Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2396/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, X9 qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının X5 Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4713/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçıya məxsus olan "Mercedes Benz S450" 2019 markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə cavabdeh “Xalq Sığorta" ASC-də icbari qaydada sığortalanmış "KİA RİO" 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2021-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, H.Cavid prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd edilən hadisə üzrə "KİA RİO" 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 Xətalar Məcəlləsinin 346.1-ci maddəsi (dayanma qaydalarını pozma) ilə inzibati qaydada tənbeh edilərək, 20 manat məbləğində cərimə edilmişdir. Həmin hadisə üzrə "KİA RİO" 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişini Musayeva X3 Xətalar Məcəlləsinin 338.3-cü maddəsi (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması) ilə inzibati qaydada tənbeh edilərək, 30 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş Akta əsasən "Mercedes Benz S450" 2019 markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2926.4 manat olmuşdur, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" MMC tərəfindən 2926,40 AZN zərər məbləği müqabilində təmir olunaraq avtomobil səlahiyyətli şəxsə təhvil verilmişdir. "xxxx" ASC tərəfindən “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X11nə 1463.20 manat məbləği ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X11 Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta hadisəsi nəticəsində Mərkəzin əmlakına dəymiş 2926.40 manat zərərin yarısının 1463.20 manat məbləğin cavabdehdən Mərkəzin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin mülki məsuliyyətini sığortaladığı X7 xx.xx.2021-ci il tarixdə saat 12:30-da Bakı şəhəri, H.Cavid prospektində ona məxsus “KİA RİO” 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini nəqliyyat vasitələrinin parklanması üçün müəyyən edilməmiş yerdə saxlamışdır. Sözügedən şəxsə məxsus avtomobildə olan sərnişin-hazırki iş üzrə Cavabdeh yolun səki hissəsində deyil, hərəkət hissəsində avtomobilin qapısını qəfildən açaraq düşməyə çalışmış, beləliklə, nəqliyyat vasitəsindən düşmə qaydalarını pozmuşdur. Təsvir edilən hadisə nəticəsində hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (bundan sonra-Mərkəz) məxsus olan, X4 idarə etdiyi “Mercedes Benz S450” 2019 markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin prospektdə hərəkət edərkən heç bir təqsiri olmadığı halda “KİA RİO” 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısı ilə toqquşaraq ona maddi ziyan vurulmuş və istismara yararsız vəziyyətə düşmüşdür. Bakı şəhər DYPİ tərəfindən sərnişin Cavabdeh barəsində yol verdiyi inzibati xəta ilə əlaqədar olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində Mərkəzin nəqliyyat vasitəsinin sağ yan güzgü və sağ yan hissəsinin zədələnməsi faktı Bakı şəhər DYPİ tərəfindən verilmiş arayışla təsdiqlənmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş aktla Mərkəzə məxsus avtomobilə dəymiş zərər ilkin baxış zamanı ehtiyat hissələrinin və görüləcək işlərin toplam qiyməti də nəzərə alınmaqla və əlavə dəyər vergisi də (ƏDV) daxil olmaqla, 2926.40 manat məbləğində qiymətləndirilmişdir. Mərkəzə dəymiş zərərin ödənilməsi ilə bağlı "xxxx" ASC ilə işçi qaydada aparılmış danışıqlar zamanı bildirilmişdir ki, həmin ASC-nin mülki məsuliyyətini sığortaladığı şəxs A.İ.Məmmədova məxsus avtomobilin dayanma, durma və parklanma qaydalarını pozmasını nəzərə alaraq, Mərkəzin əmlakına dəymiş zərərin yalnız yarısını, yəni 1463.20 manat məbləği ödəyəcək, qalan məbləğ isə Mərkəzin nəqliyyat vasitəsinə inzibati xəta törətməklə birbaşa maddi ziyan vuran şəxsdən - sərnişin Cavabdeh tutulmalıdır. Dəymiş 2926.40 manat məbləğində zərərin yarısı-1463.20 manat məbləğ "xxxx" ASC tərəfindən ödənilmişdir. Hazırki iş üzrə Cavabdeh və onun valideyni ilə də əlaqə saxlanılmış, lakin onlar tərəfindən Mərkəzə dəymiş zərərin yarısının 1463.20 manat məbləğin ödənilməyəcəyi bildirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4713/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh maddi zərərin əvəzi qismində 1463 (min dörd yüz altmış üç) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının X5 xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1- 21.3, 926.1, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1-ci maddələrinə, “İcbari Sığortalar Haqqında” Qanunun 6.4, 20.2, 58.3-2-ci maddələri, “Yol hərəkəti haqqında” Qanunun 41 və 56-cı maddələrinə istinad etməklə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, maddi zərərin əvəzinin ödənilməsi zamanı üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Qanunvericiliyin birbaşa tələbindən irəli gəldiyi və Mərkəzin əmlakına ziyan vurulmasında mülki məsuliyyəti sığortalanan sürücü A.İ.Məmmədova məxsus avtomobildə olan sərnişin hazırki iş üzrə Cavabdeh da təqsirli olduğu üçün vurulmuş zərərə görə sığorta ödənişi sərnişinin də təqsiri nəzərə alınaraq azaldılmalıdır. Buna baxmayaraq, Cavabdeh qanunazidd hərəkət etməklə yol verdiyi sığorta hadisəsi nəticəsində Mərkəzə dəymiş zərərin yarısını 1463.20 manat məbləği ödəməkdən əsassız olaraq imtina edir. Cavabdeh qanunvericiliyin tələbinə uyğun olaraq nəqliyyat vasitəsi dayandığı zaman hər hansı təhlükənin olmadığını müəyyən etdikdən sonra onun qapılarını açmalı olduğu və aça biləcəyi halda, lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, bu cür etinasızlıq isə sığorta hadisəsinin baş verməsi ilə nəticələnmişdir. Artıq işin hallarından da göründüyü kimi, “Kia-Rio” 2011 markalı 90MB258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində olan sərnişinin-Cavabdeh təhlükəsizliyi təmin etmədən nəqliyyat vasitəsinin qapısını qəfildən yolun hərəkət istiqamətində açması sığorta hadisəsinin baş verməsinə səbəb olmuşdur. Yəni, cavabdehin yol verdiyi qanunazidd əməl sığorta hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. Bu hal da cavabdehin inzibati xəta ilə əhatə olunan qanunazidd əməli ilə onun nəticəsi-sığorta hadisəsi arasında səbəbli əlaqə olduğunu deməyə əsas verir. Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki olaraq heç bir araşdırma aparmadan, onun konstitusiyon hüququ olan məhkəmədə iştirakını təmin etmədən, onun izahatını almadan işə baxmış, iddiaçının məhkəməyə təqdim etdiyi şübhəli sübuta baxmayaraq iddianı təmin etmişdir. O, hal-hazırda iş materiallarında olan barəsində çıxarılan inzibati xəta haqqında qərarı məhkəmədə mübahisələndirmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsi iş üzrə çıxardığı xx.xx.2022-ci il tarixli, e-2(004)-4713/2022 saylı qətnaməsi ilə AR MPM-nin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə iddianı təmin etmişdir. Hesab edir ki, məhkəmə işə tam və obyektiv baxmamış, iş üzrə hərtərəfli araşdırma aparmamış və bu səbəbdən həmin qətnamə ləğv edilməlidir. Belə ki, onun oturduğu nəqliyyat vasitəsi taksi olmuşdur. Həmin taksi sürücüsünün nəqliyyat vasitəsini düzgün olmayan yerdə saxlamasından o, məlumatsız olmuşdur. Təbii ki, mənzil başına çatmağı səbəbi ilə nəqliyyat vasitəsini tərk etməli idi. Qapını açarkən digər nəqliyyat vasitəsinə zərər vurmağının onun günahından olmaması məsələsi məhkəmə tərəfindən araşdırılmamışdır. Hazırki işdə bu norma digər normalarla birgə baxılmalı və araşdırılmalı idi. Yəni, məhkəmə işə baxarkən onların iştirakını təmin etmədiyi halda özü tərəfindən müvafiq araşdırmaları apararaq sübutları qiymətləndirməli idi. Dəyən zərər haqqında qərar çıxarılarkən işin halları tam araşdırılmamışdır. Ümumiyyətlə, onun barəsində cərimə qərarı çıxarılmasından bu məhkəmə qətnaməsi çıxarılandan sonra təsadüfən məlumat almışdır və həmin qərar tərəfindən mübahisələndirilmişdir. Məhkəmə barəsində qərar çıxararkən onun təqsirinin nə qədər olmasını araşdırmamışdır. Arxada oturmağını nəzərə alsaq, arxadan gələn nəqliyyat vasitəsini görmək imkanı olmadığı müəyyən olunur. Bu səbəbdən birinci instansiya məhkəməsinin çıxardığı qərar birtərəfli olması ilə bərabər, ümumiyyətlə qanunvericiliyin tələblərinə zidd olaraq çıxarılmışdır. İş materiallarından göründüyü kimi onun məhkəmə baxışında iştirakı təmin olunmamaqla qərarın çıxarılması onu prosessual müdafiə hüquqlarından süni şəkildə məhrum edib. Onun məhkəmə iclasında iştirakının təmin olunmaması məhkəmədə müdafiə olunmaq hüququndan məhrum etmiş, sübutlarını vəsatətlərini məhkəməyə təqdim edə bilməmişdir. Bununla da onun konstitusion hüquqlarını pozmuşdur. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamə tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 936.1. Subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının: 25.1. Sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. 25.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləüv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən işin hallarını kifayət qədər araşdırmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, işə mahiyyəti üzrə baxılaraq yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən "KİA RİO" 2011 markalı **-MB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sərnişini Musayeva X3 Xətalar Məcəlləsinin 338.3-cü maddəsi (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması) ilə inzibati qaydada tənbeh edilərək, 30 manat məbləğində cərimə edilməsinə dair qərarın mövcud olmasına istinad edərək sərnişin-Cavabdeh təhlükəsizliyi təmin etmədən nəqliyyat vasitəsinin qapısını qəfildən yolun hərəkət istiqamətində açması sığorta hadisəsinin baş verməsinə səbəb olmasını göstərərək iddiaçının əmlakına ziyan vurulmasında mülki məsuliyyəti sığrortalanan A.İ.Məmmədova məxsus avtomobildə olan sərnişin hazırki iş üzrə Cavabdeh da təqsirli olduğu üçün vurulmuş zərərə görə sığorta ödənişi sərnişinin də təqsiri nəzərə alınaraq azaldılmalı olmasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi işə apellyasiya icraatı qaydasında baxarkən müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 08 may 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını mübahisələndirmiş və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 3(004)-863/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh şikayətinin qismən təmin olunması, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 08 may 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyd edilən inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsinə göndərildiyindən yekun qərar qəbul olunana kimi hazırki işin icraatı dayandırılmışdır. Təqdim edilmiş Bakı Şəhər Baş Polis İdarəsi X13 İdarəsinin 25 aprel 2023-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Musayeva X3 Xətalar Məcəlləsinin 338.3-cü maddəsi (sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulması) ilə inzibati qaydada tənbeh edilərək, 30 manat məbləğində cərimə edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin həmin qərardan şikayəti əsasında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 3(004)-3134/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, şikayət təmin olunmuş, Cavabdeh barəsində Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* saylı qərarı ləğv edilmiş, həmin inzibati xəta üzrə icraata xitam verilmiş və xitam verilmənin əsası olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə istinad edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki mülki işin icraatı təzələnmişdir. Həmin normaya əsasən isə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə kollegiyası hazırki iş üzrə subroqasiya hüququnun yaranması üçün ilk olaraq baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin məsuliyyətinin olubolmamasının müəyyən edilməsi vacib olmasının baxımından hesab edir ki, hazırda cavabdehin məsuliyyətini müəyyən edən yeganə sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş qərarlar Yasamal Rayon Məhkəməsinin qərarları ilə ləğv edilərək iş üzrə icraata xitam verilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Göründüyü kimi cavabdehin təqsirini sübut edən və birinci instansiya məhkəməsinin gəldiyi nəticəsinin əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 08 may 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə qaydasında ləğv edilmişdir. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 08 may 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvədə olması, işin materiallarından göründyü kimi, cavabdehin həmin qərarın qəbul edilməsindən məlumatsız olması ilə bağlıdır. Həmçinin də işin materiallarından görünür ki, birinci instansiya məhkəməsi də hazırki işə maliyyəti üzrə baxarkən cavabdehin iştirakını təmin etməmiş, ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin: - 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 9.2-ci maddəsinə əsasən məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birilərinə məlumat verməyə borcludurlar ki, digər tərəf bunlara qarşı özünun müdafiəsini təşkil edə bilsin. - 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarında yalnız çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlilərlə əsaslandıra bilməz Konstitusiya Məhkəməsinin Plenumu işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməməsini tərəflərin bərabərliyinin, çəkişmə prinsipinin pozulması kimi qiymətləndirmiş, işdə yalnız məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlərin göndərilməsi deyil, həmçinin onların alınması barədə məlumatların olmasını da zəruri hesab etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun R.Zülfüqarovun şikayəti üzrə 20 noyabr 2008-ci il, M.Məmmədovun şikayəti üzrə 24 iyun 2016-cı il tarixli Qərarları). Tərəf o zaman lazımi qaydada xəbərdar edilmiş hesab edilir ki, məhkəmənin işdə iştirak edən şəxslərin məhkəmə bildirişində əks olunan məlumatları əldə etməsi haqqında inandırıcı təsdiqləri olsun və bu təsdiq Mülki Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun gəlsin. İşdə iştirak edən şəxslərin rəsmi (lazımi) qaydada xəbərdar edilməsi istənilən halda qarşı tərəfin reaksiyasını, yəni qanunvericilikdə də göstərildiyi kimi qəbzə və ya sənədin kötüyünə imza edilməsini nəzərdə tutur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin qeyd olunan hallarından göründüyü kimi hazırki mübahisə üzrə cavabdehin təqsiri müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4713/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının X5 Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Sabit Bəhramzadə