Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2419/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-911/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 5.000 (beş min) manat məbləğində hissəsinin və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 10.785,78 (on min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində hissəsi cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; iddiaçı tərərfində ödənilmiş 30 (otuz) otuz manat məbləğində iddia rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xərci, cəmi 30,40 (otuz manat qırx qəpik) manat məbləğinin mütənasib olaraq 9,64 (doqquz manat altmış dörd qəpik) manat hissəsinin (31,7%) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 20,76 (iyirmi manat yetmiş altı qəpik) manat hissəsinin (68,3%) cavabdelər Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-911/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 7.785 (yeddi min yeddi yüz səksən beş) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7.815,40 (yeddi min səkkiz yüz on beş manat qırx qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti vermişdir. Apelyasiya icraatı zamanı məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə daxil olmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli məktubundan görünür ki, mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 mülki işin baxışdan çıxarılması barədə qərarın məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 mülki işin baxışdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və ona hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-911/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti apelyasiya baxışından çıxarılaraq mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2419/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2419/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver