Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2400/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh1 Fərux oğluna və Cavabdeh2 qarşı “mülkiyyət hüquqlarının müdafiəsi, müqavilənin etibarsız hesab olunması, əmlakın boşaldılaraq təhvil verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh1 Fərux oğlunun nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Fərux oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli 125 N-li Sərəncamı əsasında ona verilmiş Azon zavodunun nəqliyyat sahəsinin ərazisində 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin cavabdehin adına rəsmiləşdirilmiş 51,2 kv.m hissəsinin naturada ayrılması və qeyri-yaşayış sahəsinin qalan hissəsindən cavabdehin çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılaraq özünün sahiblik və istifadəsinə verilməsi, habelə 13.12.2013-cü il tarixli texniki pasportun, qeyri-yaşayış sahəsinin cavabdehin adına rəsmiləşdirilmiş hissəsi - 51,2 kv.m - istisna olmaqla əmlakın qalan hissəsinə münasibətdə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddia ərizəsinə əlavə və dəqiqləşdirmə edən iddiaçının nümayəndəsi, Cavabdeh2 da cavabdeh qismində cəlb olunmasını və son nəticədə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17.02.2005-ci il tarixli 125 saylı Sərəncamı ilə İddiaçı verilmiş 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin, Cavabdeh2 adına rəsmiləşdirilmiş 51.2 kv.m hissəsi istisna olmaqla naturada ayrılması və qeyri-yaşayış sahəsinin ona məxsus hissəsindən cavabdehlərin çıxarılması, qeyri-yaşayış sahəsinin ona aid hissəsinin boşaldılaraq, özünün sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi, müvəqqəti təminat tədbiri barədə ərizə də təqdim edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus hissəsindən istifadə edilməsinin cavabdehlərə qadağan olunması barədə qərardad çıxarılmasını istəmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 08 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin təmin olunmamışdır. Qeyd olunan qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət məhkəmənin 12 yanvar 2022-ci il tarixli qərardadı ilə şikayətə Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilmədiyi əsas göstərilməklə geri qaytarılmış, bu qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik 01.10.2021-ci il tarixdən etibarən qüvvəyə mindiyindən, məhkəmə 17.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi üzrə həmin Qanunun 8.5-ci maddəsini tətbiq edərək şikayəti geri qaytarmaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi barədə 09 iyul 2021ci il tarixli Qanunla həmin Qanunun 8.5-ci maddəsinə dəyişiklik edilmiş, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat rüsum ödənilməli olduğu nəzərdə tutulmuşdur. Həmin Qanunun keçid müddəalarında təsbit olunmuşdur ki, Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir və qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizəni 07.12.2021-ci il tarixdə təqdim etmiş, həmin ərizənin təmin edilməməsi ilə bağlı qərardaddan şikayəti 07.01.2022-ci il tarixdə vermiş, lakin Dövlət rüsumu ödəməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul etməkdə haqlı olmuşdur və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı iş üzrə 12 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2400/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2400/2022
03.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver