Məhkəmə qərarları › İş №2(103)-2357/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2357/2025

22.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2357/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, 2(006)-993/2025 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmiş və iş üzrə cavabdeh Nazirlik həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Məhkəmə) xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilərək apellyasiya baxışı iclasına təyin edilmişdir. Hazırda Rayon Məhkəməsi məktubla Məhkəməyə müraciət edərək, bildirmişdir ki, iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhər Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən də apellyasiya şikayətinin verilmişdir. Buna görə də mülki işin Rayon Məhkəməsinə göndərilməsini xahiş edilir, həmin apellyasiya şikayətinin qəbulu məsələsinə baxılsın. Məhkəmə hesab edir ki, iş üzrə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Rayon Məhkəməsinə daxil olduğundan Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi “işin icraata qəbul edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinin mənasına görə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan MPM-in 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” 14 mart 2025-ci il tarixli qərardad ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qəbulu məsələsinin müzakirə edilməsi üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar