Məhkəmə qərarları › İş №2(103)-2429/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2429/2022

09.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2429/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin mövcud olmamasının müəyyən olunması, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatların və həmin qeydiyyatlara dair verilmiş çıxarışların qanunsuz (əsassız) hesab olunaraq, ləğv olunmaları, mənzilin iddiaçının mülkiyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2606/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin mövcud olmamasının müəyyən olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh1 arasında 13.04.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5a, mənzil 18-ə dair alqı-satqı müqaviləsi bağlanmamasının, belə bir əqdin mövcud olmamasının müəyyən olunması, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5a, mənzil 18-ə dair olan 13.04.2017-ci il tarixli, 06.07.2017-ci il tarixli və 08.08.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5a, mənzil 18-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatların və həmin qeydiyyatlara dair verilmiş çıxarışların qanunsuz (əsassız) hesab olunaraq, ləğv olunmaları, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5a, mənzil 18-in iddiaçının mülkiyyətinə geri qaytarılması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında 13.04.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5a, mənzil 18-ə dair alqı-satqı müqaviləsinin mövcud olmaması müəyyən olunması, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5a, mənzil 18-ə dair olan 13.04.2017-ci il tarixli, 06.07.2017-ci il tarixli və 08.08.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5a, mənzil 18-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatlar və həmin qeydiyyatlara dair verilmiş çıxarışların ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında iddiaçı Cavabdeh1 cavabdehlər X8, X4, X2, X3, X6, X9 və X1 qarşı “cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, onların əşyaları ilə birlikdə mənzildən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi" tələbinə dair 2(103)- 235/2022 nömrəli iş vardır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki 2(103)- 2429/2022 saylı mülki iş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər X8, X4, X2, X3, X6, X9 və X1 qarşı “cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, onların əşyaları ilə birlikdə mənzildən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi" tələbinə dair 2(103)-235/2022 saylı mülki işlə (sədrlik edən hakim Xəyal Sarıyev) birlikdə baxılması üçün birləşdirilməlidir. Kollegiya qeyd edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Həmçinin kollegiya qeyd edir ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili də hazırki mülki işin sözügedən digər işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: 2(103)-2429/2022 saylı mülki iş birlikdə baxılması üçün 2(103)-235/2022 saylı mülki işə birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar