Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2399/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Əliəkbər oğluna, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı zəbt olunmuş ərazinin boşaldılması, dəymiş maddi-mənəvi zərərin və əldən çıxmış faydanıncavabdehlərdən tutulması tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 (X1 hüquqi varisi) İddiaçı, Cavabdeh1 Əliəkbər oğluna, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı pozulmuş hüquqların müdafiə edilərək bərpa edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Hacıyeva Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əliəkbər oğluna, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı zəbt olunmuş ərazinin boşaldılması, dəymiş maddi-mənəvi zərərin və əldən çıxmış faydanıncavabdehlərdən tutulması tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 (X1 hüquqi varisi) İddiaçı, Cavabdeh1 Əliəkbər oğluna, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı pozulmuş hüquqların müdafiə edilərək bərpa edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(003)-60/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X6 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 600 kv m torpaq sahəsindən, yeni inşa etdiyi fərdi evindən çıxarılmalarını, ona vurduqları 15000 maddi zərərin, 5000 manat mənəvi zərərin, 25000 əldən çıxmış faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(003)- 60/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(103)-2399/2025 nömrəli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir.
5. İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(003)-60/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi müraciət edərək, qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs X4 (X1 hüquqi varisi) İddiaçı şikayətinin mümkünlüyünün yoxlanması üçün işin geri qaytarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 (X1 hüquqi varisi) İddiaçı şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğu məsələsinə baxılması üçün İddiaçı apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilib, iş apellyasiya baxışından çıxarılmaqla, birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
9. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı cavabdehlər Cavabdeh1 Əliəkbər oğluna, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı zəbt olunmuş ərazinin boşaldılması, dəymiş maddi-mənəvi zərərin və əldən çıxmış faydanıncavabdehlərdən tutulması tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 (X1 hüquqi varisi) İddiaçı, Cavabdeh1 Əliəkbər oğluna, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı pozulmuş hüquqların müdafiə edilərək bərpa edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(003)-60/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(103)-2399/2025 nömrəli qərardadı ləğv edilsin, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.