Məhkəmə qərarları › İş №2(103)-2376/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2376/2020

11.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2376/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının prosessual hüquq varisi X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3980/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC tərəfindən ona hesablanmış 2665,85 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(006)- 3980/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxxxxxx” ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçının iddiası üzrə prosessual hüquq varisliyinə yol verildiyinə görə Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən X4 mülki iş üzrə İddiaçı prosessual hüquq varisi kimi tanınmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının prosessual hüquq varisi X4 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Abunə kodu **********70114 olan Abunə haqqında sənədə əsasən iddiaçı (abonent) İddiaçı məxsus ünvana aid abunə hesabında istifadə olunmuş elektrik enerjisinə görə qalıq borc yoxdur. Yalnız Abunə haqqında sənədin yuxarı qrafasında «Barmek» dövrünə aid 760,35 manat və «Barmek»dən əvvəlki dövrə – «BEŞ» dövrünə aid 1905,50 manat borc məbləği göstərilmişdir. İddiaçı bildirir ki, həmin borcun haradan yaranması barədə əsaslı sübut göstərilməmişdir. Borc köhnə illərə aid olduğu üçün artıq onun adından silinməlidir. Həmin borc barədə ona heç vaxt bildiriş verilməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının silinməsini tələb etdiyi məbləğ elektrik enerjisindən istifadəyə görə yaranmış borc məbləğidir. Ona görə də, həmin məbləğ iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş Elektrik enerjisindən istifadə qaydaları»nın 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Lakin hazırki işdə iddiaçıya məxsus abunə hesabında göstərilən istifadə edilmiş elektrik enerjisinə görə hesablanmış BaŞEŞ dövrünə aid 1905,5 manat və Barmek dövrünə aid 760,35 manat borcun yaranma mənbəyi müəyyən deyildir. Çünki cavabdeh tərəfindən bunu təsdiq edən sübutlar təqdim edilməmişdir.Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 8.2-ci bəndinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubda göstərilmişdir ki, BaŞEŞ dövrünə aid 1905,5 manat və Barmek dövrünə aid 760,35 manat debitor borc həmin dövrlərdə mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəridir, qeyd olunan borclar «xxxxxxxx» ASC-nin kompüter məlumat bazasında ödənişi tələb olunmayan borclar qrafasına alınmışdır, həmin borcların ödənişi yalnız abunə vərəqində ad dəyişdirilərkən və borcun olmaması barədə arayış alınarkən tələb olunur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının abunə koduna yazılmış həmin borc məbləği silinməlidir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3980/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar