Məhkəmə qərarları › İş №2(103)-2420/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2420/2023

10.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2420/2023 10.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinə, Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “maddi və mənəvi ziyan” hakimlər X* (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinə, Bakı şəhəri Suraxanı Rayon Prokurorluğuna və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(0*0)-4366/*0** saylı işi üzrə *6.**.*0**-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdehlər Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinə, Bakı Şəhəri Suraxanı Rayon Prokurorluğuna və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qanunsuz cinayət təqibi nəticəsində ona vurulmuş *0000 manat maddi və 30000 manat mənəvi zərərin cavabdehlərdən alınıb ona verilməsi barədə iddiası Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(0*0)-4366/*0** saylı işi üzrə *6.**.*0**-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, qanunsuz cinayət təqibi nəticəsində 5000 manat məbləğində mənəvi zərərin Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılaraq İddiaçı xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının *6, 60; Azərbaycan Respublikası Mülki Məcəlləsinin **.*, **0*.*, **0*.*; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.*, 78.*, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, maddi ziyanın nədən ibarət olması, iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər və ya həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) barəsində sübut təqdim olunmadığından iddia həmin hissədə təmin oluna bilməz. Məhkəmə hesab edir ki, İddiaçı qanunsuz cinayət təqibinə məruz qaldığından iddiaçının mənəvi sarsıntı keçirməsi və fiziki əzab çəkməsi şübhəsizdir və deməli, zərərçəkənin, yəni iddiaçının mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə onun azadlığının məhdudlaşdırılması ilə əlaqədar mənəvi əzab çəkməsi barədə dəlillərini inandırıcı qəbul edir. Zərərçəkən bunu 30000 manat dəyərində qiymətləndirir. Mənəvi zərərlə bağlı tələb olunan məbləğ həddindən artıq çoxdur və mənəvi zərərin 5000 manat məbləğində qiymətləndirilməsi daha ağlabatan və ədalətlidir. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində iddiaçı qanunsuz cinayət təqibinə məruz qaldığından, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulduğundan, bu hal onun əsəb gərginliyi keçirərək, psixo-emosional vəziyyətinin pisləşməsinə və onun şüurunda mənfi reaksiyaya və mənəvi sarsıntılar keçirməsinə səbəb olduğundan 5000 manat mənəvi zərər Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılaraq iddiaçının xeyrinə ödənilməlidir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Suraxanı Rayon Məhkəməsinin *4 avqust *0**-ci il tarixli *(0*0)-*57/*0** nömrəli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin *34.*-ci maddəsi ilə bəraət verilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *6 mart *0**-ci il tarixli *(*03)-75/*0** nömrəli qərarından məlum olur ki, İddiaçı Azərbaycan Respublikası CM-in *34.*-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *4 avqust *0**-ci il tarixli *(0*0)-*57/*0** saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *5 iyul *0**-ci il tarixli *(*0*)-**84/*0** nömrəli qərarından məlum olur ki, bəraət almış şəxs İddiaçı barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *6 mart *0**-ci il tarixli *(*03)-75/*0** nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; - Suraxanı Rayon Məhkəməsinin *0 yanvar *0**-ci il tarixli 4(0*0)-*9/*0** nömrəli qərarından məlum olur ki, İddiaçı barəsində 08 yanvar *0**-ci ildən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; - Suraxanı Rayon Məhkəməsinin *5 yanvar *0**-ci il tarixli 4(0*0)-*5/*0** nömrəli qərarından məlum olur ki, İddiaçı barəsində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *0 yanvar *0**-ci il tarixli 4(0*0)-*9/*0** nömrəli qərarı ilə seçilmiş 4 ay müddətinə həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir; - Suraxanı Rayon Məhkəməsinin *4 avqust *0**-ci il tarixli *(0*0)-*57/*0** nömrəli xüsusi qərarından məlum olur ki, Suraxanı Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi X*, Suraxanı Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı X4 və Suraxanı Rayon Polis İdarəsinin NMB-nin rəisi X3 məsuliyyətləri barədə məsələni həll etmək üçün hazırkı xüsusi qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir (iş səh. 30, *0, *5, 84, 88, 95). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Suraxanı Rayon Məhkəməsinin *0**-ci il *6 dekabr tarixli *(0*0)-4366/*0** nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin **0*.*, ***4.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunmalı idi. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 5000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin *90-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməmiş, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bununla bağlı bildiririk ki, analoji məhkəmə işlərində həbs qətimkan tədbiri seçilməyən iddiaçıya mənəvi ziyanın dəyməsi əsassız hesab edilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddiaçının sifarişlə həbs edildiyini, işgəncələrə məruz qaldığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

6. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 37*-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 37*.* və 37*.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *0.05.*0**-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 37*-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin ** və *3-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 3*.05.*00*-ci il tarixli qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.**.*008-ci il tarixli 7 saylı Qərarının, Azərbaycan Respublikası Konstitusiyasının *8-7*; *966-cı ildə BMT tərəfindən qəbul edilmiş “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 5, 4*; Azərbaycan Respublikası Mülki Məcəlləsinin **, **0*, *096-*097, ***4-***5; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63, *8*.*.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.*, 39.*, 76.*, 77.*, 80-8*, 89, *06.*, **9, **7.4, **0.5, 37*, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin əsassız dəlilləri formal mülahizə xarakteri daşıdığından, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır (qanunsuz cinayət təqibi və sair), qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir.

9. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət həm ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil edilir. Mülki Məcəllənin **0*.*-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin **0*.*-ci maddəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin **0*.*-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

10. Mənəvi zərərin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, insana təbii hüquq olaraq anadangəlmə məxsus azadlığın əlindən alınması digər hüquqlarının da məhdudlaşmasına səbəb olur və iddiaçının uzun müddət ərzində cinayət təqibinə məruz qalması, hansı cinayətdə ittiham olunmasını, həbsdə (ev dustaqlığında) saxlanmaların onun şəxsiyyətinə, sağlamlığına və mənəvipsixoloji vəziyyətinə təsirini, həmin illər ərzində keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır. Qeyd edilənlər baxımından hazırkı münasibətlərdə dövlətin cavabdehlik daşıdığı məsələ üzrə məhkəmə kollegiyası mənəvi ziyan hissədə məbləğinin fərqli tutulmalı olması ilə bağlı apellyasiya şikayətində təsbit edilmiş dayanıqlı (sübutlar) dəlillər müəyyən etmir. Cavabdehin apellyasiya şikayətində təqsirli vəzifəli şəxslərin iş üzrə prosesə cəlb edilməsi dəlillərinə dair isə kollegiya maddi və ya prosessual hüquqi əsaslar müəyyən etmir.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8*.* və 8*.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

12. Apellyasiya şikayətinin əsassız olduğunu nəzərə alaraq, kollegiya şikayətin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcinin onu ödəyən şəxsə aid edilməsini əsaslı hesab edir.

13. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 38*, 384, 39*, 393 və 40*-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(0*0)-4366/*0** saylı işi üzrə *6.**.*0**-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar