Məhkəmə qərarları › İş №2(103)-2422/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2422/2022

31.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2422/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə, X10 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-2422/2022 (Açar sözlər: “dəymiş maddi və mənəvi zərərin ödənilməsi”) Bakı şəhəri 31 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X6, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(001)- 3836/2021 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən, 1 otaqdan ibarət, 236 saylı mənzili 11 iyul 2015-ci il tarixdə müqavilə əsasında Cavabdeh1 MTK-dən 28.169 manata almışdır.

2. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi ilə Cavabdeh3 arasında bağlanmış 02 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi” haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşmiş birincinin tikilməkdə olan binasında 236A saylı 1 otaqdan ibarət, sahəsi 71.3 kv.m olan mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin haqqını, 28.164 manat məbləğində pulu vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

3. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 02 sentyabr 2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə məxsudur. Bu binanın 2-ci girişi, 16 yaşayış mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərindən 13.430 manatı alıcı Cavabdeh3 tərəfindən ödənilmişdir.

4. 11 iyul 2015-ci il tarixdə X1 (09 iyul 2015-ci il tarixli etibarnaməyə əsasən etibar edilən şəxs) Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə ünvanladığı ərizənin surətindən görünür ki, ünvan 1 ünvanında inşa olunan Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə məxsus binada 71.3 kv.m sahəsi olan 236 A saylı mənzil 02 sentyabr 2011- ci il tarixli müqavilə ilə onun adına sənədləşdirilmişdir. Hal-hazırda mənzili satmaq qərarına gəlmiş və xahiş etmişdir ki, onun adına olan müqaviləni ləğv edib İddiaçı adına sənədləşdirilməsində köməklik göstərilsin.Ərizənin davamında qeyd edilmişdir ki, mənzilin sənədlərinin əsli təhvil verilmiş, ona çatan məbləğ tam olaraq almışdır. Bu mənzillə bağlı heç bir iddiası və maddi tələbi yoxdur, gələcəkdə də olmayacaqdır.

5. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 11 iyul 2015-ci il tarixli “yaşayış binasında mənzil tikintisi” haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş birincinin tikilməkdə olan binasında 236A saylı 1 otaqdan ibarət, sahəsi 71.3 kv.m olan mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzilin haqqını, 28.164 manat məbləğində pulu vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

6. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 11 iyul 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1nə məxsudur. Bu binanın 2-ci girişi, sonuncu mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 18.430 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir.

7. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 12 avqust 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1nə məxsudur. Bu binanın 2-ci girişi, sonuncu mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 2.000 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir.

8. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 10 oktyabr 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə məxsudur. Bu binanın 2-ci girişində yerləşən bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 1.000 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir.

9. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 11 noyabr 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1nə məxsudur. Bu binanın 2-ci girişi, sonuncu mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 1.000 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir.

10. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 11 dekabr 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə məxsudur. Bu binanın 2-ci girişi, sonuncu mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 1.000 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir.

11. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 09 yanvar 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə məxsudur. Bu binanın 2-ci girişi, sonuncu mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 1.000 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir.

12. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 10 mart 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1 Mənzil - Tikinti Kooperativinə məxsudur. Bu binanın 2-ci girişi, sonuncu mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 2.000 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir.

13. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 10 aprel 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1nə məxsudur. Bu binanın 2-ci girişi, sonuncu mərtəbəsində ümumi sahəsi 71.3 kv.m olan bir otaqlı, 236 A saylı mənzilin pay dəyərinin 1.750 manatı alıcı İddiaçı tərəfindən ödənilmişdir.

14. Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 MTK tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı 236 saylı mənzilin təmirinə çəkilən xərc barədə aktdan görünür ki, təmirə çəkilmiş xərc 17.377,5 manat təşkil edir.

15. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli, 2(006)- 4246/2019 saylı qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı Cavabdeh1 Mənzil- Tikinti Kooperativinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddia tələblərinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, İddiaçı və Cavabdeh3 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinin təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 Mənzil- Tikinti Kooperativi tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 (236A) saylı mənzilin Cavabdeh3 satılmasına dair 02 sentyabr 2011-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 (236A) saylı mənzilin İddiaçı satılmasına dair 11 iyul 2015-ci il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş binanın 2-ci girişi, 16-cı mərtəbəsində yerləşən 1 otaqlı, 236 (236A) saylı mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, həmin mənzilin Cavabdeh2 təhvil verilməsi öhdəliyinin Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin, Cavabdeh3 və İddiaçı üzərinə qoyulması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun əvəzi qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativindən, Cavabdeh3 və İddiaçı müştərək qaydada tutularaq Cavabdeh2 ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər Cavabdeh1 MənzilTikinti Kooperativinə və Cavabdeh2 qarşı Cavabdeh3 üçüncü şəxs qismində cəlb edilməklə “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməməsi, ilkin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaları ilə bağlı məhkəmə xərcləri onların özlərinə aid edilməsi qət edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(103)-297/2020 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativi və müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4246/2019 saylı, 03 sentyabr 2019-cu il tarixli qətnaməsi və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-547/2018 saylı, 15 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və Cavabdeh1 MTK-dan 28.180 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

17. Qeyd olunan qətnamədən görünür ki, birinci iş üzrə - iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı “mənzilə dair maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MTK-dan pay haqqını ödəməklə aldığı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-ci mərtəbəsində yerləşən 1 (bir) otaqdan ibarət 236 saylı mənzilə girişinə, təmir işləri aparmağına, eləcə də mənzilin giriş qapısının qoyulmasına maneəçiliyin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-547/2018 saylı 15 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İkinci iş isə yuxarıda qeyd olunan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4246/2019 saylı mülki işdir.

18. Həmin qətnamədə qeyd olunmuşdur ki, mübahisəli mənzilə dair MTK ilk dəfə, yəni 24 dekabr 2009-cu il tarixdə Cavabdeh2 ilə müqavilə bağlayıb, həmin mənzil üçün pay haqqı sonuncu tərəfindən tam ödənildiyindən və buna görə həmin əmlakın qanuni sahibi Cavabdeh2 olduğundan həmin daşınmaz əmlakla bağlı bütün hüquqlar ona keçmişdir və MTK-nın əmlak üzərində heç bir hüququ qalmamaqla yanaşı, əmlakı özgəninkiləşdirmək səlahiyyəti də olmamışdır. Mübahisəli yaşayış sahəsi MTK-nın rəhbərliyinin qeyri-qanuni hərəkətləri nəticəsində digər fiziki şəxslərə verilmiş, bu isə əsl mülkiyyətçi olaraq Cavabdeh2 iradəsinin ziddinə baş vermişdir. Onunla bağlanan müqavilə qüvvədə olduğu təqdirdə digər şəxslərlə müqavilə bağlanmış və mənzil həmin şəxslərə qanunsuz olaraq satılmışdır. İlkin olaraq Cavabdeh2 ilə bağlanan müqavilə qüvvədə olduğu halda, Cavabdeh3 və İddiaçı ilə bağlanan müqavilələr əhəmiyyətsiz əqd olmaqla bağlandığı andan etibarsızdır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli, 2(102)-68/2021 saylı qərarından görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(103)- 297/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən 236 A saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 15.055,5 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. 15 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki-mühasibatlıq ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli, 10/3317 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən, 236 saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin 2018-ci il tarixə mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 14387,0 manat məbləğində müəyyən edilmişdir. Rəyə 02 vərəqdən ibarət smeta əlavə olunmuşdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK tərəfindən ona dəymiş 10.000 manat məbləğində maddi və mənəvi ziyanın, Cavabdeh3 11.000 manat məbləğində pulun və cavabdeh X5 mənzildə aparılmış təmir işləri üzrə ödənilmiş 15.000 manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

23. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən, 1 otaqdan ibarət, 236 saylı mənzili 11 iyul 2015-ci il tarixdə müqavilə əsasında Cavabdeh1 MTK-dən 28.169 manata almışdır. Həmin vaxtdan mənzil onun istifadəsindədir, sahibliyində olan mənzildə onun tərəfindən təmir işlərinin 80%-i başa çatdırılıb, bütün kommunal xidmətlər öz adınadır və halhazırda sözügedən məzildə yaşayır. Həmin vaxt, Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı “mənzilə dair maneələrin aradan qaldırması” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin onun bu ərizə barədə heç bir məlumatı olmamışdır, çünki, həmin iş üzrə onu cavabdeh qismində cəlb etməmişlər. Məlumat alandan sonra o, apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 25 aprel 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Eyni zamanda, Cavabdeh1 MTK Cavabdeh2 və ona qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. O da müstəqil üçüncü şəxs qismində Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı Cavabdeh3 üçüncü şəxs qismində cəlb edilməklə “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən istifadə hüququnun tanınması barədə” müstəqil tələb irəli sürmüşdür. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4246/2019 nömrəli, 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində onun cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2 qarşı Cavabdeh3 üçüncü şəxs qismində cəlb edilməklə “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Eyni zamanda, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və İddiaçı qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddia tələbləri təmin edilməmişdir. Elə həmin qətnamə ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, ona və Cavabdeh3 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-297/2020 nömrəli, 26 fevral 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh1 Mənzil-Tikinti Kooperativi və onun tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4246/2019 saylı, 03 sentyabr 2019-cu il tarixli qətnaməsi və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-547/2018 saylı 15 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən o, kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-68/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qərarı ilə onun tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 297/2020 nömrəli iş üzrə 26 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Belə ki, mübahisəli mənzili 28.169 manata almışdır. Hal-hazırda sözügedən məzildə yaşayır. Bununla əlaqədar, o, mənzil üçün Cavabdeh1 MTK-yə 28.169 manat məbləğində pul ödəmiş və mənzildə əsaslı təmir işləri aparmağa başlamışdır. Bundan başqa, Cavabdeh1 MTK tərəfindən sözügedən mənzilin satış qiymətinin 28.169 manat məbləğində olmasına baxmayaraq, o, mənzili evin sahibi Cavabdeh3 ona 39.000 manat məbləğində vəsait ödəməklə almışdır. Məbləğin 24.000 manatı bilavasitə Cavabdeh3, digər 15.000 manatı isə evin sahibi Cavabdeh3 Cavabdeh1 MTK-yə olan borcunun bağlanılması məqsədilə 5.000 manatını birbaşa, qalan 10.000 manatı isə 10 ay ərzində hissə-hissə olmaqla Cavabdeh1 MTK-yə ödəmişdir. Bununla əlaqədar Cavabdeh3 etibarnamə üzrə qanuni nümayəndəsi - onun anası X3 ona çatan məbləğin tam ödənilməsi barədə ərizə vermişdir. Beləliklə, mənzilin alınması ilə bağlı o, ümumi 39.000 manat məbləğində pul ödəmişdir (15.000 manat - cavabdeh “Yeni Yasamal MTK- yə, 24.000 manat - Cavabdeh3). Eyni zamanda evin sahibi Cavabdeh3 2011-2015-ci illər ərzində 13.169 manat Cavabdeh1 MTKya ödəmiş və 15.000 manat məbləği miqdarında borclu qalmışdır. Qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 MTK ilə müqavilə bağladıqdan sonra mənzildə təmir işlərini aparmağa başlamış və sahibliyində olan mənzildə təmir işlərinin 80%ni başa çatdırmışdır. Mənzildə aparılan təmir işləri ilə əlaqədar 15.000 manat məbləğində pul xərcləmişdir. Məhkəmə qərarları əsasında mənzil Cavabdeh2 istifadəsində qaldığına görə, təmirə 15.000 manat xərclədiyi pul məbləği ondan alınmalıdır. Bundan başqa, hesab edir ki, Cavabdeh1 MTK-nın qanunsuz hərəkətləri ilə bağlı ona xeyli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Ona dəymiş maddi və mənəvi ziyanı 10.000 manat məbləğində qiymətləndirir.

24. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, iddiaçı mübahisəli mənzili 2015-ci ildə almış və ödənişlərini etmişdir. Həmin vaxt mənzilin heç nəyi olmamışdır. Mənzildə 3 il, 2015-2018-ci illərdə təmir işləri aparılmışdır. Sonradan Sevil xanım gələrək mənzilin onun adına olduğunu bildirmişdir.

25. Məhkəmə iclasında iddiaçının vəkili iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2020-ci il tarixli, 2(103)-297/2020 saylı qətnaməsi ilə Cavabdeh1 MTK tərəfindən 28.180 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilsə də, lakin mənzil 39.000 manata alındığından Cavabdeh3 qalan 11.000 manatı iddiaçıya ödəməlidir.

26. Məhkəmə iclasında cavabdeh X7 nümayəndəsi (vəkili) Vəkil1 iddianı cavabdeh X8 aid hissədə qismən qəbul edərək bildirmişdir ki, evin təmirinə çəkilmiş 7.000-8.000 manat məbləğində xərcin əvəzinin iddiaçıya ödənilməsinə razıdırlar.

27. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi X13 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən mənzilin alınmasına görə Cavabdeh3 hər hansı məbləğdə pul ödənilməmişdir.

28. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X10 iddianı qismən qəbul edərək bildirmişdir ki, o, mübahisəli mənzili 2009-cu ildə almışdır. Sonradan ona məlum olmuşdur ki, ev başqa şəxslərə satılmışdır. O, hələ də mübahisəli mənzilə köçə bilməmişdir. İddiaçı həmin mənzilin təmirinə xərc çəkib, bu səbəbdən edilmiş təmirin əvəzini ödəməyə etiraz etmir. Lakin, iddiaçının tələb etdiyi məbləğlə razı deyil. Hesab edir ki, evə daha az məbləğdə xərc çəkilmişdir. Onların mütəxəssisləri tərəfindən həmin evə baxış keçirilmiş və həmin evdəki təmirin məbləği 7.000-8.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin məbləği isə ödəməyə razıdır.

29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir.

30. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(001)- 3836/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 Mənzil- Tikinti Kooperativindən İddiaçı xeyrinə mənəvi zərərə görə 1.000 (bir min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 5 (beş) manatının tutulması, Cavabdeh2 İddiaçı xeyrinə təmirə çəkilmiş xərcə görə 15.000 (on beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 8 (səkkiz) manatının tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən, 1 otaqdan ibarət, 236 saylı mənzilə dair MTK ilk dəfə, yəni 24 dekabr 2009-cu il tarixdə Cavabdeh2 ilə müqavilə bağlamışdır. Daha sonra isə MTK-nın rəhbərliyinin qeyri-qanuni hərəkətləri nəticəsində həmin mənzilə dair MTK ilə Cavabdeh3 və İddiaçı arasında müqavilələr bağlanmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli, 2(006)-4246/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 iddiası təmin edilərək, mübahisəli mənzilin Cavabdeh3 satılmasına dair 02 sentyabr 2011ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə və eyni tarixli maliyyə arayışı, habelə həmin mənzilin İddiaçı satılmasına dair 11 iyul 2015-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilmiş və Cavabdeh2 mübahisəli mənzilə sahiblik və istifadə hüquqları tanınmış, həmin mənzilin Cavabdeh2 təhvil verilməsi öhdəliyi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin, Cavabdeh3 və İddiaçı üzərinə qoyulmuşdur. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmişdir. Hazırda mübahisəli mənzilin qanuni sahibi Cavabdeh2dır. Bundan əlavə o da müəyyən olundu ki, mənzil iddiaçının istifadəsində olarkən onun tərəfindən təmir etdirilmişdir.

32. Hazırda iddiaçı MTK-nın rəhbərliyinin qeyri-qanuni hərəkətləri nəticəsində ona dəymiş 10.000 manat məbləğində maddi və mənəvi ziyanın Cavabdeh1 MTK-dan tutulmasını, mənzilə görə əlavə ödədiyi 11.000 manat məbləğində vəsaitin Cavabdeh3 onun xeyrinə tutulmasını, habelə mənzildə aparılmış təmir işlərinə görə 15.000 manat məbləğində pulun Cavabdeh2 tutulmasını xahiş edir. Cavabdeh3 iddianı qəbul etməyərək, ona hər hansı məbləğdə pulun ödənilmədiyini bildirir, Cavabdeh2 isə iddianı qismən qəbul edərək, mənzildə aparılmış təmirə görə 7.000-8.000 manat məbləğində vəsait ödəməyə razı olduğunu bildirmişdir.

33. Məhkəmə iddia tələbinin “MTK-nın rəhbərliyinin qeyri-qanuni hərəkətləri nəticəsində ona dəymiş 10.000 manat maddi və mənəvi ziyanın Cavabdeh1 MTKdan tutulması” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Şərh edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi maddi və mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və Cavabdeh1 MTKdan vurulmuş mənəvi zərərə görə 1.000 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Cavabdeh1 MTK-nın qeyri-qanuni hərəkətləri nəticəsində mənzilin qanunsuz olaraq bir neçə şəxsə satılması, iddiaçının ümid etdiklərindən məhrum olması, cavabdehin hərəkətlərinə görə iddiaçı məhkəmədə mənzilə dair iddia irəli sürmək, bunun üçün məhkəmə xərcləri çəkmək, bununla bağlı sənədləri toplamaq məcburiyyətində qalmış və nəticədə iddiaçının həyatının adi axarının gedişi dəyişmişdir. Ümumi həyat təcrübəsinə görə isə qeyd olunan hallarda mənəvi sarsıntının keçirilməsi mübahisəsizdir. Məhkəmə maddi ziyanın tutulması ilə əlaqədar isə qeyd etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanın dəydiyini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə, iddia tələbinin bu hissəsinin təmin edilməməli olduğu qənaətinə gəlmişdir.

35. Məhkəmə iddia tələbinin “mənzildə aparılmış təmir işlərinə görə 15.000 manat məbləğində pulun Cavabdeh2 tutulması” hissəsi ilə əlaqədar isə qeyd etmişdir ki, mübahisəli mənzilin iddiaçı tərəfindən təmir edilməsi və yaşayış üçün əlverişli şəraitə salınması, lakin mübahisəli mənzilin hazırda Cavabdeh2 sahibliyində və istifadəsində qalması nəticəsində Cavabdeh2 əsassız olaraq varlanmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini mübahisəli mənzilin təmirinə çəkilmiş xərclərin Cavabdeh2 tutulması hissəsində əsaslı hesab edir. Təmirə çəkilmiş xərclərin dəyərinə gəldikdə isə, məhkəmə ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməli, mənzilin təmirinə çəkilmiş xərcə görə 15.000 manat məbləğində vəsait Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

36. Bundan əlavə, iddiaçı mübahisəli mənzili Cavabdeh3 39.000 manata aldığını, 24.000 manatını Cavabdeh3 şəxsən özünə, 15.000 manatını isə Cavabdeh1 MTKya ödədiyini, məhkəmə qətnaməsi ilə isə yalnız Cavabdeh1 MTK-dan 28.180 manat məbləğində pulun tutularaq ona ödənilməsinin qət edildiyini bildirərək, əlavə ödədiyi 11.000 manat məbləğində pulun Cavabdeh3 onun xeyrinə tutulmasını xahiş etsə də, mənzilin 39.000 manat məbləğinə alınmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-297/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə mübahisəli mənzilin iddiaçı tərəfindən 28.180 manata Cavabdeh1 MTK-dan alınması müəyyən edilmiş və Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 11 iyul 2015-ci il tarixli müqavilə etibarsız hesab edilərək MM-nin 337.5-ci maddəsinə əsasən məhz həmin məbləğdə - 28180 manat pul vəsaitinin İddiaçı qaytarılmalı olduğu qənaətinə gəlinmişdir. Həmin qətnamənin aid olduğu işdə izahatı alınmış MTK-nin direktoru Cahangir Alışov da izahatında mənzilin İddiaçı məhz 28180 manata satmasını təsdiq etmişdir.

37. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 Mənzil- Tikinti Kooperativindən İddiaçı xeyrinə mənəvi zərərə görə 1.000 manat məbləğində pul vəsaiti tutulmalı, Cavabdeh2 İddiaçı xeyrinə təmirə çəkilmiş xərcə görə 15.000 manat məbləğində pul vəsaiti tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir.

38. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 21.1-ci, 21.2-ci maddələrinə, 1091.1-ci maddəsinə, 1091.2-ci maddəsinə, 1092.1-ci maddəsinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına, həmin qərarın 2, 4, 8-ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

39. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3836/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin Cavabdeh2 tutulmalı olan pulun miqdarı hissəsində dəyişdirilməsini və iş üzrə tam araşdırma aparılaraq tutulmalı olan pulun miqdarının düzgün müəyyən edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

40. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə Cavabdeh2 tutulmalı olan pulun miqdarı hissəsində dəyişdirilməlidir. Belə ki, iddia tələbi Cavabdeh2 aid hissədə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən, 1 otaqdan ibarət, 236 saylı mənzili 11 iyul 2015-ci il tarixdə müqavilə əsasında Cavabdeh1 MTK-dan 28.169 manata almışdır. Həmin vaxtdan onun istifadəsinə və sahibliyinə verilmiş mənzildə onun tərəfindən təmir işləri görülmüşdür. Artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçı ilə MTK arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və mənzilin ondan alınıb Cavabdeh2 təhvil verilməsi qərara alınmışdır. Hazırda iddiaçı hesab edir ki, mənzildə apardığı təmir işlərinə görə çəkdiyi 15.000 manat məbləğində xərclərin əvəzi Cavabdeh2 tutularaq ona ödənilməlidir. Cavabdeh2 məhkəmə baxışı zamanı iddiaçının maddi ziyana uğramasının səbəbkarının o olmamasını, buna baxmayaraq bir insan kimi halallaşmaq üçün iddiaçıya gücü çatan 7.000 manat miqdarında pul verə biləcəyini bildirmişdir. Çünki bu sahə üzrə mütəxəssislərlə məsləhətləşən zaman mənzilə baxdıqdan sonra ona şifahi olaraq mənzildə 7.000 manatlıq iş görüldüyü bildirilmişdir. Eyni zamanda məhkəmə iclası zamanı iddiaçı tərəfindən təmir işləri görülən zaman çəkilmiş xərclərin real dəyərinin nə qədər olmasının müəyyən edilməsi üçün məhkəmə ekspertizası keçirilməsi xahiş edilmişdir. Məhkəmə ekspertizası təyin edilməzdən əvvəl iddiaçı tərəfindən mənzilin təmirinə çəkdiyi xərcləri dair cədvəl təqdim edilmişdir və onun tərəfindən təmirin 2018-ci ildə həyata keçirildiyi bildirilmişdir. Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında mənzildə təmir ilə bağlı çəkilmiş xərclərin 2018ci il tarixə neçə manat təşkil etdiyi barədə sual qoyulmuşdur. Xərcin təmir edilən zamanda nə qədər təşkil etməsi barədə qoyulmasını onlar xahiş etmişlər. Çünki 2018-ci illə müqayisədə hazırki vaxtda materialların qiyməti xeyli artmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3408 nömrəli rəyi ilə mənzil üzrə yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyərinin 15.055,5 manat təşkil etdiyi müəyyən olunmuşdur. Lakin ekspert rəyində bu məbləğin 2018-ci ilə aid olub-olmaması öz əksini tapmamışdır. Tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixli vəsatət verilərək qeyd edilən məsələyə aydınlıq gətirilməsi üçün işin ekspertə qaytarılması, yaxud ekspertin məhkəmə iclasına dəvət edilməsi xahiş edilmişdir. Lakin məhkəmə tərəfindən vəsatətləri əsassız olaraq rədd olunaraq rəy əsasında iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Hesab edir ki, iş üzrə tam və düzgün araşdırma aparılmamışdır. Çünki, ekspertin müəyyən etdiyi xərclərin ümumi dəyərinin 2018-ci ilə aid olub-olmamadığı müəyyən edilmədən, hazırki dövrə aid qiymətlərlə ziyanın əvəzinin tutulması qanunsuz və əsassızdır. Bundan başqa, ekspertin müəyyən etdiyi məbləğ mənzilə çəkilmiş xərclərin real dəyərini təşkil etmir. Ekspert cavab versəydi ki, rəy 2018-ci ilə aid hesablanıb, tərəflərindən təkrar ekspertiza təyin edilməsi barədə vəsatət veriləcəkdi, əgər rəyin verildiyi tarixə hesablanmış olsaydı, o halda 2018-ci ilə olan qiymətlərlə hesablanması üçün işin ekspertizaya qaytarılması xahiş ediləcəkdi. Hər iki halda iş yenidən ekspertizaya qaytarılmalı idi. Lakin birinci instansiya məhkəməsi vəsatətlərini rədd edərək iş üzrə yekun qətnamə qəbul etdiyi üçün bu hallar araşdırılmadan qalmışdır. Məhkəmə öz qətnaməsində iddiaçının özünün cədvəl formasında tərtib edib gətirdiyi “Təmirə çəkilən xərclər” adlı yazılı sənədə “Akt” kimi yanaşmış, həmin sənədi “Akt”adlandırmış və onun iddiaçının özü tərəfindən tərtib edildiyini qeyd etməyi unutmuşdur. Eyni zamanda, iddiaçının özünün tərtib etdiyi həmin sənədlə ekspertin rəyə əlavə etdiyi smeta arasında görülmüş işlərlə bağlı çoxlu fərqlər vardır. Məsələn, iddiaçı göstərib ki, o, 750 ədəd kərpicdən istifadə etmişdir, ekspert isə 972 ədəd kərpicin qiymətini hesablamışdır. Məgər işin qiyməti iddiaçının gördüyü işlər həcmində hesablanmalı deyilmi? Bu sadəcə fərqlərdən biridir. Məsələn, iddiaçı qeyd edib ki, o, qiyməti 0,25 manat olan 8x20 mm ölçüdə 600 ədəd kərpic istifadə etmişdir. Ekspert isə bütün kərpiclərin qiymətini 0,5 manatdan hesablamışdır. Belə fərqliliklər çoxdur. Cavabdeh onların hamısını şikayətində sadalamaq istəmir. Bütün bu hallar dəqiq araşdırılmalı idi. Qeyd edilənlərə əsasən, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 tutulmalı olan pulun miqdarı hissəsində dəyişdirilməli və iş üzrə tam araşdırma aparılaraq tutulmalı olan pulun miqdarı düzgün müəyyən edilməlidir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

41. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

42. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şiakyətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iş üzrə tam araşdırma aparılaraq tutulmalı olan pulun miqdarının düzgün müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi X11 iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

44. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

45. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

46. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

47. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

48. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

49. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı:

50. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

56. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

57. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

58. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

60. Apellyasiya şikayətində qətnamə tutulmalı pul məbləğinin dəyişdirilməsi hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

61. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə qismən razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti qismən təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 15.000 (on beş min) manat məbləğində pulun tutulması hissəsində dəyişdirilməlidir.

63. Cavabdeh apellyasiya şikayətində ondan təmir xərcinin tutulması ilə razılaşmış, lakin həmin xərcin məbləği ilə razılaşmayaraq bildirmişdir ki, təmir xərcinin məbləği 2018-ci il tarixə 7000-8000 manat təşkil edir.Odur ki, həmin tarixə təmir xərcinin müəyyən olunması üçün ekspertiza təyin olunması daha ədalətli olardı.

64. Apellyasiya baxışı zamanı mülki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki – mühasibatlıq ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2022-ci il tarixli, 10/3317 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 2-ci girişində, 16-cı mərtəbəsində yerləşən, 236 saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin 2018-ci ildə mövcud olan orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 14387,0 manat məbləğində müəyyən edilmişdir. Rəyə 02 vərəqdən ibarət smeta əlavə olunmuşdur.

65. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3836/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh2 İddiaçı xeyrinə təmirə çəkilmiş xərcə görə 15.000 (on beş min) manat məbləğində pul vəsaiti əvəzinə 14.387,0 (on dörd min üç yüz səksən yeddi) manat tutularaq iddiaçı X4 ödənilməlidir.

66. Həmçinin, MPM-in 119-cu maddəsinə uyğun olaraq apellyasiya baxışı zamanı mülki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki –mühasibatlıq ekspertizasınının xərci 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3836/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh2 İddiaçı xeyrinə təmirə çəkilmiş xərcə görə 15.000 (on beş min) manat tutulması hissəsində dəyişdirilsin. Cavabdeh2 14.387,0 (on dörd min üç yüz səksən yeddi) manat tutularaq İddiaçı ödənilsin. Apellyasiya baxışı zamanı mülki iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki – mühasibatlıq ekspertizasınının xərci 50 (əlli) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar