Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2371/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “Ümumi Yığıncağın protokolundan çıxarışın verilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İİddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “Ümumi Yığıncağın protokolundan çıxarışın verilməsi” iddiası barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5688/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci giriş, yaşayışın 11ci mərtəbəsində yerləşən ümumi sahəsi 154,8 kv.m.-dən ibarət 3 otaqlı, 32 saylı mənzilə (bundan sonra - Mənzil) dair əvvəlcə cavabdehlə Şahid (Payçı) arasında xx.xx.2020-ci il tarixdə 76 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin əsas şərtinə görə Payçı (Şahid) yuxarıda qeyd edilən ünvanda çoxmərtəbəli bina tikintisini Podratçıya - cavabdehə həvalə edir və həmin binada 1 kv.m-nin qiyməti 1800 manat olmaqla, Mənzilə görə cəmi 278640 manat pulu cavabdehə ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 26-23 CB nömrəli maliyyə arayışına görə mənzilə görə 278640 manat pul Şahid tərəfindən cavabdehə ödənilmişdir.
2. xx.xx.2023-cü il tarixdə isə, iddiaçı ilə cavabdeh arasında Mənzilə dair yeni müqavilə bağlanmış, həmin müqavilənin də əsas şərtinə görə Payçı (İddiaçı) yuxarıda qeyd edilən ünvanda çoxmərtəbəli bina tikintisini Podratçıya - cavabdehə həvalə edir və həmin binada 1 kv.m-nin qiyməti 968 manat olmaqla, Mənzilə görə cəmi 150000 manat pulu cavabdehə ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 26-23 CB nömrəli maliyyə arayışına görə Mənzilə görə 150000 manat pul iddiaçı tərəfindən cavbdehə ödənilmişdir.
3. xx.xx.2023-cü il tarixdə iddiaçı ilə Şahid arasında "Qarşılıqlı Razılaşma” imzalanmışdır. Həmin razılaşmanın mətnində qeyd edilir ki, iddiaçı ilə Şahid razılığa gəlirlər ki, sonuncu ona məxsus Mənzili iddiaçıya təminat olaraq girov qoymaqla ondan 150000 manat borc alır. Girov qoyulmuş mənzilin bazar dəyəri 278000 manat təşkil edir.
4. Bu məbləğ Şahid tərəfindən 2-3 ay müddətindən gec olmamaq şərtilə iddiaçıya qaytarılmalıdır. Həmin vəsait deyilən müddətdə qaytarılmadığı andan tərəflər bu mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən aşağı satmaqla, iddiaçının borcunu, yəni 150000 manatı dərhal bağlayırlar və bununla iddiaçının həmin mənzilin üzərində olan bütün iddialar, tələblər və hüquqlar avtomatik ləğv olunur.
5. Həmçinin, xx.xx.2023-cü il tarixdə iddiaçı, Araz Abduləzimov və Şahid (Şahid qismində) daha bir "Qarşılıqlı Razılaşma” (işə yalnız surəti əlavə edilmişdir) imzalanmışdır. Həmin razılşamanın da məzmununda qeyd edilmişdir ki, iddiaçı ilə Araz Abduləzimov razılığa gəlirlər ki, sonuncu ona məxsus ünvan 1 ünvanında yerləşən və cavabdeh MTK tərəfindən inşa edilən Mənzili xx.xx.2023-cü il tarixli, 76 saylı alqı-satqı müqaviləsi ilə iddiaçının adına rəsmiləşdirərək faktiki olaraq onu iddiaçının adına keçirməklə mənzili təminat olaraq girov qoymaqla ondan 150000 manat borc alır. Girov qoyulmuş mənzilin bazar dəyəri 278000 manat təşkil edir. Bu məbləğ, 150000 manat Araz Abduləzimov tərəfindən 2-3 ay müddətindən gec olmamaq şərtilə iddiaçıya qaytarılmalıdır. Həmin vəsait deyilən müddətdə qaytarılmadığı andan tərəflər bu mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən aşağı satmaqla, iddiaçının borcunu, yəni 150000 manatı dərhal bağlayırlar və bununla iddiaçının həmin mənzilin üzərində olan bütün hüquqlar, iddialar, tələblər ləğv olunur.
6. Daha sonra, yəni xx.xx.2023-cü il tarixdə Şahid qəbz yazaraq (işə yalnız surəti əlavə edilmişdir) bildirmişdir ki, o, cavabdeh MTK-nın inşa etdiyi ünvan 1 ünvanında yerləşən Mənzili xx.xx.2020-ci il tarixli, 76 saylı müqavilə ilə satın almış, bu gün yəni xx.xx.2023-cü ildə həmin mənzilə görə ödədiyi 278640 manat pulu MTK-dan geri almış və Mənzili MTK-ya qaytarmışdır. MTK-ya, onun rəhbərliyinə bu mənzillə bağlı nə indi, nə də gəlcəkdə heç bir iddiası və tələbi olmayacaqdır.
7. Bundan başqa, işə əlavə edilmiş "materialın ərazi aidiyyəti üzrə göndərilməsi” barədə Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Şahid barəsində toplanmış cinayət işinin materialları sonuncunun barəsində Abşeron RPİ-nin İŞ-də aparılan cinayət işinə birləşdirilməsi üçün Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinə göndərilmişdir. Həmin qərarın məzmunundan görünür ki, iddiaçının şikayəti Şahid birgə fəaliyyət göstərərək gəlir əldə etmək məqsədilə onu aldadaraq 150000 manat pul alması ilə bağlıdır.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı ünvan 1 ünvanında inşa edilmiş yaşayış kompleksinin 1-ci giriş, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 154,8 kv.m.-dən ibarət 32 saylı, 3 otaqlı, onun tərəfindən pay haqqı ödənilmiş mənzilə dair MTK üzvlərinin Ümumi Yığıncağının iclas protokolundan çıxarışın ona təqdim edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir..
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasında 150000 manat pay dəyərini ödəniş edərək cavabdehdən mənzili almışdır. Mənzilin pay dəyərinin onun tərəfindən tam ödənilməsi və borcunun olmaması barədə xx.xx.2023-cü il tarixdə maliyyə arayışını və kassa mədaxil qəbzini cavabdeh ona təqdim etmişdir. Sözügedən bina istismara qəbul edildiyindən orada mənzili olan sakinlərin əksəriyyətinin mənzillərinə dair çıxarışları mövcuddur. O da aldığı mənzili xüsusi mülkiyyətə keçirmək məqsədilə ASAN xidmət mərkəzində DƏDRX-yə müraciət edərkən ona MTK-nın Ümumi Yığıncağının iclas protokolundan payçı olduğuna dair çıxarışın digər sənədlərlə birlikdə təqdim edilməsinin zəruri olduğu bildirilmişdir. Bundan sonra, dəfələrlə telefon vasitəsi ilə həmin sənədlərin verilməsini cavabdehə bildirsə də, həmin sənədlər müxtəlif bəhanələrlə ona verilməsindən qanunsuz və əsassız olaraq imtina etmişdir. Bu barədə cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya mktubundan sonra indiyədək məsələyə cavabdeh tərəfindən heç bir reaksiya verilməmişdir. İddiaçı xeyli müddət səhhəti ilə bağlı tez-tez xaricə gedib-gəldiyindən bu məsələ ilə bağlı hüquqi müstəvidə məşğul olmaq üçün subyektiv səbəblərdən zamanı olmamışdır. Cavabdehin Mənzilinə dair ÜY iclas protokolundan ona payçı olmağı barədə arayış verilməsindən imtina etməsi mülkiyyətinə sərbəst qərar və sərəncam vermək hüququndan onu məhrum etmişdir.
10. Cavabdeh "Mars-A” MTK-nın nümayəndəsi (sədri) məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçının heç vaxt mənzili almaq niyyəti olmayıb. İddiaçı nə mənzilə baxış keçirməyib, nə kommunal xərcləri ödəməyib. İddiaçının məqsədi hazırda mənzili başqa yollarla əldə etməkdir. İddiaçı ona 100000 manat məbləğində pul vəsaiti verirdi, həmin borcun qaytarılmasının təminatı olaraq mənzilə dair razılaşma imzalanıb. Digər təsisçilərin mənzillərə dair razılaşmalardan məlumatları olmamışdır.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5688/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X2)
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə Mənzilin əldə edilməsinə dair həqiqi müqavilə yox, uydurma əqd olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə bağlanmazdan əvvəl iddiaçı tərəfindən Mənzilə heç bir vizual baxış keçirilməmiş (halbuki, sözügedən müqavilə bağlanarkən Mənzil artıq mövcud olmuşdur), Mənzilin müqavilədə göstərilən qiymətini ifadə edən pul vəsaiti isə, əslində mübahisə edilən həqiqi müqavilə üzrə Mənzilin qiyməti kimi deyil, tərəflər, yaxud iddiaçı ilə Şahid arasında mövcud olmuş borcun məbləğini ifadə etmiş pul məbləğidir. İşin bu halı həm işdə olan "Qarşılıqlı Razılaşmalar”, həm də Araz Abduləzimovla iddiaçı arasında telefon vasitəsilə aparılan danışıqlar üzrə səs yazıları ilə təsdiq edilir. 38.xx.xx.2023-cü il tarixdə iddiaçı ilə Şahid arasında imzalanmış "Qarşılıqlı Razılaşma”da qeyd edilir ki, Şahid ona məxsus olan Mənzili iddiaçıya təminat olaraq girov qoymaqla ondan 150000 manat borc alır və həmin məbləğ sonuncu tərəfindən 2-3 ay müddətindən gec olmamaq şərtilə iddiaçıya qaytarılmadıqda tərəflər bu mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən aşağı satmaqla (Razılaşmada Mənzilin bazar dəyəri 278000 manat göstərilmişdir), iddiaçının borcunu, yəni 150000 manatı dərhal bağlayırlar və bununla iddiaçının həmin mənzilin üzrəində olan bütün iddialar, tələblər və hüquqlar avtomatik ləğv olunur. Həmçinin, xx.xx.2023-cü il tarixdə iddiaçı və Araz Abduləzimov tərəfindən əvvəlki ilə eyni məzmunlu daha bir "Qarşılıqlı Razılaşma” (bu Razılaşmanı Şahid kimi qeyd edilməklə imzalamışdır) imzalanmışdır. Bu Razılaşmada isə Mənzilin bu dəfə Araz Abduləzimovun iddiaçıdan aldığı 150000 manat borcun təminatı üçün girov qoyulması, 2-3 ay müddətindən gec olmamaq şərtilə borc qaytarılmadığı halda Razılaşma üzrə tərəflərin Mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən (bu Razılaşmada da Mənzilin bazar dəyəri 278000 manat göstərilmişdir) aşağı satmaqla, iddiaçının borcunun, yəni 150000 manatı dərhal bağlanması, bununla da iddiaçının həmin mənzilin üzərində olan bütün hüquqlarının, iddialarının və tələblərinin ləğv olunması qeyd olunmuşdur (xx.xx.2023-cü il tarixdə imzalanmış "Qarşılıqlı Razılaşma”nın əsli məhkəməyə təqdim edilməsə də, onun məzmunu işin faktiki halları və tərəflərin izahatları ilə eynilik təşkil etdiyindən məhkəmə həmin sənədi sübut kimi qəbul edir). Bundan başqa, Araz Abduləzimovla (özünü cavabdehin təsisçilərindən biri olan Tahir adı ilə təqdim edir) iddiaçı arasında olan telefon danışığının CD diskə (optik daşıyıcı) köçürülmüş və məhkəmə baxışında tədqiq edilmiş səs yazılarından müəyyən olunur ki, iddiaçı başqa bir şəxsin (səs yazısında "ağsaqqal” adı ilə qeyd edilir) xahişi ilə Şahid 150000 manat borc verdiyini, onun əlində "sənəd” olduğunu (şübhəsiz ki, iddiaçı "sənəd” dedikdə Mənzilə dair müqavilə, maliyyə arayışı və kassa məxaric orderini nəzərdə tutur) qeyd edir. Araz Abduləzimov isə Elnurun onu aldatdığını, saxta müqavilə ilə iddiaçının adına "evi (burada mübahisəli Mənzil nəzərdə tutulur, çünki iddiaçı ilə cavabdeh arasında hər hansı mənzilə dair ikinci bir müqavilə işdə mövcud deyil)” onun adına rəsmiləşdirdiyini bildirir. Həmçinin, Araz Abduləzimov, onunla birlikdə olan digər şəxs (danışıq zamanı özünün təqdim etmir) və özünün Əliağa olduğunu bildirən şəxs arasında aparılan danışığın səs yazısından da müəyyən edilir ki, Əliağa adlı şəxs bildirir ki, Şahid 150000 manat pulu onlar vermişlər və bunun qarşılığında təminat olaraq Mənzilə dair müqavilə iddiaçının (səs yazısında dəqiqləşdirmə üçün iddiaçı "cavan olan Bəxtiyar” kimi adlandırır) adına rəsmiləşdirilmişdir. Hətta, danışıq zamanı Əliağa adlı şəxs bildirir ki, əslində Mənzil formal olaraq iddiaçının adına sənədləşdirilmiş, verilən 150000 manat pulun isə iddiaçıya məxsus olması ilə bağlı ziddiyyətli fikirlər bildirir. Şərh edilənlərdən də görünür ki, Mənzilə dair bağlanmış müqavilə, əslində iddiaçı tərəfindən Şahid verilmiş 150000 manat pulun 2-3 ay müddətində qaytarılmasının təminatı olaraq verilmiş, həmin müqavilə Mənzilin satılması ilə bağlı tərəflərin həqiq iradə ifadəsini əks etdirməmişdir. Bu əsas həm iddiaçı ilə Şahid arasında, həm də surəti məhkəməyə təqdim edilmiş iddiaçı, Araz Abduləzimov və Şahid tərəfindən imzalanmış "Qarşılıqlı Razılaşmalarda” açıq şəkildə qeyd edilmişdir. Yoxlanılan müqavilə üzrə tərəflərin müqaviləyə qədərki münasibətlərinin və həqiqi iradə ifadələri ilə razılaşmaların mətninin qarşılıqlı təhlilindən müəyyən edilir ki, sözügedən borcun qaytarılmadığı halda, iddiaçının hüququ Mənzilin təcili satılaraq əldə edilmiş vəsait hesabına borcun qaytarılması olmuşdur. Göründüyü kimi, Mənzilə dair tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə həqiqi alqı-satqı müqaviləsi üzrə hüquqi nəticələri yaratmaq qabiliyyətində olmamaqla, uydurma (əhəmiyyətsiz) əqd olmuşdur. Müqavilə üzrə tərəflərin həqiqi iradə ifadəsi isə 150000 manat pulun qaytarılmasının təminatı ilə bağlı olmuşdur. Göstərilənlərdən əlavə, məhkəmə qeyd etmişdir ki, xx.xx.2023cü il tarixli müqavilə həm də ona görə etibarsız olmuşdur ki, həmin müqavilə bağlanan vaxt Mənzilə dair hələ cavabdehlə Şahid arasında xx.xx.2020-ci il tarixli, 76 saylı müqavilə qüvvədə olmuşdur. İşə əlavə edilmiş sənədlərdən də müəyyən edilir ki, həmin müqavilə üzrə də cavabdeh Mənzilin dəyərinin (278640 manat) Şahid tərəfindən ödənilməsinə dair xx.xx.2020-ci il tarixli maliyyə arayışı və kassa mədaxil orderi vermişdir. Şahid isə yalnız Mənzilin qaytarılmasına dair xx.xx.2023-cü il tarixdə qəbz yazaraq (işə surəti əlavə edilmişdir) Mənzili cavabdehə qaytardığını və ödədiyi 278640 manat pulu MTK-dan geri aldığını bildirmişdir. Göründüyü kimi, hələ xx.xx.2023-cü il tarixədək Şahid Mənzil üzərində müqavilə üzrə sahiblik və istifadə hüququ olduğu halda, həmin mənzilə dair digər bir müqavilə bağlana bilməzdi. Beləliklə, şərh edilənlər əsasında məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə uydurma əqd olmaqla əhəmiyyətsiz olduğundan, iddiaçı həmin müqaviləyə əsaslanaraq Mənzilə dair mülkiyyət hüququnun qeydə alınması məqsədilə cavabdeh MTK üzvlərinin Ümumi Yığıncağının iclas protokolundan çıxarışı tələb etməkdə haqlı deyil.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü, 329cu, 337-ci, 340-cı, 404-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 80-ci, 81-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, sözügedən qarşılıqlı razılaşmanın əsli məhkəməyə təqdim edilməmişdir, iddiaçı olaraq etiraz etsələr də, məhkəmə tərəfindən nəzərə alınmamışdır və həmin razılaşmanın əsli təqdim edilməməsinə və iddiaçı tərəfinin razılaşmanı mübahisələndirməsinə baxmayaraq məhkəmə heç bir faktoru nəzərə almadan razılaşmanın “surətini" sübut olaraq qəbul etmişdir. Mövqeyini isə cavabdehin daha başqa bir şəxslə imzaladığı eynitipli müqavilənin əslini təqdim etməyinə əsaslandırmışdır. Halbuki həmin razılaşmanın mübahisəyə heç bir aidiyyati olmamışdır. Bağlanmış müqavilə nəticəsində mübahisə pretmeti olan mənzil hüquqi olaraq iddiaçının mülkiyyətinə keçmişdir lakin iddiaçının mülkiyyət toxunulmazlığı pozulmuşdur. Belə ki, alınmış mənzil müqabilində ödənişi edilmiş mənzil cavabdeh tərəfindən onun faktiki istifadəsinə verilməmiş və məhkəmə tərəfindən iddiaçının mülkiyyətinə dair tam sərəncam vermə hüququnun qorunması nəzərə alınmamışdır. Göründüyü üzrə, ə məhkəmə tərəfindən laqeydlik nümayiş etdirilmişdir, verdikləri etirazlar, sorğular cavabsız qalmışdır, təqdim etdikləri dəlillər nəzərə alınmamışdır, bu öz növbəsində, Xətai Rayon Məhkəməsinin işə baxan hakiminin cavabdehin qanunsuz əməllərin qəsdən göz yumduğuna dair təsürat yaratmış, məhkəməyə olan inam və etimadımızın sarsılmasına və AR Konstitusiyasının 60-cı maddəsi ilə (Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı) və AR Mülki Məcəlləsi ilə müəyyən edilmiş hüquq və azadlıqlarımı kobud şəkildə tapdalanmasına gətirib çıxarmışdır. Lakin cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin etibarsızlığına dair hər hansı bir şəkildə iradə ifadə edilməmiş və bu barədə qarşılıqlı iddia və ya etiraz bildirilməmişdir. Nəticədə məhkəmə tərəfindən müqavilənin tərəflərinin onu mübahisələndirmədiyi halda öz təşəbbüsü ilə etibarsız hesab etməsi AR MM-də müəyyən edilmiş maddi hüquq nomalarına zidd olmuşdur. Daha əvvəl qeyd etdiyimiz kimi, cavabdehin əməlində cinayət xarakterli hərəkətlərin də olduğuna dair kifayət qədər şübahə və əsaslar proseslər zamanı ortaya çıxmasına baxmayaraq, məhkəmə tərəfindən buna dair heç bir hüquqi qiymətləndirmə aparılmamışdır. Əgər məhkəmə tərəfindən tərəflər arasında bağlanan müqavilənin uydurma və ya formal olduğuna dair qənaətə gəlinmişdisə o zaman məhkəmə öz təşəbbüsü ilə mütləq bir mənzilin iki nəfərə satılması əsası ilə cavabdehin əməlinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarıb aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərməli idi. Cavabdeh tərəfindən mənzilə görə verilmiş vəsaitin alındığı təsdiq edən sənəd ortada olsa da məhkəmə bunun əksini təqdim edəcək heç bir sübut olmadan onun şirkətə ödəniş etdiyi vəsaitə olan xüsusi mülkiyyət hüququnu da nəzərə almamışdır. Məhkəmənin belə bir mövqeyi mənzil alqı-satqısının sanki mütləq mənzilə baxmaqla alınmasına dair qanunvericilikdə şərt olması təəsüratı yaradır ki, bu da tamamilə düzgün yanaşma deyil. Digər tərəfdən Məhkəmə yalnız bir qarşılıqlı razılaşmaya istinad edərək hüquqi əsaslandırma apara bilərdi çünki digəri hansı saxta sənədin sürəti idi və həmin qarşılıqlı razılaşmanın isə dəyəri ödənilmiş mənzilə dair sonrakı razılaşmanın şərt olaraq müəyyən edilməsi həmin mübahisə predmeti olan mənzilə dair əsas müqaviləni etibarsız edə bilməzdi. Çünki Tərəflər öz aralarından sonradan ayrıca razılaşma imzalamalar mümkün idi. Belə ki, mənzilə dair faktiki olaraq sahiblik və istifadə hüququi iddiaçıya keçdikdən sonra xx.xx.2023-cü il tarixdə imzalanan Razılaşma özü əslində etibarsız hesab edilməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
23. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə birinci instansiya məhkəməsinin mövqeyini, o cümlədən tətbiq edilmiş maddi hüquq normalarını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməyərək, öz mövqeyini düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
25. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığını müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə tələbin hüquqi əsası və işin faktiki halları araşdırmalıdır.
26. Mübahisənin düzgün həlli üçün tərəflər arasında Mənzilə dair bağlanmış müqavilənin etibarlılıq şərtləri müqaviləyə qədər onlar arasındakı bütün münasibətlər və müqavilənin bağlanması ilə bağlı bütün hərəkətlər nəzərə alınmaqla yoxlanılmalıdır. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin də tələbi ondan ibarətdir ki, müqavilə təfsir edilərkən tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsi, bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
27. Hazırkı işin faktiki hallarına əsasən müqavilə bağlanmazdan əvvəl iddiaçı tərəfindən Mənzilə heç bir vizual baxış keçirilməmiş (halbu ki, sözügedən müqavilə bağlanarkən Mənzil artıq mövcud olmuşdur), Mənzilin müqavilədə göstərilən qiymətini ifadə edən pul vəsaiti isə, əslində mübahisə edilən həqiqi müqavilə üzrə Mənzilin qiyməti kimi deyil, tərəflər, yaxud iddiaçı ilə Şahid arasında mövcud olmuş borcun məbləğini ifadə etmiş pul məbləğidir. İşin bu halı həm işdə olan "Qarşılıqlı Razılaşmalar”, həm də Araz Abduləzimovla iddiaçı arasında telefon vasitəsilə aparılan danışıqlar üzrə səs yazıları ilə də təsdiq edilir.
28. Bundan əlavə xx.xx.2023-cü il tarixdə iddiaçı ilə Şahid arasında imzalanmış "Qarşılıqlı Razılaşma”da qeyd edilir ki, Şahid ona məxsus olan Mənzili iddiaçıya təminat olaraq girov qoymaqla ondan 150000 manat borc alır və həmin məbləğ sonuncu tərəfindən 2-3 ay müddətindən gec olmamaq şərtilə iddiaçıya qaytarılmadıqda tərəflər bu mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən aşağı satmaqla (Razılaşmada mənzilin bazar dəyəri 278000 manat göstərilmişdir), iddiaçının borcunu, yəni 150000 manatı dərhal bağlayırlar və bununla iddiaçının həmin mənzilin üzrəində olan bütün iddialar, tələblər və hüquqlar avtomatik ləğv olunur. Həmçinin, xx.xx.2023-cü il tarixdə iddiaçı və Araz Abduləzimov tərəfindən əvvəlki ilə eyni məzmunlu daha bir "Qarşılıqlı Razılaşma” (bu Razılaşmanı Şahid kimi qeyd edilməklə imzalamışdır) imzalanmışdır. Bu Razılaşmada isə Mənzilin bu dəfə Araz Abduləzimovun iddiaçıdan aldığı 150000 manat borcun təminatı üçün girov qoyulması, 2-3 ay müddətindən gec olmamaq şərtilə borc qaytarılmadığı halda Razılaşma üzrə tərəflərin Mənzili təcili bazara çıxararaq onu bazar qiymətindən (bu Razılaşmada da Mənzilin bazar dəyəri 278000 manat göstərilmişdir) aşağı satmaqla, iddiaçının borcunun, yəni 150000 manatı dərhal bağlanması, bununla da iddiaçının həmin mənzilin üzərində olan bütün hüquqlarının, iddialarının və tələblərinin ləğv olunması qeyd olunmuşdur (xx.xx.2023-cü il tarixdə imzalanmış "Qarşılıqlı Razılaşma”nın əsli məhkəməyə təqdim edilməsə də, onun məzmunu işin faktiki halları və tərəflərin izahatları ilə eynilik təşkil etdiyindən məhkəmə həmin sənədi sübut kimi qəbul etmişdir).
29. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətini qiymətləndirərkən səhvə yol vermiş, maddi hüquq normasını düzgün tətbiq etməməklə (uydurma əqd) nəticəyə gəlmişdir.
30. Göründüyü kimi, X6 Abduləzimovla (özünü cavabdehin təsisçilərindən biri olan Tahir adı ilə təqdim edir) iddiaçı arasında olan telefon danışığının CD diskə (optik daşıyıcı səs 16) köçürülmüş və məhkəmə baxışında tədqiq edilmiş səs yazılarından müəyyən olunur ki, X3 həmin mənzili onun adına kimin yazdırdığını sorusur, Araz isə Elnurun yazdırdığını bildirir. Bu məsələ ilə bağlı polisə müraciət etməsini bildirir. Bəxtiyar isə polis çağırar gedib izahatımı vererəm deyir. O cümlədən Bəxtiyar Elnura 15000 manat borc pul veridyini və ayın 25-nə kimi qaytarmalı olduğunu qeyd edir. Yenidən sual verir ki, pulu siz vermisiz cavab olaraq Bextiyar başqa bir şəxsin (səs yazısında "ağsaqqal” adı ilə qeyd edilir) xahişi ilə Şahid 150000 manat borc verdiyini, onun əlində mənzilə dair müqavilə vəsənədlərin olduğunu qeyd edir. Pulumu qaytaracağı halda sənəd də özündə olacaq yəqinki sizə qaytaracaq deyi bildirir. Araz isə Elnurun onu aldadaraq saxta sənədlə evin onun adına yazdırdığını bildirir. Həmçinin, Araz Abduləzimov, onunla birlikdə olan digər şəxs (danışıq zamanı özünün təqdim etmir) və özünün Əliağa olduğunu bildirən şəxs arasında aparılan danışığın səs yazısından (18) da müəyyən edilir ki, Əliağa adlı şəxs bildirir ki, Şahid 150000 manat pulu onlar vermişlər və bunun qarşılığında təminat olaraq Mənzilə dair müqavilə iddiaçının adına rəsmiləşdirilmişdir. Elnurun onlar üçün bir iş həll edəyəcəyini və sənədin də ona qaytarılacağını bildirir. Həmçinin digər səs yazısında (20) Elnurla Araz arasında danışıq zamanı Elnur sənədi 15 günə qaytarıb verəcəyini, Bəxtiyarın həmin binada problem olduğunu bildiyini, ona mənzilin lazım olmadığını bildirir. Eyni zamanda həmin pulu alaraq mis işi üçün depozitə qoyduğunu 15 günə sənədi qaytaracağını bildirir. Araz bildirir ki, heç olmasa maliyyə arayını verməzdin, Elnur deyi belə lazım idi 15 günə verəcəm sənədi.
31. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, mənzilə dair bağlanmış müqavilə, əslində iddiaçı tərəfindən Şahid verilmiş 150000 manat pulun 2-3 ay müddətində qaytarılmasının təminatı olaraq verilmiş, həmin müqavilə Mənzilin satılması ilə bağlı tərəflərin həqiq iradə ifadəsini əks etdirməmişdir. Bu əsas həm iddiaçı ilə Şahid arasında, həm də surəti məhkəməyə təqdim edilmiş iddiaçı, Araz Abduləzimov və Şahid tərəfindən imzalanmış "Qarşılıqlı Razılaşmalarda” açıq şəkildə qeyd edilmişdir. Yoxlanılan müqavilə üzrə tərəflərin müqaviləyə qədərki münasibətlərinin və həqiqi iradə ifadələri ilə razılaşmaların mətninin qarşılıqlı təhlilindən müəyyən edilir ki, sözügedən borcun qaytarılmadığı halda, iddiaçının hüququ Mənzilin təcili satılaraq əldə edilmiş vəsait hesabına borcun qaytarılması olmuşdur. Göründüyü kimi, mənzilə dair bağlanılmış xx.xx.2023-cü il tarixli qarşılıqlı razılaşma tərəflər arasında müqavilənin bağlanması hesab edilmir. Çünki tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Tərəflər arasında bağlanmış hazırkı razılaşma isə 150000 manat pulun qaytarılmasının təminatı ilə bağlı olmuşdur.
32. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin tələbləri baxımından işdə olan pulun verilməsi bağlı razılaşma müqavilənin bağlanması forması baxımından forma tələblərinin pozulması ilə bağlanmışdır. Yəni qanunun tələb etdiyi formada yazılı tərtib edilməsi mövcud olsa da formaya riayət edilməmişdir. Bütün şərtlər forma baxımından düzgün göstərilməmişdir. Belə ki, bağlanmış müqavilənin əsası olan tərtib edilmiş razılaşmada pulun geri verilməməsi halında mənzilin satılacağı və borcun bağlanacağı halda iddiaçının həmin mənzilə dair bütün hüquqlarının ləğv edilməsi qeyd edilmişdir. Əlavə evin real bazar dəyəri 278000 manat müəyyən edilmişdir. Burada kollegiya qeyd edir ki, real bir alqısatqıdan söhbət gedə bilməz. Görünən odur ki, iddiaçının ümumiyyətlə mənzil almaq niyyəti olmamışdır. Halbuki qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Yəni bu razışma əsasında əldə edilən müqavilə alqı-satqı etmək məqsədi ilə deyil, hər hansı məbləğin müqabilində təminat almaq olmuşdur. Halbuki iddiasında və məhkəmə iclaslarında onu təmsil edən nümayəndənin də verdiyi izahatında məhz mənzil almaq niyyəti ilə pul verdiyini bildirir. Bu isə işin materiallarında olan sənədlər, səs yazıları və işin digər halları ilə tam təkzib edilir. Belə ki, hazırki məhkəmə iclaslarında da Elnura verdiyi pulun başqa pul olmasını iddiaçı tərəf bildirsə də, bu hal təsdiqini qeyd edilənlərə əsasən tapmır. Eyni zamanda qeyd edilməlidir ki, razılaşmada da mənzil real dəyərini 278000 manat müəyyən etdikləri halda 150000 manat müqabilində dəyərinin yarısı məbləğə mənzilin əldə edilməsidə işin nəzərə alınmalı əhəmiyyətli halıdır. Həqiqətən mənzil satılmış olsaydı belə mənzilin özlərinin də razılaşmasında göstərdiyi kimi qiyməti çox baha qiymətə olmuşdur. Bu halda cavabdehin iddiaya etiraz etməsində və tələb edilən sənədin verilməməsində hüquqdan sui-istifadə halı da mövcud deyil. Yəni, həqiqətdə pul qaytarılmadığı halda mənzilin əldə edilməsi halı olmuş olsaydı belə, qalıq məbləğ ödənilməyəcəyi halda mənzilin tələb edilməsi də düzgün deyil. Tərəflər arasında bağlanmış müqavilə əslində reallığı əks etdirməməklə təminat xarakterli olmuşdur. Hazırki halda sözügedən müqavilə qanunvericiliyin tələbləri baxımından etibarlı olmamaqla iddianın təmin ediləcəyi halda mənzil cavabdehin əlindən hər hansı məbləğdə pul əldə etmədən (mənzilin real dəyəri də nəzərə alınmaqla) çıxır. Bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia təmin edilə bilməz.
33. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5688/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5688/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.