Məhkəmə qərarları › İş №2(103)-2379/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2379/2024

23.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2379/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Birinci tələb üzrə İddiaçı "xxxx" ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, Cavabdeh6 ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair, ikinci tələb üzrə iddiaçı Cavabdeh3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh6 ASC cəlb edilməklə Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair, üçüncü tələb üzrə iddiaçı Cavabdeh6 ASC-nin Cavabdeh3 qarşı “borcun alınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Birinci tələb üzrə İddiaçı, Birinci tələb üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3, İkinci tələb üzrə Cavabdeh4, onun nümayəndəsi və vəkili Vəkil2, Üçüncü tələb üzrə iddiaçı Cavabdeh6 ASC-nin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, Birləşdirilmiş işlər üzrə birinci tələb üzrə İddiaçı "xxxx" ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, Cavabdeh6 ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair, ikinci tələb üzrə iddiaçı Cavabdeh3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh6 ASC cəlb edilməklə Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair, üçüncü tələb üzrə iddiaçı Cavabdeh6 ASC-nin Cavabdeh3 qarşı “borcun alınması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-53/2023 nömrəli qətnaməsindən Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı mənzilin (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 13, M9, m3) tikilərək İddiaçı təhvil verilməsi barədə Cavabdeh5 MMC ilə İddiaçı arasında xx.xx.2012-ci ildə müqavilə bağlanmış və MMC tərəfindən verilmiş arayışa əsasən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir.

2. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı mənzil "xxxx" MMC-nin üzvlərinin ümumi iclasının 195 nömrəli, xx.xx.2021-ci il tarixli protokolundan çıxarışa, 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışına, 01-F nömrəli, xx.xx.2021-ci il tarixli forma 2 arayışına əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli, 4Ə-3274 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

3. Mülkiyyətçi, satıcı qismində Cavabdeh4, ipoteka saxlayan qismində Cavabdeh6 ASC, borc alan, alıcı və ipoteka qoyan qismində Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 13, M9, m3) alıcı-ipoteka qoyanın mülkiyyətinə verir, əmlakın dəyəri 170.000 manat qiymətləndirilməklə 70.000 manat alıcı tərəfindən, 100.000 manat isə ipoteka saxlayan, yəni xx.xx.2021-ci il tarixli kredit müqviləsinə əsasən kreditor tərəfindən alıcıya verilmiş kredit hesabına ödənilir, alıcıipoteka qoyan daşınmaz əmlakı müqavilə üzrə yaranmış hüquqa əsasən onunla ipoteka saxlayan-kreditor arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxkayana ipoteka verir.

4. Kreditor qismində Cavabdeh6 ASC ilə borcalan qismində Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 202/21 saylı kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana 300 ay müddətinə illik 8% faiz dərəcəsi ilə ödəmək şərti ilə 100.000 manat məbləğində kredit verməyi, borcalan isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqavilə ilə müəyyən edilmiş qaydada ödəməyi üzərinə götürmüşdür.

5. Cavabdeh6 ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan borcu əsas borc üzrə 99.682,44 manat, faiz borcu üzrə 9.712,41 manat olmaqla, cəmi 109.394,85 manat təşkil edir.

6. Cavabdeh6 ASC tərəfindən borcluya göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişə əsasən 5 iş günü ərzində gecikdirilmiş borcunu ödəməyəcəyi təqdirdə kredit müqaviləsinə xitam verilməklə, əsas və faiz borcunun tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir.

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-124/2024-cü il tarixli hökmü ilə X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona qəti olaraq 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən X16 xx.xx.2017-ci il tarixdən hazırki vaxtadək "xxxx" MTK-nın sədri kimi xx.xx.2017-ci il tarixli nizamnaməyə əsasən kooperativ üzvlərinin ümumi yığıncaqları arasındakı kooperativin cari fəaliyyətinə rəhbərlik etmək, kooperativi təmsil etmək, kooperativin adından müqavilələr bağlamaq, rəsmi sənədləri imzalamaq, nizamnaməyə uyğun olaraq kooperativin əmlakına sərəncam vermək və s. öhdəliklərin yerinə yetirilməsinə səlahiyyətli məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə ünvan 1 ünvanında yerləşən və xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında X5 mülkiyyətində olmaqla yaşayış olmayan 37 nömrəli mənzili həmin binanın xx.xx.2012-ci il tarixli müqavilə əsasında 80.000 ABŞ dollarına alınmış İddiaçı məxsus olan 38 nömrəli mənzili kimi təqdim edərək Cavabdeh4 aldatmaqla xx.xx.2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə arayışı” və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə bilə-bilə təhrif olunmuş və yalan məlumatlar daxil edib saxta müqavilə və maliyyə arayışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, xx.xx.2021-ci il tarixdə Cavabdeh4 həmin mənzili ona guya 101.000 manata satmaq adı ilə aldadaraq ünvan 2 ünvanında həmin məbləği ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Cavabdeh4 18 noyabr 2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında qeyd edilən mənzili 170.000 manata X2, bununla da qeyd olunan hərəkətləri ilə Cavabdeh4 faktiki olaraq mənzilindən məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə vəzifə saxtakarlığı törətmişdir. Hökmdən apellyasiya şikayəti və protesti verilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. Birinci tələb üzrə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, mənzilə dair sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Birinci tələb üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə vəsatətlə müraciət edərək Cavabdeh6 ASC-nin və "xxxx" MMCnin MTK ilə yanaşı cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən vəsatət təmin edilmişdir.

10. Daha sonra məhkəmə tərəfindən verilmiş vəsatətlərə əsasən "xxxx" ASC və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir.

11. 03.11.2023-cü il tarixdə birinci tələb üzrə iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 3 saylı evin 38 saylı mənzilinə dair Cavabdeh4 adına verilmiş "xxxx" MMC (MTK) üzvlərinin ümumi iclasının 195 nömrəli, xx.xx.2021-ci il tarixli protokolundan çıxarışı, 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışı, 01-F nömrəli, xx.xx.2021-ci il tarixli forma 2 arayışı, Cavabdeh4 adına xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, cavabdehlər Cavabdeh4 ilə Cavabdeh3 arasında 12 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-3274 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, həmin sənədlər əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçının həmin mənzilə mülkiyyət hüququnun tanınması və mənzilə dair adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Daha sonra ikinci tələb üzrə iddiaçı və birinci, üçüncü tələb üzrə cavabdeh olan Cavabdeh3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh6 ASC cəlb edilməklə Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-994/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh6 ASC cəlb olunmaqla Cavabdeh4 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair 2(004)-994/2023 saylı mülki iş birgə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-53/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

13. Daha sonra üçüncü tələb üzrə iddiaçı, birinci və ikinci tələb üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Cavabdeh6 ASC Cavabdeh3 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Daha sonra o, xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh6 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh3 99.682,44 manat əsas borc, 9712,41 manat faiz borcu olmaqla, cəmi 109.394,85 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun Cavabdeh6 ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarxli, 2(078)-508/2023 saylı qərardadına əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə icraata qəbul edilərək iddia tələbinə Cavabdeh6 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh3 99.682,44 manat əsas borc, 9712,41 manat faiz borcu olmaqla, cəmi 109.394,85 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 398,97 manat məbləğində pulun Cavabdeh6 ASC-nin xeyrinə tutulması çərçivəsində baxılması qərara alınmışdır.

14. Daha sonra Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-508/2023 saylı qərardadına əsasən iddiaçı Cavabdeh6 ASC-nin Cavabdeh3 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi və borcun tutulması” tələbinə dair 2(078)-508/2023 saylı mülki iş birgə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh6 ASC cəlb olunmaqla Cavabdeh4 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair 2(004)-994/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

15. Bundan sonra Salyan Rayon Məhkəməsinin 2(057)-1139/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh4 cavabdeh X12 qarşı “pul” tələbinə dair mülki iş birgə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində "xxxx" ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, Cavabdeh6 ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə 2(004)-53/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

16. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə birinci tələb üzrə İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Atəşgah Sığorta Şirkəti ASC, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb edilməklə cavabdehlər Cavabdeh3, Cavabdeh4, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 Saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MTK-ya, "xxxx" MMC-yə, Cavabdeh6 ASC-yə qarşı "protokoldan çıxarışın, reyestrdən çıxarışın, alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair mülkiyyət hüququnun tanınması” tələbinə dair, ikinci tələb üzrə iddiaçı Cavabdeh3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində Cavabdeh6 ASC cəlb edilməklə Cavabdeh4 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair, üçüncü tələb üzrə iddiaçı Cavabdeh6 ASC-nin Cavabdeh3 qarşı “borcun alınması” tələbinə dair, dördüncü tələb üzrə iddiaçı Cavabdeh4 cavabdeh X12 qarşı “pul” tələbinə dair birləşdirilmiş Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-53/2023 saylı mülki iş üzrə icraat materiallarından dördüncü tələb üzrə iddiaçı Cavabdeh4 cavabdeh X12 qarşı “pul” tələbinə dair mülki iş üzrə icraat ayrılmışdır.

17. Birinci tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh5 MMC ilə bağladığı 125 nömrəli, xx.xx.2012-ci il tarixli sifariş müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə MMC tərəfindən inşa edilmiş 3 girişli yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan 38 nömrəli mənzilin dəyərini təşkil edən 80.000 ABŞ dolları məbləğində pul vəsaitini tam ödəməklə mənzili almışdır. Mənzilin ümumi dəyərinin tam olaraq ödənilməsi və borcun olmaması Cavabdeh5 MMC tərəfindən verilmiş “Maliyyə arayışı” ilə təsdiq olunur. Mənzilə dair müqavilə bağladığı gündən hazırkı vaxtadək mənzil iddiaçının sahibliyində və istifadəsində olmuşdur, orada təmir işləri aparmışdır, həmin vaxtdan hazırki günədək ailəsi ilə birgə həmin mənzildə yaşayır. 2021-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, ona məxsus 38 saylı mənzil başqa şəxsə satılmışdır. O, bunun necə baş verə biləcəyini MMC-nin rəhbəliyindən soruşduqda ona bildirilmişdir ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh5 MMC-nin də təsisçiliyi ilə "xxxx" MTK təsis edilmiş və MTK-nın sədri X1. Sonradan Rafət ona məxsus 38 saylı mənzil də daxil olmaqla bir neçə mənzili MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar vermək yolu ilə başqa şəxslərə təkrar satmışdır. X17 avtomobilində yanğın baş verdiyini, yanğın baş verən zaman Rafətin də avtomobilində olub-olmadığının dəqiq bilinmədiyini, hazırda Rafətin harada olmasını bilmədiyini, yanğınla bağlı istintaq aparıldığını bildirmişdir. Bu məsələ ilə bağlı Cavabdeh4la danışıqlar zamanı ona bildirmişdir ki, Rafət ona iddiaçının yaşadığı 38 saylı mənzili deyil, yanında yerləşən mənzili göstərmiş və həmin mənzilə baxıb bəyənərək almış sonradan həmin mənzili Cavabdeh3 satmışdır. İddiaçının həmin vaxta qədər, MTKnın təsis edilməsi, Rafət Qəniyevin MTK sədri olması və mənzili başqa şəxsə satılması barədə məlumatı olmamışdır. Məsələ ilə bağlı dərhal hüquq müstəvisində lazımı addımların atılması üçün vəkilə müraciət etmişdir. 28 yanvar 2022-ci il tarixli vəkil sorğusu ilə mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib-verilməməsi məsələsinin aydınlaşdırılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına sorğu verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********05 nömrəli, 15 fevral 2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 3, 38 saylı mənzil (ümumi sahəsi 92.5 kv.m, yaşayış sahəsi 53.4 kv.m, 2 otaqlı, 9-cu mərtəbə, giriş 1) "xxxx" MMC üzvlərinin ümumi iclasının 195 nömrəli, xx.xx.2021-ci il tarixli protokolundan çıxarışına, 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışına, 01-F nömrəli, xx.xx.2021-ci il tarixli forma 2 arayışına əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli, 4Ə-3274 reyestr nömrəli alğısatqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı sorğu ilə əlaqədar olaraq müvafiq sənədlərin surətini də tələb etsə də, təqdim edilməmiş və bu barədə hər hansı məlumat verilməmişdir. Bundan başqa, sorğuya cavabda MMC-nin protokolundan çıxarışı qeyd olunsa da, MMC rəhbərliyi protokoldan çıxarışın MTK tərəfindən verildiyini qeyd etmişdir. Toplanmış sübutlar əsasında müəyyən olunmuşdur ki, həqiqətən də 3 saylı binada iddiaçıya məxsus olan 38 saylı mənzil sonradan verilmiş protokolundan çıxarış və maliyyə arayışı əsasında Cavabdeh4, daha sonra isə alğı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh3 adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmişdir. Eyni zamanda sorğuya cavabdan aydın olmuşdur ki, verilmiş çıxarışda mənzilin ölçüləri ilə həqiqi ölçüləri arasında uyğunsuzluq vardır. Bu da bir daha sübut edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları gəlib mənzilə baxış keçirmədən çıxarış verilmişdir. Nəticədə, hazırda iddiaçıya məxsus 38 saylı mənzilə dair qanunsuz sənəd əsasında başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeyd aparılmışdır ki, bu qeyd də onun mülkiyyət hüquqlarını pozur. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

18. İkinci tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh3 2021-ci ildə ipoteka ilə mənzil almaq niyyətinə gəlmişdir. Bu məqsədlə elanlarda olan mənzillərə baxarkən “İnstagram” sosial şəbəkəsində ev satışı ilə məşğul olan Tural adlı maklerin elanları arasında ünvan 3 ünvanında yerləşən 38 nömrəli mənzilin (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 13, M9, m3 nömrəli mənzil) 173.000 manata satışa çıxarılması barədə məlumat almışdır. Mənzili bəyəndiyi üçün almaq qərarına gəlmişdir. Bu məqsədlə valideyinlərinə mənzilə baxmağı tapşırmışdır. Mənzilə baxmaq üçün nümayəndəsi kimi atası Nümayəndə2 və anası X13 getmişdir. Mənzilə baxarkən orada Turalın işçisi və özünü mənzilin mülkiyyətçisi kimi qələmə verən cavabdeh olmuşdur. Mənzili açıb atası və anasına göstərmişlər. Atası və anası mənzilə baxıb bəyəndikləri üçün mülkiyyətçi Cavabdeh4 ilə alğı-satqı barədə razılıq əldə etmişlər. Bundan sonra müvafiq sənədləşdirmə işlərinin aparılması və mənzilin ipoteka ilə alğısatqısı üçün bankla danışıqlar apararaq ipoteka krediti ayrılması haqqında razılıq əldə etdikdən sonra 18 noyabr 2021-ci il tarixdə cavabdeh, o və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs arasında Bakı şəhəri 12 saylı notariat ofisində alğı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 170.000 manat məbləğində pul ödəmişdir. Bundan sonra o, həmin müqavilə əsasında qeyd edilən mənzil üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Lakin bir neçə ay ödəniş etdikdən sonra ona məlumat gəlmişdir ki, başqa bir şəxs gələrək həmin mənzilin ona məxsus olduğunu bildirmiş, iddiaçıya göstərilən və faktiki təhvil verilmiş mənzilin 38 deyil deyil 37 nömrəli olduğunu bildirmişdir. Apardığı araşdırmalar nəticəsində məlum oldu ki, həqiqətən də hazırda iddiaçının sahiblik və istifadəsində olan mənzil 38 deyil 37 nömrəli mənzildir. 38 nömrəli mənzil isə hazırda onun sahiblik və istifadəsində olan mənzilin yanında olan mənzildir. Həmin mənzil tamamilə başqa bir şəxsə məxsusdur və uzun illərdir ki, həmin mənzildə yaşayır. Bundan sonra iddiaçı dəfələrlə cavabdehə müraciət edərək etibarsız əqd nəticəsində əldə etdiyi 170.000 manat məbləğində pulu geri ödəməsini tələb etsə də cavabdeh hər dəfə bundan imtina etmişdir. Nəticədə isə həm mənzildən məhrum həm də 170.000 manat məbləğində puldan məhrum olmuşdur. Bununla da hüquqları kobud şəkildə pozulmuşdur.

19. Üçüncü tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Bank ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən illik 8% dərəcəsi ilə 299,5 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh3 xx.xx.2023-cü il tarixə əsas borcu 99.682,44 manat, faiz borcu 8.886,9 manat olmaqla, cəmi brocu 108.569,34 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə, bank tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh3 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya məktubları cavabsız qalmışdır.

20. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(004)- 2109/2022 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

21. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2619 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalan”-na əsasən, ekspertizaya 38 saylı mənzil kimi təqdim edilmiş və eyni zamanda İddiaçı yaşadığı mənzilin ümumi sahəsinin 92,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunur ki, ekspertizaya 37 saylı mənzil kimi təqdim edilən mənzilin qapısı bağlı olduğundan həmin mənzildə ölçü işləri aparılmamışdır. Bu səbəbdən də, sözügedən mənzilin ümumi sahəsinin neçə kv.m olduğunu müəyyən etmək mümkün olmamışdır.

22. 01.08.2022-ci il tarixdə iş üzrə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən 37 və 38 saylı mənzillər binanın birinci blokunda, 10-cu mərtəbədə yerləşirlər. Liftdən çıxıb sağa döndükdə sözügedən mənzillər müşahidə olunur. 37 saylı mənzilin qapısı bağlıdır və mənzilə daxil olmaq olmur. Həmçinin müəyyən edildi ki, mənzillər sağdan sola doğru sıralanmışdır. 38 saylı mənzilə daxil olduqda məlum olmuşdur ki, mənzildə yaşayış var və iddiaçı (İddiaçı) hal-hazırda həmin mənzildə yaşayır. Mənzilin sahəsi 100 kv.metrdir və 2 otaqdan ibarətdir. Mənzilin eyvanına daxil olmaq mümkün olmamışdır. Eyvanda iddiaçının əşyaları yerləşdirilmişdir və görünür ki, əşyalar xeyli zamandır orada qalmışdır.

23. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 53/2023 nömrəli qətnaməsi ilə (hakim G.B.Əkbərli) birinci tələb üzrə iddia qismən, ikinci və üçüncü tələb üzrə iddia tam təmin edilmiş, birinci tələb üzrə "xxxx" MMC (MTK) üzvlərinin ümumi iclasının 195 nömrəli, xx.xx.2021-ci il tarixli protokolundan çıxarışı, 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışı, 01-F nömrəli, xx.xx.2021-ci il tarixli forma 2 arayışının etibarsız hesab edilməsi və həmin sənədlər əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh4 adına xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, birinci və ikinci tələb üzrə Cavabdeh4 ilə Cavabdeh3 arasında 12 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-3274 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, birinci tələb üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 38 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 13, M9, m3) mənzilə İddiaçı sahiblik və istifadə hüququnun müəyyən edilməsi, birinci tələb üzrə iddianın qalan hissədə rədd edilməsi, ikinci tələb üzrə 170.000 manat məbləğində pul vəsaitinin Cavabdeh4 Cavabdeh3 xeyrinə tutulması, üçüncü tələb üzrə Cavabdeh6 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh3 99.682,44 manat əsas borc, 9.712,41 manat faiz borcu olmaqla, cəmi 109.394,85 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 398,97 manat məbləğində pulun Cavabdeh6 ASC-nin xeyrinə tutulması, birinci tələb üzrə keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 manatın Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

24. Məhkəmə tələblərlə bağlı ilkin olaraq birinci tələbi araşdıraraq qeyd etmişdir ki, işin mahiyyətinin araşdırılması zamanı ilk növbədə İddiaçı xx.xx.2012-ci il tarixdə müqavilə əsasında satılmış mənzilin, sonradan xx.xx.2021-ci il tarixdə Cavabdeh4 adına hansı əsasla qeydiyyata alınması məsələsi aydınlaşdırılmalıdır.

25. İş üzrə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan 38 saylı mənzilin Cavabdeh4 adına qeydiyyata alınmasının əsası "xxxx" MMC-nin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 125 nömrəli protokoldan çıxarışı, "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-M nömrəli maliyyə arayışı, "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-F nömrəli Forma 2 arayışından ibarət olmuşdur. Hansı ki, qeyd olunan sənədlər MMC-nin sədri kimi X4 tərəfindən imzalanmışdır və hazırda onun barəsində hazırkı mənzil mübahisəsi ilə bağlı Ağır Cinayətlər Məhkəməsində cinayət işi aparılır.

26. Məhkəmə "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-M nömrəli maliyyə arayışına nəzər salaraq qeyd edir ki, arayışın məzmununda ünvan 5 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur və bu binanın giriş 1, mərtəbə 9, ümumi sahəsi 96 m2 , yaşayış sahəsi 82 m2 olan iki otaqlı 38 nömrəli mənzilin pay dəyərinin Cavabdeh4 tərəfindən tam ödənildiyi qeyd olunsa da, mənzilin hansı müqaviləyə əsasən Cavabdeh4 satıldığı, mənzilin dəyərinin nə qədər təşkil etdiyi, dəyərinin nəyə əsasən müəyyən edildiyi və hansı qaydada ödənildiyi öz əksini tapmamışdır. Hansı ki, həmin məlumatlar MMC tərəfindən İddiaçı adına verilmiş maliyyə arayışında qeyd edilmişdir. Bundan başqa, "xxxx" MMC-nin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 125 nömrəli protokoldan çıxarışda iclasda 210 nəfərin iştirak etdiyi qeyd olunsa da, iştirakçılar barədə məlumat olmadığından onların şəxsiyyətini müəyyən etmək mümkün deyildir.

27. Məhkəmə həmçinin qeyd etmişdir ki, ikinci tələb üzrə Cavabdeh4 məhkəmə iclasında izahatında - Qəniyev Rafətin ona faktiki olaraq həmin ünvanda, həmin mərtəbədə yerləşən 37 saylı mənzili göstərmiş və təqdim etmiş, lakin 38 saylı mənzilə dair maliyyə arayışı və digər sənədlər vermiş, dolayısı ilə 38 saylı mənzili ona satmış və həmin mənzilə dair çıxarış almasına, bununla da onu aldatmağa nail olduğunu bildirmişdir.

28. Məhkəmə sənədlərlə bağlı qeyd olunanlarla yanaşı ikinci tələb üzrə Cavabdeh4 iddianı qismən etiraf etməsini də alaraq hesab etmişdir ki, "xxxx" MMC-nin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 125 nömrəli protokoldan çıxarış, "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-M nömrəli maliyyə arayışı, "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-F nömrəli Forma 2 arayışı formal olaraq tərtib edilmişdir və həmin sənədlərin heç bir hüquqi əsası yoxdur.

29. Məhkəmə həmçinin qeyd etmişdir ki, göründüyü kimi Mülki Məcəllənin 139- 1.1.6-cı maddəsi rəhbər tutulmaqla mübahisə predmeti olan 38 saylı mənzil Cavabdeh4 adına hazırda mübahisələndirilən həmin sənədlər əsasında rəsmiləşdirilmişdir. Lakin həmin sənədlər yarandığı andan etibarsız sənədlər olduğundan və hüquqi nəticələr yaratmadığından bunun əsasında daşınmaz əmlakın dövlət reyestrində mənzilin Cavabdeh4 adına qeydiyyata alınması ilə bağlı verilmiş xx.xx.2021-ci il tarixi çıxarış ləğv edilməlidir.

30. Məhkəmə birinci və ikinci tələb üzrə eyni predmeti təşkil edən xx.xx.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, göründüyü kimi xx.xx.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin əsasını Cavabdeh4 adına verilmiş xx.xx.2021-ci il tarixli çıxarış təşkil edir. Hazırkı halda həmin çıxarış etbarsız hesab edildiyindən həmin çıxarışın doğurduğu nəticələr, dolayısı ilə çıxarışla Cavabdeh4 müəyyən edilən mülkiyyət hüquqları əsasında bağlanmış müqavilə də etibarsızdır.

31. Qüvvədə olan qanunvericilik (MM-in 139-1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddələri) üçün xarakterik olan əsasa bağlılıq prinsipi tələb edir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış istənilən qeydin etibarlı hüquqi əsası (müqavilə, məhkəmə qətnaməsi, vəsiyyətnamə və s.) olsun. Lakin Cavabdeh4, dolayısı ilə də, Cavabdeh3 mübahisəli mənzilə münasibətdə mülkiyyət hüquqları etibarsız əqdlər əsasında qeydə alınmışdır. Bu baxımdan, onların həmin daşınmaz əmlaka dair hər hansı hərəkət etmək, o cümlədən özgəninkiləşdirmək hüququ olmamışdır.

32. Məhkəmə qeyd etmişdir ki, birinci tələb xx.xx.2021-ci il tarixdə mübahisə predmeti olan 38 saylı mənzilin Cavabdeh3 adına qeydiyyata alınması ilə bağlı verilmiş çıxarışın ləğv edilməsi hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, həmin çıxarış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən verilmiş, hazırda isə qeyd xx.xx.2021-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Bu halda etibarsız müqavilənin doğurduğu nəticələr, dolayısı ilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarış hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz.

33. Məhkəmə birinci tələb üzrə İddiaçı mübahisə predmeti olan 38 saylı mənzilə mülkiyyət hüququnun tanınması və mülkiyyət hüqunun dövlət reyestrində qeydə alınmasına dair çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 üzərinə qoyulması tələbi ilə bağlı qeyd etmişdir ki, hazırkı halda mənzilə dair Cavabdeh4 adına olan sənədlərin – arayışlar, çıxarış və dövlət reyestrindən çıxarışın etibarsız və ləğv edilməsinin ən böyük əsası məhz iddiaçının həmin mənzilə olan mülkiyyət hüquqlarına söykənir. Bu halda iddiaçının həmin mənzilə mülkiyyət hüquqlarının olmasının yeni müəyyən edilmiş və ya mübahisəli fakt kimi məhkəmə qətnaməsi ilə yenidən müəyyən edilməsi hazırkı qətnamənin öz-özlüyündə mübahisəli faktlara əsaslanması ilə nəticələnə bilər. Bundan başqa hazırkı halda qətnamə ilə müəyyən edilmiş faktlar və qəbul edilmiş qərar əsasında iddiaçının adına mənzilə dair müvafiq qeydlərin aparılmasında hər hansı maneə və ya cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 hər hansı imtina ilə bağlı qanunsuz hərəkəti müəyyən edilmədiyindən cavabdeh orqanın üzərinə belə bir öhdəliyin qoyulmasına zərurət yoxdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz.

34. Məhkəmə ikinci tələb üzrə iddiaçının cavabdehdən 170.000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması ilə bağlı qeyd etmişdir ki, hazırkı halda mübahisə predmeti olan 38 saylı mənzilin Cavabdeh3 satılmasına dair alğı-satqı müqaviləsi etibarsız hesab edilərək bu müqavilədən irəli gələn çıxarış ləğv edildiyindən iddiaçı avtomatik olaraq hazırda adına qeydiyyatda olan mənzildən məhrum edilmiş olacaqdır. Bu halda iddiaçının cavabdehə - Cavabdeh4 mənzilin dəyəri olaraq ödədiyi 170.000 manat məbləğində pul onun əsassız varlanmasına və iddiaçıya həmin məbləğdə maddi ziyan dəyməsinə səbəb olur. Məhkəmə bu halı, həmçinin tərəflərin hüquq və mənafelərini nəzərə alaraq qeyd etmişdir ki, iddia tələbi 170.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır.

35. Məhkəmə üçüncü tələblə bağlı qeyd etmişdir ki, iş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Hazırda kredit müqaviləsi üzrə borclu kredit müqaviləsinin mənzilin dəyərinin ödənilməsi məqsədilə bağlandığından mənzilin alğı-satqısına dair müqavilə etibarsız hesab edildiyi halda tərəflərin əvvəlki vəziyyətinə qayıtmalı və buna görə də kredit müqaviləsi üzrə borclunun öhdəliklərinə xitam verilməli olduğunu bildirmişdir.

36. Məhkəmə qeyd etmişdir ki, işin hallarından da göründüyü kimi bankla Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixdə ayrı-ayrılıqda iki müqavilə 1-kredit müqaviləsi və 2- alğı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə bir-birinə bağlı olsa, müqavilələrin icrası bir-birini şərtləndirsə də hər iki müqavilə müstəqil olmaqla yaratdığı öhdəliklər də müxtəlifdir. Hər nə qədər kredit müqaviləsində borcalana kredit verilməsinin məqsədi kimi mübahisə predmeti olan 38 saylı mənzilin dəyərinin ödənilməsi qeyd edilməsinə baxmayaraq verilmiş kreditin məqsədli təyinatına uyğun istifadə etmək borcalanın vəzifəsidir. Hazırkı halda borcalanın götürdüyü krediti təyinatına uyğun istifadə etməməsi və ya edə bilməməsi onun kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinə xitam verilməsinə əsas ola bilməz. Həmin kredit müqaviləsinin etibarlılığı isə digər əsaslarla mübahisələndirilməmiş, həmçinin məhkəmə iclasında izahat verən tərəflər də bununla bağlı fikir irəli sürməmişlər. Buna görə də, iddia tələbi kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və Cavabdeh3 99.682,44 manat əsas borc, 9712,41 manat faiz borcu olmaqla, cəmi 109.394,85 manat məbləğində borcun tutulması hissəsində əsaslıdır.

37. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması hissəsində təmin edildiyindən, iddia ödənilmiş 398,97 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də əsaslıdır və təmin edilməlidir.

38. Məhkəmə həmçinin hesab etmişdir ki, birinci və ikinci tələb üzləri ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Birinci tələb üzrə iddia qismən təmin edildiyindən keçirilmiş məhkəmə ekspertizasının xərci cavabdehdən tutulmalıdır.

39. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.3, 139-1.1.4, 139-1.1.6, 149.2, 324.1, 324.2, 324.5, 337.1, 337.2, 339.1, 421.2, 422.1, 739.1, 739.2, 741-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

40. Cavabdeh4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunaraq birinci və ikinci iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əvvəlcə onun iddia tələbini ayrıca icraata ayırmış, daha sonra isə həmin icraatı dayandırmışdır. Məhkəmənin ona qarşı olan qərəzi buradan görünür. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin icraatında hazırkı mülki iş ilə birbaşa əlaqəli olan və təqsirləndirilən şəxs Rafət Qəniyevin barəsində 1(101)-530/2023 saylı cinayət işinin araşdırması aparılır. Hesab edir ki, həmin cinayət işinin araşdırması yekun məhkəmə qərarı çıxaraq bitdiyi zamana kimi icraatınızda olan mülki işin icraatı dayandırılmalı idi. Hesab edir ki, məhkəmə işə hərtərəfli, obyektiv, tərəflərin iştirakının təmini şəraitində baxmalı olduğu halda prosessual hüquq normalarının tələblərini pozaraq baxmış və sonda qərəzli qətnamə qəbul etmişdir. Çünki təqsirləndirilən şəxs Rafət Qəniyevin barəsindəki 1(101)-530/2023 saylı cinayət işi məhkəmənin icraatında olan hər bir mülki iş ilə sıx bağlıdır. Əgər gələcəkdə cinayət işi üzrə Rafət Qəniyev təqsirsiz bilinərsə, hazırkı mülki işlərin heç biri təmin olunmaya bilər. Belə olduğu halda, həmin mülki işlər üzrə qəbul olunmuş qərarlar da öz əhəmiyyətini itirə bilər. Bu azmış kimi, onun iddia tələbi də həmin üç mülki işlə bağlıdır. Məhkəmə onun da icraatını ayırmaqda qeyd olunan prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə olduğu təqdirdə birinci və ikinci iddia tələblərinin sübut olunmaması müəyyən olunur. Həmin iddia tələblərinin sübut olunmaması da iddianın təmin olunmasını istisna edir.

42. Qətnamədən həmçinin Cavabdeh3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni 9.712,41 manat məbləğində faiz borcunun ondan tutularaq "xxxx" Bank ASC-yə verilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.

43. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin Cavabdeh6 ASC-nin iddiasını 9.712,41 manat məbləğində faiz borcunun məndən alınması hissəsində təmin etməsi tamamilə əsassız və qeyri-qanunidir. Belə ki, qanunvericliyin tələblərinə əsasən əqd etibarsız hesab edildikdə tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. Hazırkı halda tərəflərin əvvəlki vəziyyətə gətirilməsi 100.000 manat məbləğində pulun Cavabdeh6 ASC-yə qaytarılması olduğu halda məhkəmə əsassız olaraq 9.712,41 manat məbləğində faiz borcunun da ondan alınması barədə nəticəyə gəlməklə səhvə yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

44. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

45. Məhkəmə iclasında iştirak edən birinci tələb üzrə İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

46. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci tələb üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili apellyasiya şikayətlərini qəbul etmədiyini bildirdi. Həmçinin əlavə etdi ki, Rafət Qəniyev eyni qaydada, eyni əməllə həmin binada bir mənzili səkkiz-doqquz şəxsə satıb. Lakin məhkəmələrdə müxtəlif formada yanaşmalar oldu. Maraqlarına toxunmadığı üçün qətnamədən apellyasiya şikayəti verməmişlər.

47. Məhkəmə iclasında iştirak edən ikinci tələb üzrə Cavabdeh4 və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İkinci tələb üzrə Cavabdeh4 nümayəndəsi və vəkili həmçinin bildirdi ki, hökmə əsasən zərərçəkən şəxslərə qarşı törədilmiş dələduzluq faktı tam sübut olunur. Həmin iş üzrə Cavabdeh3 da zərərçəkmiş şəxsdir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, cinayət işi davam etdiyindən həmin şəxsin bu əməlin törədilməsində təqsirli olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə icraat dayandırılsın. Teymur X7rşı iddia tələbi təmin olunmuşdur. Bütün işlər bir-biri ilə sıx bağlı olmasına baxmayaraq, Rafət Qəniyevə qarşı iddia ilə bağlı hansı əsasla işin ayrıca icraatda baxılmasına dair qərar qəbul etdiyini əsaslandırmamışdır.

48. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü tələb üzrə iddiaçı Cavabdeh6 ASC-nin nümayəndəsi apellyasiya şikayətlərini qəbul etmədiyini bildirdi. əlavə olaraq bildirdi ki, pretenziyada müqaviləni ləğv etdiklərini qeyd etməmişlər. Gecikdirilmiş borcun ödənilməsini, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişlər. Pulu tam tələb etməmişlər. Ekspert tərəfindən xx.xx.2023-cü il tarixə faiz borcu müəyyən edilmişdir.

49. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Cavabdeh3 nümayəndəsi və vəkili elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək, başqa məhkəmə iclasında iştirakı ilə əlaqədar olaraq hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

50. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

51. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir... Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal).... Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir... Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir... Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər... Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir... Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər... Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır...

52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 169.1. Hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

54. Hazırkı işdə birinci tələb üzrə iddia qismən, ikinci və üçüncü tələblər üzrə iddialar isə tam təmin edildiyindən və apellyasiya şikayətlərində Cavabdeh4 qətnaməni birinci və ikinci iddia tələblərinin təmin edilən hissələrində, Cavabdeh3 isə ondan tutulmalı olan faiz borcunun məbləği hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu məbləği hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

56. İlkin olaraq məhkəmə kollegiyası Cavabdeh4 apellyasiya şikayətinin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir.

57. Belə ki, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan 38 saylı mənzilin Cavabdeh4 adına qeydiyyata alınmasının əsası "xxxx" MMC-nin üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 125 nömrəli protokoldan çıxarışı, "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-M nömrəli maliyyə arayışı, "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 01-F nömrəli Forma 2 arayışından ibarət olmuşdur. Qeyd olunan sənədlər X16 tərəfindən imzalanmışdır.

58. X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-124/2024 nömrəli hökmü ilə müəyyən olunur ki, X3 rayonu, Ə.Salamzadə küçəsi 1055-ci məhəllə, ev 3 ünvanında yerləşən və xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında X5 mülkiyyətində olmaqla yaşayış olmayan 37 nömrəli mənzili həmin binanın xx.xx.2012-ci il tarixli müqavilə əsasında 80.000 ABŞ dollarına alınmış İddiaçı məxsus olan 38 nömrəli mənzili kimi təqdim edərək Cavabdeh4 aldatmaqla xx.xx.2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə arayışı” və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə bilə-bilə təhrif olunmuş və yalan məlumatlar daxil edib saxta müqavilə və maliyyə arayışı tərtib edib imzası və MTKnın möhürü ilə təsdiq edərək, xx.xx.2021-ci il tarixdə Cavabdeh4 həmin mənzili ona guya 101.000 manata satmaq adı ilə aldadaraq ünvan 2 ünvanında həmin məbləği ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Cavabdeh4 18 noyabr 2021-ci il tarixdə alqısatqı müqaviləsi əsasında qeyd edilən mənzili 170000 manata X2, bununla da qeyd olunan hərəkətləri ilə Cavabdeh4 faktiki olaraq mənzilindən məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə vəzifə saxtakarlığı törətmişdir. Həmin hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməmişdir.

59. Həmçinin, Cavabdeh4 da birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında Qəniyev Rafətin ona faktiki olaraq həmin ünvanda, həmin mərtəbədə yerləşən 37 saylı mənzili göstərdiyini və təqdim etdiyini, lakin 38 saylı mənzilə dair maliyyə arayışı və digər sənədlər verərək dolayısı ilə 38 saylı mənzili ona satdığını, bununla da onu aldatdığını təsdiq etmişdir.

60. Göründüyü kimi, sözügedən 38 saylı mənzilin dövlət reyestrində Cavabdeh4 adına qeydiyyata alınmasına əsas olmuş sənədlərin hər hansı hüquqi qüvvəsi olmamışdır. Belə olan halda həmin sənədlər əsasında mənzilin Cavabdeh4 adına dövlət reyestrində qeydə alınması, onun tərəfinən özünə məxsus olmayan mənzilin özgəninkiləşdirilməsinə dair xx.xx.2021-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsi, həmin müqavilə əsasında Cavabdeh3 adına dövlət reyestrində aparılmış qeyd etibarlı hesab edilə bilməz.

61. O da qeyd edilməlidir ki, hazırki iş üzrə mənzili əldə edən Cavabdeh3 və xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh6 ASC dövlət reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsaslanaraq vicdanlı əldə edən kimi hüquqlarının müdafiəsini tələb etmirlər.

62. Mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Belə olan halda birinci instansiya məhkəməsi mənzilə görə ödənilmiş 170.000 manat məbləğin Cavabdeh4 tutularaq Cavabdeh3 ödənilməsi barədə gəldiyi nəticə qanunamüvafiq olmuşdur.

63. O da nəzərə alınmalıdır ki, Cavabdeh4 X8 vurulmuş zərərin tələb edilməsi ilə bağlı iddia qaldırmış və məhkəmə iclasında bildirdiyinə görə iddiası təmin edilmişdir.

64. Məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Cavabdeh3 ilə Cavabdeh6 ASC arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, kredit götürən cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımi qaydada tam yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır.

65. Kolegiya qeyd edir ki, kredit müqaviləsi üzrə borcalanın götürdüyü krediti təyinatına uyğun istifadə edə bilməməsi onun kredit müqaviləsi üzrə yaranmış faiz borcundan azad edilməsinə əsas ola bilməz. Belə ki, bankın əsas fəaliyyət istiqamətlərinə fiziki və hüquqi şəxslərdən depozitlərin cəlb edilməsi, həmin depozitlər və ya öz hesabına faizlə kreditlərin verilməsi, əldə edilmiş gəlir hesabına depozitlərin qaytarılması və s. aiddir.

66. Bundan başqa, tərəflər arasında bağlanmış kredit müqaviləsi Cavabdeh3 apellyasiya şikayətində qeyd edilməsinə baxmayaraq hazırki iş üzrə etibarsız hesab edilməmişdir.

67. Kollegiya Cavabdeh3 tutulmalı olan faiz borcuna münasibətdə qeyd edir ki, Cavabdeh6 ASC tərəfindən borcluya göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişə əsasən 5 iş günü ərzində gecikdirilmiş borcunu ödəməyəcəyi təqdirdə kredit müqaviləsinə xitam verilməklə, əsas və faiz borcunun tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir.

68. Kollegiya hesab edir ki, iddiaçı Cavabdeh6 ASC Cavabdeh3 öz öhdəliyini əhəmiyyətli dərəcədə pozması səbəbindən müqavilə üzrə yaranmış borcu qeyd olunan bildirişlə tələb etməklə müqaviləyə xitam vermə niyyətini ifadə edərək, qanunvericiliklə ona verilən hüququndan istifadə etmişdir.

69. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş faiz borcunun iddiaçının iradəsinə əsasən müqaviləyə xitam verilən xx.xx.2023-ci il tarixinədək cavabdehdən tutulması hissəsində tələb əsaslıdır.

70. Apellyasiya araşdırması zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4459 nömrəli ekspert rəyinə əsasən Cavabdeh6 ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 xx.xx.2023-cü il tarixə faiz borcunun 7.843,31 manat təşkil etdiyi müəyyən edilmişdir.

71. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-53/2023 nömrəli qətnaməsi kredit müqaviləsi üzrə Cavabdeh3 iddiaçı Cavabdeh6 ASC-nin xeyrinə 9712,41 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməli, faiz borcunun məbləği 7.843,31 manat müəyyən edilməlidir.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-53/2023 nömrəli qətnaməsi faiz borcu məbləği hissəsində dəyişdirilsin, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh3 iddiaçı Cavabdeh6 ASC-nin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 7.843,31 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh4 və Cavabdeh3 özlərnə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsait Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Cavabdeh4 və Cavabdeh3 tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar