Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2363/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.12.2021-ci il tarixli, 2(006)-463/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 (min iki yüz) manat pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını və eləcə də onun hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(006)-463/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, aşağıdakı adları çəkilən əşyalar, həmin əşyalar qətnamə icra olunan vaxt mövcud olmasa onların dəyəri, Cavabdeh alınaraq İddiaçı verilməsi: dəyəri 70 manat olan 1 ədəd taxt (2 nəfərlik), dəyəri 15 manat olan 1 ədəd DSP, dəyəri cəmi 350 manat olan 2 ədəd divan və 4 ədəd kreslo, dəyəri 160 manat olan 2 ədəd paltar dolabı, dəyəri cəmi 150 manat olan 3 ədəd qapı, dəyəri cəmi 30 manat olan 2 ədəd stul, dəyəri cəmi 50 manat olan 5 ədəd stul, dəyəri cəmi 100 manat olan 1 ədəd stol və 8 ədəd stul, dəyəri cəmi 30 manat olan 2 ədəd pufik, dəyəri 200 manat olan 1 ədəd televizor, dəyəri 25 manat olan 1 ədəd kompyuter şkafı, dəyəri cəmi 25 manat olan 2 ədəd jurnal stolu, dəyəri 60 manat olan 1 ədəd mətbəx stolu, dəyəri cəmi 30 manat olan 2 ədəd televizor altlığı, dəyəri cəmi 50 manat olan böyük və kiçik ofis kreslosu, mənəvi zərərə görə 200 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat 27 manatı, 227 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-463/2021 saylı iş üzrə 18.10.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, Cavabdeh 2.000 manat pul məbləğinin və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını, cavabdehin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanları qarşısında məsələ qaldırılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(006)-463/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021ci il tarixli, 2(006)-463/2021 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 463/2021 saylı, 08.10.2021-ci il tarixli qətnaməsindən narazı qaldığı üçün apellyasiya şikayəti versə də, elektron qaydada müraciət etməmişdir. 07.12.2021-ci il tarixli qərardadla apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddianın müdafiəsini özü, yəni vəkilsiz müdafiə etdiyi üçün səhvə yol vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(006)-463/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı 07 dekabr 2021-ci ildə tarixdə apellyasiya şikayəti ilə müraciət etmiş, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilmədiyindən geri qaytarılmışdır. Bundan sonra iddiaçı sonuncu qərardaddan şikayət vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardadı qəbul edən zaman düzgün nəticəyə gəlmişdir. İddiaçı məhkəməyə yazılı ərizə ilə məhkəmə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Məhkəməsinin 08.10.2021-ci il tarixli, 2(006)-4632021 saylı qətnaməsindən apellyasiya şikayətini qanunvericilikdə nəzərdə tutulan qaydada elekton məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə həyata keçirmişdir. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemində daxil edilən sənədlərin elektron dövriyyəsində apellyasiya şikayətinin elektron qaydada daxil edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07.12.2021-ci il tarixli, 2(006)-463/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2363/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2363/2022
01.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver