Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-534/2026 04.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: nisyə alqı-satqı, pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun xeyrinə 8450 manat əsas, 1500 manat mənəvi ziyan və 120 manat ödənilmiş dövlət rüsumun, cəmi 10070 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh Cavabdeh Bədəri qızı ona 8450 manat pul verməlidir. Bildirmək istəyir ki, o fərdi sahibkar olaraq kənd təsərrüfatı məhsulların satışı ilə məşğul olur. Cavabdeh Cavabdeh Bədəri qızı 2022-ci il tarixdən tanıyır. Cavabdeh Cavabdeh Bədəri qızı öz istifadəsi üçün mütəmadi olaraq ondan hissəhissə kənd təsərrüfat məhsullarını ödəniş etmədən nisyə almış və indiyədək verdiyi sözə əməl etməyərək ona olan borcu geri qaytarmamış və bunun nəticəsi olaraq cavabdeh Cavabdeh Bədəri qızı ona 8450 manat borcu yaranmışdır. Bunu təsdiq edən şahidləri X5, X3 və Mikayılov Natiq hacı oğlunun məhkəmə prosesində ifadə verməsini təmin edəcəkdir və bunu vəsatət kimi qəbul edilməsini xahiş edir. Borcun ödənilməsi ilə əlaqədar dəfələrlə cavabdeh Cavabdeh Bədəri qızına müraciət olunsa da, nəticəsi olmamışdır. Bütün bunlar onun maddi vəziyyətini və səhhətinin pisləşməsinə gətirib çıxarmış və ona 1500 manat məbləğindən çox mənəvi ziyan dəymişdir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməmiş və izahat verərək bildirmişdir ki, iddiaçı İddiaçı tanımır. Ilk dəfə cücə yemi lazım olduğu və iddiaçıda yem ucuz olduğu üçün İddiaçı ilə alqı-satqı edərək hissəhissə cücə yemi almışdır. İddiaçı yem götürərərək imkanı çatdığı qədər pulunu vermiş, sonra ondan yenidən yem götürmək istədikdə Mübariz ona pulunun olubolmamasını soruşmuş, o da hal-hazırda pulunun olmadığını, ona 200 manat məbləğində yem verməsini bildirmişdir. O, İddiaçı cəmi 1 ay alqı-satqı etmişdir. Sonralar İddiaçı borcu qaldığı üçün ona yem verməmişdir. O, İddiaçılə mütəmadi olaraq alış-veriş etməmiş, etdikdə isə pulunu verib malını almışdır. İddiaçı ondan tələb etdiyi 8450 manat pula 22 ton yem edir. İddiaçı onun üstünə şər-böhtan ataraq onunla qərəzçilik etmiş, ona həmin pulu ondan alacağını bildirmişdir. Onun iddiaşıya 1 manat da olsa borcu yoxdur. Iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi səs yazısı ona aid deyildir və bununla bağlı ekspertizanın keçirilməsini istəyir.
5. Göyçay Rayon Məhkəməsinin (hakim G.Qurbanova) ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 8450 (səkkiz min dörd yüz əlli) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, dövlət rüsumun əvəzi olaraq ödənilmiş 104.50 (bir yüz dörd manat əlli qəpik) manat məbləğində pulun cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında cücə yeminin nisyə alqı-satqısına dair razılaşmanın olduğu işin mübahisəsiz halıdır. Belə ki, hər iki tərəf bu faktı məhkəmə iclasında izahat verərək təsdiq etmiş, lakin cavabdeh tərəf iddianı qəbul etməyərək, borcunun tam şəkildə ödədiyini bildirmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı səs yazıları və fotoşəkilləri təqdim edərək, həqiqətən cavabdeh Cavabdeh cücə üçün yemin satdığını təsdiq etmişdir. Cavabdeh öz növbəsində səs yazısının ona məxsus olmadığını, eyni zamanda onun o məbləğdə heç vaxt borcunun olmadığını və olduğu borcunun qaytardığını bildirmiş, lakin bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə cavabdehin vəsatəti əsasında məhkəmə tərəfindən əlyazmalar və səslərin ekspertizası keçirilmiş və ekspert rəyində mübahisəli səsin cavabdeh Cavabdeh məxsus olduğu qeyd olunmuşdur. Həmin səs yazısında deyilənlər məhkəmə iclası zamanı tədqiq edilmiş və yazıda cavabdeh Cavabdeh tərəfindən iddiaçıya borclu olduğunun etiraf edildiyi müəyyən olunmuşdur. Borcun məbləği ilə bağlı səs yazısında cavabdeh və onun həyat yoldaşı tərəfindən iddia ərizəsində qeyd olunan məbləğ səslənir, cavabdeh isə nə inkar nə etiraf etməyərək, dəftərinə baxıb dəqiqləşdirəcəyini bildirmişdir. Cavabdeh hal-hazırda heç bir borcunun olmadığını bildirsə də buna, həmçinin borcunun ümumiyyətlə iddiaçının tələb etdiyi məbləğdə heç vaxt olmadığına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırda sübutetmə yükü cavadehin üzərinə düşdüyündən və o etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
9. Iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı mənəvi zərər çəkməsi ilə bağlı hər hansı subut təqdim etməmiş, həmin tələbi formal olaraq irəli sürmüşdür. Odur ki, mənəvi zərər tələbi də təmin oluna bilməz.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 107, 119.1, 217.3, 218.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1 və 448.1, 600.1, 600.4, 601.1-ci maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli ** nömrəli qərarının 2.4-cü bəndinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
13. Belə ki, o, cücələrin yetişdirilib satılması ilə məşğul olur. İddiaçı cücə yemi satan şəxs qismində tanımışdır. Ilk dəfə cücə yemi lazım olduğu və iddiaçıdan yem ucuz olduğu üçün İddiaçı ilə alqı-satqı edərək hissə-hissə cücə yemi almışdır. Bundan sonra aldığı yem keyfiyyətsiz olduğu üçün, iddiaçı ilə daha alış-veriş etməmişdir. Iddiaçının keyfiyyətsiz yem satdığını da hər kəsin yanında bildirmişdir. Bundan sonra iddiaçı onu dəvət edərək “onun barəsində keyfiyyətsiz məhsul satmağı barədə” hər yerdə danışdığını irad bildirmişdir. Bundan sonra guya ona borclu olduğu barədə səs yazısını təqdim etmişdir. İddiaçı tələb etdiyi 8450 manat pul 22 ton yem edir. Bu isə 5000-ə yaxın cücə saxlamaq deməkdir.
14. Mülki iş materiallarında heç bir sübut olmadığı halda onun öhdəliyi lazımınca yerinə yetirmədiyi və 8450 manat pul vəsaitinin qanunsuz olaraq onda qaldığı qənaətinə gəlinmiş və həmin pulun ondan alınaraq iddiaçının xeyrinə ödənilməsi qət etmişdir. Halbuki onun iddiaçıya heç bir borcu yoxdur.
15. Məhkəmə baxışında vermiş olduğu ifadə hakim tərəfindən təhrif edilərək qətnaməyə yazılmışdır. Belə ki, o, məhkəmə zalında izahat verərkən iddiaçıya borcunun olmadığını, onun keyfiyyətsiz yem satdığı üçün ondan alver etmədiyini, qeyd edilənlərə görə iddiaçı onun barəsində guya 8450 manat borcu olduğuna dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirsə də məhkəmə qətnaməsində göstərdiyi xüsusatlar izahatında qeyd edilməmişdir. Buna görə də hesab edir ki, hakim Gülnaz Qurbanova mülki işə qərəzli şəkildə baxaraq iddianı, iddiaçının maraqları xeyrinə təmin etmişdir.
16. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş səs yazısı tam deyildir, belə ki, səs yazısında onunla danışan “X” xanım ona 8450 manat borcu olduğunu bildirir o, isə dəftərə baxacağını qeyd edir. Işin həqiqi halı budur ki, o, dəftərə baxdıqdan sonra borcu olmadığını bildirmişdir. Qeyd edilən hissə isə iddiaçı tərəfindən qəsdən kəsilərək məhkəməyə təqdim edilmişdir.
17. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş foto şəkillərdən görünür ki, o, iddiaçı ilə eyni məkanda oturmuş və borcunun olmadığına dair iddiaçı ilə söhbətlər aparmışdır. Lakin hakim qeyd edilən faktı onun borcunun etirafı kimi qiymətləndirmişdir. Belə ki, o, əgər borcunu etiraf edirsə niyə səs yazısı məhkəməyə tam şəkildə təqdim edilməmişdir?
18. Eləcə də məhkəmə mövqeyində göstərmişdir ki, borcun məbləği ilə bağlı səs yazısında cavabdeh (yəni onun) və həyat yoldaşı tərəfindən iddia ərizəsində qeyd olunan məbləğ səslənir, o, guya nə inkar nə etiraf etməyərək, dəftərə baxıb dəqiqləşdirəcəyi deyir. Göründüyü kimi hakim həmin səs yazısının ardını öz düşüncələrinə və fikrinə uyğun şəkildə yazmış, borcu olmadığı halda, dəftərə baxıb dəqiqləşdirəcək deməyini onun borcu etiraf etməyi kimi qiymətləndirmişdir.
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyində səsi Q1 kimi qiymətləndirilmişdir. Lakin təqdim edilmiş səs yazısında onun iddia ərizəsində qeyd olunan məbləği səsləndirdiyinə dair heç bir mötəbər sübut mövcud deyildir. Həmçinin məhkəmə mövqeyində göstərmişdir ki, cavabdeh (yəni o) hal-hazırda heç bir borcunun olmadığını bildirsə də buna, həmçinin borcunun ümumiyyətlə iddiaçının tələb etdiyi məbləğdə heç vaxt olmadığına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mövqeyində onun hüquqi statusunu iddiaçının yerinə qoymuş və onun borcunun olmadığına dair ondan sübut istəmişdir. Halbuki, sübut etmə yükü iddiaçının üzərinə düşür, iddiaçı 8450 manat borcunun olduğuna dair məhkməməyə heç bir sübut təqdim etmədiyi halda, hakim onun tərəfindən heç bir borcunun olmadığına dair sübut təqdim etməyini tələb etmişdir.
20. Bundan başqa bildirir ki, iddiaçı cücə yemlərinin satişi ilə məşğul olur, fərdi sahibkardır və Vergi ödəyicisi kimi həmin istiqamətdə fəaliyyət göstərir. O də cücələrin saxlanması ilə fərdi sahibkar kimi məşğul olur. Vergi ödəyicisi kimi həmin istiqamətdə fəaliyyət göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Göründüyü kimi Göyçay Rayon Məhkəməsinin hakimi Gülnaz Qurbanova məhkəmə aidiyyəti qaydalarını pozaraq, kommersiya məhkəməsində baxılmalı olan mülki işə rayon məhkəməsində baxmışdır.
21. Odur ki, Göyçay rayon Məhkəməsinin 2(046)-1433/2025 -nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Iddiaçı İddiaçı ## ###### 2026-cı il tarixdə daxil olmuş apellyasiya şikayətinə qarşı yazılı etirazında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğunu göstərmiş, apellyasiya şikayətinin təmin olunmamasını və Göyçay rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə go rə o hdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında mu qavilənin olması mu əyyən edilmişdir. 406.1-ci maddəsinin tələbinə go rə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 425.1-ci maddəsinin tələbinə əsasən o z hu quqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılıg ın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, o hdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə mu vafiq surətdə, belə şərtlər olmadıqda isə işgu zar adətlərə və ya adətən irəli su ru lən digər tələblərə mu vafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsində go stərilmişdir ki, o hdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa du şu lu r. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və mu qavilə ilə ayrı qayda mu əyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan o hdəliklərin icra edilmədiyi bu tu n hallar u çu n cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə go rə, əgər alıcı alqı-satqı mu qaviləsinə uyg un olaraq verilmiş əşyanın qiymətini vaxtında o dəmirsə, satıcı əşyanın qiymətini o dəməyi tələb edə bilər. 600.1-ci maddəsinə go rə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
30. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
31. Cavabdeh Cavabdeh Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğvini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən iddianın təmin edilmiş hissəsində tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, həmin hissədə qətnamə maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırılmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırması təmin edilməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri tam diqqətə alınmamışdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında cücə yeminin alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuşdur. Razılaşmaya əsasən Cavabdeh İddiaçı nisyə şəkildə cücə yemi almışdır. Alınan malın iddia ərizəsində göstərilən dəyərinin ödənilmədiyini əsas gətirən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.
36. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin onun iddiaçıya heç bir borcunun olmaması, təqdim edilmiş səs yazısında onun iddia ərizəsində qeyd olunan məbləği səsləndirdiyinə dair heç bir mötəbər sübutun mövcud olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının təqdim etdiyi 01 ədəd fləş kartdakı səs yazılarının cavabdehə aid olub-olmamasının dəqiqləşdirilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə fonoskopik ekspertizası təyin edilərək əldə edilmiş ## ###### 2025-ci il tarixli rəy iş materiallarına əlavə edilmişdir.
37. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd flash kartda olan mübahisəli fonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətn hissələrindən ibarətdir. Ekspertizaya təqdim olunmuş 01 ədəd flash kartda olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətn hissələrində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Cavabdeh məxsusdur.
38. Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının cavabdeh Cavabdeh da iştirak etdiyi məhkəmə iclasında həmin flash kartda olan mübahisəli fonoqramdakı danışıqlar dinlənilmiş, ekspertiza rəyində “Q1” kimi işarə olunmuş cavabdeh Cavabdeh digər şəxslərlə dialoqunda onun birinci dəfə 1 manat 40 qəpikdən 1 ton yem götürdüyünü, həmin danışıqlardakı digər qadının iddiaçının ikinci dəfə 1358 manatlıq yem götürdüyünü, onların cəminin 6898 manat təşkil etdiyini deməsi, cavabdehin isə ikinci dəfə götürülən 1358 manatlıq yemin məbləğinə deyil, 6898 manat cəmi məbləğin necə yaranmasına etiraz etməsi, dialoqdakı digər qadının cavabdehə axırıncı dəfə 1280 manatlıq malın verildiyini bildirməsi, cavabdehin buna etiraz etməməsi, beləliklə iddiaçı tərəfin təqdim etdiyi 01 ədəd fləş kartdakı səs yazıları öyrənilərkən cavabdehin etiraf etdiyi və etiraz etmədiyi yemin dəyərinin 4038 manat təşkil etməsi müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında isə cavabdeh Cavabdeh iddiaçıdan 1-ci dəfə 100 manatlıq, 2-ci dəfə 130 manatlıq, 3-cü dəfə 138 manatlıq, 4-cü dəfə 110 manatlıq və 5-ci dəfə 93 manatlıq yem aldığını göstərmişdir.
40. Kollegiya qeyd edir ki, ilk 3 alqı-satqı üzrə alınan malın dəyərinin neçə manat təşkil etməsi iddiaçının təqdim etdiyi səs yazıları ilə müəyyən edildiyi halda, cavabdehə 4cü və 5-ci dəfə neçə manatlıq cücə yeminin satılması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə əlavə bir sübut təqdim edilməmişdir.
41. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 4038 manatlıq yemdən əlavə olaraq 2 dəfəyə cəmi 203 manatlıq yemin də satılması sübuta yetirilmiş, cavabdeh tərəfindən isə həmin məbləğin iddiaçıya qaytarılması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən təqdim edilmiş səs yazısının tam olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən səs yazısının tam olmamasını təsdiq edəcək digər bir səs yazısı təqdim edilməməklə yanaşı, ekspert tərəfindən mövcud səs yazıları əsasında tədqiqatın aparılması mümkün hesab edilmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə qətnaməsində göstərdiyi xüsusatların izahatında qeyd edilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iş materialları öyrənilərkən cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş izahatının onun birinci instansiya məhkəməsinin iclas protokolundakı izahatı ilə eynilik təşkil etməsi, həmçinin cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin məhkəmə iclas protokoluna qeydlərin verilmədiyi müəyyən edilmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Göyçay Rayon Məhkəməsinin məhkəmə aidiyyəti qaydalarını pozaraq, kommersiya məhkəməsində baxılmalı olan mülki işə rayon məhkəməsində baxmasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
46. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
47. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
48. Həmin Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
49. Kollegiya qeyd edir ki, * saylı Ərazi Vergilər Idarəsinin məhkəmə kollegiyasının sorğusuna verdiyi ## #### 2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı * saylı Ərazi Vergilər Idarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır.
50. Beləliklə hazırkı mübahisə üzrə işə kommersiya məhkəməsində baxılması üçün əsaslar müəyyən edilməmişdir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin maddi və prosessual hüquq normalarını pozması, düzgün tətbiq etməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun olmamasına dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə satılmış cücə yeminin cəmi 4241 manat dəyərində olması sübuta yetirildiyi halda birinci instansiya məhkəməsinin həmin məbləğdən artıq hissədə iddianın təmin edilməli olmasına dair gəldiyi nəticə işin hallarına uyğun olmamış, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinin tələblərinə cavab verməməklə, qeyd edilən hissədə birinci instansiya məhkəməsi tərəfindən mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
53. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş cavabdeh Cavabdeh 4209 manat pul və 42.09 manat dövlət rüsumunun tutulmasına dair hissələrdə ləğv edilməli, ləğv edilmiş hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 4209 manat əsas məbləğ və 42.09 manat dövlət rüsumunun tutulması hissələrində rədd edilməli, qətnamə cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Iş üzrə Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş cavabdeh Cavabdeh 4209 manat pul və 42.09 manat dövlət rüsumunun tutulmasına dair hissələrdə ləğv edilsin. Ləğv edilmiş hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 4209 manat əsas məbləğ və 42.09 manat dövlət rüsumunun tutulması hissələrində rədd edilsin. Qətnamə cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.