Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2416/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddianın baxılmamış saxlanılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-196/2025 nömrəli 1 fevral 2024-cü il tarixli qərardadından iddiaçının nümayəndəsivəkili Vəkil1 Nəsimi oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2(009)- 2423/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, e-2(009)- 196/2025 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 Nəsimi oğlu Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(009)-196/2025 saylı qərardadından şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə icasında iştirak edə bilməməsinin üzrlü səbəbləri barədə “elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə ərizə göndərmiş, lakin texniki səbəblər ucbatından həmin ərizə məhkəməyə çatmamışdır. Odur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(009)-196/2025 saylı qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi zərurəti yaranmışdır.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-196/2025 saylı 07 mart 2025-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki iş üzrə xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə hazırlıq iclasları keçirilmiş və iddiaçının vəkili-nümayəndəsi heç birində iştirak etməmişdir. İşə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədilməsi yolverilməzdir. Hazırki mülki iş üzrə isə 7 hazırlıq iclası keçirilmişdir.
9. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçının vəkili-nümayəndəsi öz şikayət ərizəsində yalnız formal ifadələr işlətməklə kifayətlənmiş, vaxtında məhkəməni məlumatlandırmaması ilə bağlı üzrlü səbəblərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə, iddiaçının nümayəndəsivəkili Vəkil1 şikayətində qeyd etdiyi “İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə icasında iştirak edə bilməməsinin üzrlü səbəbləri barədə “elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə ərizə göndərmiş, lakin texniki səbəblər ucbatından həmin ərizə məhkəməyə çatmamışdır” əsaslandırmasını qəbul etməmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
11. 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir.
12. 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır.
13. 260.0.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir.
14. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
15. 296-cı maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. İşdə iştirak edən şəxslərin və onların nümayəndələrinin məhkəmə iclasına gəlməməsinin nəticələrini müəyyən edən Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Belə ki, mövcud qanunvericiliyə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır.
18. Kollegiya qeyd edir ki, ərizənin baxılmamış saxlanılması iddiaçının və ya hər iki tərəfin məhkəmə iclasına gəlməməsinin mümkün prosessual nəticələrindən biridir. Bu səlahiyyət, məhkəməyə gəlməməsinin səbəbləri barədə dərhal məlumat vermək öhdəliyini yerinə yetirməməsinə görə məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə tətbiq edilə bilən prosessual sanksiyadır. İşdə iştirak edən şəxslər üçün ümumi qayda ondan ibarətdir ki, işdə iştirak edən və məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş şəxslərdən hər hansı biri gəlmədikdə və bu barədə məlumat vermədikdə, yaxud da gəlməmə səbəbləri üzrsüz hesab edildikdə və ya bu səbəblərin üzrlü hesab edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədikdə, məhkəmə işə baxmaq hüququna malikdir.
19. Mülki işin materiallarından göründüyü kimi, tərəflər, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərinə təyin olunmuş məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən iclasa gəlməmiş, işin onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. İddiaçının nümayəndəsi-vəkili Vəkil1 Nəsimi oğlu xx.xx.2024-cü il, xx.xx.2025ci il və xx.xx.2025-ci il tarixlərində elektron kabinet vasitəsilə ərizə təqdim edərək müəyyən səbəblərdən iştirak edə bilmədiyini, məhkəmə iclasının qısa müddətə təxirə salınmasını xahiş etsə də, gəlməmə səbəblərinin üzrsüz hesab edilməsini təsdiq edə biləcək hər hansı sübutu ərizəyə əlavə etməmişdir. Məhkəmə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə istinadla iddianın baxılmamış saxlanılması barədə nəticəyə gəlmişdir.
20. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2(009)-2423/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən artıq bir dəfə baxılmamış saxlanılmışdır.
21. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsində ərizənin 259.0.6-cı maddəsində göstərilən əsasla baxılmamış saxlanılması işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçının məhkəmə iclasına təkrar gəlməməsi tələb olunur. Burada təkrarlıq əlaməti tərəflərin üzrlü səbəblər olmadan işin məhkəmə iclasına ən azı iki dəfə gəlməməsini ehtiva edir. Ona görə də işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin təkrarən üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmələri ərizənin baxılmamış saxlanılması üçün əsasdır.
22. Beləliklə yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı nümayəndəsi-vəkili Vəkil1 Nəsimi oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-196/2025 nömrəli 1 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev