Məhkəmə qərarları › İş №2(103)-2393/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2393/2025

04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2393/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil3, Cavabdeh və onun vəkili və nümayndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1495/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 26 aprel 2021-ci il tarixdə Cavabdeh və X2 tərəfindən imzalanmış razılaşma protokolundan görünür ki, Maliyyə vəasitlərinin qrafik üzrə qaytarılmasını Cavabdeh aşağıdakı tarixlər üzrə öhdəlik götürür. İ.İddiaçı olan borc 4500 dollar xx.xx.2021- ci il tarixədək və İddiaçı tanışı olan adamdan bankdan götürülmüş 3200 manat vəsaitin bank faizi ilə (faiz 925 manat) qaytarılmasını xx.xx.2021-ci il tarixədək qaytarmasını öz üzərinə götürmüşdir.

2. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayəti üzrə Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

3. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayəti üzrə Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

4. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, şikayəti üzrə Cavabdeh izahat verərək bildirmişdir ki, "Unitech solutions” MMC-ni 2015-cı il tarixdə təsis etmiş, şirkət Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergiləri Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət qeydiyyatı idarəsi tərəfindən 25 iyun 2015-ci il tarixdə qeydiyyata alınaraq ********** saylı Vöen verilmiş, şirkətin hüquqi ünvanı ünvan 1tiki 2020-ci ilin əvvəllərinə qədər Bakı şəhəri-, Nizami rayonu, X8-da fəaliyyət göstərmiş, 2020-ci ilin əvvəllərindən isə şirkətin faktiki ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 65 ünvanına köçürülmüş, şirkət müəssisə və təşkilatlarla bağlanmış xidmət müqavilələri əsasında müşahidə kameraları quraşdırmaq xidməti ilə məşğuldur. Şirkətdə təxminən 10-12 nəfər işləmişdir. Pandemiya , şəraiti ilə əlaqədar bəzi işçilərin əməkhaqlarının ödənilməsində çətinliklər yarandığından işdən xaric olunmuşlar. Pandemiya dövründə isə Ənvər, Zeynəb, Aydan, Əfqan, Gülnar, Xara və Nabat işləmişdir. Zeynəb şirkətin mühasibi, Ənvər icraçı direktor, Aydan katibə, Əfqan usta, Gülnar menecer, Nabat marketin menecer, Xara satınalma üzrə mütəxəssiz vəzifəsində işləmişdir. Şirkətin icraçı direktoru vəzifəsində işləmiş İddiaçı 2019-cu il tarixdə adını hazırda xatırlamadığı qardaşının vasitəsi ilə tanımış, həmin vaxt Ənvərin qardaşı ona Ənvərin təcrübəli işçi olduğunu, özünə iş axtardığımı bildiyi üçün o Ənvərin təcrübəli olmasını, onun şirkətinə xeyri dəyəcəyini düşünərək Ənvərin qardaşı ilə razılaşmış, Ənvəri dəvət edərək söhbət etmiş, həmin vaxt o Ənvərlə fıks maaş vermək şərti ilə razılaşmış, yəni Ənvəri öz şirkətinə faktiki şərik olaraq götürməyə qərar vermiş və Ənvəri şirkətin icraçı direktoru təyin etmiş, bunu etməkdə məqsədi Ənvərlə birlikdə şirkəti işlədərək şirkətin fəaliyyətini artırmaq olmuş, Ənvərdə bununla razılaşmış və rəhbəri olduğu şirkətdə icraçı direktor vəzifəsində işləməyə başlamış, Ənvər onun şirkətində icraçı direktor vəzifəsində işləməyə başlayan zaman Ənvər ona həddən artıq iş təcrübələri olduğunu, həmin təcrübələrindən istifadə edərək şirkətə müştəri cəlb edəcəyi, işgüzar görüşlər edəcəyi kimi vədlər vermiş, o da Ənvərin göstərdiyi kimi şirkətin fəaliyyətində müsbət dönüş yaradacağı təqdirdə əməkhaqqından əlavə pul mükafatlarının ödənəcəyini Ənvərə bildirmiş, təxminən 2019-cu noyabr ayında Ənvər maşını olmadığını, şirkətin işi ilə əlaqadar nəqliyyat vasitəsi lazım olduğunu, özünə maşın almaq istədiyini bildirən zaman o Ənvərə həmin vaxt lizinq müqaviləsi əsasında alq-satqı etdiyi "Volsvagen Passat” markalı avtomobili satmağı təklif etmiş, Ənvər onunla razılaşmış, o həmin avtomaşını 7000 ABŞ dolları ilkin ödəniş etməklə lizinq əsasında almış və hər ay 1300 manat ödəniş etmiş, həmin avtomaşının 2 aylıq ödənişini ödəmiş, Ənvər onunla razılaşdıqdan sonra Xətai rayonunda yerləşən "Faktor lizinq” şirkətinə müraciət edərək həmin müqaviləni Ənvərin adına dəyişdirmiş, o, həmin vaxt avtomaşına 7000 ABŞ dolları və 2 aylıq lizing ödənişi etdiyi üçün Ənvərdən 4500 ABŞ dolları həmin avtomaşının satılması müqabilində pul almış, həmin pulu Ənvər könüllü özü avtomaşının satılması üçün vermiş, lizinq müqaviləsi ilə avromaşının qalan ödənişlərini Ənvər ödəməli olmuş, bildiyi qədəriylə Ənvər növbəti ayların ödənişləri ödəyə bilmədiyi üçün bank tərəfindən həmin avtomaşın Ənvər növbəti ayların ödənişləri ödəyə bilmədiyi üçün bank tərəfindən həmin avtomaşın Ənvərdən götürülmüş, 2020-ci ilin əvvəllərindən "Unitech solutions” MMC-nin ofisi Bakı şəhəri, Nizami rayonu, X5 Nərimanov rayonu, Ə.Əliyev küçəsi 65 ünvanına köçürülmüş, orada fəaliyyət göstərməyə başlamış, Ənvər şirkətin icraçı direktoru olmasına baxmayaraq o Ənvərlə şərik işləmiş və həmin şirkəti bir yerdə işlətmiş, "Unitech-solutions” MMC-nin işlərindən başqa kənarda da iş fəaliyyətləri olmuş, mövcud pandemiya şəraiti ilə əlaqədar şirkətin fəaliyyətində durğunluqlar olmuş, bəzi işçilərin maaşları ödənilməmiş, 2020-ci ilin oktyabr ayında təsisçi olaraq şirkətin ziyana işləməsi ilə əlaqədar tərəfindən araşdırma aparılan zaman şirkətin mühasibi Zeynəb və katibi Aydan tərəfindən şirktətin bank hesabından 24.084 manat 13 qəpik pul mənimsənildiyini müəyyən etmiş, bununla bağlı o şirkətidə sərbəst audit yoxlaması keçirmiş, Aydan və Zeynəb şirkətə maddi ziyan vurmuş, qeyd edilən səbəblərə görə o Ənvər, Əfqan, Gülnar, öz maaşlarını şirkətin hesabından ödəyə bilməmiş, digər şəxslərin isə maaşları ödənilmiş, qeyd etdiyi şəxslər ona daha yaxın olduqları üçün o ilkin olaraq digər işçilərin maaşlarım ilkin mərhələdə ödəmiş, o şirkət fəaliyyətində müsbət dönüş yarada bilmədiyi üçün və ziyana işlədiyi üçün şirkəti bağlamaq qərarına gəlmiş, bir sıra işçiləri, eyni zamanda İddiaçı 2021- ci il may ayının 1-də işdən azad etmiş, İddiaçı "Unitech solutions” MMC-də icraçı direktor vəzifəsindən azad olduqdan sonra ona məxsus "Proje Construktion” MMC- yə icraçı direktor təyin etmiş, Ənvər 5 ay həmin şirkətdə icraçı direktor işləyərək öz istəyi ilə işdən azad olmuşdur. İddiaçı göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, İcbari Siğorta tərəfindən "Unitech solutions” MMC-yə 8873 manat 16 qəpik dövlət yardmı ödənilmiş, qeyd olunan ödəniş Aydan və Zeynəb tərəfindən mənimsənilmiş, qeyd olunan şirkətdə onun həyat yoldaşı Gülnar və qardaşı Əfqan işləmiş, həmin şəxslərin əmək haqları ödənilməmiş, tərəfindən işçilərə ödənilməli icbari tibbi sığorta ödənişləri mənimsənilməmişdir. 3200 manat məbləğində pulu Ənvərdən borc olaraq götürmüş ,hazırda maddi sıxıtıları olduğu üçün o həmin pulu Ənvərə qaytara bilmir, həmin kreditin yalnız 2 aylıq ödənişi olan təxminən 400 manat pulu ödəmiş, digər kredit ödənişlərini ödəyə bilməmiş, Ənvərə olan 3200 manat borcunu hazırda maddi imkanı zəif olduğu üçün qaytara bilmədiyini bildirmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 4/1091 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 7-ci vərəqində olan xx.xx.2021-ci il tarixli razılaşma protokolunda "Cavabdeh” sözlərinin qarşısındakı imzanın Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamsını rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı "İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 ABŞ dolları Azərbaycan manatı ilə 7650 manat maddi zərərin əvəzi, 3200 manat kredit məbləğinin və ona hesablanmış 925 manat ödəməni yubatdığına görə 1000 manat faizin cəmi 12.775 manat və iddiaçıya vurduğu mənəvi zərərə görə 3000 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2019-cu ilin sentyabr ayının əvvəllərində tanış olmuşdur. Onunla təsisçisi və direktoru olduğu "Unitech Solutions” MMCnin Bakı şəhəri, X8-da yerləşən ofisində işə düzəlmək məqsədi ilə görüşmüşdir. Həmin müəssisədə 2019-cu ilin sentyabr ayının 15-dən icraçı direktor vəzifəsində işə başlamışdır. O, əmək fəaliyyətinə başladıqdan bir müddət sonra bütün dünyada və Respublikamızda Covid-19 virusu yayıldığından, pandemiya elan edilmiş və bir sıra iş yerləri fəaliyyətini dayandırmışdır. 2020-ci ilin mart ayının 20-dən avqust ayının axırına qədər sərt karantin dövründə onların müəssisələri də işləməmişdir. 2019-cu ilin noyabr ayında Cavabdeh onun özünə məxsus nəqliyyat vasitəsini satdığını bildiyindən, ondan pul istəmişdir. O, onun xoş niyyətli olduğunu, pulunu geri ala biləcəyini düşünərək, 2019-cu ilin noyabr ayının ortalarında Cavabdeh 4500 ABŞ dolları məbləğində pul vermişdir. O, Cavabdeh ilə bir müəssisədə işlədiyindən ona inanırdı. Əlavə olaraq 2020-ci ilin fevral ayında Cavabdeh ona təcili pul lazım olduğunu bildirdi və ondan borc pul istədi. O, pulu olmadığını bildirdikdə, o, ondan hər hansı bir adamın adına kredit götürməyi xahiş etdi. O, isə yaxından tanıdığım bir şəxsin adına kredit götürərək cəmi 3200 manat pulu Cavabdeh vermişdir. O, bu pulları Cavabdeh borc kimi vermişdir. Cavabdeh ona söz vermişdi ki, götürülmüş kredit məbləğini və faizlərini özü ödəyəcək. Lakin krediti ödəmək vaxtı gələndə Cavabdeh həmin kredit məbləğini ödəmədi. Dəfələrlə bu məsələni Cavabdeh yadına salsa da, o hər dəfə bir bəhanə ilə pulu ödəməkdən yayınırdı. Həmin məbləği və təqribən 925 manat kredit faizini məcbur olub o, ödədi. Uzun müddət keçməsinə baxmayaraq Cavabdeh ona məxsus 4500 ABŞ dolları, 3200 manat kredit pulunun əvəzini və 925 manat kredit faizini qaytarmamışdir. xx.xx.2021-ci ildə onunla Cavabdeh arasında razılaşma protokolu imzalanmış və o həmin borcları etiraf etmiş, həmin vəsaitlərin 4500 ABŞ dolları vəsaiti 31 may 2021-ci il tarixədək, 3200 manat vəsaiti faizləri ilə birlikdə isə 30 may 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ona olan borcunu 31 may 2021-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də, dəfələrlə tələb etməyinə baxmayaraq, həmin vəsaiti bu günə qədər ödəməmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1495/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, Cavabdeh 4500 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), 3200 pul və 122.50 dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 127 manat eksperiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim X3)

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin Cavabdeh 4500 ABŞ dollarının tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında izahatı alınmış Cavabdeh iddiaçıdan 4500 ABŞ dolları məbləğində pul aldığını lakin bu pulun ona verilməsi səbəbi kimi lizinq müqaviləsi üzrə onun sahibliyində olan avtomobilin iddiaçının sahibliyinə keçirilməsi ilə əlaqədər olduğunu, həmin müqavilə üzrə 7000 ABŞ dolları ödəniş etdiyini, 4500 ABŞ dolların iddiaçı tərəfindən ona ödənməsi səbəbi kimi lizinq müqaviləsi üzrə onun 7000 ABŞ dolları məbləğində ödənişinin olması ilə izah etsədə, cavabdeh sözügedən pul məbləğinin iddiaçı ona həqiqətəndə lizinq müqaviləsi üzrə ödəniş kimi etdiyini sübut edə bilməmiş, həmçinin lizinq müqaviləsi üzrə onun 7000 ABŞ dolları ödəniş etdiyi halda nə üçün sözügen ödəniş müqabilində iddiaçı ona 7000 ABŞ dolları məbləğində deyildə 4500 ABŞ dolları məbləğində ödəniş etdiyini izha edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin 3200 manat borcun tutulması hissəsinə münasibə bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında izahatı alınmış Cavabdeh iddiaçıdan 3200 manat məbləğində borc aldığını lakin maddi imkanı olmaması səbəbindən həmin borcu qaytarmadığını bildirmişdir, hazırda isə həmin pul məbləğini qaytarmasına dair hər hansı bir sübutu məhkəməyə verməmişdir. Belə olan halda da məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli 3200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan sonra məhkəmə iddia tələbinin 3200 (üç min iki yüz) manata hesablanmış 925 manat borcun tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehə vermiş olduğu 3200 manat pulu kreditə götürülmüş olduğunu, həmin pula 925 manat faiz hesablandığını və bu pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş etsədə, həmin kreditə götürülmüş pulun faiz məbləğinin cavabdehdən iddiaçının xeyrinə hansı əsaslar ilə tutulması məhkəmədə müəyyən edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin ödəmənin yubandığı üçün 1000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən 1000 manatın hansı qaydada hesablandığını, hansı məbləğə münasibət hesablandığı məhkəməyə məlum olmadığından iddia tələbi bu hissədə də təmin edilə bilməz.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 443-cü, 445-ci, 448-ci, 449-cu, 739-.1-ci, 739-2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 80-ci, 81-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, borc müqaviləsinin predmeti üç min manatdan çoxdursa borc müqaviləsi yazılı qaydada bağlanmalıdır. Tərəflər arasında isə heç bir müqavilə bağlanmamışdır. İddiaçı tərəfindən cavabdehə 3200 manat pul məbləğində borcun verilməsi hissəsində, qeyd edir ki, artıq həmin borc məbləği İddiaçı geri qaytarılmışdır. Sadəcə tərəflər arasında şifahi razılıq olmuş və həmin pul məbləği qaytarıldıqda da qeyd aparılması zərurəti yaranmamışdır. Lakin, iddiaçının görünür ki, əsassız varlanmaq istəyi yaranmışdır və ona ödənilmiş pul məbləğini yenidən tələb edir. İddiaçı və cavabdeh arasında borc münasibətləri yalnız 3200 manat hissəsində olmuş və cavabdeh tərəfindən artıq ödənilmişdir. 4500 ABŞ dolları hissəsində isə,iddiaçının tələbi əsassızdır. Ümumiyyətlə 4500 ABŞ dolları borc məsələsinə münasibətdə, tərəflər arasında müqavilə olmamışdır. AR MM-nin 739.2-ci maddəsininmüddəaları pozulmuşdur. Həmçinin hesab etsək ki, müqavilə bağlanmayıb, amma iddiaçı tərəfindən cavabdehə borc verilib, o zaman iddiaçı bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. İddiaçı tərəfindən yalnız prokurorluğun rədd qərarı və razılaşma protokolu əlavə edilmişdir. İşin halların da, qeyd etdiyim kimi, həmin rədd qərarında cavabdeh izahat verərkən iddiaçıdan 4500 ABŞ dolları məbləğində borc götürdüyü qeyd etməyib. Həmçinin razılaşma protokolunda olan imzanın Cavabdeh məxsus olub-olmamasını araşdırmaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr2024-cü il tarixli 4/1091 nömrəli ekspert rəyinə əsasən, mümkün olmayıb. Göründüyü kimi, iddiaçı tərəfindən sübut qismində əlavə edilmiş razılaşma protokolunun mötəbərliyi təsdiq edilməyib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməməsi xahiş olunduğundan, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz.

22. Hazırkı işin faktiki hallarına əsasən 26 aprel 2021-ci il tarixdə Cavabdeh və X2 tərəfindən imzalanmış razılaşma protokolundan görünür ki, Maliyyə vəasitlərinin qrafik üzrə qaytarılmasını Cavabdeh aşağıdakı tarixlər üzrə öhdəlik götürür. İ.İddiaçı olan borc 4500 dollar xx.xx.2021- ci il tarixədək və İddiaçı tanışı olan adamdan bankdan götürülmüş 3200 manat vəsaitin bank faizi ilə (faiz 925 manat) qaytarılmasını xx.xx.2021-ci il tarixədək qaytarmasını öz üzərinə götürmüşdür. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında izahatı alınmış Cavabdeh iddiaçıdan 4500 ABŞ dolları məbləğində pul aldığını lakin bu pulun ona verilməsi səbəbi kimi lizinq müqaviləsi üzrə onun sahibliyində olan avtomobilin iddiaçının sahibliyinə keçirilməsi ilə əlaqədər olduğunu, həmin müqavilə üzrə 7000 ABŞ dolları ödəniş etdiyini, 4500 ABŞ dolların iddiaçı tərəfindən ona ödənməsi səbəbi kimi lizinq müqaviləsi üzrə onun 7000 ABŞ dolları məbləğində ödənişinin olması ilə izah etsədə, cavabdeh sözügedən pul məbləğinin iddiaçı ona həqiqətən də lizinq müqaviləsi üzrə ödəniş kimi etdiyini sübut edə bilməmiş, həmçinin lizinq müqaviləsi üzrə onun 7000 ABŞ dolları ödəniş etdiyi halda nə üçün sözügen ödəniş müqabilində iddiaçı ona 7000 ABŞ dolları məbləğində deyil də, 4500 ABŞ dolları məbləğində ödəniş etdiyini izah edə bilməmişdir.

23. Bundan əlavə Bakı şəhəri Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında izahatı alınmış Cavabdeh iddiaçıdan 3200 manat məbləğində borc aldığını lakin maddi imkanı olmaması səbəbindən həmin borcu qaytarmadığını bildirmiş, hazırda isə həmin pul məbləğini qaytarmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

24. Beləliklə, məhkəmə kollegiyası ilkin olaraq vurğulayır ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığını müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə tələbin hüquqi əsası və işin faktiki halları araşdırmalıdır.

25. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni müvafiq hissədə düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, qətnamənin mübahisələndirilən hissəsində tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir.

26. Göründüyü kimi cavabdeh iddiaçıdan 4500 ABŞ dolları və 3200 manat məbləğində pul vəsaitinin alınmasını etiraf etmiş və bununla da iddiaçını bu halı sübut etmək vəzifəsindən (yükündən) azad etmişdir. Digər tərəfdən qeyd edilən pul vəsaitini iddiaçı tərəfindən cavabdehə borc verməsi, yəni borc müqaviləsi kimi qiymətləndirilə bilməz. Belə ki, mülki qanunvericiliyə 2016-cı ilin may ayında edilmiş dəyişikliyə uyğun olaraq 740-cı maddənin mətni yeni redaksiyada verilmiş və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda borc müqaviləsinin yazılı formada bağlanması imperativ qaydada təsbit edilmişdir. Lakin tərəflər qanunvericiliyin bu tələblərinə riayət etməmiş və aralarında yazısı şəkildə borc müqaviləsi bağlamamışdılar.

27. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh hər hansı hüquqi əsas olmadan İddiaçı məxsus pulu özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan İddiaçı hesabına əmlak əldə etmə və bununla da onun əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, Cavabdeh hər hansı hüquqi əsas olmadan əldə etdiyi 4500 ABŞ dolları və 3200 manat məbləğində pulu İddiaçı qaytarmalıdır.

28. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq, lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə zidiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.

29. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1495/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1495/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla), 3200 (üç min iki yüz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar