Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2424/2025 01.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2581/2025 saylı, 21 fevral 2025-ci il tarixli qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri 39 saylı Vəkil Bürosuna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2581/2025 saylı, 21 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri 39 saylı Vəkil Bürosuna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmış və iddiaçıya izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qənaətində göstərib ki, iddia ərizəsindən aydın olur ki, iddiaçı məhkəməyə müraciət edərkən, iddia tələbi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, iddia ərizəsi cavabdehin hüquqi ünvanı ünvan 2amal Rayon Məhkəməsinə verilməlidir. Cavabdehə qarşı mövcud iddia ərizəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Ona görə ki, mövcud iddia cavabdehin ünvanının olduğu yerə görə məhkəməyə verilməlidir. Qərardaddan iddiaçı şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2581/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytararkən gəldiyi nəticə düzgün olmuşdur. İddiaçı isə birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmayaraq qərardaddan şikayət vermişdir. Lakin iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanı aradan qaldıraraq yenidən iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək əvəzinə qərardaddan şikayət verməsi əsaslı hesab edilə bilməz. İddiaçı nail olmağa çalışdığı məqsəd üçün düzgün vasitə (yol) seçmir. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi... aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşdən görünür ki, hazırki tələb maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlıdır və iddia ilə məhkəməyə müraciət edən İddiaçıdir, cavabdeh isə ünvan 4 ünvanı isə ünvan 5ət qaydaları pozulmaqla verilmişdir. Mülki Prosessual Məcəllə isə iddiaçının ərazi aidiyyəti qaydalarını pozaraq iddia ərizəsi ilə istədiyi məhkəməyə müraciət etməsinə yol vermir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36-cı maddəsində, yəni iddiaçının seçməsinə görə aidiyyət qaydasını müəyyən edən bu maddədə də iddiaçıya hazırkı iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün seçim verilməyib. Demək ki, bu norma da məhkəməyə ərazi aidiyyətinə əməl edilməməsinə görə iddia ərizəsini geri qaytarmağa imkan verir. Düzdü, bu qənaət kimin üçünsə anlaşılmayan yaxud ədalətsiz kimi görünə bilər. Ancaq qanunun imperativ tələbinə də əməl edilməlidir. Əks halda ərazi aidiyyəti ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri heçə enmiş olar. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2581/2025 saylı, 21 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2581/2025 saylı, 21 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2424/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2424/2025
01.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver