinə dair bütün sənədlərin, həmin vəsaitlərin verildiyini təsdiq edən ödəniş tapşırıqlarının, həmin icarə haqlarının İddiaçı tərəfindən şirkət vəsaitləri hesabına ödənilməsini təsdiq edən bank hesabatlarının və məhkəməyə sübut olaraq təqdim edilmiş xx.xx.2018-ci il, xx.xx.2018-ci sübut olaraq təqdim edilmiş xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il. 01.2020/001, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarının əsillərinin, eləcədə həmin qeyri-yaşayış sahəsi üçün işıq kommunal xərclərinin hansı qaydada ödənilməsinə dair ödəniş qəbzlərinin əsillərinin) təqdim edilməsi tələb olunsa da, şirkətlər tərəfindən yalnız hazırki ksero-surətlərdən ibarət ödəniş tapşırıqlarının olması, “məhkəmə hazırlıq iclasların” da həmin sənədlərin əsillərinin şirkətdə mövcud olmaması, korrupsiya idarəsində olması qeyd edimiş, lakin həmin “məhkəmə iclasın”da biz tərəfindən korrupsiya idarəsinə sorğu verilərək həmin sənədlərin orda olmadığı, korrupsiya idarəsində araşdırmanın aparılmadığı müəyyən olunmuşdur. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə zalında verdiyi yalan izahatı və saxtalaşdırılaraq təqdim edilmiş saxta ksero-surətdən ibarət sənədin məhkəmə icraatına sənədlərin əsillərinin təqdim edilməsi məsuliyyətindən yayınmaq məqsədi daşımış, Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə zalında verdiyi yalan izahat verərkən, İddiaçı tərəfindən verilmiş iddianın rədd edilməsinin təmin edilməsi məqsədi ilə həmin sənədlərin korrupsiya idarəsində deyil, İddiaçı barəsində ilkin araşdırma aparmış Nərimanov Rayon Prokurorluğunda və hazırki həmin cinayət işinin yekun məhkəmə icraatını aparan Bakı Apellyasiya Məhkəməsi hakim Mehriban Qarayevanın icraatında olan Nərimanov Rayon Prokurorluğunda araşdırılmış cinayət şinin mataeriallarında olmasını bildirimişdir. Halbuki tərəflərindən həmin vaxt məhkəməyə vəsatət verilmiş, məhkəmə tərəfindən həmin sənədlər mövcud olduğu təqdirdə istintaqa protokolla təqdim edilmə zərurəti olsa da hal-hazırda tərəfin yalan məlumat verdiyini həmin sənədlərin saxta olduğunu qeyd etsə də, məhkəmə aidiyyəti üzrə №2(009)-2033/2024 saylı, xx.xx.2024- cü il tarixli sorğu ilə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehriban Qarayevanın icraatında olan iş №1(103)-243/2025 saylı cinayət işi materiallarında həmin sənədlərin mövcud olub olmaması barədə məlumatın təqdim edilməsini tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehriban Qarayeva tərəfindən Səbail rayon Məhkəməsinin hakimi xanım Mədinə Bağırovaya xx.xx.2025-ci il tarixli, №1(103)-243/2025 saylı sorğusuna cavab məktubunda sorğuda qeyd edilmiş həmin sənədlərin əsillərinin mövcud olmadığı qeyd edilmişdir. Lakin məhkəmə qətnaməsində iddianı rədd edərkən İddiaçı tərəfindən ödənilmiş pul vəsaitlərinin öz şəxsi vəsaitləri hesabına ödənilməsini sübuta yetirməməsini əsaslandırmışdır, eyni zamanda məhkəmə qətnaməsində iki hala istinad etmişdir. Belə ki, həm məhkəmə tərəfindən iddia müddətinin tətbiqi üç və iki illik iddianın müddəti tətbiqi üzərində fikir bildirilmiş, hansı ki hazırkı iddia tələbi üç və iki iddia müddəti tətbiqi çərçivəsində mövcud ola bilməzdir. Belə ki, məhkəmə qaydasında mübahisələndirilən hazırki İddiaçı tərəfindən qaldırılmış iddia tələbinə hüququnun pozulduğu gündən müddət axımının müəyyən edildiyi və ümumi iddia qaydasında, yəni on (10) illik müddəti çərçivəsində baxılan işlərdəndir. Məhkəmə tərəfindən isə qərəzli mövqe göstərilərək həm İddiaçı iddiasının istinad etdiyi halların sübuta yetirməməsi, həm də məhkəmə tərəfindən iddia müddətinin tətbiqinə dair məsələyə istinadən qətnamə elan etmişdir. Buradan da görünür ki, məhkəmənin mövqeyi ikili xarakter daşıyır. İddiaçı tərəfindən ödənişlərin edilməsi, 2018-ci ildən xx.xx.2021-ciil tarixinə qədər olan dövrlər üzrə hər iki cavabdeh şirkətə münasibətdə İddiaçı üzrə hər iki cavabdeh şirkətə münasibətdə İddiaçı tərəfindən bir-başa ödənişləri həyata keçirmiş, icarə haqlarının sonuncunun iddia tələb dəqiqləşdirmə çərçivəsində verilmiş məbləğlərin onun tərəfindən ödənilməsi işin mübahisəsiz halıdır və artıq cavabdeh şirkətlərin rəsmi məktubları və nümayəndələri vasitəsi ilə həmçinin pul vəsaitlərinin İddiaçı tərəfindən ödənişlərin aparıldığı faktı təsdiqlənmişdir. Məhkəmə həmin ödənişlərin ona təqdim edilməsi əsaslarının cəmiyyətlər tərəfindən mövcud olduğu təqdirdə artıq sübut etmə yükünün cəmiyyətlər üzərinə düşməsini və onlar tərəfindən həmin sübutların məhkəməyə təqdim edilməsi zərurətini nəzərə almadan İddiaçı iddiasını əsassız hesab etmişdir. Məhkəmə tərəfindən həmin ödəniş tapşırıqları saxtalaşdırıldığı faktı mövcud olduğu halda, heç bir əsası olmayan, tərəfindən verilmiş sorğusu əsasında sənədlərin əsillərinin mövcud olmadığı, saxtalaşdırlmış sənədlərin yalnız məhkəməni aldatmaq məqsədi ilə təqdim edilməsini bildiyi halda həmin saxta sənədlərə dair “xüsusi qərardad” qəbul etmək əvəzinə həmin sənədlərin kserks-surətlərini sübut qismində tanımışdır, halbuki sənədlərin mötəbərliyi şübhə altında olduğu təqdirdə məhkəmə tərəfindən heç bir halda sübut qismində qiymətləndirilə bilməz. Məhkəmə tərəfindən AR MPM-nin müvafiq maddəsinin tələbini pozularaq saxta sənədlərə himayədarlıq edilmiş, iddia tələbi əsassız olaraq rədd edilmişdir. Bundan əlavə, məhkəmə prosesi gedişatında tərəfimizdən hakimə etiraz ərizəsi, eyni zamanda Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimova, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədrinə şikayət ərizəsi yazılmışdır. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi elektron-məhkəmə kabineti vasitəsi ilə ərizə təqdim edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan iş №1(101)-447/2024 saylı cinayət işi üzrə xx.xx.2025-ci ilsaat 14:00-da "baxış iclası" təyin olunduğunu və cinayət iş üzrə sənədlərin tədqiqi mərhələsində olduğunu, bu səbəbdən xx.xx.2025-ci il saat 15:00-da təyin olunan "hazırlıq iclasına" gələ bilməyəcəyini qeyd etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi xanım Mədinə Bağırovadan xahiş etmişdir ki, iştirakı olmadan "hazırlıq iclasını" keçirib, tərəfimizdən verilmiş "tələb dəqiqləşdirmə ərizəsini" icraatınıza alınması, icraat müddətinin uzadılması, eyni zamanda əlavə vəsatətdə qeyd olunan sənədlərin tələb edilməsi və hər iki cavabdeh şirkətin hazırki direktorlarının növbəti məhkəmə iclaslarına cəlb edilməsinə dair qərar qəbul edib, növbəti "məhkəmə hazırlıq iclası"nın təyinatını verə. Lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi xanım Mədinə Bağırova tərəfindən qərəzli mövqe göstərilərək AR MPM-nin 78-ci maddəsinin tələbi kobudcasına pozularaq işin icraatında sübutların əldə edilməsi məhdudlaşdırılmış və qərəzli olaraq xx.xx.2025-ciil saat 15:00-a “məhkəmə baxış iclası” təyinatı vermişdir. Buda cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-nin hakim Mədinə Bağırovaya təqdim etdiyi mötəbərliyi şübhə altında olan, mötəbərliyi mövcud olmayan, qarşı tərəfin istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin icraatında olan №1(103)-243/2025 saylı cinayət işinin materiallarında olmayan, məhkəməyə saxtalaşdırılması ilə verilmiş sənədlərin iş materiallında olmaması Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi xanım Mədinə Bağırova tərəfindən bir növ himayədarlıq edilmişdir, halbuki Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi xanım Mədinə Bağırova tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin mötəbərliyi və cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC -nin təqdim etdiyi məlumatların yalan olubolmaması araşdırılmalıdır. Bütün bu qanunsuz hərəkətlərə dair araşdırılmalıdır. Bütün bu qanunsuz hərəkətlərə dair tərəfimizdən hakimə etiraz edilsə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi xanım Mədinə Bağırova tərəfindən xx.xx.2025-ci il tarixində etiraz baxılmamış saxlanılmışdır. Daha bir qanun pozuntusuna yol verilmişdir.
42. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə apellyasiya şikayətinə əlavə təqdim etmişdir.
43. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli "tələb dəqiqləşdirmə ərizəsini” poçt vasitəsilə göndərmiş, xx.xx.2025-ci il tarixində elektron kabinetə yerləşdirilmişdir. Tərəfindən həmin "tələb dəqiqləşdirmə ərizəsini”n icraata alınması hakimdən xahiş olunmuşdur, tərəflərin razılığı ilə məhkəmənin dəftərxana vasitəsilə məhkəməyə tərəfindən verilmiş “ iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə” nin icraata qəbul edilməsi barədə məhkəmənin ci il tarixli qərarı qəbul etmişdir, hansı ki bu barədə audio video görüntülərdə öz əksini tapmaqdadır. Həmin tələb dəqiqləşdirilmə ərizəsində iddiaçı tərəf olaraq tərəflərindən texniki olaraq ilkin yol verilmiş xırda yalnışlıqlar, yəni ilkin “iddia ərizəsi tələbində iddia ərizəsinin yalnız məzmundan 1 maddə olaraq öz əksin texniki səhv olaraq tapmış hissəyə dair olunmuş əsassız varlanmaya dair ifadələr aradan qaldırılmışdır. Hansı ki, AR MPM- nin 53- cü maddəsi çərçivəsində hüquqlarımızın zərurəti əsası ilə edilmiş və məhkəmə də prosessual pozuntu olmadan verilməsi və hər iki tərəfin razılığı ilə icraata qəbul edilmişdir. Məlumdur ki, AR MPM- nin birbaşa imperativ tələbləri üzrə məhkəmə yekun icraata qəbul edilmiş “ iddianın tələb dəqiqləşmə ərizəsi” çərçivəsində mülki işə baxmalı idi. İlkin məhkəmə prosesi başlanan vaxtdan iddiaçının tələbi ümumiyyətlə əsassız varlanma ilə bağlı olmamışdır, iddiaçı tərəfin tələbi əsassız varlanmaya istinadən ola bilməz. İddiaçı tərəfin iddia tələbinin məhkəmə tərəfindən təmin edilməməsinin əsası əsassız varlanmaya istinadən ola bilməz. Belə, Azərbaycan Respunblikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Cavabdeh müəsissələr iddiaçı tərəfin hesabına əmlak əldə etməmişlər, sadəcə olaraq cavabdeh müəsissələrin öhdəlikləri İddiaçı tərəfindən icra edilmişdir. Hazırda İddiaçı tərəfindən öhdəliyin icra edilməsi nəticəsində ödənilmiş pul vəsaitlərinin cavabdeh şirkətlər tərəfindən ona ödənilməsi zərurəti mövcuddur. İddiaçı tərəfin iddia tələbidə məhz bundan ibarətdir. Belə ki, reqres qaydada iddiaçıya dəymiş maddi zərərin cavabdelər tərəfindən ona ödənilməsi tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114-ci maddəsində zərər vurmuş şəxsə reqres hüququ əks olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb hüququ vardır. 1114.2-ci maddəyə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Bu da, tələb dəqiqləşmə ərizəsində öz əksini tapmışdır. Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi Mədinə Bağırova tərəfindən mülki iş üzrə xx.xx.2025-ci il saat 15:00-da "hazırlıq iclasın" təyin olunmuşdur. xx.xx.2025-ci il tarixində tərəfimdən təqdim olunan elektron ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın icraatında olan iş №1(101)-447/2024 saylı cinayət işi üzrə xx.xx.2025-ci il saat 14:00 da "baxış iclası" təyin olunduğunu və cinayət iş üzrə sənədlərin tədqiqi mərhələsində olduğunu, bu səbəbdən xx.xx.2025- ci il saat 15:00-da təyin olunan "hazırlıq iclasına" gələ bilməməyini, iştirakı olmadan "hazırlıq iclasıni" keçirib, tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli "tələb dəqiqləşdirmə ərizəsini" icraata alınmasını, icraat müddətinin uzadılmasını, eyni zamanda əlavə vəsatətdə qeyd olunan sənədlərin tələb edilməsini və hər iki cavabdeh şirkətin hazırki direktorlarının növbəti məhkəmə iclaslarına cəlb edilməsinə dair qərar qəbul edib, növbəti "məhkəmə hazırlıq iclası"nın təyinatını verilməsini məhkəmədən xahiş etmişəm, eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsinin iş № 1(101 )-447/2024 saylı, 29 dekabr 2024-cü il tarixli məhkəmə bildirişini elektron kabinet vasitəsilə məhkəmənin nəzərinizə çatdırmışam. İlkin olaraq nəzərinizə çatdırıram ki, cavabdeh tərəflər ilkin instansiya məhkəməsində iki dəfə etiraz, iki dəfə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Məhkəmə əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün şərtləri əsas gətirərək , onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsası, eyni zamanda, iddiaçının öz iddia tələbinin faktiki əsası kimi göstərdiyi halları, cavabdehlər tərəfindən ona maddi zərər vurulmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməməsi əsası ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Nəzərinizə çatdırıram ki, cavabdeh müəssisələr həmin pul vəsaitlərinin İddiaçı tərəfindən ödənilməsini təsdiq etmişdir. Lakin pul vəsaitlətinin cavabdeh müəssilərin şəxsi vəsaiti hesabına ödənildiyini, bununla bağlı sənədlərin məhkəməyə təqdim edilməsini qeyd edirlər. Hansı ki, cavabdeh müəssiələr Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən xx.xx.2024-cü il tarixində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin elekron kabinetinə yerləşdirilən iddia tələbinə etirazda tərəflərindən İddiaçı ödənilmiş pul vəsaitləri qeyd olunmuşdur, eyni zamanda cavabdeh müəssiələr Cavabdeh1 və Cavabdeh2 MMC-nin cü il tarixli etirazda istinad etdikləri maddələr iddiaçı tərəfin iddia tələbinin əsaslandırdığı maddələrlə eynilik təşkil edir. Buda iddiaçı tərəfin iddiasının əsaslı olmasının, təmin edilməsinin göstəricilərindəndir. xx.xx.2024-cü il tarixli, cavabdeh müəssiələr Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən cü il tarixində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin elekron kabinetinə yerləşdirilən iddia müddətinin tətbiqi barədə ərizədə iddiaçının onlara qarşı iddia tələbi qaldırarkən 3 illik iddia müddətini ötürməsini qeyd etmişlər. Daha sonra xx.xx.2025-ci il tarixli, cavabdeh müəssiələr Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən xx.xx.2025-ci il tarixində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin elekron kabinetinə yerləşdirilən iddia müddətinin tətbiqi barədə ərizədə iddiaçının onlara qarşı iddia tələbi qaldırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə istinad edərək 2 illik iddia müddətini ötürməsini qeyd etmişlər. (Hazırki apellyasiya şikayətinə cavabdeh şirkətlər tərəfindən verilmiş etirazdada 2 illik iddia müddətinin ötürülməsinə istinad edilib). Göründüyü kimi, cavabdeh müəssiələr özlərinində dəqiq bilmədikləri əsasa istinad etmişdirlər. Hansı ki, ilkin iddia müddətinin tətbiqi barədə ərizədə 3 illik iddia müddətini ötürməsini, sonrakı iddia müddətinin tətbiqi barədə ərizədə 2 illik iddia müddətini ötürməsini qeyd etmişlər. İş № e-2(009)-135/2025 saylı mülki iş üzrə İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində hakimə etiraz ərizəsi poçt vasitəsilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmiş, xx.xx.2025-ci il tarixində iş № e-2(009)-135/2025 saylı mülki iş üzrə elektron kabinetə yerləşdirilmişdir. Həmin etiraz hakim və məhkəmə sədri tərəfindən qərəzli olaraq nəzərə alınmamışdır. Məlumat üçün bildirir ki, cavabdeh şirkətlər tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövrlər üzrə cavabdeh olan "xxxx" MMC- nin iddiaçının ödədiyi bütün icarə haqlarının onlara məxsus vəsaitlər hesabına ödənilməsini, eyni zamanda həmin vəsaitlərin kassasında həmin vəsaitlərin həmin dövrlərdə mövcudluğunu sübuta yetirən ciddi maliyyə sənədlərinin, yəni kassa mədaxil, məxaric orderinin həmin vəsaitlərin verildiyini təsdiq edən ödəniş tapşırıqlarının, kassa kitabının, həmin icarə haqlarının hazırki iddiaçı tərəfindən şirkət vəsaitləri hesabına ödənilməsini təsdiq edən bank hesabatları və yalnız Cavabdeh1 MMC tərəfindən məhkəməyə sübut olaraq təqdim edilmiş xx.xx.2018- ci il, xx.xx.2018- ci il,xx.xx.2019- cu il,xx.xx.2019-cu il,xx.xx.2019-cu il, 01.2020/001,xx.xx.2020- ci il,xx.xx.2020- ci il,xx.xx.2020- ci il, xx.xx.2021- ci il,xx.xx.2021ci il tarixli ödəniş tapşırıqlarının əslləri Bakı şəhəri Səbail rayon Məhkəməsinə təqdim olunmamışdır. Belə ki, iddiaçı tərəf xx.xx.2024-cü il tarixli vəsatətlə məhkəməyə müraciət edərək həmin sənədlərin əsillərinin əldə edilməsi məqsədilə Cavabdeh1 MMC-ə və Cavabdeh2 MMC-ə “ məhkəmə sorğusu” ünvanlayaraq həmin sənədlərin əsillərinin tələb edilməsi və mülki iş üzrə materiala əlavə edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki,cavabdeh şirkətlər həmin sənədlərin əsillərinin İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4- cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin iş №1(101)- 103/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxs və müdafiəçisi Vəkil1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X16 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə Bakı Apellyasiya Məhkəməsinin iş № l(103)-243/2025 saylı cinayət işi üzrə materialda olduğu qeyd edilmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırova Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehriban Qarayevaya “məhkəmə sorğusu” ünvanlayaraq xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövrlər üzrə "xxxx" MMC tərəfindən icarəyə götürülmüş ünvan 5 ünvanında yerləşən 500 kv. m. qeyri-yaşayış sahəsinin İddiaçı ödədiyi bütün icarə haqlarının MMC-yə məxsus vəsaitlər hesabına ödənilməsini, buna dair maliyyə sənədlərinin, yəni kassa mədaxil, məxaric orderinin (, həmin vəsaitlərin verildiyini təsdiq edən ödəniş tapşırıqlarının, həmin icarə haqlarının İddiaçı tərəfindən şirkət vəsaitləri hesabına ödənilməsini təsdiq edən bank hesabatlarının və məhkəməyə sübut olaraq təqdim edilmiş xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019- cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020- ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarının əsillərinin, eləcə də, həmin qeyri-yaşayış sahəsi üçün işıq kommunal xərclərinin hansı qaydada ödənilməsinə dair ödəniş qəbzlərinin əsillərinin olub-olmadığı barədə məlumat verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehriban Qarayevaya tərəfindən Bakı şəhər Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovaya təqdim olunmuş iş № № 1(103)- 243/2025 saylı. xx.xx.2025-ci il tarixli məktubunda cinayət işi materiallarında sözügedən sənədlərin əsilləri mövcud olmaması qeyd edilmişdir. Cavabdeh müəssiələr Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən cü il tarixində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin elekron kabinetinə Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli Aktı və “avandsis” adı altında ödəniş cədvəli yerləşdirmişlər. Belə ki, mötəbərliyi təsdiq edilməyən, İddiaçı imzası saxtalaşdırılmış, əsillərinin təqdim edildiyi tələb edildiyi təqdirdə təqdim olunmayan, kserosurətdən ibarət “avandsis” ödəniş cədvəlində qeyd olunan rəqəmləri ümumi topladıqda ümumi iddia tələbi çərçivəsində müəyyən olunan və ümumilikdə ödənilən bütün icarə haqlarının heç 30 % -ni təşkil etmir. Belə ki, tərəflərin kserosürət formada təqdim etdikləri xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019- cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarındakı vəsaitlərin cəmi 128.900 manat təşkil etdiyi, lakin ümumilikdə şirkətlərin icarə haqqı öhdəliyi üzrə İddiaçı iddia tələbi üzrə ödənilmiş ümumi 390 000 manat məbləğdən ibarətdir.Bu da tərəflərin məhkəməyə saxta sənəd təqdim etməsilə və yalandan iddia tələbindəki pulun özləri tərəfindən ödənilməsinin yalançı görüntüsünü yaratmadanibarətdir və bu yaranan bütün ziddiyyətlər sübuta tərəfimdən, elə müəssisələrin özlərininn və nümayəndələrinin təqdim etdikləri, mötəbərliyi olmayan, hətta ilkin instansiya məhkəməsi və hazırki apellyasiya qaydasında 2 xüsusi qərardad” qəbul edilməsinin tələb etdiyimiz kserosürət saxta sənədlərlə də birbaşa sübuta yetirilməkdədir.Eyni zamanbda məhkəmənin istər ilkin, istərsə də hazırki icraatı zamanı tərəfimizdən istənilmiş müəssisəyə dair rəsmi sənədlər bir daha iddiaçının iddia tələbindəki vəsaitləri müəssisənin vəsaitləri hesabına ödənədiyinin sübuta yetirən sübutlardan olduğu üçün müəssisə tərəfindən verilməməkdədir və bunun əvəzinə iddiaçının imzasının saxtalaşdırıldığı kserosürətlər təqdim etməkdədirlər. Eyni zamanda hər iki cavabdeh tərəf olan müəssisələrin iddia tələbi çərçivəsində əhatə edilmiş bütün dövrlər üzrə hazırki iddiaçının ödədiyi “ təsərrüffat xərci “ olmuş və müəssisələrin ödəniş potensialı həmin dövrlərə mövcud olmamasının sübutu olan kreditor borclara dair uçot vərəqələri və digər ilkin mühasibatlıq sənədləri hazırki iddiaçının xeyrinə olduğu üçün onlar tərəfindən məhkəməyə verilməməkdədir. Bundan əlavə, iş № 2(103)-2348/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixində keçirilmiş “ məhkəmə baxış iclasında” tərəfimdən cavabdeh şirkətlərin nümayəndələrinə Cavabdeh1 MMC-nin direktoru rəsmi olaraq İmran Ziyatlı olduğu halda nəyə görə "xxxx" MMC-nin icarə haqlarını İddiaçı ödəmişdir? Belə olan halda, Cavabdeh1 MMC-nin direktoru İmran Ziyadxan oğlu özü ödəyərdi. Sualına verilmiş cavab : İddiaçı kommersiya direktoru olduğunu şifahi olaraq qeyd etmişdirlər. Buna dair sübutları heç vaxt məhkəməyə təqdim edə bilməmişdirlər. Eyni zamanda, tərəfimdən cavabdeh şirkətlərin nümayəndələrinə mötəbərliyi təsdiq edilməyən, İddiaçı imzası saxtalaşdırılmış, asillərinin təqdim edildiyi tələb ediliyi təqdirdə təqdim olunmayan, kseresurətdən ibarət “avandsis” ödəniş cədvəlində başqa İddiaçı pul vəsaitinin verilməsainə dair hər hansılsa bir sənəd , sübutunuz mövcuddurmu? Cavabında “Xeyr, verdiyimiz pul vəsaiti yalnız bundan ibarətdir” deyə qeyd etmişdirlər. Nəzərinizə çatdırıram ki, pul vəsaitinin İddiaçı tərəfindən ödənilməsi mübahisə predmeti deyildir, çünki cavabdeh şirkətlər tərəfindən pul vəsaitinin İddiaçı tərəfindən ödənilməsi təsdiq edilmişdir. Cavabdeh şirkətlər tərəfindən İddiaçı tərəfindən ödənilmiş pul vəsaitlərinin özlərinin şəxsi vəsaiti hesabına ödənilməsi sübuta yetirilməlidir. Bundan əlavə, mülki iş üzrə xx.xx.2025-ci il tarixində keçirilmiş “ məhkəmə baxış iclasında” cavabdeh tərəflər İddiaçı direktor olduğunu qeyd etmişdirlər. İddiaçı 2017-ci ilin aprel ayından xx.xx.2019-cu ilə qədər formal olaraq direktor müavini vəzifəsini icra etmiş, daha sonra direktor vəzifəsini icra etmişdir. Lakin şirkətin təsərrüfat xərcləri ilə bağlı öhdəliklərini İddiaçı borc olaraq tərəfindən verdiyi pulları 2025-ci il tarixli “Socar” Layihəsi ilə geri qaytarılması şərti ilə vermişdir. Bundan əlavə, mülki iş materialına iddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X21 və Uçotun Təşkili Baş İdarəsinin 25 dekabr 2024-cü il tarixli, 3-21-2-4/2-T-7xx-xx/2024 sayylı məktubunda uçot baza məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyətinin xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək dayandırılması, xx.xx.2016-cı il tarixdən bəyannamə ilə aktivləşməsi və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması barədə məlumatı qeyd olunmuşdur. Bununla da, həmin dövrlərdə “SAFENERJİ" MMC-nin maddi gəlirlərinin olmaması öz əksini tapmaqdadır. Məhkəməyə təqdim etdikləri sənəd ilə həmin dövrdə İddiaçı direktorluq maaşı verilməməsi , müəssislərin maddi imkanlarının zəif olması təsbit olunur. Bundan əlavə, 25 iyul 2022-ci il tarixdə Aktif Elektrik” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 (Cavabdeh2 MMC-nin təsisçisindən ) "xxxx" MMC-yə ödənilməsi Bakı Kommersiya Məhkəməsinin iş № e-2-2(113)-674/2022 saylı , xx.xx.2022ci il tarixli Qətnaməsi ilə müəyyən olunmuş 14015,46 manat pulun tutularaq "xxxx" MMCyə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bu da 2022-ci il tarixində Cavabdeh2 MMC-nin başqa şirkətlərə borcu olduğunu təsdiq edən faktdır. Qarşdıqlı borcların üzləşdirilməsi barədə xx.xx.2021-ci il tarixli Aktıda “"xxxx" MMC-nin YAŞAR ƏLİYEV ƏHLİYAR OGLU 2020 yə xx.xx.2021-ci il tarixə (ƏDVsiz) 6764,66 azn borcu qalır. Cavabdeh şirkətlər tərəfindən icarə və kommunal xərclərinin şirkətlər tərəfindən ödənilməsi ilə bağlı sənədlərin əsillərinin tələb edilməsinə dair tərəfimdən xx.xx.2024-cü il tarixli sorğu ünvanlanmış, Cavabdeh2 MMC-nin № 2024-10/01 saylı, xx.xx.2024 tarixli cavab məktubunda Cavabdeh1 MMC -nin № 2024-10/28-2 saylı, xx.xx.2024-ci il tarixli cavab məktubunda icarə və kommunal xərclərinin şirkətlər tərəfindən ödənilməsi ilə bağlı sənədlər Səbail Rayon Məhkəməsində təqdim olunacağı qeyd olunmasına baxmayaraq məhkəməyə təqdim olunmamışdır. Ümumiyyətlə heç bir sənədlərin əsilləri məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəfindən 17.11,2024-cü il tarixində Səbail rayon Məhkəməsinin elktron kabinetinə yerləşdirdiyi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli, №**********262500 saylı məktubunda qeyd olunan sənədlər ilkin instansiya məhkəməsinə təqdim olunmuşdur. İddiaçı "xxxx" MMC-nin 30% təsisçisi olduğu qeyd olunmuşdur. İddiaçı təsisçisi olduğu "xxxx" MMC-nin yalnız ikilik ümumi dövriyyəsi on bir milyon dollara bərabərdir. Bu da artıq şəxsin təsisçisi olduğu digər şirkətlə kifayət qədər gəlirlərinin olduğunu, bununla bağlı heç bir problemin olmadığını sübuta yetirən hallardandır. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin elektron çıxarışı, eyni zamanda 2022-ci il tarixli "xxxx"MMC-nin sənədi, "xxxx"MMC-nin nizamnaməsi digər sənədlər təqdim olunmuşdur. İddiaçı həmin dövrdə başqa gəlir mənbəsi ilə bağlı məlumat məhkəmənin nəzərinə çatdırılmışdır. Lakin hakim buna təkzib edərək məhkəmə sübut qismində təqdim olunan həmin sənədlərə istinad etmədən bu hissənin sübut yetirilməməsi əsası ilə iddanı təmin etməmişdir. AR MPM -nin 88- ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu da hakimin AR MPM -nin 88-ci maddəsinin tələblərini pozmasının göstəricisidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 elektron kabinet vasitəsilə etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
45. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbində və apellyasiya şikayətində qeyd olunanlar həqiqətə uyğun deyildir, iddiaçının istinad etdiyi halları sübut edən hər hansı bir sənəd yoxdur. İddiaçının öz şəxsi vəsaiti hesabına icarə haqqı və kommunal xidmətlər haqqını ödəməsi barədə iş materialrında hər hansı bir sübut yoxdur.Nəzərinizə çatdırırıq ki, hər iki şirkət yuxarıda qeyd olunan qeyri yaşayış sahəsində icarəyə götürdüyümüz sahəni 2021 -ci ilin dekabr ayına kimi istifadə etmişik, sonra biz həmin qeyri yaşayış sahəsini boşaltmışıq və icarədara təhvil vermişik, iddiaçının özü xx.xx.2021-ci ildən heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh2 MMC-nin xx.xx.2018-ci il tarixindən xx.xx.2021 -ci il tarixədək olan dövrdə apardığı mal-material və pul vəsaitlərinin dövriyyəsinin düzgünlüyünü müəyyən etmək üçün audit yoxlaması aparılmış və xx.xx.2021 -ci il tarixli rəy qəbul edimişdir. Həmin rəylə müəyyən olunmuşdur ki, cəmiyyətin fəaliyyəti zamanı yaranan 362.459,54 manat pul vasaiti direktor İddiaçı tərəfindən mənimsənilmişdir, ona görə də onun barəsində hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Əksinə sübutlar vardır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən 2020-ci il də daxil olmaqla hər iki MMC-nin adından icarə haqqı və kommunallar üçün pul vəsaitini kassadan imza edərək əlbə-əl götürmüşdür. Biz məhkəməyə ödəniş tələbi formalarını təqdim etmişik. Həmin formalarda pulları kassadan götürən İddiaçı imzası və soyadı, adı vardır. Həmin sənədlərdən görünür ki, həmin pullar iddiaçıya verilmişdir, iddiaçı da həmin pulları icarəyə verənə vermişdir. İddiaçı bildirir ki, icarə və kommunal haqlarını guya ki, öz şəxsi vəsaiti hesabına ödəmişdir. Birinci, işdə buna dair heç bir sübut yoxdur, ikincisi həmin vəsaitin mənbəyi yoxdur, üçüncüsü əgər iddiaçı icarə və kommunal xidmətlər haqqını öz şəxsi vəsaiti hesabına icarəyə verənə ödəmişdirsə onda niyə görə sonra gəlib pulunu tələb etməmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, guya ki, öz vəsaiti hesabına ödədiyi pulu hər iki MMC-nin təsisçilərindən tələb etmişdir. Tələb etmişdirsə onda buna dair sübut hardadır? Bu heç bir məntiqə uyğun gəlmir. İddiaçı öz şəxsi vəsaiti hesabına guya ki, pul ödəsəydi onda sonra gəlib həmin ayda, sonrakı aylarda pulunu tələb edə bilərdi, niyə tələb etməyib?,Kim öz şəxsi vəsaiti hesabına başqasının yerinə 2 il ərzində pul ödəyə bilər ki?, iddiaçı Nəsimi rayon məhkəməsinə müraciət edərək ona verilməyən əmək haqqının qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dediyinə görə bir neçə ildə əmək haqqı almadığı halda hansı pulla icarə və kommunal xidmət haqlarını öz şəxsi vəsaiti hesabına ödəmişdir?. Bütün bunlar heç bir məntiqə uyğun gəlmir. İddiaçının bildirdikləri tam yalandır, sübutu yoxdur.İddiaçı hər dəfə iddia ərizəsində bir rəqəm yazır, rəqəmləri şişirdir, bu rəqəmləri hardan alır, biz başa düşə bilmirik. Şəxsi vəsatindən pul verən şəxs pulu verdikdən sonra gəlib pulunu dərhal hər iki, MMC-dən tələb edər, alar, daha 5 il gözləməz, onun dediyinə görə əgər MMC- pulu ona vermirdisə, onda, ikinci aydan niyə icarə və kommunal xidmətlər haqqını ödəyirdi? Necə ola bilər ki, iddiaçı 2 il ərzində öz şəxsi vəsaiti hesabına icarə və komunal xidmətlər haqqını guya ki ödəmişdir? İş materiallarından görünür ki, MMC-lər fəaliyyətdə olmuş və MMC-lərin kifayət qədər pulu da var idi ki, qeyri yaşayış sahəsinin icarə haqlarını ödəsin, kiminsə MMC-lərin yerinə icarə haqqı ödəməsinə ehtiyac da yoxdur. Həmçinin o, guya ki, şəxsi vəsaiti hesabına ödədiyi pulun geri qaytarılması barədə hər iki MMC-yə nə şifahi, nə də ki yazılı qaydada müraciət etməmişdir.İddiaçının nümayəndəsi məhkəməyə əsassız vəsatətlər təqdim edir, əsassız olaraq işin baxılma vaxtının uzadılmasını tələb edir, işin predmetinə aid olmayan sənədləri iş materiallarına əlavə edir, işin həcmini böyüdür, işə aid olmayan sorğuların verilməsini məhkəmədən tələb edir, beləliklə də verdiyi iddia tələbinin əsassız və qanuna zidd olduğunu, iddia müddətinin keçdiyini biləbilə yenə də əsassız sorğuların verilməsini, digər sənədlərin alınmasını, işin vaxtının uzadılmasını xahiş edir.Halbuki iddiaçı istinad etdiyi halları məhkəmə iclasında bu günə qədər sübuta yetirə bilməmişdir. Bundan başqa məhkəmənin nəzərinə çatdırırıq ki, hər iki icarə müqaviləsi üzrə icarə və kommunal xidmətlər haqqı xx.xx.2021 -ci il və xx.xx.2021ci il tarixdə İddiaçı deyil, təsisçi Həsən Süleymanova verilmişdir. Həmin dövürdə iddiaçı artıq 01 oktyabrdan işə gəlmirdi, (iddia ərizəsində özü də bunu təsdiq edir) ona görə də 2021-ci il üzrə icarə haqları Həsən Süleymanova verilmişdir. Buna dair sübutu məhkəməyə təqdim etmişik. Biz təsisçi Həsən Süleymanova 2021-ci ildə verilən icarə haqlarının sənədini məhkəməyə ona görə təqdim etmişik ki, iddiaçıya və məhkəməyə aydın olsun ki, iddiaçıya sənədlə yalnız 2018-2020-ci illər üzrə icarə və kommunal haqlarının pulu verilmişdir, 2021- ci il üzrə icarə və kommunal xərclərin pulu H.Süleymanova verilmişdir. Lakin iddiaçının nümayəndəsi və vəkili həmin sənədləri oxumadan elə bilmişdir ki, 2021 -ci ilin noyabr və dekabr aylarının icarə və kommunal xidmətlər haqqını İddiaçı verilmişdir. Ona görə də həmin sənədləri oxumadan tələmtələsik məhkəməyə vəsatət göndərərək guya həmin sənədlərin saxtalaşdırıldığını, İddiaçı xx.xx.2021-ci ildən işə gəlmədiyini, həmin ildə icarə haqqını götürmədiyini bildirir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 1091.1 -ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir Məhkəmə haqlı olaraq qətnamədə qeyd edir ki, Mülki Məcəllənin 1092.1 -ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Mülki qanunvericiliyin müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsaslan konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini tərəflərin qarşılıqlı olaraq yuxanda adı çəkilən əsaslar üzrə iddia tələbində göstərilən məbləğ həddində öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. Hesab edirik ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hesab edirik ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin hallan barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri- müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub- olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdınlmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hesab ediri ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün, məhkəmə tərəfindən iş üzrə aşağıdakı iiç şərt müəyyən edilməlidir: -birincisi, cavabdehin əmlak əldə etməsi; -ikincisi, həmin əmlakın iddiaçının əmlakı hesabına əldə olunması; -üçüncüsü, bu əldə etmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsas hesab olunur. Məhkəmə bildirir ki, iddiaçı öz iddia tələbinin faktiki əsası kimi göstərdiyi hallan, cavabdehlər tərəfindən ona maddi zərər vurulmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə, iddia tələbi üzrə iddiaçının söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdüyü dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab etmişdir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiy qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən, eləcə də, iddia müddətini ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi, əsassız varlanma münasibətlərində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyən edilmişdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 377.1 -ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair tələblərə tətbiq edilən iddia müddətinin axımının başlanmasını subyektiv hüququn pozulması ilə əlaqələndirmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilmişdir. Məhkəmə sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulan iddia müddəti ötürülmüşdür. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
c) Proses iştirakçılarının izahatı
46. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi.
47. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər.
48. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə üçüncü şəxs X18 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
49. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
50. Maddə 372.1. başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
51. Maddə 377.1. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
52. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin.
53. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
54. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
55. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
61. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
62. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
65. Hazırki halda iddiaçı qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-135/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
68. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
69. Hazırkı iddia tələbindən (sonuncu xx.xx.2005-ci il tarixli iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədən) görünür ki, İddiaçı hər iki cavabdeh şirkət tərəfindən (xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövrlər üzrə) vurulmuş maddi zərərin, yəni Cavabdeh2 MMC-dən (icarə haqqı olaraq ödənilmiş 139.000 (yüz otuz doqquz min) manat, işıq kommunalı üzrə ödənilmiş 18.000 (on səkiz min) manat və dövlət rüsumu olaraq ödənilmiş 270 manatın) 157.270 manat pul vəsaitinin, eyni zamanda digər Cavabdeh1 MMC-dən (icarə haqqı olaraq ödənilmiş 215.800 (iki yüz on beş min səkkiz yüz) manat, işıq kommunalı üzrə ödənilmiş 18.000 (on səkiz min) manat və dövlət rüsumu olaraq ödənilmiş 450 manatın) 234.250 (iki yüz otuz dörd min iki yüz əlli) manatın tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini, iddiaçıya məxsus pul vəsaitlərinin mənimsənilməsində əlbir olmuş hər iki şirkətin təsisçiləri və həmin vaxt hər iki şirkətin baş mühasibi X5 barəsində xüsusi qərardad çıxarılmaqla, aidiyyəti prokurorluğa məlumat verilməsini xahiş etmişdir.
70. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Bu baxımdan, hazırkı mülki iş üzrə araşdırma predmetini tərəflərin qarşılıqlı olaraq yuxarıda adı çəkilən əsaslar üzrə iddia tələbində göstərilən məbləğ həddində öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir.
71. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Kollegiya qeyd edir, qanunvericilik sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
73. Qeyd edilməlidir ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün, məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: -birincisi, cavabdehin əmlak əldə etməsi; -ikincisi, həmin əmlakın iddiaçının əmlakı hesabına əldə olunması; -üçüncüsü, bu əldə etmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması.
74. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsas hesab olunur.
75. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı öz iddia tələbinin faktiki əsası kimi göstərdiyi halları, cavabdehlər tərəfindən ona maddi zərər vurulmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.
77. Məhkəmə, iddia tələbi üzrə iddiaçının söykəndiyi faktiki halların təsdiqi üçün irəli sürdüyü dəlillərə və qeyd etdikləri xüsusatlara sübutlar, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verməyi zəruri hesab edir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər.
78. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-nin müəyyənləşdirdiyi aydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
79. Məhkəmə eyni zamanda haqlı olaraq hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən, eləcə də, iddia müddətini ötürmüşdür.
80. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X3rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar).
81. Nəzərə almaq lazımdır ki, Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir.
82. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı).
83. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).
84. Eyni zamanda, qanunvericilikdə, tənzimlənməsi xüsusi maraq kəsb edən, iddia müddəti şamil edilməyən tələblər müəyyən edilmişdir. Həmin tələblərin irəli gəldiyi hüquq münasibətlərinin təbiəti və xüsusi əhəmiyyətini nəzərə alaraq dövlət belə tələblərin “müddətsiz” müdafiə edilməsinə təminat verir.
85. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.4-cü maddəsinə görə tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
86. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
87. Göründüyü kimi, əsassız varlanma münasibətlərində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyən edilmişdir.
88. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
89. Məhkəmə qeyd edir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair tələblərə tətbiq edilən iddia müddətinin axımının başlanmasını subyektiv hüququn pozulması ilə əlaqələndirmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilmişdir.
90. Məhkəmə sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alaraq haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulan iddia müddəti ötürülmüşdür.
91. Kollegiya iddiaçının xüsusi qərardad qəbul edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Həmçinin birinci instansiya məhkəməsinin xüsusi qərardadla bağlı mövqeyi ilə razılaşmasa da bu halın faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
92. Göründüyü kimi, prosessual qanunvericiliyin tələbinə əsasən hakim proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa xüsusi qərardad çıxarır və bu tərflərin tələbi və ya vəsatəti əsasında deyil, həmçinin tələbin rədd və ya təmin edilməsindən aslı olmayaraq qəbul edilən qərardad deyil qanundan irəli gələn tələbdir.
93. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
94. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
95. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
96. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
97. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-135/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.