Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2352/2021 13.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-6035/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 Murtuz qızı və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 Murtuz qızı və İddiaçı3 Cavabdehnə qarşı icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Yasamal rayon məhkəməsinin 2(004)-6035/2020 saylı, xx xxxxxx 2020-ci il il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. İddiaçılar həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişlər. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məlumat verilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qeyri mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2 və 269.3-cü maddələrinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiya məhkəməsinə göndərilir Qeyd olunan normaların tələblərindən görünür ki, məhkəmə aidiyyəti ilə bağlı verilmiş şikayətə baxan birinci instansiya məhkəməsi şikayəti təmin etmədiyi halda onun baxılması üçün müvafiq apelyasiya məhkəməsinə göndərilməsi istisna olunur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçılar tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 269, 366, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-6035/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 Murtuz qızı və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2352/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2352/2021
13.01.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver