Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2355/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1928/2021 saylı, 30.11.2021ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 52.0 kv. metr iddiaçının mülkiyyətində olan əmlakın qəzalı vəziyyətə salaraq zədələməsi və məhv etməsi nəticəsində ona dəyən real zərərin əvəzi olaraq 130.000 manat, əldən çıxmış faydanın əvəzi olaraq 38.400 manat, 10.000 manat mənəvi zərər, ümumilikdə 178400 manat və 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1928/2021 saylı, 30.11.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdehndən İddiaçı xeyrinə 125.000 manat mənzilə dəyən maddi zərər və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Natavan Tağıyeva). Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı və Vəkil1 qətnamədən apellyasiya şikayəti verdiklərini bildirərək, işin apellyasiya baxışından çıxarılmasını xahiş etdilər. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili C.Cəfərov işin apellyasiya baxışından çıxarılmasına etirazının olmamasını bildirdi. Hazırki mülki iş apellyasiya məhkəməsinin icraatında olan zaman İddiaçı apellyasiya şikayəti birinci instansiya məhkəməsinə daxil olmuşdur. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Qanunun tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə.366.1, 366.2, 366.3.). Məhkəmə kollegiyası hesab edir ki, həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 364-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2355/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2355/2022
18.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver