Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2382/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("vəsiyyətnamənin etibarsızlığı, vərəsəlik şəhadətnaməsinin ləğvi, miras əmlakda payların müəyyən edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlaka miras pay hüququnun tanınması”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 1 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “Vəsiyyətnamənin etibarsızlığı, vərəsəlik hüququ haqqında şəhdətnamənin ləğvi, miras əmlaklarda payların müəyyən olunması, birgə nikah dövründə əldə edilmiş əmlakda miras pay hüququnun tanınması və s.” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-283/2024 saylı işi üzrə xx.xx.2024 tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı 1.İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə (sonradan iddia tələbini artırmaqla) müraciət edərək, X1 tərəfindən Cavabdeh2 adına qoyulmuş 24 iyul 2014-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi; 2) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilə və ünvan 2 ünvanında yeriəşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsinin 5/16 hissəsinə payın tanınmasına dair Cavabdeh2 adına verilmiş 04 may 2023-ci i tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi; 3) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin 1/16 hissəsinə X5 payının tanınmasına dair 03 may 2023-ci il tarixli, 2V-328 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək 1/8 hissəsinə qanun üzrə vərəsə olaraq payının müəyən edilməsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsinin 1/16 hissəsinə X5 payının tanınmasına dair 03 may 2023-ci il tarixli, 2V-327reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şahadətnamənin ləğv edilərək 1/8 hissəsinə qanun üzrə vərəsə olaraq payının müəyən edilməsi; 4) Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, ev 29, M3, m 1 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin 1/16 hissəsinə İddiaçı2 qızının payının tanınmasına dair 03 may 2023-ci il tarixli, 2V-330 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək 1/8 hissəsinə qanun üzrə vərəsə olaraq payının müəyən edilməsi və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsinin 1/16 hissəsinə İddiaçı2 payının tanınmasına dair 03 may 2023-ci il tarixli, 2V-331 reyestr nömrəli məcburi paya vərəsəlik hüququ haqqında şahadətnamənin ləğv edilərək 1/8 hissəsinə qanun üzrə vərəsə olaraq payının müəyən edilməsi barədə; 5) X4 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri a)Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73 K nömrəli bağ evi, b) xx.xx.2021-ci il tarixli 4Ə-1256 reyestr nömrəli alqı satqı müqaviləsinə əsasən 0,052 ha torpaq sahəsi, c) xx.xx.2016-cı il tarixli, 4Ə-240 saylı alqı-satqı müqaviləsinə əsasən Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0,492 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, d) Salyan rayonu,Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsi, e) xx.xx.2016-cı il tarixli 4Ə-390 saylı alqısatqı müqaviləsinə və xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviəsinə əsasən Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha torpaq sahəsi, F) xx.xx.2017-ci il tarixli, 40- 852,853 reyestr nömrəli alqı satqı müqaviləsinə əsasən Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə X3 payının müəyyən edilərək, miras hüququnun tanınması və həmin miras əmlaklarda X5 1/8 hissədə payının müəyyən edilməsi, İddiaçı2 1/8 hissədə payının müəyyən edilməsi barədə; 6) X4 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri a)** NR *** dövlət qeydiyyat nişanlı Daewoo Damas markalı yük avtomobilinin, b) ** TO *** dövlət qeydiyyat nişaniı X10 minik avtomobilinin, c) ** TH *** dövlət qeydiyyat nişanlı Lexus GX460 markalı minik avtomobilinin 1/2 hissəsinə X3 payının müəyyən edilərək, miras hüququnun tanınması və həmin miras əmlaklarda X5 1/8 hissədə payının müəyyən edilməsi, İddiaçı2 1/8 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-283/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, aşağıda qeyd edilən miras əmlaklarda iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin 1/16 (on altıda bir) hissədə məcburi payının müəyyən edilməsi: 1) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsi, 2) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 3) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsi, 4) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 5) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 6) “Daewoo Damas” yük markalı, **-NR-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 7) “X10” minik markalı, **-TO-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 8) “Lexus GX460” minik markalı, **-TH-*** nömrə nişanlı nəqliyyat vasitəsi; iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2, 1151.1, 1152, 1156, 1159.1.1, 1162, 1166, 1168, 1179.1, 1179.2, 1180.1, 1188, 1193, 1194, 1196, 1225.1, 1225.3, 1243.1, 1255, 1257.1; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 59, 62, 66, 67, 68, 71; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36.3, 37.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin müəyyən edilmiş hallarını sadalanan normaların məzmunu baxımından qiymətləndirərək hesab olunur ki, X4 tərəfindən xx.xx.2014-cü ildə tərtib edilmiş vəsiyyətnamə etibarsız deyildir. Belə ki, iddiaçıların birinci dəlili vəsiyyətnamənin 2 şahidin iştirakı ilə tərtib edilməməsidir. Lakin qeyd edilməlidir ki, vəsiyyət edənin tərtib etdiyi və imzaladığı vəsiyyətnamənin notariat orqanında təsdiqlənməsi zamanı şahidin iştirakı tələb edilmir. Çünki bu cür tərtib edilən vəsiyyətnamə onun notarial forması hesab edilir. İddiaçıların bildirdiyi məsələ isə vəsiyyətnamənin notarius tərəfindən yazılması, vəsiyyətnamənin mətninin texniki vasitələrdən istifadə edilməklə tərtibi zamanı və digər hallara aiddir. Halbuki vəsiyyətnamədən görünür ki, vəsiyyətnamənin mətni vəsiyyət edən tərəfindən şəxsən yazılmış və imzalanmışdır. Üstəlik bu hal məhkəmə mübahisəsi dövründə mübahisə predmeti təşkil etməmişdir. Bundan əlavə vəsiyyətnamənin “bütün daşınaz və daşınmaz əmlakın harada olmasından asılı olmayaraq vəsiyyət edilməsi” barədə məzmunu da qanunvericiliyin yuxarıda sadalanan normalarının tələbinə uyğun olmuşdur. Belə ki, Mülki qanunvericilik miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarını daxil etdiyi kimi, gələcək əmlakın da vəsiyyət edilməsinin mümkünlüyünü təsbit etmişdir. Üstəlik qanunvericilik vəsiyyət edəndən vəsiyyət etdiyi əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin tələb edilməsini qadağan edir. Yəni vəsiyyət edənin vəsiyyətnamə tərtib edilən zaman mülkiyyətində olan və vəsiyyətnamədən sonra əldə edilən və miras açılana qədər miras qoyanın mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlakını vəsiyyət etməsi qanunvericiliyin tələbinə uyğun olmuşdur. Göstərilənlərə əsasən, iddiaçıların bildirdiyi faktiki halların əsasında vəsiyyətnamə etibarsız deyildir və bu səbəbdən vəsiyyətnamənin etibarsızlığından irəli gələn hüquqi nəticələrin tətbiqi barədə tələbləri də əsassızdır. İddia tələbinin digər hissəsində isə iddia qismən əsaslıdır. İşin müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, 1) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsi, 2) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 3) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəs, 4) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 5) Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 6) “Daewoo Damas” yük markalı, **-NR-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 7) “X10” minik markalı, **-TO-*** nömrə nişanlı nəqliyyat vasitəsi, 8) “Lexus GX460” minik markalı, **-TH-*** nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 ilə X3 ümumi birgə mülkiyyəti olmuşdur. Həmin əmlaklar miras bölünən zaman iddiaçılara məlum olmamış, digər vərəsələr tərəfindən notariusa bildirilməmişdir. Beləliklə məhkəmə həmin əmlaklarda da miras qoyan X3 1/2 hissədə payının olduğunu (ər-arvadın əmlakının qanuni rejimi və payın həcmi işin mübahisəsiz halıdır), Cavabdeh2 adına verilmiş vəsiyyətnamənin mövcudluğunu (vəsiyyətnamənin etibarsızlığına artıq hüquqi qiymət verilmişdir), miras qoyanın qanun üzrə 4 vərəsəsinin olduğunu nəzərə alaraq, iddiaçıların qeyd edilən əmlaklarda məcburi paya vərəsəlik hüququ tanınmalıdır. Yəni iddiaçıların hər biri qeyd edilən əmlaklardan 1/16 hissədə pay almalıdırlar. İddiaya etiraz edən cavabdehlərin dəlillərini əsassız hesab edir. Belə ki, istinad olunan həmin hallar iddiaçıların məcburi payı tələb etmək hüququnu istisna etmir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir: Cavabdeh1 ilə X4 1986-cı ildə rəsmi nikaha daxil olmuşdur. İddiaçılar T. Bağırovanın birinci nikahdan olan, Cavabdeh2 isə onun Cavabdeh1 ilə nikahından olan qızıdır. X4 xx.xx.2022-ci ildə ölmüşdür. X4 tərəfindən xx.xx.2014-cü ildə vəsiyyətnamə tərtib edilmişdir. Həmin vəsiyyətnamənin məzmununa görə, o, harada yerləşməsindən asılı olmayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı qızı Cavabdeh2 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Bakı şəhəri 27 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir;- xx.xx.2023-cü il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrə əsasən, ümumi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzilin və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsinin ½ hissəsində Cavabdeh1, ½ hissəsində X1nın payı vardır. Həmin əmlaklara dair iddiaçılara xx.xx.2023-cü il tarixdə məcburi paya vərəsəlik hüququ şəhadətnamə verilmiş və onların hər biri miras əmlakların hər birindən 1/16 hissədə pay almışdır. Eyni zamanda Cavabdeh1 da həmin miras əmlakların hər birindən 1/16 hissədə pay verilmişdir;-xx.xx.2023-cü il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 108.3 kv.m olan mənzildən və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olan miras əmlakın hər birindən vəsiyyətnamə üzrə vərəsə Cavabdeh2 5/16 hissədə pay almışdır; - X3 miras açılan vaxt 4 qanun üzrə vərəsəsi olmuş, bunlar onun birinci nikahdan olan qızları İddiaçı1, İddiaçı2, əri Cavabdeh1 və qızı Cavabdeh2 olmuşdur. Hazırda iddiaçıların tələbinin bir hissəsi bölüşdürülmüş miras əmlakların vəsiyyətnamənin etibarsız hesab edilməsi hüquqi nəticəsindən irəli gələrək qanun üzrə düşən paylara uyğun olaraq yenidən bölünməsidir. Bunu vəsiyyətnamənin Mülki Məcəllənin tələblərinə uyğun olaraq tərtib edilməməsi ilə əsaslandırırlar. Tələbin digər hissəsi isə X4 ilə Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri daşınmaz və daşınar əşyalara ər-arvadın paylarının müəyyən edilərək, miras əmlaka hüquqlarının müəyyən edilməsi və vəsiyyətnamənin etibarsızlığı nəticəsinə əsasən qanun üzrə düşən paya uyğun bölünməsidir. Tələblərini bu hissədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin həmin əmlakların ər-arvadın birgə nikahda olduqları dövrdə əldə edildiyi barədə məlumatına və Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına istinad etməklə əsaslandırırlar. Cavabdeh1 isə həmin əmlakların ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Hansı ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 73K nömrəli bağ evi və onun yerləşdiyi 0.052 ha torpaq sahəsi müvafiq olaraq xx.xx.2022-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir; - Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.492 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016-cı il tarixdə alınmış və hazırda Cavabdeh1 mülkiyyətindədir; - "Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.0985 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdən Cavabdeh1 mülkiyyətindədir;- Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.7375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1 adına xx.xx.2016-cı tarixdə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir;- Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0.882 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2017-cı il tarixli alqı-satqı müqavilələrinə əsasən xx.xx.2017- ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir;- Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatına əsasən, “Daewoo Damas” yük markalı, **-NR-*** nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. “X10” minik markalı, **-TO-*** nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. “Lexus GX460” minik markalı, **-TH-*** nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən Cavabdeh1 mülkiyyətindədir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh1 apellyasiya şikayəti verərək, Binəqədi rayon Məhkəməsinin 2(001)-283/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsininin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddələrinə istinadən qeyd etmişdir ki, iddiaçılar miras qoyanın son iradəsini həyata keçirməyə maneçilik törətmişlər, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı çıxmışlar, T.Bağırovanın ölümündən öncə onunla əmlaka görə çoxsaylı mübahisələr etmişlər.T.Bağırovanın mütəmadi olaraq mənəvi sarsıntı keçirməsinə və səhhətinin korlanmasına səbəb olmuşlar. Hazırda iddia tələbinin təmin edilmiş hissəsinə aid olan əmlaklar birgə nikah dövründə əldə edilmiş olsa da, iddiaçılara həmin əmlaklardan məcburi pay düşə bilməz. Çünki o, ögey uşaqlarını böyüdüb, onlara ev verib, paylarını artıqlaması ilə verib, hər ikisinə ev vermişdir.Bundan əlavə olaraq onu da qeyd etmək istəyir ki, hazırki iddiaçılar ləyaqətsiz vərəsə olmaqla hazırki iddia tələbi üzrə vərəsə ola bilməzlər. Belə ki, məhkəmə tərəfindən iddiaçıların mərhum anaları ilə vəfat etmədən öncə danışmamaları, mütəmadi olaraq ondan mal-mülk tələb etmələri və buna görə dəfələrlə aralarında mübahisələrin yaranmasını məhkəmə nəzərə almamış, bu halları aydınlaşdırmamışdır. Eyni zamanda iddiaçılar Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmişlər, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı anaları ilə dalaşmışlar və digər hərəkətlər törətmişlər. Hətta hazırki iddia tələbi ilə də vəsiyyətnamənin ləğv edilməsini tələb etməklə və iddiada göstərdikləri digər üsullarla öz paylarını artırmaq istəmişlər və bu üsullada aşkar olaraq miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmişlər. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə etdiyini, mərhum T.Bağırova rəhmətə getdikdən sonra, hazırda Cavabdeh1 mülkiyyətində olan əmlaklara mərhumun ilk nikahından olan övladlarının məcburi paylarının olmadığını düşündüyünü, Ailə məcəlləsinin 32-ci maddəsinə əsasın ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti sayıldığını, mərhumun heç yerdə işləmədiyini və həmin əmlakların Cavabdeh1 qazancı hesabına əldə olunduğunu, uşaqlara baxmaq hissəsində yaranmış hüququn isə tərəflərin birgə nikahından olan övladları Cəfərovaya münaisbətdə şamil olunmalı olduğunu qeyd etmiş, həmçinin iddiaçıların körpə yaşlarından cavabdeh tərəfindən böyüdüldüyünü, onlara toy etdiyini, cehiz verdiyini, onların sonradan ev-eşik sahibi olmasına köməklik göstərdiyini bildirmiş, digər tərəfdən iddiaçıların mərhumun son arzusunu həyata keçiriməyinə qarşı olduqlarını, onun vəsiyyətnaməsinin ləğv edilməsi və digər əsaslarla məhkəməyə müraciət ediklərini, bundan əlavə mərhumun sağlığında da son dövrlərdə münasibətlərinin yaxşı olmadığını, bir neçə il mərhumla danışmadıqlarını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini, iddiaçılara körpə yaşlarından baxdığını, toylarını etdiyini, mərhum rəhmətə getdikdən sonra İddiaçı1 notariusa müraciət etdiyini, lakin digər İddiaçı2 müraciət etmədiyini, onun özünün Elnarəyə notariusa müraciət etməsi üçün yol göstərdiyini, həmçinin iddiaçılara əmlakların obyektiv şəkildə qiymətləndirilərək satılmasını və onlara düşən payı götürmələrini təklif etdiyini, lakin iddiaçıların bu təkliflə razılaşmadıqlarını, notariusun vəzifəli şəxsi ilə əlbir olub iddiaçıların vəsiyyətnaməni ləğv etdirmək istədiklərini, həmçinin mübahisənin barışıq yolu ilə həll edilməsinə münasibətdə isə iddiaçıların hər birinə yazılı şəkildə rəsmiləşdirilməklə 6-8 ay ərzində 40000 manat verə biləcəyini qeyd etmiş, apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 7.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehin barışıqla bağlı təklifinə münasibətdə isə həmin məbləğin aşağı olduğunu və bu səbəblə barışığa razı olmadığını qeyd etmiş, qarşı tərəfin istinad etdiyi birinci halın - əmlakların birgə nikah dövründə əldə olunmuş əmlak hesab oluna bilməməsi, yəni birgə qazanc hesabına əldə olunması ilə bağlı olduğunu və bu dəlilə münasibətdə sübutetmə yükünün cavabdehlərin üzərinə düşdüyünü lakin bununla bağlı hər hansı bir sübut təqdim edə bilmədiklərini, həmçinin qarşı tərəf həmin əmlakların yalnız Cavabdeh1 qazancı hesabına əldə olunduğunu bildirsə də, bunun da həqiqəti əks etdirmədiyini, belə ki, mərhum Tamilla xanımın da qazancının olduğunu, qarşı tərəfin apellyasiya şikayətində istinad etdiyi uşaqların ögey övlad olduğuna görə analarından miras qalmış əmlaka onların pay hüququnun olmaması, yalnız birgə nikahdan doğulan Cavabdeh2 pay hüququnun olmasına münasibətdə isə bu dəlilin də tamamilə əsassız olduğunu, həmçinin digər birgə nikah dövründə əldə olunmuş əmlaklarla bağlı tərəflər arasında mübahisənin mövcud olduğunu, notariusa müraciət edərkən bu əmlakların mövcudluğunun da onlara bəlli olmadığını,notariusun da onlara şifahi qaydada bu məsələnin məhkəmə qaydasında həll olunmalı olduğunu bildirdiyini, lakin bu barədə rəsmi cavab məktubunun olmadığını, apellyasiya şikayətinin formal olaraq verildiyini qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. 8.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsinin dedikləri ilə razı olduğunu, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 9.Bakı şəhəri 1saylı “Asan Xidmət” Mərkəzinin notariat ofisi məhkəməyə məktubla müraciət edərək fasiləsiz iş rejimində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 10.Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən İddiaçı2 və Cavabdeh2 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi 12.Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə,Ailə Məcəlləsinin 32-37 və Mülki Məcəllənin 139-165, 1145, 1243, 1246-1248, 1255, 1272, 1133.2, 1151.1, 1152, 1156, 1159.1.1, 1162, 1166, 1168, 1179.1, 1179.2, 1180.1, 1188, 1193, 1194, 1196, 1225.1, 1225.3, 1243.1, 1255, 1257.1; Mülki Prosessual Məcəlləsinin 77, 82, 372, 384-cu maddələrinin tələblərinə əsasən hesab edir ki, apellyatorun şikayətində qeyd etdiyi sübuta yetirilməyən dəlilləri əsassızdır. Belə ki, iddiaçıların şikayət verməməsi nəzərə alınaraq, iddianın həcmi üzrə tərəflər arasında mübahisənin olması və notarial qaydada bunu həll etmək imkanın olmaması, habelə digər miras əmlaklar üzrə birgə nikah dövründə əldə edilmiş əmlak rejiminin vərəsəliyə aid notarial qaydada vəsiyyət və məcburi paylar üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsi, şikayət üzrə isə ləyaqətsiz vərəsəliklə bağlı məhkəmə qərarının olmaması və mübahisə predmeti olan əmlakların birgə nikah dövründə qazanılmış əmlaka aid olmaması barədə əsasız (sübuta yetirilməyən) dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin formal mülahizələr əsasında (qismən) ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.1143. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər.1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.1197.Məcburi pay almaq hüququ olan şəxs miras qoyanın sağlığında ondan məcburi paya daxil edilmək şərti ilə aldıqlarının hamısını məcburi paya daxil etməyə borcludur.1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.1203.3. Məcburi pay almaq hüququndan məhrumetmə barəsində məhkəmənin çıxardığı qərar mirasın açıldığı andan qüvvədə olur. Miras qoyanın hələ öz sağlığında məhkəməyə müraciət etdiyi, lakin qərarın onun ölümündən sonra qəbul edildiyi halda da bu cür nəticə baş verir. 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına görə: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. 15.Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən: 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 16.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. 17.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(001)-283/2023 saylı iş üzrə 11 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.