Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2382/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, 2(003)-57/2025 saylı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 yanvar 2025-ci il tarixli qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı bağ sahəsinə müdaxilələrin aradan qaldırılmaqla inşa edilmiş bütün yeraltı və yerüstü qurğu və tikililərin sökülməsi, bağ sahəsinin əvvəlki vəziyyətinə uyğun bərpa edilməsi tələbinə dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Həmin qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) xx.xx.2025-ci il tarixli qərardadla həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatını mümkün hesab edilməsini və şikayət üzrə apellyasiya baxışı iclasını təyin etmişdir. Apellyasiya baxışı iclasında iştirak etmiş iddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil1 bildirmişlər ki, onlar da həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin Rayon Məhkəməsi onlar tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul edilməsi məsələsini müzakirə etməmişdir. Buna görə də. onlar xahiş edirlər ki, mülki iş apellyasiya baxışından çıxarılsın və həmin məsələnin müzakirə edilməsi üçün iş Rayon Məhkəməsinə göndərilsin. Bundan başqa iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 ərizə ilə Məhkəməyə müraciət edərək, bildirmişdir ki, cavabdeh və cavabdehin vəkili (nümayəndəsi) tərəfindən qətnamədən birgə verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, apellyasiya şikayətinin “işin halları” hissəsində apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməlidir. Lakin, apellyasiya şikayətinin bu hissəsində qeyd edilənlər öz əksini tapmamışdır. Bundan başqa apellyasiya şikayətinin maddi hüquq normasına dair hissəsində Mülki Məcəllənin 152-ci maddəsinin pozulması və düzgün tətbiq edilməməsinin nədən ibarət olduğu göstərilməmişdir. Halbuki, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Eyni zamanda apellyasiya şikayətində prosessual normaların pozulmasının nədən ibarət olduğu ümumiyyətlə göstərilməmişdir. Və nəhayət apellyasiya şikayətinin 9, 10, 11 bəndlərində ümumiyyətlə heç bir qeyd edilməmişdir. Qeyd edilənlərə əsasən o, hesab edir ki, iddiaçının verdiyi apellyasiya şikayəti Rayon Məhkəməsi tərəfindən geri qaytarılmalı idi. Lakin Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən xx.xx.2025-ci il tarixdə iddiaçı tərəf də apellyasiya şikayəti verilmişdir. İşin materiallarından görünür ki, Rayon Məhkəməsi iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə baxmamış, apellyasiya şikayətinin qəbul edilib və ya qaytarılması məsələsini həll etməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Rayon Məhkəməsinə daxil olduğundan Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi “işin icraata qəbul edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardad ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki Azərbaycan Respublikası MPM-in 364.1-ci maddəsinin mənasına görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 384.0.6-cı maddəsinin mənasına görə isə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Eyni zamanda mülki iş apellyasiya icraatında olduğu zaman iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 verdiyi ərizəsində göstərilənlər ilə bağlı Məhkəmə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qəbulu məsələsinin həll edilməsi məqsədi ilə işin apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməsini nəzərə alaraq bildirir ki, iş Rayon Məhkəməsinə göndərildiyi üçün Rayon Məhkəməsi həmin ərizədə göstərilənləri araşdırmalı və bununla bağlı müvafiq qərar qəbul etməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan MPM-in 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” 14 mart 2025-ci il tarixli qərardad ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qəbulu məsələsinin və iddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya icraatı zamanı verdiyi ərizədə qeyd edilən xüsusatların müzakirə edilməsi üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-2382/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2382/2025
22.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver