Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-242/2025 18.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun silinməsi və bu barədə məlumatların kredit reyestrinə daxil edilməsi ” tələbinə dair mülki üzrə (Açar sözlər: Kredit borcunun silinməsi, borcun olmaması barədə məlumatın Azərbaycan Respublikası Mərkəzi Bank və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X9 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4629 F nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 200 000 manat məbləğində kredit verilmişdir.
2. Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4258 F nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 150 000 manat məbləğində kredit verilmişdir.
3. Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4590 F nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 156 000 manat məbləğində kredit verilmişdir.
4. Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4006 F nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə 400 000 manat məbləğində kredit verilmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, 2(005)- 167/2017 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı xx.xx.2013-cü il tarixli, 4006 F nömrəli kredit müqaviləsi üzrə 331.490 (üç yüz otuz bir min dörd yüz doxsan) manat məbləğində əsas, 167.217,91 (bir yüz altmış yeddi min, iki yüz on yeddi manat, doxsan bir qəpik) manat məbləğində faiz, cəmi 498.707,91 (dörd yüz doxsan səkkiz min yeddi yüz yeddi manat, doxsan bir qəpik) manat məbləğində borc, xx.xx.2013cü il tarixli, 4258 F nömrəli kredit müqaviləsi üzrə 139.328 (bir yüz otuz doqquz min, üç yüz iyirmi səkkiz qəpik) manat məbləğində əsas, 97.238,58 (doxsan yeddi min, iki yüz otuz səkkiz manat, əlli səkkiz qəpik) manat məbləğində faiz, cəmi 236.566,58 (iki yüz otuz altı min, beş yüz altmış altı manat, əlli səkkiz qəpik) manat məbləğində borc, xx.xx.2013-cü il tarixli, 4590 F nömrəli kredit müqaviləsi üzrə 151.670 (bir yüz əlli bir min altı yüz yetmiş) manat məbləğində əsas, 96.172,23 (doxsan altı min bir yüz yetmiş iki manat, iyirmi üç qəpik) manat məbləğində faiz, cəmi 247.172,23 (iki yüz qırx yeddi min bir yüz yetmiş iki manat, iyirmi üç qəpik) manat məbləğində borc, xx.xx.2013-cü il tarixli, 4629 F nömrəli kredit müqaviləsi 198.221 (bir yüz doxsan səkkiz min iki yüz iyirmi bir) manat məbləğində əsas, 121.322,22 (bir yüz iyirmi bir min üç yüz iyirmi iki manat, iyirmi iki qəpik) manat məbləğində faiz, cəmi 319.543,22 (üç yüz on doqquz min, beş yüz qırx üç manat, iyirmi iki qəpik) manatrməbləğində borc, ümumilikdə 1.301.989,94 manat məbləğində borc, ödənilmiş 30 otuz) manat məbləğində dövlət rüsumu, 80 (səksən) manat məbləğində notariat xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlər revestrində qeydə alınması üçün ödənilmiş 62 (altmış iki) manat "xxxx" ASC-nin xeyrinə tutulması tutmanin qeyd edilən kredit müqavilələrinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 2-ci C.Hacıbəyli döngəsi, 14 saylı fərdi yaşayış evinə və cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti, ev 108, 10 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetlərinə tutma yönəldildikdə onların ilkin satış qiyməti müvafiq olaraq 1.300.000 (bir milyon üç yüz min) manat məbləğində və 260.000 (iki yüz altmış min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün "xxxx" ASC-yə ödənilməsi borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından artıq qalan məbləğin əmlaklara uyğun olaraq cavabdehlər İddiaçı və X7 qaytarılması, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 2-ci C.Hacıbəyli döngəsi, 14 saylı fərdi yaşayış evində və cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsin rayonu, Azadlıq prospekti, ev 108, 10 saylı mənzilindən çıxmazsa, onların həmin əmlaklardan məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli, 2(103)-6132/2017 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin iddiadan imtinasının qəbul edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 167/2017 saylı 13 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
7. LPO Cavabdeh2 ASC-nin İddiaçı ünvanladığı 14 sentyabr 2021-ci il tarixli və 08 dekabr 2021-ci tarixli məktublarından görünür ki, İddiaçı banka 570 877.49 manat məbləğində kredit borcu mövcuddur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun silinməsi və bu barədə məlumatların kredit reyestrinə daxil edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı bank əməliyyat sistemində cavabdehə ümumi olaraq 570 877.49 (beş yüz yetmiş min səkkiz yüz yetmiş yeddi manat 49 qəpik) manat məbləğində kredit borcunun olduğuna dair məlumatın səhv məlumat sayılması, həmin kredit borcunun silinməsi, İddiaçı cavabdehə kredit borcunun (aktiv öhdəliklərinin) olmadığının müəyyən edilməsi və bu məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankına və "xxxx" MMC-yə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 9.16 mart 2022-ci il tarixli məhkəmə iclasında LPO Cavabdeh2 ASC də cavabdeh olaraq cəlb edilmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3(103)-129/2020 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan edilmiş və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-6132/2017 nömrəli 25 oktyabr 2017-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 ASC İddiaçı qarşı olan iddia tələbindən imtinası qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 167/2017 saylı 13 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Məlum olmuşdur ki, İddiaçı bank əməliyyat sistemində ümumi olaraq 570 877.49 (beş yüz yetmiş min səkkiz yüz yetmiş yeddi manat 49 qəpik) manat məbləğində kredit borcunun mövcud olduğuna dair əsassız məlumatlar qeyd olunmuşdur. Bu məlumatların səhvən, yanlışlıqla bank əməliyyat sistemində yer aldığını, yaxud heç bir əsas olmadan qanuna zidd olaraq bu məlumatların sistemə daxil edildiyi müəyyən olunmuşdur. İddiaçı tərəfindən dəfələrlə müraciət və şikayət edilməsinə baxmayaraq Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçı ilə əlaqədar bank əməliyyat sistemində olan kredit borcu barədə düzgün olmayan məlumatın silinməsini və ya düzəldilməsini təmin etməmişdir. Bununla əlaqədar iddiaçı Azərbyacan Respublikası Mərkəzi Bankına da şikayət etmişdir. Lakin yenə də məlumatların düzəldilməsi təmin edilməmişdir. Odur ki, məsələnin məhkəmə qaydasında həllinə zərurət yaranmışdır. İddiaçının müraciətlərinə cavab olaraq Ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 14 sentyabr 2021-ci il tarixli və daha sonra 08 dekabr 2021-ci il tarixli məktublarında İddiaçı bank əməliyyat sistemində ümumi olaraq 570 877.49 (beş yüz yetmiş min səkkiz yüz yetmiş yeddi manat 49 qəpik) manat məbləğində kredit borcunun mövcud olduğu qeyd olunmuşdur. Cavabdehin 14 sentyabr 2021-ci il tarixli cavab məktubunda aidiyyatı olmayan Mingəçevir şəhər məhkəməsinin qətnaməsindən bəhs etməsi müraciətin araşdırılmadığını və məsələyə “başdansovdu” yanaşıldığını nümayiş etdirir. Eyni zamanda borc məbləğinin hansı hissəsinin əsas borc və faiz borcu olduğunun qeyd olunmaması, ümumilikdə nə qədər borcun ödənildiyi və nə qədər borcun qalıq qaldığı, bunlardan əsas borca və faizlərə silinmənin nə vaxt, hansı qaydada və hansı əsaslarla aparlıdığı, bununla da yekunun necə hesablandığının açıqlanmaması sözügedən kredit borcu barədə bank əməliyyat sistemində saxlanılan məlumatların yanlış olduğuna yaxud əsassız olduğuna dəlalət edən arqumentlərdir. İddiaçının müraciət və şikayətlərinə cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının 16 dekabr 2021-ci il tarixli məktubunda Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3(103)- 129/2020 saylı qərarı ilə Cavabdeh2 ASC müflis elan edilmiş və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun təyin olunduğu, Fond tərəfindən iddiaçıya və Mərkəzi Banka xx.xx.2021-ci il tarixli məktubla cavab verildiyi bildirilmişdir. Məhkəmənin diqqətinə çatdırırlar ki, cavabdeh iddiaçının kredit borcu məsələsinin artıq həl edilmiş olmasını, cavabdehin bəhs etdiyi qətnamənin ləğv edildiyini, qeyd etdiyi borcun əsassız olmasını, Cavabdeh2 ASC-nin məhkəmə mübahisəsində iddiaçıya qarşı iddiadan imtina etməsini, bununla da artıq onun iddiaçıya qarşı heç bir tələb hüququnun olmamasını nəzərə almamışdır. Qəribədir ki, cavabdeh iddiaçının müraciətində cavablarında heç bir şəkildə bankın iddia tələbindən imtina olunmasından bəhs etmir, həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli 2(103)-6132/2017 nömrəli qərardadından bəhs etmir, nə üçün? Halbuki ona müraciətlərdə məhz bundan bəhs edilir. Əgər iddiaçının banka borcu qalsa idi bank iddiadan imtina etməzdi, kredit borcu qalmadığı üçün bank iddiadan imtina etmişdir, digər tərəfdən, məhkəmədə bankın kredit borcunu düzgün hesablanmadığı müəyyən edilmişdi, yenidən hesablamalar aparılmışdı, bu ərəfədə ipoteka predmetləri də satılaraq kredit borcunun ödənişinə yönəldilmişdi. Bank iddiadan imtina etməsəydi məhkəmədə iddiası rədd olunacaqdı. Bütün bunları nəzərə alaraq bank iddiadan imtina etmişdi. Məhkəmə də bankın iddiadan imtinasını qəbul etmişdir. Mülki prosessual qanunvericiliyə görə iddiadan imtina edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, Məhkəmə onu qəbul etmir. Digər tərəfdən banklarda risklərin idarə edilməsi qaydalarına uyğun olaraq bütün atılan addımlar təhlil edilir, təftiş edilir və səlahiyyətli şəxslər tərəfindən təsdq edilir. 25 oktyabr 2017-ci il tarixində iddiaçı Cavabdeh2 ASC Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh2 ASC-nin İddiaçı və qeyrilərinə qarşı “kredit məblğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbindən imtina etdiyini və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 6132/2017 nömrəli 25 oktyabr 2017-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 ASC İddiaçı qarşı olan iddia tələbindən imtinası qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 167/2017 saylı 13 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-167/2017 nömrəli mülki iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 ASC-nin iddia tələbi qismən təmin edilərək cavabdeh İddiaçı xx.xx.2013-cü il tarixli, 4006 F nömrəli kredit müqaviləsi üzrə 331.490 (üç yüz otuz bir min dörd yüz doxsan) manat məbləğində əsas, 167.217,91 (bir yüz altmış yeddi min, iki yüz on yeddi manat, 91 qəpik) manat bəbləğində faiz, cəmi 498.707,91 (dörd yüz doxsan səkkiz min yeddi yüz yeddi manat, 91 qəpik) manat məbləğində borc, xx.xx.2013-cü il tarixli, 4258 F nömrəli kredit müqaviləsi üzrə 139.328 (bir yüz otuz doqquz min, üç yüz iyirmi səkkiz) manat məbləğində əsas, 97.238,58 (doxsan yeddi min, iki yüz otuz səkkiz manat, 58 qəpik) manat məbləğində faiz, cəmi 236,566,58 (iki yüz otuz altı min beş yüz altmış altı manat 58 qəpik) manat məbləğində borc, xx.xx.2013-cü il il tarixli, 4590 F nömrəli kredit müqaviləsi üzrə 151.670 (bir yüz əlli bir min altı yüz yetmiş) manat məbləğində əsas 96.172,23 (doxsan altı min bir yüz yetmiş iki manat, 23 qəpik) manat məbləğində faiz, cəmi 247.172,23 ( iki yüz qırx yeddi min bir yüz yetmiş iki manat 23 qəpik) manat məbləğində borc, xx.xx.2013-cü il tarixli, 4629 F nömrəli kredit müqaviləsi üzrə 198.221 (bir yüz doxsan səkkiz min iki yüz iyirmi bir) manat məbləğində əsas,121.322,22 (bir yüz iyirmi bir min üç yüz iyirmi iki manat, 22 qəpik) manat bəbləğində faiz, cəmi 319.543,22 (üç yüz on doqquz min, beş yüz qırx üç manat 22 qəpik) manat məbləğində borc, ümumilikdə 1.301.989,94 (bir milyon üç yüz bir manat doqquz yüz səksən doqquz manat 94 qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, 80 (səksən) manat məbləğində notariat xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 62 (altmış iki) manat Cavabdeh2 ASC-nin xeyrinə tutulması, tutma qeyd edilən kredit müqavilələrinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 2-ci C.Hacıbəyli döngəsi, 14 saylı fərdi yaşayış evinə və cavabdeh X4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 108, 10 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetlərinə tutma yönəldildikdə onların ilkin satış qiyməti müvafiq olaraq 1.300.000 (bir milyon üç yüz min) manat məbləğində və 260 000 (iki yüz altmış min) manat məbləğində müəyyən edilməsi, həmin əmlaklar açıq hərrac vasitəsilə satılsın, satışdan əldə olunan vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün Cavabdeh2 ASC-yə ödənilsin. Borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından artıq qalan məbləğ əmlaklara uyğun olaraq cavabdehlər İddiaçı və X5 qaytarılması, ipoteka predmetləri açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin evlərindən çıxmazsa, onların həmin əmlaklardan məcburi çıxarılması hissədə iddia tələbləri təmin edilmiş, qalan hissədə iddia tələbləri təmin edilməmişdir. İddiaçı sözügedən qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində aşağıdakıları qeyd etmişdir. “Sözegedən qətnamənin iddia tələbləri təmin olunmuş hissəsi üzrə qanuna zidd, əsassız və ədalətsiz hesab edirəm. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinə görə “məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir”. Lakin məhkəmə icraatı zamanı iddia tələblərinin həcmi ilə məhkəmə - mühasibat ekspertizası rəyi arasında ortaya çıxmış fərqə lazımi diqqət ayrılmamış, yenidən məhkəmə - mühasibat ekspertizası təyin edilməmiş, iddia tələblərindən kənara çıxılmış, iddia tələblərini demək olar ki, məhkəmə müəyyən etmişdir. Eyni zamanda əmlakın qiymətləndirilməsi ekspertizasının keçirilməsi təmin edilməmiş, lazımi məhkəmə araşdırması aparılmamış, tələsik qətnamə qəbul etmişdir. Bununla da həm maddi, həm də prosessual qanunvericiliyin müddəaları pozulmuşdur. Mənim evimin dəyəri 4 000 000 (dörd milyon) manatdır. Onu dörd milyon manata almağa hazır olan real alıcılar vardır. Halbuki məhkəmə, iddiaçı bankın ipoteka qoyulan vaxt oz subyektiv mülahizələrinə görə qiymətləndirilmiş olan ilkin satış qiymətinin 1.300.000 (bir milyon üç yüz min) manat oldugunu qət etmişdir. İddiaçı bir neçə dəfə iddia tələblərinin həcmini gah artırmış, gah azaltmış, sanki tələbinin həcmini bilmirmiş kimi davranmışdır. Prosessual qanunvericiliyə zidd olaraq iddiaçı deyil məhkəmə onun tələblərini sübut etməyə çalışmışdır. Beləliklə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış qalmışdır. Hesab edirəm ki, məhkəmə icraatında həqiqət müəyyən olunmamışdır. Həqiqətən mövcud olan borc məbləği məhkəmə qətnaməsində göstərilən rəqəm deyildir. Bu fakt yenidən araşdırma tələb edir, yenidən məhkəmə - mühasibat ekspertizası təyin edilməli, həmçinin əmlakın qiymətləndirilməsi ekspertizası keçirilməli, mötəbər rəylər alınmalı, sübutlara ümumi qiymət verilməli, ziddiyətli məqamların nə üçün ortaya çıxdığı, hansı hesablamalarla fərqin yarandığı, “səhvlərin” məhz harda olduğu dəqiq izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə məhkəmədə iddiaçı Cavabdeh2 ASC öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməmiş, çox ziddiyyətli məqamlar ortaya çıxmış, bu məqamlar tam araşdırılmamışdır. Nə üçün bir bank tərəfindən faizlərin hesablanmasında, ümumilkdə borc məbləğinin hesablanmasında bu qədər “səhvlər” ortaya çıxır? Onun banka olan borcunun düzgün hesablanmaması, habelə qanunla müəyyən edilmiş qaydada hesablanmamaqla ondan tələb edilməsi, bunun məhkəmədə lazımi qaydada araşdırılmaması ona külli midarda ziyan vurulması ilə nəticələnəcəkdir. Bu isə onun əsas insan hüquqlarından sayılan, həm mülkiyyət hüququmun, həm də ədalətli məhkəmə araşdırması hüququnun pozulmasıdır.” İddiaçı sözügedən apellasiya şikayətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 167/2017 nömrəli mülki iş üzrə xx.xx.2017-ci il tarixli qətnaməsinin iddia tələblərinin təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə icraatı davam edərkən xx.xx.2017-ci il tarixində iddiaçı Cavabdeh2 ASC-nin təşəbbüsü, onun razılığı və nəzarəti altında İddiaçı ilə X2 arasında ipoteka predmeti olan əmlakın – ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 510.2. kv.m., yaşayış sahəsi 152.8. kv.m., yardımçı sahəsi 357.4. kv.m. olan 5 otaqlı fərdi yaşayış evinin alqı-satqısı həyata keçirilmiş və satışdan əldə edilən vəsaitlə kredit borcunun ödənilməsinə yönəldilmişdir.Sözügedən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 3-cü bəndində qeyd olunmuşdur ki, Alıcı Satıcının ipoteka müqaviləsi üzrə bütün hüquq və vəzifələrini öz üzərinə götürür. Beləliklə, iddiaçı ilə ləğvedilmiş Cavabdeh2 ASC arasında bağlanmış kredit müqavilələri üzrə tutma, kreditin təminatı qismində ipoteka ilə yüklü edilmiş olan Bakı şəhəri, Nərimanov rayonu, 2- ci C.Hacıbəyli döngəsi, 14 saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 108, 10 saylı mənziə yönəldilmiş və onlar satılmış, satışdan əldə edilən vəsait Cavabdeh2 ASC-yə ödənilmişdir. Bu ödənişlərdə həyata keçirildikdən sonra, eləcə də əvvəlki hesablamalardakı səhvlər də düzəldiləndən sonra, aparılan yeni hesablamada İddiaçı artıq iddiaçı banka kredit borcu qalmadığı müəyyən edilmişdir. Bununla da İddiaçı ləğvedilmiş Cavabdeh2 ASC-yə olan kredit borcu ödənilmiş sayılmışdır. Buna görə də Cavabdeh2 ASC apellyasiya instansiya məhkəməsində iddiadan imtina etmiş, bununla da İddiaçı artıq ona borcu olmadığını təsdiq etmişdir. İpoteka predmetləri bankın razılığı ilə 09 mart 2017-ci il və 13 iyun 2017-ci il tarxilərində satılaraq əldə edilmiş vəsait borcun ödənilməsinə yönləndirilmiş, həmin tarixədək ödənilmiş məbləğlər də nəzərə alınmaqla qalıq kredit borcu təkrar hesablanmış, yekunda bank iddiadan imtina etməyi məqsədəuyğun saymışdır. İddiaçı hazırda istehlak krediti ilə bağlı banklara müraciət edərkən ona bildirilir ki, onun hazırda külli midarda kredit borcu mövcuddur, kredit tarixcəsində onun kredit borcunun olduğu və onun ödənilmiş olduğu qeyd edilməli olduğu halda, kredit borcunun ödənilmədiyi, hazırda da ödənilməmiş qaldığı qeyd olunur. Buna görə də banklar hətda kiçik istehlak kreditləri verməkdən də imtina edirlər. Halbuki iddiaçının borcu 2017-ci ildə bağlanmışdır, məhkəmə qaydasında da işə xitam verilmişdir. İddiaçının kredit borcunun ödənilməsinə baxmayaraq hələ də kredit tarixcəsində bağlanmış öhdəliklər kimi deyil aktiv öhdəliklər kimi məlumatların yer alması iddiaçının qanunla qorunan mənafelərinin və hüquqlarının pozulması olduğundan buna dərhal son verilməlidir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (sədrlik edən – Ə.Heydərova) iddianın təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 345 manatın İddiaçı tutulub ekspertiza mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, birincisi iddiaçı bildirir ki, cavabdeh LPO Cavabdeh2 ASC tərəfindən 25 oktyabr 2017-ci il tarixdə iddiadan imtina edilməsinə dair ərizə verildiyindən, məhkəmə qaydasında işə xitam verilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2017ci il tarixli, 2(005)-167/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 ASC-nin cavabdehlər İddiaçı və X6 qarşı “kredit müqavilələri üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdehlərin Cavabdeh2 ASC-yə borcun olması təsdiq edilmişdir. Daha sonra Cavabdeh2 ASC tərəfindən iddiadan imtina edilməsinə dair ərizə verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli, 2(103)-6132/2017 saylı qərardadı ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi onun tam təbii prosessual hüququdur və bu İddiaçı Cavabdeh2 ASC-yə heç bir borcunun olmaması kimi qiymətləndirilə bilməz.
13. İkincisi, İddiaçı qeyd edir ki, o, Cavabdeh2 ASC-yə olan borcunu 2017-ci ildə tam ödəmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, hazırkı işdə tərəflər bağladıqları müqavilələrin şərtlərini azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, İddiaçı kredit məbləğini tam olaraq faizi ilə birlikdə ödədiyini bildirsə də, həmin borcu ödənişinin mövcudluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış edərək Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
14. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1722 saylı və xx.xx.2023-cü il tarixli 9/9861 saylı rəylərindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixli, 4006F nömrəli, xx.xx.2013-cü il tarixli, 4590F nömrəli, xx.xx.2013-cü il tarixli, 4258F nömrəli və xx.xx.2013-cü il tarixli, 4629F nömrəli kredit müqavilələri üzrə kredit borcları vardır.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 6.2, 385.1, -ci; "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndləri; “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4, 10.4.8-ci və Mülki Prosessual Məcəllənin 77.1, 76.1, 101.3, 14.2, 217.3, 217.4, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində qeyd olunur ki, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış kredit müqavilələri əsasında iddiaçıya kredit verilmiş və verilən kreditin təminatı kimi iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 2-ci C.Hacıbəyli döngəsi, 14 saylı fərdi yaşayış evini və X4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 108, 10 saylı mənzili girov qoyulmuşdur. Daha sonra kredit müqavilələri üzrə yaranmış kredit borcunun ödənilməsi üçün borc ipteka predmetinə yönəldilərək, ipoteka predmeti olan əmlaklar bankın nəzarəti altında satılmışdır. İddiaçı ilə bank arasında məhkəmə mübahisəsi olmuş, iddiaçı bankın tələb etdiyi borc məbləğinin düzgün olmadığını, həqiqi borc miqdarının olduqca az olduğunu, düzgün hesablanma aparılmasını, ekspertiza keçirilməsini, ipoteka predmetinin bazar qiymətinə uyğun olaraq real dəyəri ilə açıq hərracda satılması, satışdan əldə edilə vəsaitlə borc məbləği ödənildikdən sonra qalan məbləğin ona qaytarılmasını tələb etmişdir, İpoteka predemtinin dəyərinin mövcud kredit borcu məbləğində qat-qat artıq olduğunu davamlı vurğulamışdır. Məhkəmə icraatı vaxtı iddiaçı Cavabdeh2 ASC iddia tələbindən imtina etmiş və iş üzrə icraata xitam verilmişdir. Həmçinin məhkəmə icraatı vaxtı ipoteka predmeti bankın nəzarəti altında satılaraq əldə olunan vəsait banka ödənilmişdir. Cavabdeh2 ASC iddia tələbindən imtina edərkən iddiaçıya artıq onun banka kredit borcu olmadığını bildirmişdir. İddiaçı kredit borcu olmadığına dair arayış tələb etdikdə bank tərəfindən yaxın zamanda bu barədə arayışın veriləcəyi bildirilmişdir, bankda struktur dəyişiklikləri aparıldığından arayışların veriılməsində gecikmələr olacağı qeyd olunmuşdur. Bir müddət sonra isə bankın ləğv olunması barədə xəbərlər yayılmışdır. İddiaçı mərkəzi kredit bürosundan arayış aldıqda məlum olmuşdur ki, iddiaçı barədə kredit bürosunda olan kredit tarixçəsi üzrə məlumatlarda külli miqdarda kredit borcunun olduğu əks olunur. Bununla əlaqədar iddiaçı cavabdehə müraciət edərək yanlış hesab etdiyi bu məlumatların düzəldilməsini və bu barədə kredit bürosuna məlumat verməsini xahiş etmişdir. İddiaçının mürcaiətinə cavab olaraq LPO Cavabdeh2 ASC-nin İddiaçı ünvanladığı 14 sentyabr 2021-ci il tarixli və 08 dekabr 2021-ci tarixli məktublarında İddiaçı banka570 877.49 manat məbləğində kredit borcunun mövcud olduğu bildirilmişdir. İddiaçı bu məlumatların yanlış olduğunu, səhvin düzəldilməsini xahiş etsə də cavabdeh buna yanaşmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının 570 877.49 (beş yüz yetmiş min səkkiz yüz yetmiş yeddi manat 49 qəpik) manat məbləğində kredit borcunun mövcud olduğuna dair məlumatların yalnış olduğu müəyyən olunmuşdur. İddiaçının cavabdehə 570 877.49 (beş yüz yetmiş min səkkiz yüz yetmiş yeddi manat 49 qəpik) manat kredit borcunun olmadığı faktı məhkəmədə verilən ekspertiza rəyləri ilə yanaşı cavabdehin etirafı ilə də öz təsdiqini tapmışdır. İddiaçının məhkəmədən xahişi bank əməliyyat sistemində cavabdehə ümumi olaraq 570 877.49 (beş yüz yetmiş min səkkiz yüz yetmiş yeddi manat 49 qəpik) manat məbləğində kredit borcunun olduğuna dair məlumatın səhv məlumat sayılması, həmin kredit borcunun silinməsi, İddiaçı cavabdehə kredit borcunun (aktiv öhdəliklərinin) olmadığının müəyyən edilməsi və bu məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankına və "xxxx" MMCyə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılması tələbindən ibarətdir. Cavabdeh iddiaçının ümumilikdə 570 877 manat borcu olduğunu bildirir, kredit bürosuna bu məlumatı ötürmüşdür, 11 iyul 2023-cü il tarixli 9/1722 nömrəli ekspert rəyində iddiaçının ümumilikdə 319 000 manat faiz borcu olduğu, əsas borcu olmadığı göstərilir, 08 fevral 2024-cü il tarixli 9/9861 nömrəli ekspert rəyində isə iddiaçının ümumilikdə 309 759 manat faiz borcu olduğu, əsas borcu olmadığı qeyd olunur. Borc haqqında olan bu qədər ziddiyətli məlumatlar borc məbləğinin səhv və yanlış olduğuna dəlalət edir. Mədaxil-məxaric qəbzləri olmadan, sadəcə cavabdehin tərtib etdiyi hesabdan çıxarışlara əsasən hesablamalar arasında olduca kəskin fərqlər olduğu təsbit olunur. İddiaçının kredit tarixçəsindəki məlumatların dürüstlüyünü yoxlamaq və müvafiq düzəlişlər etmək məlumat təchizatcısı olan Cavabdehin (əvvəllər Cavabdeh2 ASC-nin və hazırda isə Ləğvedicisinin) bilavasitə vəzifəsidir. Lakin Cavabdeh vəzifəsini yerinə yetirməmişdir. Bu hal məhkəmədə də öz təsdiqini tapdığı halda məhkəmənin buna hüquqi qiymət verməməklə yekun qənaətə gəlməsi məhkəmənin əsassız və qanuna zidd qətnamə çıxarması ilə nəticələnmişdir. Hazırki iş üzrə nə məlumat təchizatçısı nə də Məhkəmə müvafiq yanlış məlumatlarda düzəlişlər aparılması ilə bağlı heç bir addım atmamaqla iddiaçının hüquqlarını pozmuşlar. Məhkəmə məlumat təchizatçısı olan cavabdeh bankın kredit bürosuna verdiyi və iddaçının kredit tarixçəsində yer alan məlumatların yanlış olduğu müəyyən olunmuşdur. Məhkəmənin mövqeyindən belə çıxır ki, yanlış məlumat olsa da bu məlumat kredit tarixcəsində qalmalıdır, kredit tarixçəsində kredit borcu barədə düzgün olmayan məlumatlar əks oluna bilər. Belə bir yanaşma qanuna zidd olmaqla yanaşı ağlasığmazdır. Lakin Məhkəmə məhz belə bir yanaşmadan irəli gələn qanuna zidd, absurd, əsassız və ədalətsiz qətnamə çıxarmışdır. Cavabdeh iddiaçının ümumilikdə 570 877 manat borcu olduğunu bildirir, kredit bürosuna bu məlumatı ötürmüşdür, məhkəmə icraatında 2 ildən artıq bir müddət ərzində müvafiq sənədlər mövcud olmadığı üçün ekspertiza aparılmasından imtina edilmişdir. Müvafiq sənədlər əlavə olunmadığı halda sonuncu dəfə 08 fevral 2024-cü il tarixli 9/9861 nömrəli ekspert rəyi verilərək iddiaçının ümumilikdə 309 759 manat faiz borcu olduğu, əsas borcu olmadığı qeyd olunur. Sadəcə Cavabdehin tərtib etdiyi hesabdan çıxarışa əsaslanaraq hesablama aparılmış, faizə faiz hesablanmışdır. Lakin bu halda belə Cavabdehin hesablaması ilə ekspertin hesablaması arasında olduqca böyuk və kəskin fərq ortaya çıxmışdır (570 877 və 309 759). İddiaçı isə borc məbləğinin mövcud olduğunu təsdiq edən mötəbər bir sübutun olmadığını vurğulamışıdr. Beləliklə, Cavabdehin də etirafı və təsdiqi ilə Cavabdeh2 ASC-nin kredit bürosuna verdiyi məlumatların yanlış olduğu təsbit olunmuşdur. İddiaçının kredit borcu barədə onun kredit tarixcəsində əks olunan məlumatların yanlış olduğu təkzibolunmaz fakt kimi məhkəmədə iş üzrə müəyyən olunmuş hal olmuşdur. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq olunmuş sübutları, eləcə də İddiaçının irəli sürdüyü arqumentləri, mülahizələri, dəlilləri və sübutları gözardı etmiş, bunlara heç bir münasibət bildirməmiş, qətnaməsində bu barədə fikir bildirməmiş, heç bir açıqlama verməmişdir. Aşağıda qeyd olunan arqumentləri, iş üzrə olduqca əhəmiyyətli olan halları, sübut və dəlilləri, birinci instansiya məhkəməsi qiymtələndirməmişdir: 1) 2 ildən artıq bir müddətdə (işin daxil olma tarixi: 19 yanvar 2022-ci il) mədaxil-məxaric orderləri, ssuda, faiz, cərimə hesablarından çıxarış və s. sənədlər mövcud olmadığı üçün ekspertiza aparılmasından imtina edilmişdir. Müvafiq sənədlər təqdim olunmadığı halda daha sonra ekspertiza aparılmış və rəy verilmişdir. Əvvəl sadalanan sənədlər olmadığı üçün aparılmayan ekspertiza, daha sonra eyni sənədlər olmadığı halda aparılmış və ziddiyətli ekspert rəyi verilmişdir. Odur ki ekspertiza rəyinin mötəbər sübut kimi qəbul olunması mümkün sayıla bilməz. 2) Cavabdeh iddiaçının ümumilikdə 570 877 manat borcu olduğunu bildirir, kredit bürosuna bu məlumatı ötürmüşdür, 11 iyul 2023-cü il tarixli 9/1722 nömrəli ekspert rəyində iddiaçının ümumilikdə 319 000 manat faiz borcu olduğu, əsas borcu olmadığı göstərilir, 08 fevral 2024-cü il tarixli 9/9861 nömrəli ekspert rəyində isə iddiaçının ümumilikdə 309 759 manat faiz borcu olduğu, əsas borcu olmadığı qeyd olunur. Borc haqqında olan bu qədər ziddiyətli məlumatlar borc məbləğinin səhv və yanlış olduğuna dəlalət edir. Mədaxilməxaric qəbzləri olmadan, sadəcə Cavabdehin tərtib etdiyi hesabdan çıxarışlara əsasən hesablanan məbləğlər arasında belə olduca kəskin fərqlər aşkar olunur. 3) Məhkəmə iclasında ekspert ona verilən suallara cavab olaraq bildirmişdir ki, həqiqətən də O, sadəcə Cavabdehin tərtib etdiyi hesabdan çıxarışlara əsasən rəy vermişdir, mədaxil –məxaric qəbzləri olmadığı halda hesablama aparmışdır. 4) Məhkəmə iclasında ekspert ondan əvvəlki ekspertlərin mədaxil –məxaric qəbzləri olmadığı üçün ekspertiza aparmaqdan imtina etdikləri halda onun niyə imtina etmədiyi sualına ekspert cavab verə bilməmişdir. Ekspert faizə faiz hesablanması qadağan olduğu halda, faiz borc məbləğinə necə faiz hesabladığı barədə suala da cavab verə bilməmişdir. 5) Qanunvericiliyə görə əsas kredit borcu silindikdə faizlər də silinməlidir.İddiaçının əsas borcu silinmiş olduğu üçün əgər var idisə faiz borcu da silinməli idi. 6) İddia tələbindən imtina etmiş olan Cavabdeh bankın tələb hüququ olmadığı halda borc məbləğinə faizlər hesablamışdır, özü də əsas borc deyil faiz borcuna faiz hesablamışdır, faizə faiz hesablamışdır, halbuki qanunla faizə faiz hesablanması qadağandır. Ekspert də faizə faiz hesablamışdır. 7) iddianın əsas predmeti bundan ibarətdir, iddiaçının əsas arqumentini bu fakt təşkil edir. Əgər yanlış məlumat varsa bu düzəldilməlidir, yaxud da silinməlidir, başqa seçim yoxdur. Məhkəmə isə yanlış məlumatın nə düzəldilməsi nə də silinməsinə dair hər hansı mövqeyini açıqlamır. Belə olan halda yanlış məlumatların aqibəti qeyri-müəyyən olaraq qalmış olur ki, bu yolverilməzdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi öz təsdiqini tapır. 8) məlumat təchizatçısı olan cavabdeh bankın kredit bürosuna verdiyi və iddaçının kredit tarixçəsində yer alan məlumatların yanlış olduğu və bunun düzəldilməsi iddiaçının əsas tələbi, əsas arqumentidir. 9) Vahid məhkəmə təcrübəsinə uyğun formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, hesabdan çıxarış bankın özü tərəfindən birtərəfli qaydada tərtib edilən sənəddir, hesabdan çıxarış və kassa mədaxil orderləri ilə kredit borcunun miqdarının müəyyənləşdirilməsi doğru deyildir. Hazırki işdə heç mədaxil və məxaric qəbzləri də mövcud olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-575/2023 nömrəli xx.xx.2023- cü il tarixli qərarını iddia tərəfi nəzərə alınması üçün Məhkəməyə təqdim etmişdir. 10) Kredit borcu ilə bağlı bütün hesablamalar təktərəfli tərtib olunan hesabdan çıxarışa əsasən aparılmış, bununla belə yenə də kredit borcunun həcmi konkret təsdiq olunmamış, kəskin fərq ortaya çıxmış, ziddiyətlərin ortadan qaldırılması mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının kredit borcunun olub-olmadığı və borcun miqdarı mötəbər sübutlarla öz təsdiqini tapmamışdır, sübutlar bir-birini təkzib edir. Avropa Məhkəməsinin president hüququna görə “Məhkəmə konkret və aydın cavab tələb edən arqumentləri məhkəmə qərarlarında əks etdirməli, münasibət bildirməlidir” (X11rşı iş 1994). Məhkəmələr təqdim olunan sübuta münasibət bildirməlidir, sübutu qəbul və ya rədd etdiyi halda bunu nə üçün etdiyini ətraflı əsaslandırmalıdırlar (X12rşı, X11rşı, H Belçikaya qarşı və s.). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, borcun silinməsi ilə bağlı səlahiyyət tələb olunur. İdarə heyətinin belə bir səlahiyyəti yoxdur. Şəxs borcun silinməsi ilə bağlı vaxtında müraciət etməmişdir. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya icraatında ekspertiza keçirilib və müvafiq rəylər var. Onlar hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunidir. Qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddia tələbindən imtina edilsə belə, fakt mövcuddur. Bank ləğv edildikdən sonra, Əmanətlərin Sığortalanması Fondu tərəfindən araşdırma aparıldıqda müəyyən edilib ki, şəxsə münasibətdə borc məbləği var. Borc olduğu halda bunun silinməsi mümkün deyil. Əmlak onlara təhvil verilməyib, bankla razılaşma olub, özü satıb və pulu verib. Borclu hüququnun pozulduğunu gördüyü halda davam etməyib və haqqını tələb etməyib. Bank müdaxilə etməyib, alqı-satqını vətəndaş özü edib. Rəyə əsasən həm əsas borc, həm də faiz borcu mövcuddur.
20. Məhkəmə kollegiyasının əvvəlki (xx.xx.2025-ci il tarixli) iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, iddiaçının 3 milyon dəyərində olan evi satılıb və borca yönəldilib. Bank bildirib ki, ev satılacaq, bank da iddiadan imtina edəcək. Ev 800.000 dəyərində necə qiymətlənə bilərdi. Bank iddiaçının əmlakını qeyri-qanuni şəkildə satıb. 3 milyon dəyəri var idi. İddiaçının evini satıblar, borcunu amma silməyiblər. Nərimanov rayon məhkəməsindəki iddiadan imtina ərizəsi verilməsə idi, qiymətləndirmə ekspertizası təyin ediləcəkdi. Bank iddiadan qismən imtina edə bilərdi. Eskpert rəyləri isə ümumiyyətlə ziddir. Əsas borcun 0 manat olması barədə sənədləri də var. Ekspert isə borcun olduğunu yazıb. Borcun nə qədər olduğunu nə bank, nə də ekspert deyə bilmir. Rəylər ziddiyyətlidir. Direktor barəsində cinayət işi açılıb. Mədaxil bankdadır.Evi bank satmışdır. Ev 800.000 dəyərində satılmışdır.Bank deyib ki,müştəri tapılıb,ev satılandan sonra borc silinəcək.İddiaçı da razılaşıb.Ev satılıb.Pul banka verilib. Ev qiymətləndirilməyib. Quliyev Dəyanət barəsində cinayət işi açılıb. İdarə Heyətinin sədri olub. Nərimanov rayon məhkəməsindəki iddiadan imtina ərizəsini imzalayan şəxs olub.
21. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, cavabdeh Bank kredit borcu barədə kredit bürosuna səhv məlumat ötürmüşdür və bunu etiraf etmişdir. 570 877 manat borc yoxdur. Məhkəmə ekspertiza təyin edib və qətnaməsində ekpsert rəyinə əsaslanıb. Əgər rəy mötəbər sübut sayılırsa onda iddia qismən təmin edilməli idi.2 ekspert rəyi var, ikisi də ziddiyət təşkil edir. Rəylərdən birində 319 000 manat, digərin də 309 759 manat faiz borcunun olduğu qeyd edilib. Ekspertlərdən biri rəy verməkdən imtina edib və səbəb olaraq bildirmişdir ki, mədaxil və məxaric sənədləri ona təqdim edilməyib. Digər ekspert isə həmin sənədlərin təqdim edilməməsinə baxmayaraq rəy vermişdir. Bu da rəylərin doğruluğunu şübhə altına alır, borc məbləğinin səhv olduğu nəticəsinə gəlmək olar. Kredit bürusonda göstərilən borcun olması düzgün deyil, razılaşmırlar. Buna görə iddiaları təmin edilməlidir. Bank iddiadan imtina edib, tələb edilməyən pula bank necə faiz tələb edə bilər. Nərimanov rayon məhkəməsində bankın iddiası qismən təmin edilmişdir.İddiaçının 3 milyon dəyəri olan evi satılıb və borca yönəldilib. Bankın qeyri-qanuni əməlləri olub. Bank iddiaçının əmlakını qeyri-qanuni şəkildə satıb, mənimsəyib. Bununla bağlı direktor barəsində cinayət işi açılıb. Alğı-satqı müqaviləsinin ləğvini tələb edirdilər, həmin dövrdə bank iddiadan imtina etdi. İddiaçıya arayış veriləcəyi vəd edildi, iddiaçı müraciət edəndə isə verilmədi. Bank borcun tam ödənilməsi ilə bağlı iddiaçıya arayış veriləcəyini vəd etsə də verilməyib. İddiaçı illər sonra hüquqularının pozulduğunu bilib, bankdan borc götürmək istəyən zaman bu məsələlərdən məlumatı olub.
22. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə3 izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, Rayon məhkəməsində ekspertiza keçirilib. Rəy də verilib. İmtina yoxdur. Sübut olunub ki, iddiaçının borcu var. Borc ola-ola məlumatları bank necə yerləşdirə bilər. Məlumatların səhv sayılması və silinməsi ayrı tələbdir, məhkəmə qərarı ilə düzəliş edilir. İddiaçının borcunun olmamasını qəbul etmirlər. Sübutetmə iddiaçının üzərinə düşür, sənədləri o təqdim etməlidir. Kredit bürosuna düzgün məlumat vermişlər, hesabdan çıxarışları, daxil olan və çıxarılan vəsaitlər təqdim edilib. Ekspertlər də müqaviləyə və hesabdan çıxarışa əsasən rəylər veriblər. İddiaçının borcu olduğu halda bank kredit bürosuna borcunun olmadığı barədə necə məlumat verə bilər. Bir neçə dəfə eskpertiza keçirilib, birinin imtina etməsi heç nə dəyişmir. Nərimanov rayon məhkəməsində bankın iddiadan imtina səbəbini bilmir. Bank düzgün işləmədiyi üçün hazırda ləğv prosesindədir. Bir ekspert imtina edib, digərləri rəyini verib. Ekspertin yanaşması fərqli olub. Bankın direktoru barəsindəki cinayət işi ilə bağlı məlumatı yoxdur.
23. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Maddə 529.8. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
25. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun:
Maddə 35.4. Banklar hər bir borcalan haqqında məlumatı Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. Banklar tərəfindən borcalanları barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 71. Ləğvedici. Maddə 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.
26. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun
Maddə 2.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları daşıyır: 2.0.2. kredit tarixçəsi - məlumatların saxlandığı üsul və formadan asılı olmayaraq kredit tarixçəsi subyektinin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün bu Qanuna uyğun olaraq lazım olan digər məlumatların məcmusu; 2.0.3. kredit tarixçəsinin subyekti - barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxs; 2.0.4. borc - verilmiş kreditlər, açılmış kredit xətləri, balansdan silinmiş kreditlər, qarantiya, zaminlik, uçota alınmış veksellər, nisyə satılmış malların dəyəri, lizinq və faktorinq əməliyyatları nəticəsində yaranan borc; 2.0.5. kredit tarixçələrinin məlumat bazası - “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verən informasiya sistemlərinə əsaslanan kredit bürosunun məlumat resursları; Maddə 10.1. Kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instasniya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməlidir.
32. Belə ki, iddiaçı hazırkı tələbində 570 877.49 manat məbləğində kredit borcunun silinməsini xahiş edir. İddianın əsası ondan ibarətdir ki, cavabdehlə aralarında qeyd olunan kredit müqavilələri üzrə kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə mübahisəsi dövründə iddiaçı olan Cavabdeh2 ASC iddia tələbindən imitina etmiş, iş üzrə icraata xitam verilmişdir. Kredit borcunun olmamasına rəğmən Cavabdeh2 ASC ləğv edildikdən sonra kredit bürosuna yanlış məlumat ötürülməsi səbəbindən onun adına hələ də kredit borcunun mövcud olduğu görsənir.
33. Birinci instansiya məhkəməsi əldə edilmiş ekspert rəylərinə əsasən borcun mövcud olmasını və iddiadan imtina etmənin tərəfin prosessual hüququ olmaqla bu halın iddiaçının Banka borcu olmadığını təsdiq etmədiyini qeyd edərək, eyni zamanda iddiaçı tərəfindən borcun ödənilməsini təsdiq edən hər hansı bir sübut təqdim edilmədiyinə istinad edərək iddia tələbini əsassız hesab etmişdir.
34. İlk növbədə kollegiya qeyd edir ki, cavabdeh tərəfin təqdim etdiyi sənədlər əsasında iş üzrə fərqli ekspert rəyləri əldə edilmişdir.
35. Hazırki iş üzrə birinci instansiya məhkəməsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1722 saylı rəyindən görünür ki, "Borcalan" İddiaçı tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir:
1. xx.xx.2013-cü il tarixli, 4006F nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə - əsas borc üzrə - 0.00 manat; - faiz borcu üzrə - 119.196,64 manat.
2. xx.xx.2013-cü il tarixli, 4258F nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə - əsas borc üzrə - 0,00 manat; - faiz borcu üzrə -70.195,17 manat.
3. xx.xx.2013-cü il tarixli, 4590F nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə - əsas borc üzrə - 0,00 manat; - faiz borcu üzrə - 21.975,39 manat.
4. xx.xx.2013-cü il tarixli, 4629F nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə - əsas borc üzrə - 0,00 manat; - faiz borcu üzrə - 108.075,08 manat.
36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9861 saylı rəyindən görünür ki:
1. İddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2013cü il tarixli, 4006 F saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, kredit müqaviləsi dövründə illik 20%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz borcu hesablanmaqla İddiaçı xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) və xx.xx.2024-cü il tarixə (rəyin tarixi) banka olan əsas borcu tam ödənilmiş, faiz və əldən çıxmış fayda borcu isə 119.196,65 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2021-ci il tarixə və xx.xx.2024-cü il tarixə: -əsas borc üzrə - 0,00 manat -faiz borcu üzrə - 111.099,41 manat (illik 20%-lə), -əldən çıxmiş fayda borcu üzrə - 8.097,24 manat (illik 5%-lə).
2. İddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2013cü il tarixli, 4258 F saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, kredit müqaviləsi dövründə illik 20%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz borcu hesablanmaqla İddiaçı xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) və xx.xx.2024-cü il tarixə (rəyin tarixi) banka olan əsas borcu tam ödənilmiş, faiz və əldən çıxmış fayda borcu isə 70.195,17 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2021-ci il tarixə və xx.xx.2024-cü il tarixə: -əsas borc üzrə - 0,00 manat -faiz borcu üzrə - 68.610,08 manat (illik 20%-lə), -əldən çıxmış fayda borcu üzrə - .585,09 manat (illik 5%-lə).
3. İddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2013cü il tarixli, 4590 F saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla İddiaçı xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) və xx.xx.2024-cü il tarixə (rəyin tarixi) banka olan əsas borcu tam ödənilmiş, faiz borcu isə 21.975,39 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2021-ci il tarixə və xx.xx.2024-cü il tarixə: -əsas borc üzrə - 0,00 manat -faiz borcu üzrə - 21.975,39 manat (illik 20%-lə).
4. İddiaçı banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2013cü il tarixli, 4629 F saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla İddiaçı xx.xx.2021-ci il tarixə (sualda göstərilən tarix) və xx.xx.2024-cü il tarixə (rəyin tarixi) banka olan əsas borcu tam ödənilmiş, faiz borcu isə 108.075,08 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2021-ci il tarixə və xx.xx.2024-cü il tarixə: -əsas borc üzrə - 0,00 manat -faiz borcu üzrə - 108.075,08 manat (illik 20%-lə).
37. Apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/6932 saylı rəyindən görünür ki;
1. xx.xx.2013- cü il tarixli, 4006 F saylı kredit müqaviləsi üzrə: xx.xx.2017-ci il tarixə 479.026,65 AZN -əsas borc üzrə 331250,56 AZN -faiz borcu üzrə 147.776,09 AZN
2. xx.xx.2013-cü il tarixli, 4258 F saylı kredit müqaviləsi üzrə: xx.xx.2017-ci il tarixə 239.446,45 AZN -əsas borc üzrə 140.896,9 AZN -faiz borcu üzrə 98.549,55 AZN
3. xx.xx.2013-cü il tarixli, 4590 F saylı kredit müqaviləsi üzrə: xx.xx.2017-ci il tarixə 21.975,39 AZN -əsas borc üzrə 0,00 AZN -faiz borcu üzrə 21.975,39 AZN
4. xx.xx.2013-cü il tarixli, 4629 F saylı kredit müqaviləsi üzrə: xx.xx.2017-ci il tarixə borcu 108.075,08 AZN -əsas borc üzrə 0,00 AZN -faiz borcu üzrə 108.075,08 AZN
38. Ekspert rəylərindən göründüyü kimi, kredit müqavilələri üzrə borcun məbləği barədə yekdil nəticə əldə edilməmiş, müxtəlif ekspertiza rəyində borc məbləği bir-birindən ciddi şəkildə fərqlənmişdir. Rəylərdə kredit müqavilələri üzrə əsas borcun olmadığı da öz əksini tapmışdır.
39. İş materallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, 2(005)-167/2017 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı xx.xx.2013-cü il tarixli, 4006 F nömrəli kredit müqaviləsi üzrə 331.490 (üç yüz otuz bir min dörd yüz doxsan) manat məbləğində əsas, 167.217,91 (bir yüz altmış yeddi min, iki yüz on yeddi manat, doxsan bir qəpik) manat məbləğində faiz, cəmi 498.707,91 (dörd yüz doxsan səkkiz min yeddi yüz yeddi manat, doxsan bir qəpik) manat məbləğində borc, xx.xx.2013-cü il tarixli, 4258 F nömrəli kredit müqaviləsi üzrə 139.328 (bir yüz otuz doqquz min, üç yüz iyirmi səkkiz qəpik) manat məbləğində əsas, 97.238,58 (doxsan yeddi min, iki yüz otuz səkkiz manat, əlli səkkiz qəpik) manat məbləğində faiz, cəmi 236.566,58 (iki yüz otuz altı min, beş yüz altmış altı manat, əlli səkkiz qəpik) manat məbləğində borc, xx.xx.2013-cü il tarixli, 4590 F nömrəli kredit müqaviləsi üzrə 151.670 (bir yüz əlli bir min altı yüz yetmiş) manat məbləğində əsas, 96.172,23 (doxsan altı min bir yüz yetmiş iki manat, iyirmi üç qəpik) manat məbləğində faiz, cəmi 247.172,23 (iki yüz qırx yeddi min bir yüz yetmiş iki manat, iyirmi üç qəpik) manat məbləğində borc, xx.xx.2013-cü il tarixli, 4629 F nömrəli kredit müqaviləsi 198.221 (bir yüz doxsan səkkiz min iki yüz iyirmi bir) manat məbləğində əsas, 121.322,22 (bir yüz iyirmi bir min üç yüz iyirmi iki manat, iyirmi iki qəpik) manat məbləğində faiz, cəmi 319.543,22 (üç yüz on doqquz min, beş yüz qırx üç manat, iyirmi iki qəpik) manatrməbləğində borc, ümumilikdə 1.301.989,94 manat məbləğində borc, ödənilmiş 30 otuz) manat məbləğində dövlət rüsumu, 80 (səksən) manat məbləğində notariat xərci və ipdteka predmetine tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlər revestrində qeydə alınması üçün ödənilmiş 62 (altmış iki) manat "xxxx" ASC-nin xeyrinə tutulması tutmanin qeyd edilən kredit müqavilələrinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 2-ci C.Hacıbəyli döngəsi, 14 saylı fərdi yaşayış evinə və cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti, ev 108, 10 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetlərinə tutma yönəldildikdə onların ilkin satış qiyməti müvafiq olaraq 1.300.000 (bir milyon üç yüz min) manat məbləğində və 260.000 (iki yüz altmış min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün "xxxx" ASC-yə ödənilməsi borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından artıq qalan məbləğin əmlaklara uyğun olaraq cavabdehlər İddiaçı və X7 qaytarılması, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 2-ci C.Hacıbəyli döngəsi, 14 saylı fərdi yaşayış evində və cavabdeh X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsin rayonu, Azadlıq prospekti, ev 108, 10 saylı mənzilindən çıxmazsa, onların həmin əmlaklardan məcburi qaydada çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
40. Cavabdeh2 ASC-nin “iddiadan imtina edilməsinə dair” 25 oktyabr 2017-ci il tarixli ərizəsindən görünür ki, cavabdeh ilə razılıq əldə olunduğu üçün icraata xitam verilməsini xahiş etmişdir.
41. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli, 2(103)-6132/2017 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin iddiadan imtinasının qəbul edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 167/2017 saylı 13 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
42. xx.xx.2025-ci il tarixli məhkəmə kollegiyasının iclasında cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında və ona verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, iddiaçı idarə heyətinin sədrinin tanışı olmuşdur. İddiadan imtina olunub. Müəyyən ödəniş edilib. Belə şifahi razılaşma olub. Bank Nərimanov rayon məhkəməsindəki iddiadan imtinanı apellyasiya instansiyasında etmişdir. Bank iddiaçıya borcunun olmaması barədə arayışı verə bilərdi, elə bir arayış verilməyib. Ev satılıb. Ödəniş olunması barədə çıxarışı təqdim etmişlər. Razılıq məktubu verilmişdir. 800.000 ödənilməsi hesabdan çıxarışdan görünür. İpoteka müqaviləsində dəyərləndirmə olub.
43. Hazırki məhkəmə kollegiyasının iclasında da cavabdehin nümayəndəsi bildirmişdir ki, Bank ləğv edildikdən sonra, Əmanətlərin Sığortalanması Fondu tərəfindən araşdırma aparıldıqda müəyyən edilib ki, şəxsə münasibətdə borc məbləği var. Borc olduğu halda bunun silinməsi mümkün deyil. Əmlak onlara təhvil verilməyib, bankla razılaşma olub, özü satıb və pulu verib. Borclu hüququnun pozulduğunu gördüyü halda davam etməyib və haqqını tələb etməyib. Bank müdaxilə etməyib, alqı-satqını vətəndaş özü edib.
44. LPO Cavabdeh2 ASC-nin İddiaçı ünvanladığı 08 dekabr 2021-ci tarixli məktubundan görünür ki, İddiaçı banka 570 877.49 manat məbləğində kredit borcu mövcuddur. Məktubda qeyd olunur ki, ipoteka predmetləri bankın razılığı ilə 09 mart 2017-ci il və 13 iyun 2017-ci il tarxilərdə satılaraq əldə edilmiş vəsait qətnamə üzrə borcun qismən ödənilməsinə yönəldilmişdir.
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9861 saylı rəyindən görünür ki, bankın təqdim etdiyi hesabdan çıxarış məlumatında 4006 F saylı müqavilə üzrə xx.xx.2017-ci il tarxdə 367925.71 manat, 4258 F saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli müqavilə üzrə 170836.37 manat,4590 F saylı müqavilə üzrə xx.xx.2017-ci il tarxidə 190000, xx.xx.2017-ci il tarixdə 31509 manat və 4629 F saylı müqavilə üzrə xx.xx.2017-ci il tarixdə 229729.83 manat, cəmi 990000 manat ödəniş olunmuşdur (i.v. 60, 4-cü cild).
46. Kollegiya nəzərə alır ki, cavabdeh tərəf də öz rəsmi məktubunda qeyd edir ki, ipoteka predmetləri bankın razılığı ilə 09 mart 2017-ci il və 13 iyun 2017-ci il tarxilərdə satılaraq borcun ödənilməsinə yönəlmişdir. Həmin ekspert rəyində qeyd edilən hesabdan çıxarış məlumatında xx.xx.2017-ci il tarxidə və xx.xx.2017-ci il tarixdə cəmi 990000 manat ödəniş öz təsdiqini tapır.
47. Deməli, ipoteka predmetləri satıldıqdan və bu ödənişlər edildikdən sonra Atabank” ASC “iddiadan imtina edilməsinə dair” 25 oktyabr 2017-ci il tarixli ərizə təqdim edərək cavabdeh ilə razılıq əldə olunduğu üçün icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir.
48. O da nəzərə alınmalıdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, 2(005)-167/2017 saylı qətnaməsində ipoteka predmetlərinin ilkin satış qiyməti 1.300.000 (bir milyon üç yüz min) manat və 260.000 (iki yüz altmış min) manat məbləğində müəyyən edilmişdir.
49. Mülki Məcəllənin 435-ci maddəsinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. 50.Mülki Məcəllənin 527.1.-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
51. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
52. Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.
53. Həmin Məcəllənin 529.8-ci maddəsinə əsasən tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər.
54. Sadalanan normaların təhlili baxımından kollegiya qeyd edir ki, borcun ödənilməsi faktı yalnız formal sənədlərlə deyil, həm də tərəflərin davranışı, razılaşması, həyata keçirilmiş ödənişlər və kreditorun sonrakı iradəsi ilə bütövlükdə qiymətləndirilməlidir.
55. İşin halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında onlar arasında bağlanmış kredit müqavilələri üzrə kredit borcunun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin iş üzrə iddiaçı olan Cavabdeh2 ASC-nin tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, apellyasiya mərhələsində isə Cavabdeh2 ASC ipoteka predmetləri satıldıqdan və ödəniş olunduqdan sinra iddiadan imtina etməsi barədə ərizə təqdim edərək cavabdehlə razılıq əldə olunduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş, məhkəmə tərəfindən iş üzrə icraata xitam verilmişdir.
56. Kollegiya qeyd edir ki, məhkəmə təcrübəsində iddiadan imtina, xüsusilə borc münasibətlərində, adətən tərəflər arasında öhdəliyin icra olunması və ya razılaşdırılmış əvəzlə xitam verilməsi ilə bağlı olur.
57. Öhdəliyin icra ilə xitamı yalnız formal “borc yoxdur” arayışı ilə deyil, tərəflərin iradəsi, icra xarakterli davranışları və kreditorun sonrakı prosessual mövqeyi ilə də müəyyən edilə bilər. Kreditor icranı qəbul edirsə, bu artıq öhdəliyin sona çatmasına yönəlmiş iradə kimi qiymətləndirilməlidir. Əgər kreditor təqdim edilən icranın öhdəliyin icrası olmadığını iddia edirsə, bunun sübutetmə yükü onun üzərinə düşür.
58. Mülki Məcəllənin 529.1.-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
59. Nəzərə alınmalıdır ki, ipoteka predmetləri satıldıqdan və ödəniş olunduqdan sonra bank iddia tələbindən imtina etməsi barədə məhkəməyə ərizə vermişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə iddiadan imtina edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardadının olması iddianın yolverilməzliyi üçün əsasdır.
60. Bu halda borclunun əlavə bir təsdiq edici sənədi tələb etməyə zərurət duymaması ağlabatan görünür.
61. Kollegiya hesab edir ki, bank tərəfindən iddiadan imtina edilməsini yalnız prosessual addım kimi dəyərləndirməklə birinci instansiya məhkəməsi mübahisənin həllinə çox formal yanaşaraq iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
62. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilərək Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4629 F nömrəli, xx.xx.2013-cü il tarixli, 4258 F nömrəli, xx.xx.2013-cü il tarixli, 4590 F nömrəli, xx.xx.2013-cü il tarixli, 4006 F nömrəli kredit müqavilələri üzrə borcun olmamasına dair məlumatın Azərbaycan Respublikası Mərkəzi Bank və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim olunması cavabdeh LPO Cavabdeh2 ASC-yə (cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ) həvalə edilməlidir.
63. Kollegiya prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
64. Məhkəmə kollegiyası qeyd edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 445 (dörd yüz qırx beş) manat pul cavabdehdən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-19/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4629 F nömrəli, xx.xx.2013-cü il tarixli, 4258 F nömrəli, xx.xx.2013-cü il tarixli, 4590 F nömrəli, xx.xx.2013cü il tarixli, 4006 F nömrəli kredit müqavilələri üzrə borcun olmamasına dair məlumatın Azərbaycan Respublikası Mərkəzi Bank və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim olunması cavabdeh LPO Cavabdeh2 ASC-yə (cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ) həvalə edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat məbləğində pul cavabdehdən tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 445 (dörd yüz qırx beş) manat pul cavabdehdən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov