Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2412/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əmlakın qaytarılması və ya dəyərinin ödənilməsi, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə gətirilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması və ya dəyərinin ödənilməsi, qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-5715/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh adına dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1302/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X7 qarşı iddiası təmin edilərək, cavabdeh X6 iddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 101 saylı qeyri-yaşayış binasından çıxarılması, binanın boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5641/2022 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-101/2023 saylı qərarı ilə təmin edilməmiş və nəticədə qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4634/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “registrə salınma haqqında qeydin və özəlləşdirmənin nəticələrinin ləğv edilməsi, daşınmaz əmlaka hüquqların qeydiyyata alınması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iddia mümkün hesab edilməmiş və bu qərardad qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli aktına əsasən həmin qeyriyaşayış sahəsindən 4 ədəd içərisi boş dəmir çəlləyin, 6 ədəd içərisi boş plastik çənin, 3 ədəd boş plastik su qabının, 1 ədəd boş (böyük) dəmir çənin, istifadə edilmiş taxta parçalarının kardonların aşkar edildiyi və onların da Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1302/2022 saylı mülki işi üzrə iddiaçının nümayəndəsinə təhvil verildiyi göstərilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən sahəsi 61,56 kvadrat metr olan qeyri-yaşayış sahəsində olmuş və cavadeh tərəfindən aparılmış (məhv edilmiş): 1) 2.800 litr sarı yağ – 12.600 manat, 2) 50 konistr yağ (xarici) hər biri 20 litr olmaqla, cəmi 1.000 litr x 6,5 = 6.500 manat, 3) 6 ədəd tonluq çən yağla birlikdə - 200 x 6=1.200 manat, 4) Avtomobilə aid olan şlanqlar 40 metr, hər metri 40 manat olmaqla cəmi 1.600 manat, 5) 60 metr vintillə bərabər turba (1metr - 8 manat) 480 manat, 6) 5 ədəd list dəmir – 5 x 12 manat = 60 manat, 7) 22 ədəd qab solidor yağı hər qab 6 manat olmaqla 132 manat, 8) 1 bidon qatlaşdırılmış yağ - 40 kq hər kq 12 manatdan cəmi 480 manat, 9) 1 ədəd kassa aparatı - 430 manat, 10) Xüsusi əşyalar (geyim, qızdırıcı lanpa və s.) - 450 manat 11) hər biri 220 l yağ olan 3 boçka - cəmi 660 l yağ, litr 8 manatdan cəmi 5.280 manat, 12) elektrik sayğacı, avtomatlar, naqillər, rozetkalar, qoşqular 24 metr və elektrik nasos - 800 manat, 13) Mağazanın içində olan daşlar, dəmirlər və taxta materialları - 500 manat, 14) Hava təmizləyici - 500 manat, 15) Ox yağı - hər biri 20 litr olan 20 ədəd cəmi 400 litr hər litri 6 manatdan cəmi 2.400 manat, 16) 22 ədəd hər biri 80 manat olmaqla qəlib dəmirləri – 1.760 manat, 17) 1 ədəd təzə Man maşını üçün təkər - 700 manat, 18) 4 komplekt maşın üçün naklatkalar 4 x 180 = 720 manat, 19) Pompa və 2 ədəd əl nasosu - 300 manat, 20) 1 ədəd (3 tara) böyük nasos – 1.200 manat, əmlakın geri alınaraq iddiaçıya qaytarılması (bu mümkün olmadıqda dəyərinin ödənilməsi) və sökülərək məhv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən sahəsi 61,56 kvadrat metr olan qeyri-yaşayış sahəsinin (dəyəri 72.000 manat) cavabdeh tərəfindən öz hesabına inşa edilərək əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan və tərəfindən inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən, nizamnamə kapitalı ilə yeganə təsisçisi özünün olduğu “Çinar” Kiçik müəssisəsinin xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsində mağaza açılması barədə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısına müraciət etmiş və müraciətinə baxılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsindəki bina qapısı küçəyə açılmaqla mağaza açılmasına icazə verilməsi barədə xx.xx.1993-cü il tarixli, 562 nömrəli sərəncam verilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısı tərəfindən həmin mağazanın açılması üçün 61,56 kvadrat metr sahə ayrılmışdır ki, həmin sahədə tikilərək 2006-cı ildə başa çatmışdır. Hətta bu barədə obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı da verilmiş və İH tərəfindən möhür də vurulmuşdur. Qeyri-yaşayış sahəsini müvəqqəti olaraq tanışı X7 icarəyə vermiş və o, qeyri-yaşayış sahəsində müxtəlif avtomobil yağları və ehtiyyat hissələri satırdı. Qısa bir müddətdən sonra o, istifadəsində olan sahəni özəlləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. Lakin sonuncu ərizəyə baxaraq elektron kadastr məlumatlarına əsasən özəlləşdirmək istədiyi qeyri-yaşayış sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alındığını bildirmişdir. Bundan sonra sorğu ilə müraciət edərək, çıxarışın hansı sənədlər əsasında və kimin adına qeydiyyatdan keçməsi barədə məlumat tələb etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilən qeyri-yaşayış sahəsinin icarə müqaviləsi, 5002 nömrəli, xx.xx.2013-cü il tarixli alqısatqı müqaviləsi ilə xx.xx.2013-cü il tarixdə, torpaq sahəsinə dair icarə müqaviləsi və 4709 nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2014-cü il tarixdə Cavabdeh adına qeydiyyatdan keçməsi cavabını vermiş, lakin sənədlərin surəti təqdim edilməmişdir. Hazırda təqdim edilən sənədlərin surətini sonradan məhkəmə orqanı vasitəsilə almışdır. Sənədləri aldıqdan sonra Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, Bakı Şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanına dair Cavabdeh adına bağlanmış xx.xx.2013-cü il tarixli, 5498 nömrəli icarə müqaviləsi, 5002 nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2013-cü il tarixdə, torpaq sahəsi isə 4709 nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özələşdirilmənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir. İmtina cavabı aldıqdan sonra Bakı İnzibati Məhkəməsinə müraciət edərək, adı çəkilən qeyri-yaşayış sahəsinə dair üçüncü şəxs Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özələşdirilmənin nəticələrinin ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin 2-1(112)-11246/2023 nömrəli iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Hazırda Bakı İnzibati Məhkəməsində mübahisələndirdiyi çıxarışa əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində icarəyə verdiyi tanışı X7 qarşı qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə Cavabdeh iddia qaldırmış və iddiası təmin edilərək, xx.xx.2022-ci il tarixli, e-2(008)1302/2022 nömrəli qətnamə çıxarılmışdır və icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. Tanışı olan X10 icra işi başlamadan ona qeyri-yaşayış sahəsini özünə geri qaytardığınıı bildirmişdir. Bu zaman ona mağazada olan malları götürməyi və satıb hissə-hissə verməyi təklif etmişdir. O, isə razılaşmış və ondan xx.xx.2023-cü il tarixində akt tərtib edərək, qalan malları dəyəri də qiymətləndirilərək (dəyərini ödəmək şərtilə) təhvil almışdır. X10 isə icarəyə götürdüyü mağazanı artıq geri qaytardığı və mağazanın istifadəsində olmadığını bildirmişdir. Bunda sonra icra məmuru onunla əlaqə saxlamış və qeyri- yaşayış sahəsinin ona məxsus olduğunu bildirmiş və hazırda bununla bağlı Bakı İnzibati Məhkəməsinin icraatında olduğunu qeyd etmişdir. İcra məmuru bununla bağlı sənəd istəmiş, o, isə məhkəmə bildirişini icra məmuruna təqdim etməsinə baxmayaraq icra məmuru və cavabdeh olan Cavabdeh əlbir olaraq məhkəmə işi olduğunu bilə-bilə və ona sahibkara heç bir məlumat vermədən xx.xx.2023-cü il tarixində icra sənədini icra etmiş və qeyriyaşayış sahəsini içərisində olan əmlaklarla birlikdə sökərək məhv etmişlər. Əmlakları belə siyahıya almamışlar. Bundan əlavə olaraq icra sənədində əmlakın boşaldılması qeyd edilsə də, qeyri-yaşayış sahəsinin sökülməsi qeyd edilməmişdir. Lakin cavabdeh icra məmuru ilə əlbir olaraq qeyri-yaşayış sahəsini daxilində olan əmlaklarını məhv etmişlər. Həmin əmlakların hazırda harda olması barədə məlumat da vermirlər.
4. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunanlar tamamilə əsassızdır, həqiqəti əks etdirmir, heç bir sübuta söykənmir. Ümumiyyətlə İddiaçı hazırki iddianı qaldırmağa heç bir subyektiv hüququ yoxdur. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən sahəsi 49,4 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Cavabdeh sözügedən qeyri-yaşayış sahəsinin dəyərini ödəməklə tam qanuni yolla əldə etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m. olan qeyri-yaşayış binası və altındakı 0,40794 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir (qeydiyyat tarixi xx.xx.2014). Əmlaka özbaşına sahiblənmə həmin əmlaka hüquqların tanınmasına əsas verə bilməz. Belə ki, iddiaçı Cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanında yerləşən 49,4 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən ona təhvil verilməsi, cavabdehin həmin qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1302/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirlmədən saxlanılmış, Ali Məhkəmənin 24.01,2023-cü il tarixli qərarı ilə isə kassasiya şikayəti təmin edilməmişdir. Həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnamləri ilə də müəyyən edilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi qanuni əsaslarla Cavabdeh mülkiyyətindədir və həmin qeyri-yaşayış sahəsi qanuni yolla əldə edilmişdir. Həmin iş üzrə cavabdeh X10, hazırki iş üzrə iddiaçının iddia ərizəsində göstərilən dəlilləri qeyd etmiş, lakin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin dəlillərin əsassız olması barədə düzgün hüquqi nəticəyə gəlinmişdir. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət registrində aparılmış qeydin və özəlləşdirmənin nəticələrinin ləğv edilməsi, qeyri yaşayış sahəsinə dair yeganə təsisçisi olduğu “Çinar” kiçik müəssisəsinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. Bakı İnibati Məhkəməsinin 2-1(112)-4634/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1341/2023 nömrəli qərardadı ilə adı çəkilən qərar ləğv edilmiş, iddia tələbi mümkünsüz sayılmışdır. Məhkəmə qətnaməsinin icrası icra məmurlarının, tələbkarın nümayəndəsi və borclunun iştirakı ilə xx.xx.2023-cü il tarixində həyata keçirilmişdir. İcra mərhələsi video çəkilişlə aparılmış, orada olan əmlaklar siyahıya alınmış, qeyri-yaşayış sahəsinin neçə vaxtdır fəaliyyət göstərməməsi, içərisinin natəmiz, yalnız bos kauçuk və dəmir çənlərin olması, qeyri-yaşayış sahəsinin içərisinin zirzibillə dolu olması videolentə alınmış, istifadə edilməyən lazımsız əşyalar aktlaşdırılaraq, Keşlə ərazisində yerləşən zavodun həyətində saxlanca verilmişdir. Həmin əşyalar halhazırda da zavodun həyətindədir. xx.xx.2023-cü il tarixində tərtib edilmiş aktdan da göründüyü kimi, qeyri-yaşayış sahəsində adları aşağıda qeyd olunan əşyalar mövcud olmuşdur: 1. dəmir çəllək - 4 ədəd - içərisi boş. 2. plastik çən - 6 ədəd - içərisi boş. 3. plastik su qabı - 3 ədəd - boş. 4. dəmir çən - 1 ədəd - boş (böyük). 5. istifadə edilmiş taxta parcaları. 6. Kardonlar - əzik - üzük. Məhkəmə yerli baxış keçirməklə sadalanan əşyaların Zavodun həyətində olduğunu müəyyən edə bilər. Həmin əşyaları cavabdeh dəfələrlə icra məmuruna, iddiaçı və V.Sadıqova götürmələrini təklif etsə də, onlar əşyaları götürməkdən imtina etmişlər. Göründüyü kimi, iddia ərizəsində iddiaçının qeyd etdikləri əşyalar sözügedən qeyri-yaşayış sahəsində mövcud olmamışdır. Ümumiyyətlə qeyri-yaşayış sahəsində olan əşyaların iddiaçıya məxsus olması barədə iddia ərizəsinə heç bir sübut əlavə edilməmişdir. İddiaçı həmçinin hazırda Bakı İnzibati Məhkəməsinin icraatında olan inzibati işə Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 562 nömrəli sərəncamına, tikinti - quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının (tarixsiz aktı) aktına istinad etmişdir. Həmin aktın hansı tarixdə tərtib edildiyi görünmür, əvvəlki Məhkəmə araşdırmalarında araşdırma zamanı həmin aktın kötüyü ümumiyyətlə arxivdə müəyyən edilməmişdir. Bu isə o deməkdir ki, belə bir tarixsiz akt mövcud olmamışdır və bu sənədi də sübut kimi istifadə etmək olmaz. Digər tərəfdən, həmin aktda Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 562 nömrəli sərəncamına istinad olunsa da, qeyd edilən sərəncam qeyri-yaşayış binasının tikilməsinə icazə və ya bu məqsədlə torpaqayırmaya dair deyildir. Göründüyü kimi “Çinar” kiçik müəssisəsinə torpaq sahəsinin ayrılması, qeyri- yaşayış binasının tikintisinə icazə verilməsi, layihəsi və etibarlı olaraq istismara qəbul olunması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmin sərəncamda mağazanın “Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi” ünvanı qeyd edilmişdir. Sərəncamda açılacaq mağazanın ünvanı dəqiq göstərilməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 5715/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim X12).
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının da qeyd etdiyi kimi, o, obyekti əşyalarla birlikdə Sadıqov Valehə təhvil vermiş, sonuncu icranı kənardan müşahidə etmiş, oradakı əmlakların İddiaçı məxsus olmasını bildirməmiş, onun da icraya cəlb edilməsini tələb etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı qeyd olunan əmlakların (daşınar və daşınmaz) ona məxsus olmasına, həqiqətən həmin əşyaların qeyriqanuni məhv olmasına dair sübutlar təqdim etmədyindən ümumiyyətlə heç iddiaçı qismində çıxış edə bilməz. Bundan başqa, həmin əşyalar həqiqətən iddiaçının mülkiyyətində olmuş olsa da belə, hazırki tələb Cavabdeh yönələ bilməz. İddiaçının nümayəndəsi X10 tərəfindən təqdim edilmiş 110.092 manat məbləğində olan əmlakların İddiaçı təhvil verilməsi barədə xx.xx.2023-cü il tarixli aktdan da görünür ki, iddiaçının iddia etdiyi əmlaklar ona X10 tərəfindən təhvil verilmişdir. İddiaçının obyektin mübahisəli olduğunu və məhkəmə işinin getdiyini bildiyi halda qeyd olunan məbləğdə əmlakları həmin obyektdə saxlaması inandırıcı deyil. Məhkəmə hesab etmişdir ki, icra məmurları tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi lazımi qaydada icra edilmişdir, həmin icra işində İddiaçı tərəf deyil və onun hazırda belə bir iddia qaldırmağa subyektiv hüququ mövcud deyil.
7. Məhkəmə öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası qanununun 3cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 50-ci, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş materialında olan mübahisəli qeyri-qeyri yaşayış sahəsinin tikintisinin istismara qəbul aktı, 1993-cü ildən 2023-cü ilə kimi iddiaçının daim istifadəsində olması və tələb olunan daşınar əmlakların X5 dəyərini ödəməklə alması barədə xx.xx.2023-cü il tarixində tərtib edilən və məhkəməyə təqdim edilən akt tələb olunan əmlakların iddiaçıya aid olmasını sübut edir. Eyni zamanda da məhkəməyə həm daşınar əmlakların satın alınaraq pulunun artıq ödənilməsini təsdiq etmək, həm də qeyriyaşayış sahəsi sökülərkən içərisində olan əmlakların mövcudluğunu sübut etmək üçün X8 və satıcı işləmiş X9 şahid kimi dindirilməsi barədə vəsatət verilsə də məhkəmə vəsatəti əsassız olaraq rədd etmiş və sübutetmə imkanını məhdudlaşdırmışdır. İş materialında olan sənədlərdən aydın olur ki, iddia tələbinin bir hissəsi aktla X5 alınmışdır (artıq sahibi olmuşdur) ki, bu da icra baş verməmişdən əvvəl olmuş və icra məmuru bununla bağlı məlumatlandırılmışdır. Digər tələb isə onun tərəfindən sökülərək məhv edilmış qeyriyaşayış sahəsi ilə bağlıdır ki, məhkəmə mübahisəsi olduğu halda onun da əlində ləğv edilməmiş sərəncam və qeyri-yaşayış sahəsinin tikintisinin onun tərəfindən həyata keçirilməsini sübut edən istismara qəbul aktı olduğu halda icra məmuru ilə birlikdə bu addımı atması təbii ki, onun hüquqlarına birbaşa toxunur və iddia qaldırmaq hüququ vardır. Məhkəməyə iddia tələbininin daşınar əşyalara münasibətdə sübutların daha da əsaslı olması səbəbi ilə birbaşa əlaqəli olan şahidlərin ifadəsinin alınması ilə bağlı vəsatət verilsə də məhkəmə heç bir əsas gətirmədən vəsatəti təmin etmədən işi obyektiv araşdırmadan sübutlara düzgün qiymət vermədən sanki qətnamə əvvəlcədən hazır olmuş kimi həmin gündə qısa müddətə elektron kabinetə yüklənmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz iddiaçının birinci instansiya məhkəməsində vəkili və nümayəndəsi olmuş Vəkil2 tərəfindən verilmişdir. Lakin ərizəyə onun iddiaçının apellyasiya instansiya məhkəməsində vəkili olmasını təsdiq edən hər hansı order təqdim edilməmişdir. Məlumat üçün bildirilir ki, həmin etiraz da iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Məhkəmə iclasında iştirakı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən təmin edilmiş şahid X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı onun tanışıdır. Əvəllər həmin mağaza icarə əsasında onun istifadəsində olmuşdur. Lakin icarə haqqı ödəməmişdir. Uzun müddət orada sahibkar kimi işləmişdir. xx.xx.2023-cü il tarixli aktla mağazanı iddiaçıya təhvil vermişdir. İcra günü ona zəng edilmiş və həmin yerin sökülməsi barədə məlumat verilmişdir. O da dərhal bu barədə iddiaçıya xəbər vermişdir. Lakin iddiaçı Bakı şəhərində olmadığından mübahisəli sahəyə o getmiş, baş verən prosesləri kənardan izləmiş, hətta tərtib edilmiş icra aktında həyata keçirilən icra hərəkətlərinə etirazını bildirmişdir. Eyni zamanda, verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin mağazada avtomobillərə xidmət göstərmiş və yağ alqı-satqısı ilə məşğul olmuşdur. Mağazada öz malını satmış, sonradan iddiaçı da mağazada öz malını yerləşdirmiş və malları onun satıcısı satmışdır. O, mağazanı tərk edəndə orada ona məxsus əşyalar, o cümlədən maşın təkərləri, borular, nasos qalmışdır. Bu əşyaları da iddiaçıya təhvil vermişdir. İcra hərəkətlərinin yerinə yetirildiyi gün istisna olmaqla, mağazanı və orada olan əşyaları təhvil verdikdən sonra həmin yerə getməmişdir. O, icra hərəkətləri həyata keçirilən günü mübahisəli sahəyə gələndə artıq söküntü işləri aparılmışdır, iddiaçıya təhvil verdiyi əşyaların əksəriyyəti artıq yox idi, dağıdılmışdır. Əşyaları yaxınlıqda olan zavodun həyətinə yığmışdılar.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka(əşyaya) özistədiyi kimisahib olmaq, ondan istifadəetmək və ona dair sərəncamvermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka(əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-cimaddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.5-cimaddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib),əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini dətələb edə bilər; vicdanlısahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apеllyаsiyа şikаyətiinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına istinadən ilk növbədə qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
21. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
22. Eyni zamanda, məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
23. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
24. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
25. Bu baxımdan iddiaçı hazırda mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu, o cümlədən onun tərəfindən inşa edildiyini, həmin sahədə iddia edilən əşyaların saxlanıldığını, bu əşyaların onun mülkiyyətini təşkil etdiyini və cavabdeh tərəfindən götürülməsini (məhv edilməsini), hazırda cavabdehin qanunsuz istifadə və sahiblyində olmasını sübut etməli idi. İddiaçı mübahisələndirdiyi qeyri-yaşayış sahəsinin onun yeganə təsisçisi olduğu “Çinar” Kiçik müəssisəsinə verilməsi barədə xx.xx.1993-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon İcra Başçısının sərəncamına və onun icrası qaydasında tərtib edilmiş “Tikint-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul aktı”na istinad edir. Halbuki, həmin sərəncamda və aktda göstərilən mağazanın (obyektin) ünvanı və sahəsi ilə hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsinin ünvanının və sahəsinin eyni olması müəyyən edilmir. Bundan başqa həmin sərəncama əsasən iddiaçıya deyil, “Çinar” Kiçik müəssisəsinə mağaza təşkil edilməsinə icazə verilmiş və akta əsasən ümumi sahəsi 51,32 kv.m. ölçüsü olan mağaza (obyekt) hüquqi nəticə etibarı ilə həmin kiçik müəssisəyə verilmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə iddiaçının öz adından həmin qeyri-yaşayış sahəsini mübahisələndirməsini istisna edir.
26. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2014-cü il tarixdə cavabdehin adına dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1302/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin qeyriyaşayış binasından X10 (iş üzrə şahid qismində çıxış etmiş) çıxarılmış, bina boşaldılaraq cavabdehə təhvil verilmişdir. İddiaçı isə həmin daşınmaz əmlak üzrə “registrə salınma haqqında qeydin və özəlləşdirmənin nəticələrinin ləğv edilməsi, daşınmaz əmlaka hüquqların qeydiyyata alınması” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4634/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iddia mümkün hesab edilməmişdir. Qeyd edilən qətnamə və qərar qanuni qüvvəyə minmişdir.
27. Bununla belə, məhkəmə kollegiyası daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını rəhbər tutub, habelə 25-26-cı bəndlərdə göstərilənləri nəzərə alıb hesab edir ki, iddiaçı qeyri-yaşayış sahəsinə münasibətdə hazırki tələblə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil.
28. Məhkəmə kollegiyası iddia tələbinin daşınar əşyalara münasibətdə olan hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı nəinki həmin əşyaların ona məxsus olmasını, hətta həmin əmlakların mövcudluğunu və iddia etdiyi kimi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olduğunu belə sübut edə bilmir. Belə ki, qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1302/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icrası qaydasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda həmin qeyri-yaşayış sahəsində 4 ədəd içərisi boş dəmir çəlləyin, 6 ədəd içərisi boş plastik çənin, 3 ədəd boş plastik su qabının, 1 ədəd boş (böyük) dəmir çənin, istifadə edilmiş taxta parçalarının və kardonların aşkar edildiyi və onların Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1302/2022 saylı mülki işi üzrə tələbkarın nümayəndəsinə təhvil verildiyi göstərilmişdir. Həmçinin, icra hərəkətlərinin foto və video görüntüyə alındığı qeyd edilmişdir. Həmin vaxt orada olan borclu X10 aktı imzalamaqdan imtina edərək, əmlakın söküldüyünü, olanların hamısının məhv edildiyini, əşyaların hamısının dağıdıldığını göstərmiş, lakin konkret olaraq hər hansı əşyanı göstərməmişdir.
29. Bununla belə, iddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli aktda göstərilən əşyaların icra hərəkətlərinin həyata keçirildiyi vaxt nəinki mübahisəli qeyri-yaşayış sahəsində olması, ümumiyyətlə mövcud olması öz təsdiqini tapmır. Digər tərəfdən nəzərə alınmalıdır ki, qeyd edilən akt iddiaçı ilə yuxarıda göstərilən iş üzrə cavabdeh (borclu) olan X10 arasında bağlanmışdır. Lakin bu şəxsin həmin qeyri-yaşayış sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını (məsələn, vergi sənədləri), habelə aktda göstərilən əşyaların hər hansı birinin alınması və ya satılmasını (məsələn, qaimə-faktura, ödəniş çekləri və sair) təsdiq edən sübut təqdim edilmir. O hal da nəzərə alınmalıdır ki, icra məmurları tərəfindən akt iddiaçının istinad etdiyi aktın tərtib edildiyi tarixdən 2 ay sonra tərtib edilmişdir. Qeyd edilənlər öz növbəsində iddia tələbinin bu hissədə də rədd edilməsini şərtləndirir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. İddia əsassızdır. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyası məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 5715/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.