Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2380/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)-1674/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürmə əmlak və cehiz əşyası tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə uşaqları ilə birgə köçürülməsi, həmin mənzilə istifadə hüququnun tanınması, Cavabdeh1 ilə birgə nikah vaxtı əldə etdikləri avtomobilin dəyərindən payının müəyyən olunması və ona ödənilməsi, habelə cehiz əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)-1674/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, divan 1 ədəd, qorka 1 ədəd, yataq dəsti 1 ədəd, stol 1 ədəd + stul 6 ədəd, şifoner 1 ədəd, tumbuçka 2 ədəd, xalça 4 ədəd, mətbəx əşyaları, çay servisi, pərdə 2 ədəd, qazan dəsti Cavabdeh1 alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabedehlə rəsmi nikaha daxil olduqdan sonra öz cehiz əşyaları ilə birlikdə onun yaşadığı, digər Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən mənzilə xx.xx.2008-ci il tarixdə gəlin köçmüş və həmin ünvana xx xxxxxx 2009-cu il tarixdə daimi qeydiyyata düşmüşdür. Son vaxtlara kimi uşaqları ilə həmin evdə yaşamışdır. Cavabdeh1 ilə həmin evdə yaşadıqları vaxt birgə nikahdan xx xxxxxx 2009-cu il təvəllüdlü Cavabdeh2 Əli qızı və xx xxxxxx 2010-cu il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət münasibətləri normal olmuşdur. Sonradan münasibətləri pozulmuş, dünya görüşləri və xarakterlərinin fərqli olduğu məlum olmuşdur. Cavabdehlər tərəfindən gəlin köçdüyü evdən uşaqları ilə birlikdə qovulmuş, hazırda kirayədə yaşayır, heç bir digər yaşayış yeri yoxdur. Bu səbəbdən də Cavabdeh1 ilə aralarında bağlanmış nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli, 2(005)-300/2020 nömrəli qətnaməsi ilə ləğv olunmuş, uşaqların onun himayəsində saxlanılması, cavabdehdən hər ay hər uşaq üşün 160 manat olmaqla, ümumilikdə 320 manat alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Cavabdehlərin də qeydiyyatda olub yaşadıqları evdən qovulduğundan ona məxsus aşağıda qeyd edəcəyi cehiz əşyaları Cavabdeh1 yaşadığı, gəlin köçdüyü digər cavabdehə məxsus evdə qalmışdır. Cavabdeh1 ilə birgə nikah dövründə “KİA RİO” markalı (ağ rəngli), 90MP845 dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Ailənin istifadəsində 90BS091 dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobil 4800 manata satılmışdır. Sonra “KİA RİO” markalı 90MP845 dövlət qeydiyyat nişanlı avtomobil almaq istəmişlər. Həmin avtomobil ilkin sahibinin kredit borcu səbəbiylə “xxxx” ASC-də girovda olmuşdur. Onlar ilkin sahibin banka olan borcundan 4500 ABŞ dollar ödəniş etməyi qərarlaşdırmışlar. Maşının sahibi ilə razılaşmışlar ki, ilkin olaraq onun adından ödəniş etdikdən sonra qalan borcu hissə-hissə ödəyəcəklər. Borc tam ödənildikdən sonra maşın Cavabdeh1 adına keçiriləcəkdir. Ödəniş tam ödənildikdən sonra ona bildirilmişdir ki, maşını alıblar. Lakin nikahları ləğv olunan vaxt ona məlum olmuşdur ki, Cavabdeh1 onu aldatmış birgə nikah vaxtı əldə etdikləri pulla maşının ödənişlərini tam ödədikdən sonra avtomobili anası digər Cavabdeh2 adına rəsmiləşdirmiş və sonra anasından özünə sürmək üçün etibarnamə almışdır. Hesab edir ki, həmin avtomobili də birgə nikah vaxtı əldə etmişlər. Maşın birgə nikah vaxtı əldə olunmuş əmlak olduğundan həmin avtomobilin dəyərinin yarısı onun payına düşür. Digər tərəfdən cavabdehlərdə ona məxsus aşağıda qeyd etdiyi əmlakları qalmışdır: divan (künc) – 1 ədəd (600 manat), uşaqların yataq mebeli – 1 dəst (320 manat), qorka – 1 ədəd (350 manat), yataq dəsti – 1 dəst (1600 manat), stol- 1 ədəd, stul – 6 ədəd (dəst 1200 manat), televizor 82 ekran, altlığı ilə birgə - 450 manat, şifoner – 400 manat, tumbuçka – 2 ədəd (280 manat), xalça – 4 ədəd (1400 manat), mətbəx əşyaları – 400 manat, yemək servisi – 1 dəst (450 manat), çay servisi – 1 dəst (300 manat), pərdə - 4 dəst (1000 manat), qazan dəsti – 1 dəst (550 manat), gündəlik əşyalar – 1000 manat. Məhkəmə bu faktlra düzgün hüququ qiymət verməmiş, onun rəsmi nikahı xx xxxxxxx 2009-cu ildən öncə, 2008-ci ildə olmasına , həmin evə xx xxxxxx 2009-cu ildən rəsmi qeydiyyata düşməyinə baxmayaraq onunla cavabdehlər arasında yaranmış hüquqi münasibətlərə qərəzli olaraq xx.xx.2009-cu ildə sonraki Mənzil Məcələsinə və MM-nin 228-ci madəsinin tələblərinə əsasən hüquqi qiymət vermişdir. Halbuki, onunla cavabdehlər arasında hüquqi münasibətlər 2008-ci ildə yaranmışdır. Avtomobilə aid hissəsədədə məhkəmə səhv nəticəyə gəlmişdir. Baxmayaraq ki, cavabdehiər həmin hissəyə dair onun iddia tələbini məhkəmə baxışında qəbul etmişlər. Məhkəmə iclasında İddiaçı bildirdi ki, qətnamədə əşyaları təmin olunub, amma o, əşyaları götürüb hara qoyacaq? Əşyaların qiymətləndiriməsini də istəmir. Cavabdehdən heç nə istəmir. Sadəcə ona kompensasiya versin, bir ev olsun ki, gedib uşaqları ilə yaşasın. Cehiz əşyalarına aid hissədə də qətnamə ilə razıdır, mübahisələndirmir. Cehizləri, sonradan aldığı əşyaların hamısı cavabdehlərin evindədir, uşaq dəsti də oradadır, onu da götürməyəcək, atasında qalsın. Avtomobil üçün ümumilikdə 15.000 manat ödəniş edilib. Avtomobilin də bölünməsi və dəyərinin ona ödənilməsini istəmir. Uşaqlarının atası olduğu üçün cavabdehin istifadəsində qalmasına etiraz etmir. İddiasının yalnız uşaqları ilə birgə mənzilə köçürülmə və istifadə hüququnun tanınması hissəsini müdafiə edir. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, iddiaçı əşyalarını gəlsin nə vaxt istəyirsə, götürsün. Heç bir problem yoxdur. Başqa evi yoxdur. Evi olmadığına görə iddiaçını evlə təmin edə bilmir. Divanı 150 manata qonşudan almış, işlənmiş divandır. Əsgərlikdən gələndə anası ona “07” markalı maşın almışdı. Ancaq sürə bilirdi. Həmin maşını 3-4 min manata satdı, “KİA” markalı maşını aldı. Onun da hissə-hissə ödənişini anası, bacısı ödəyirdi. Maşın işlənmiş maşın idi, təxminən 10-11 min manat dəyəri olardı. O puldan 1000 manatını özü ödəmiş, qalan ödənişləri isə anası pulunu verirdi, o, aparıb bankda ödəyirdi. Amma pul anasının idi. Avtomobil hazırda onun istifadəsindədir. Təxminən dəyəri 7000 manat olar. Avtomobilə görə banka nə qədər pul ödənildiyi yadında deyil, “Unibank”a ödəyirdi. İşə baxılması vaxtı və yeri haqqında Cavabdeh2 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətə gələrkən müəyyən etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 105B, 10 nömrəli mənzil cavabdeh X2 mülkiyyətində olmasına dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı cavabdeh X1 gəlini, digər Cavabdeh1 arvadıdır. İddiaçı xx xxxxxx 2008-ci il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmuşdur. İddiaçı xx.xx.2009-cu ildə həmin mənzilə qeydiyyata düşmüşdür. xx.xx.2020-ci il tarixdə nikahları məhkəmə qətnaməsilə pozulmuşdur. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 105B, 10 nömrəli mənzilə qeydiyyata düşsə də heç vaxt həmin mənzildə yaşamamışdır. İddiaçı hazırki vaxtadək cavabdehə məxsus mənzildən qeydiyyatdan çıxmamışdır. İddiaçının birgə nikah dövründə əldə edildiyini göstərmiş olduğu “KİA RİO” markalı 90MP845 dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh X2 adına qeydiyyatdadır. İddiaçının tələb etdiyi əşyaların bir hissəsi Künc divanı 1 ədəd, qorka 1 ədəd, yataq dəsti 1 ədəd, stol 1 ədəd + stul 6 ədəd, şifoner 1 ədəd, tumbuçka 2 ədəd, xalça 4 ədəd, mətbəx əşyaları, çay servisi, pərdə 2 ədəd, qazan dəsti Cavabdeh2 məxsus Bakı şəhəri, Məhəmmədi qəsəbəsi, Məhəmmədi kəndində olan mənzildədir. Həmin mənzildə əşyaların olmasını cavabdeh məhkəmə iclasında da təsdiqləmişdir və tərəflər arasında mübahisələndirilməmişdir. Uşaqların yataq mebeli, 82 ekran televizor, 4 ədəd pərdədən 2 ədədi birgə nikah dövründə alınmış əşya olsa da cehiz əşyalar deyildir. Cavabdehin məhkəmə iclasında iddiaya həmin hissədə etirazına görə bu əşyalar birgə nikah dövründə kreditlə alınmışdır. İddiaçı tərəf bu halı mübahisələndirməmiş və onun cehiz əşya olmasına dair məhkəmə iclasında sübut təqdim etməmişdir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə qeydiyyata düşməsi həmin mənzildən istifadə hüququnun yaranması kimi hüquqi qiymətləndirilməsi məqbul hesab edilə bilməz.İddiaçının mübahisəli mənzilə qeydiyyatı olsa da həmin mənzilin mülkiyyətçisi ilə notarial qaydada təsdiqlənmiş razılığı olmamışdır. Məhkəmə nəqliyyat vasitəsinə münasibətdə qeyd edir ki, “KiA RİO” minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə çıxarışdan göründüyü kimi avtomobil X2 adına xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınmışdır. Cavabdeh1 isə etibarnamə ilə verilmişdir. “KiA RİO” minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə çıxarışdan da görünür ki, Cavabdeh1 birgə nikah dövründə də “KiA RİO” minik markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olmamışdır. İddiaçının tələb etdiyi cehiz əşyalara münasibətdə isə həmin əşyaların bir hissəsi Künc divanı 1 ədəd, qorka 1 ədəd, yataq dəsti 1 ədəd, stol 1 ədəd + stul 6 ədəd, şifoner 1 ədəd, tumbuçka 2 ədəd, xalça 4 ədəd, mətbəx əşyaları, çay servisi, pərdə 2 ədəd, qazan dəsti Cavabdeh2 məxsus Bakı şəhəri, Məhəmmədi qəsəbəsi, Məhəmmədi kəndində olan mənzildədir. Həmin mənzildə əşyaların olmasını cavabdeh məhkəmə iclasında da təsdiqləmişdir və tərəflər arasında mübahisələndirilməmişdir. Uşaqların yataq mebeli, 82 ekran televizor, 4 ədəd pərdədən 2 ədədi birgə nikah dövründə alınmış əşya olsa da cehiz əşyalar deyildir. Cavabdehin məhkəmə iclasında iddiaya həmin hissədə etirazına görə bu əşyalar birgə nikah dövründə kreditlə alınmışdır. İddiaçı tərəf bu halı mübahisələndirməmiş və onun cehiz əşya olmasına dair məhkəmə iclasında sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı 1000 manatlıq cehiz olan digər əşyaların nədən ibarət olması və cehiz əşya kimi cavabdehlərə məxsus evə gətirilməsinə dair sübut təqdim etməmişdir. Qeyd edilən cehiz əşyaların birgə nikah dövründə əldə edildiyi, Cavabdeh1 olması iş üzrə öz təsdiqini tapdığından iddianın cehiz əşya ilə bağlı hissəsi həmin cavabdehə münasibətdə əsaslı hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına görə xx xxxxxxxx 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçı apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etsə də, şikayətin məzmunundan və iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatından məlum oldu ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilməyən bir hissəsi, yəni Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 105 B nömrəli evin 10 nömrəli mənzilinə uşaqları ilə birgə köçürülməsi, həmin mənzilə istifadə hüququnun tanınması hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə aid hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, mübahisələndirilən hissədə iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla ona görə ki, tərəflər arasında mübahisəli mənzillə bağlı mübahisəli hüquq münasibətləri xx xxxxxxx 2009-cu ilədək yarandığından, hazırki mübahisəyə Mülki Məcəllənin 228ci maddəsi tətbiq edilməli və mübahisə də Mülki Məcəllənin tələblərinə uyğun həll edilməlidir. Belə ki, iddiaçının köçmək və istifadə hüququnun tanınmasını istədiyi mənzilə dair həmin mənzilin mülkiyyətçisi Cavabdeh2 ilə müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla ona məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə faktiki yaşamış yaxud qeydiyyatda olsa belə, bu hallar da iddiaçının mübahisəli mənzillə bağlı hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Çünki, iddiaçının mənzilin mülkiyyətçisi olan keçmiş qaynanası ilə istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydada təsdiqlənən yazılı razılaşması olmamış və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçının həmin mənzildə qeydiyyatda olması isə onun bu iddiasının təmin olunması üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, iddiaçının mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək hüququ keçmiş qayınanası Cavabdeh2 bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından bu hissədə məhkəmənin yekun qənaəti düzgün olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun hazırki iş üzrə apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə, mübahisələndirdiyi hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(005)-1674/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2380/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2380/2021
22.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Ailə münasibətləri üzrə mübahisələr - Mənzil mübahisələri - Ər-arvad arasında əmlak mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver