Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2389/2020 02.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qarşı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi maraqlı şəxs olmaqla “hərəkətsizliyin qanunsuz hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-2628/2019 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına (maraqlı şəxslər kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeyd olunan) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarının icra edilməməsinin qanunsuz sayılması, onun tam və düzgün icrası, ona ödənilməli olan pulun gecikdirilməsinə görə faizlərin hesablanaraq ödənilməsinin cavabdehlərin üzərinə öhdəlik qoyulması, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarından irəli gələn xx.xx.2015-ci il tarixli Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2-1(103)- 1744/1744/2011 saylı icra vərəqəsininin tələblərinin tam və düzgün icra edilməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İnsan Hüquqları və X3 Konvesiyada təsbit edilmiş hüquqlarının pozuntusuna dair şikayət ərizəsi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmiş, Avropa İnsan Hüquqları Məhkəməsi xx.xx.2018-ci il tarixli qərarı ilə onun Konvensiyada təsbit edilmiş hüquqlarının pozuntusunu tanımış və qərara əsasən ona 2100 avro məbləğində kompensasiya təyin olunmuşdur və həmin vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilməlidir. Bu məqsədlə dövlət büdcəsində xüsusi bölmə nəzərdə tutulub. Məhkəmə qərarına görə kompensasiya məhkəmə qərarının qəbulundan sonra 3 ay müddətində ödənilməli və ödənilmənin gecikməsi baş verdikdə faiz hesablanır. Mövcud qaydalara əsasən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları üzrə kompensasiyaların ödənilməsini cavabdeh təmin edir. Bunun üçün ərizəçi bankda avro hesabı açır və rekvezitlər cavabdehə təqdim edilir. Cavabdeh isə müəyyən edilmiş kompensasiyanın bank hesabına köçürülməsini həyata keçirir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasının təmin olunması üçün cavabdehin tərkibində Azərbaycan Respublikasının Avropa İnsan Hüquqları Məhkəməsində nümayəndəsi fəaliyyət göstərir. Şikayəti üzrə qərar qəbul edildikdən sonra o, Beynəlxalq bankda avro hesabı açaraq cavabdehə təqdim etmişdir. Bank hesabından göründüyü kimi cavabdeh Avropa Məhkəməsinin qərarına əsasən ödənilməli olan 2100 avro kompensasiyanı və onu gecikdirilməsinə görə faizlər bank hesabına vaxtında keçirilməmişdir. Bununla ona ödənilməli olan pul vəsaitinin üzərində mülkiyyət hüququ pozulmuşdur. Məlumdur ki, məhkəmə qərarının icrası ədalətli məhkəmə araşdırıması hüququnun tərkib hissəsidir. Avropa Məhkəməsinin qərarının icra olunmaması ilə onun ədalətli məhkəmə araşdırması hüququ bir daha pozulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına əsasən ona ödənilməli olan pulların hesaba köçürülməsi və digər tələblərlə şəxsən özü cavabdehə və icra tələbini həyata keçirilməsini özünün həvalə etdiyi Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinə dəfələrlə müraciət etmişdir. Təəssüflər olsun ki, cavabdeh kompensasiyanı vaxtında ödəməməsi ilə yanaşı, onun əmək kitabçasını, 10 illik son haqq hesab və əmək haqqını da verməmiş və onun qanuni tələblərinə heç bir münasibət bildirməmişdir. Maraqlı şəxs olan Ədliyyə Nazirliyi öz hərəkətsizliyini onunla izah edir ki, onun icra tələbləri guya 2012-ci ildə tam təmin edildiyinə görə ona aid olan icra sənədinə xitam verilmişdir. Əslində isə məhkəmə nəzərə almalıdır ki, ötən ildən pensiya yaşına çatdığına baxmayaraq pensiyanın təyin olunması üçün tələb olunan əmək kitabçasını və pensiya kapitalını müvafiq dövlət orqanına təqdim edə bilmədiyinə görə ona minimum pensiyanın aşağı həddə -183 manat pensiya təyin olunmuşdur. Bu səbəbdən də Dövlət Sosial Müdafiə Fondu ona staja görə pensiya təyin etməkdən rəsmən imtina edərək öz problemini həll etmək üçün məhkəməyə müraciət etməyini məsləhət görmüşdür. X4 əmək haqqının Əmək Məcəlləsinə uyğun hesablanmamasını, Dövlət Sosial Müdafiə Fondu əmək kitabçasının şəxsiyyət vəsiqəsinə uyğun gəlmədiyini, əmək stajının işəgötürən tərəfindən əmək kitabçasında qeyd olunmadığını birmənalı olaraq qeyd edirlər. Hətta özəl sektordan olan işəgötürənlər tərəfindən əmək kitabçası olmadan işə qəbulla əlaqədar verilən ərizələrə imtina verilir. Əmək kitabçasında qaralama və düzəlişlər olduğundan Dövlət notariusu həmin kitabçanın tərcüməsini belə təsdiq etməkdən imtina edir. Məhkəmə aidiyyatı ilə bağlı xüsusilə qeyd edir ki, o, cavabdehə qarşı inzibati icraat qaydasında iddia qaldırmışdır. İşə baxan məhkəmələr cavabdehin inzibati orqan olmadığını əsas gətirərək iddianı mümkünsüz saymışdırlar. Ali Məhkəmədə xx.xx.2019-cu il tarixli, 2-1(102)-2239/2019 saylı Qərarı ilə həmin məhkəmə aktları qüvvədə saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 2628/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti, apellyasiya baxışı zamanı isə apellyasiya şikayətinə əlavə verərək onun ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində və əlavədə göstərilmişdir ki, qətnamə əsassızdır, məhkəmənin gəlmiş olduğu nəticə işin hallarına uyğun deyildir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini və əlavəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, məhkəmə qətnamədə cavabdehin iddiaya cavab verməli olan orqan olmadığını qeyd etsə də, nəzərə almamışdır ki, Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi maraqlı şəxs qismində göstərilmişdir və məhkəmə tərəfindən onlar cavabdehlə əvəz edilə bilərdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh və maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçının iddia tələbinin əsasını Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarının icra edilməməsinin qanunsuz sayılması, onun tam və düzgün icrası, o cümlədən ona ödənilməli olan pulun gecikdirilməsinə görə faizlərin hesablanaraq ödənilməsinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarından irəli gələn xx.xx.2015-ci il tarixli Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2-1(103)-1744/1744/2011 saylı icra vərəqəsinin tələblərinin tam və düzgün icra edilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına (maraqlı şəxslər kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi qeyd olunan) qarşı “kompensasiyanın ödənilməsinin gecikdirilməsinin qanunsuz sayılması, kompensasiyanın və faizlərin ödənilməsi” tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4442/2018 saylı qərardadı ilə iddiaçının iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-407/2019 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-4442/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2- 1(102)-2239/2019 saylı qərarından görünür ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin “iddianın düzgün olmayan cavabdehə qarşı verildiyinə görə mümkünsüz hesab edilməsinə dair” nəticəsi ilə razılaşmış və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının iddiaçının iddiasına cavab verməli olan orqan olmadığından, iddianın düzgün olmayan cavabdehə qarşı verilməsinə görə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerliözünü idarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. İddiaçı vəsaitin Azərbaycan Respublikası dövlət büdcəsindən ödənilməli olduğunu qeyd etsə də, cavabdeh qismində düzgün olmayan orqanı göstərmişdir. Hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Prezidentinin Administrasiyası iddiaçının iddiasına cavab verməli olan orqan deyildir. Kollegiya qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə müvafiq məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Kollegiya hesab edir ki, məhkəmə iddiaçının tələbinin hazırki cavabdehə qarşı əsassız olması barədə düzgün qənaətə gəlmişdir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə qeyd olunanlara əsaslanaraq, iddianı təmin etməməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2628/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2389/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2389/2020
02.03.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver