Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2423/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2649/2025 nömrəli 28 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 hərəkətsizliyinin qanunsuz hesab edilməsi, "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət tədbirlərinin görülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barərə qərar qəbul edilməsini xahiş etmişdir.. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2649/2025 nömrəli 28 fevral 2025ci il qərardadı ilə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Qərardaddan iddiaçı şikayət verərək, onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AZAL QSC tərəfindən Əmək Məcəlləsinin 60-cı maddəsinin tələbləri pozulmuşdur ki, cavabdeh orqan bu halı da araşdırmamış, hərəkətsizlik göstərmişdir. Belə olan halda hesab edir ki, iddia tələbi düzgün olduğundan icraata qəbul edilərək müvafiq qaydada baxılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı işdən çıxarılmağı və tutduğu vəzifələrin dəyişdirilməsi ilə bağlı tərəfindən cavabdeh orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etdiyini, lakin cavabdeh orqanın hərəkətsizliyi nəticəsində "xxxx" QSC barəsində hüquqi tədbirlər görülmədiyini bildirmişdir. Eyni zamanda cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqanın 30 may 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, məhkəmənin səlahiyyətinə aid olan məsələ üzrə dövlət orqanı fəaliyyət göstərə bilməz. Cavabdeh həmin məktubu ünvanlamaqla öz vəzifələrinin icrasında hərəkətsiz qalmış və "xxxx" ASC işəgötürən barəsində inzibati tənbeh tədbirinin görülməsindən imtina etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya izah edilməlidir ki, hal-hazırda tərəflər arasında mülki mübahisə olmaması nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin vəzifəli şəxsinin inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı olan hərəkətlərindən narazı olduğu halda, onun yuxarı səlahiyyətli orqanına və vəzifəli şəxsinə müraciət edə bilər, eyni zamanda işəgötürənlə arasında fərdi əmək mübahisəsi olduğu halda, həmin işəgötürənə qarşı isə ümumi qaydada məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ var. Göründüyü kimi tərəflər arasında hər-hansı bir mülki mübahisə yoxdur. İddiaçı tərəfindən hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsinin cavabdeh olan inzibati orqanın üzərinə qoyulmasını tələb edir ki, həmin tələbə də mülki məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrinə əsasən barəsində inzibati xəta haqqında protokol əsasında qərar çıxarılmış fiziki şəxs səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olduğundan şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2649/2025 nömrəli 28 fevral 2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2423/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2423/2025
07.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver