Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2431/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Тurəddı̇ n qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətinə (3-cü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxslər Göyçay rayon icra şöbəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2431/2025 (Açar sözlər: hərrac protokolunun etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı Turəddin qızının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh “Accessbank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Тurəddi̇n qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti və 3-cü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxslər Göyçay rayon icra şöbəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi cəlb edilməklə hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-444/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində birinci icraat
1. İddiaçı Тurəddi̇n qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti və 3-cü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxslər Göyçay rayon icra şöbəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsi cəlb edilməklə hərrac protokolunun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 10 may 2024-cü il tarixli, 051/24 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 01 iyun 2011-ci il tarixli kredit razılaşması üzrə 164.184,61 ABŞ dolları əsas, 49.684,10 ABŞ dolları, 1.000 ABŞ dolları cərimə olmaqla, cəmi 214.868,71 ABŞ dollarının ödəniş günü milli manata məzənnədə İddiaçı tutulub Cavabdeh3 QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan İddiaçı məxsus Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasına yönəldilməsi, həmin həmin qeyriyaşayış binasının ilkin satış qiymətinin 820.000 manat müəyyən edilməklə açıq hərracda satılması, əldə edilən vəsait hesabına 214.868,71 ABŞ dolları kredit borcunun Cavabdeh3 QSC-yə ödənilməsi, satıldıqdan 1 ay ərzində İddiaçı məxsus Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyriyaşayış binasının boşaldılması, qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh3 QSC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsinin “ipoteka predmeti olan Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 820.000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasının hazırkı vəziyyətdə likvid dəyərinin 430.000 manat həddində müəyyən edilməsi qət edilmiş, Göyçay Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki kollegiyasının 04 may 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(107)-593/2020 saylı icra sənədinə əsasən Göyçay rayon İcra Şöbəsinin böyük icra məmuru Hikmət Quliyev tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Göyçay rayon İcra Şöbəsinin "xxxx" MMC-nə ünvanladığı xx.xx.2022-ci il tarixli, 151030/21-61-6 saylı sifariş məktubuna əsasən Cavabdeh3 ASC-nin kredit tələbi üzrə tutmanın yönəldildiyi və İddiaçı məxsus Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 430 000 (dörd yüz otuz min) manat məbləğində olmaqla "xxxx" MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. "xxxx" MMC-nin 25 fevral 2022-ci il tarixli hərrac bildirişinə əsasən, borclu İddiaçı və tələbkar Cavabdeh3 QSC-nə 23 fevral 2022-ci il və 14 mart 2022-ci il tarixlərdə keçiriləcək hərrac barədə hərrac bildirişi göndərilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində ipoteka predmetinin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 430000 (dörd yüz otuz min) manat olmaqla ilkin hərrac keçirilmiş və alıcı olmadığından ilkin hərrac baş tutmamışdır. Belə ki, alıcı X2 "xxxx" MMC-nin direktoruna ünvanladığı 10 fevral 2022-ci il tarixli ərizəsinə əsasən, o, ünvan 2 ünvanda olan 0.06 ha torpaq sahəsində yerləşən qeyriyaşayış sahəsinin hərracında iştirak etmək üçün ərizəsinin qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin 10 fevral 2022-ci il tarixli qəbzinin surətinə əsasən, X1 şəhəri, Natəvan küçəsi 65 saylı ünvanda olan 0.06 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi üçün 21.500 manat məbləğində beh ödəmişdir. Alıcı hərracda iştirak etsə də, fərdi mülahizələri əsasında əmlakı ilkin hərracda almaq fikrindən daşınmış, bununla da hərrac iştirakçı olduğu halda alıcı olmaması əsası ilə baş tutmamışdır. Hərrac təşkilatçısı "xxxx" MMC tərəfindənxx.xx.2022-ci il tarixində ipoteka predmetinin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiymətindən 15% aşağı qiymətə 365500 (üç yüz altmış beş min beş yüz) manata təkrar hərraca çıxarılmış və alıcı olmadığından təkrar hərrac baş tutmamışdır. Bu zaman hərrac təşkilatçısı “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinin tələbinipozaraq ilkin hərracda iştirakçı olmasına baxmayaraq əmlakın ilkin satış qiymətini 15% aşağı salmaqla onu təkrar hərraca çıxarmışdır. Hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən 048/049/22 saylı, xx.xx.2022-ci il tarixli məktubla ipoteka predmeti təkrar hərrac qiymətindən 25% aşağı qiymətə 274125 (iki yüz yetmiş dörd min yüz iyirmi beş) manata ipoteka saxlayan "xxxx" ASC-yə təklif edilmişdir. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 28 mart 2022-ci il tarixli protokol və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 28 mart 2022-ci il tarixli müqavilədən görünür ki, ipoteka saxlayan Cavabdeh3 QSC İddiaçı mülkiyyətində olan Göyçay şəhəri, Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyriyaşayış binasını 274.125 manata satın almışdır. Həmçinin, Hərrac təşkilatçısı "xxxx" MMC ilə ipoteka saxlayan Cavabdeh3 ASC arasında xx.xx.2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin əldə edilməsinə dair Hərracın yekunları barədə protokol imzalanmışdır. Müvafiq hərrac protokolu əsasında Cavabdeh3 QSC Göyçay şəhəri, Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyriyaşayış binasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən xüsusi mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarış almışdır. Bundan sonra İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 QSC və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi və Göyçay rayon icra şöbəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022ci il tarixli, 048/22 saylı Hərracın yekunları barədə protokol və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(004)-3580/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 28 mart 2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2(103)-7955/2022 saylı qətnaməsi ilə Cavabdeh3 QSC-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1336/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarına əsasən Cavabdeh3 QSC-nin kassasiya şikayəti təmin edilməməsi, İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2(103)- 7955/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-1336/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarının əsaslandırıcı hissəsindən göründüyü kimi kassasiya instansiyası məhkəməsinin "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 28 mart 2022- ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun etibarsız hesab edilməsinin əsasları üzrə hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: “...Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 QSC-nin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, X3 21.500 manat məbləğində beh ödəyərək "xxxx" MMC tərəfindən 23 fevral 2022-ci il tarixində keçirilmiş ilkin hərracda iştirakçı olmuş və bu səbəbdən də, yəni ilkin hərracda iştirakçı olduğundan təkrar hərracda ipoteka predmetinin dəyəri 15% aşağı düşməməli, ilkin hərrac qiyməti olan 430.000 manat qiymətlə təkrar hərrac keçirilməli idi. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, hərracın təşkilatçısı tərəfindən, cavabdehə təklif edildiyi kimi, ipoteka predmeti ilkin satış qiymətindən 25% aşağı olan qiymətə ipoteka saxlayana da, təklif edilməli idi. …Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh3 QSC-nin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.” Beləliklə, sözügedən məhkəmə icraatının predmeti yalnız "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 28 mart 2022- ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol olmuş, həmin protokol etibarsız hesab edilmiş, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsaslandırıcı hissəsində yalnız "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində keçirlmiş təkrar hərrac ipoteka predmetinin qiymətinin düzgün təyin edilməməsi əsası ilə etibarsızlığına münasibət bildirilmiş, hərrac təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş ilkin hərracla bağlı hər hansı qanun pozuntusu müəyyən edilməmiş və həmin hərrac qüvvədə qalmışdır. Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005- ci il tarixli Qərarının 16.1-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Beləliklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(004)-3580/2022 saylı qətnaməsi iddia tələbinin həcmində qətnamə çıxararaq hərrac protokolunu təkrar hərracın düzgün qiymətlə keçirilməməsi əsası ilə etibarsız hesab etmiş, bu zaman haqlı olaraq iddia tələbində mübahisələndirilmədiyindən və hər hansı qanun pozuntusuna yol verilmədiyindən əmlakın xx.xx.2022-ci il tarixində keçirilmiş ilkin hərracını ləğv etməmişdir. Lakin buna baxmayaraq, ipoteka predmetinin hərracı etibarsız hesab edilmiş təkrar hərracı mərhələsindən yenidən keçirilməklə davam etdirilmək əvəzinə Göyçay rayon icra və probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə 13 mart 2024-cü il tarixli sifariş məktubu ilə yenidən hərrac sifarişi verilmiş, sonuncu isə nəticələri qüvvədə olan, mübahisələndirilməmiş və hər hansı məhkəmə aktı ilə ləğv edilməmiş xx.xx.2022-ci il tarixli ilkin hərracı nəzərə almadan xx.xx.2024-cü il tarixdə yenidən ilkin hərrac və xx.xx.2024-cü il tarixdə isə təkrar hərrac keçirmiş, bununla da ipoteka predmetinin nəticə etibarilə 3 hərracı keçirilmiş, həmin hərraclar da baş tutmamış elan edilmiş və əmlak 051/24 saylı 10 may 2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola və həmin tarixli müqaviləyə əsasən 274 125 manata ipoteka saxlayan Cavabdeh3 QSC-yə satılmışdır. Hesab edirik ki, aşağıdakı əsaslarla 051/24 saylı 10 may 2024-cü il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol və həmin tarixli müqavilə qanunsuz və etibarsızdır: 1.Belə ki, qeyd olunduğu kimi eyni tərəflər arasında qanuni qüvvəyə minmiş və preyudisial əhəmiyyət daşıyan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(004)-3580/2022 saylı qətnaməsinin əsaslandırıcı və nəticə hissələrindən göründüyü kimi sözügedən ipoteka predmetinin açıq hərracdan satışı ilə bağlı cavabdeh "xxxx" MMC tərəfindən 2022ci ildə keçirilmiş hərraclardan yalnız xx.xx.2022-ci il tarixli təkrar hərracın qanunsuz keçirilməsi müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli ilkin hərracla bağlı nə iddiaçı tərəfindən, nə də məhkəmə və məhkəmə kollegiyaları tərəfindən hər hansı qanunsuzluq və ya nöqsan müəyyən olunmamışdır. Bununla da əmlakın xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin hərracı və onun nəticələləri qüvvədə qalmışdır. Bu baxımdan hərracın təşkilatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə əmlakın yenidən ilkin hərracının keçirilməsi “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin tələbinə zidd olmuş, nəticə etibarilə əmlakın 3 dəfə hərracı keçirilmişdir. 2.Həmçinin, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə ipoteka predmetinin təkrar hərracını keçirərkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(004)-3580/2022 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 dekabr 2022-ci il tarixli, 2(103)-7955/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş nöqsanları yenidən təkrarlamışdır. Belə ki, əmlakın açıq hərracdan satışı ilə bağlı xx.xx.2022-ci il tarixli ilkin hərrac və onun nəticələri qüvvədə olduğundan, hər hansı bir formada mübahisələndirilmədiyindən, onun ləğvi ilə bağlı qanuni qüvvəyə minmiş hər hansı məhkəmə aktı mövcud olmadığından "xxxx" MMC xx.xx.2024-cü il tarixə təkrar hərrac təyin edərkən və təkrar hərrac barədə elanı dərc edərkən əmlakın xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin hərracının nəticələrini nəzərə almamış, bu zaman yenidən “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinin tələbini pozaraq əmlakın ilkin satış qiymətini 15 faiz aşağı salmış, daha sonra isə yenidən 25% aşağı salaraq ipoteka saxlayana satmışdır. Halbuki, eyni tərəflər arasında qanuni qüvvəyə minmiş, preyudisial əhəmiyyət daşıyan yuxarıda istinad olunmuş məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, əmlakın ilkin hərracında iştirakçı qeydə alınmış, beh qoymuş və hərracın keçirildiyi gün iştirak etmişdir. İş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının istinad olunmuş 2(102)- 1336/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarının əsaslandırıcı hissəsində göstərilmişdir: “Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən 23 mart 2022-ci il tarixində ipoteka predmetinin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 430.000 manat olmaqla ilkin hərrac keçirilmiş və təklif olmadığından ilkin hərrac baş tutmamışdır. Bundan sonra hərrac təşkilatçısı tərəfindən 14 mart 2022-ci il tarixində ipoteka predmetinin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiymətindən 15% aşağı qiymətə 365.500 manata təkrar hərraca çıxarılmış və alıcı olmadığından təkrar hərrac baş tutmamışdır. Daha sonra hərrac təşkilatçısı tərəfindən 048/049/22 saylı, 18 mart 2022-ci il tarixli məktubla ipoteka predmeti təkrar hərrac qiymətindən 25% aşağı qiymətə 274.125 manata ipoteka saxlayan Cavabdeh3 ASC-yə təklif edilmiş, hərrac təşkilatçısı "xxxx" MMC ilə ipoteka saxlayan Cavabdeh3 ASC arasında 28 mart 2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin əldə edilməsinə dair Hərracın yekunları barədə protokol imzalanmışdır. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 QSC-nin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, X3 21.500 manat məbləğində beh ödəyərək "xxxx" MMC tərəfindən 23 fevral 2022-ci il tarixində keçirilmiş ilkin hərracda iştirakçı olmuş və bu səbəbdən də, yəni ilkin hərracda iştirakçı olduğundan təkrar hərracda ipoteka predmetinin dəyəri 15% aşağı düşməməli, ilkin hərrac qiyməti olan 430.000 manat qiymətlə təkrar hərrac keçirilməli idi. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, hərracın təşkilatçısı tərəfindən, cavabdehə təklif edildiyi kimi, ipoteka predmeti ilkin satış qiymətindən 25% aşağı olan qiymətə ipoteka saxlayana da, təklif edilməli idi.” Göründüyü kimi hərracın təşkilatçısı yenidən eyni qanun pozuntusunu təkrarlamış və 23 fevral 2022-ci il tarixdə keçirilmiş ilkin hərracda alıcı iştirakı faktını nəzərə almadan ipoteka predmetinin qiymətini xx.xx.2024-cü il tarixli təkrar hərracda 15%, ipoteka saxlayana təqdim edərkən isə yenidən 25% aşağı salmışdır. 3.Tərəflər arasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(004)-3580/2022 saylı qətnaməsinin əsaslandırıcı və nəticə hissəsindən göründüyü kimi qətnaməyə əsasən yalnız "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 28 mart 2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun etibarsız hesab edilməsi qət edilmiş, həmin protokol əsasında verilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən xüsusi mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixliÇıxarış mübahisələndirilməmiş, iddia tələbinin predmeti olmamış, ləğv edilməmiş və qüvvədə olmuşdur. Təsadüfi deyildir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3580/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə Cavabdeh3 QSC həmin məhkəməyə ərizə ilə müraciət edərək Göyçay şəhəri Natəvan küçəsində 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasınınCavabdeh3 QSC-nin adına mülkiyyət kimi qeyd alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməklə həmin əmlakın əvvəlki mülkiyyətçi İddiaçı mülkiyyətinə qaytarılması, bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması, eyni zamanda Göyçay şəhəri Natəvan küçəsində 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının üzərində Cavabdeh3 QSC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməklə həmin əmlakın üzərində Cavabdeh3 QSC-nin xeyrinə əvvəlki ipoteka yüklülüyünün qeydiyyatının aparılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024cü il tarixli, 2(004)-3580/2022 saylı qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4092/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadına əsasən qərara alınmışdır ki, Cavabdeh3 QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(004)-3580/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad onunla əsaslandırılmışdır ki, “İş materiallarından isə görünür ki, hazırki halda məhkəmə irəli sürülmüş iddia həcmində sadəcə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə baxmış və etibarsızlığın nəticələrinin tətbiq olunması halları kimi məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Kollegiya hesab edir ki, icrada dönüşün həyata keçirilməsinə əsas verən, qanunvericiliklə konkret müəyyən edilmiş hallar hazırki iş üzrə müəyyən edilmədiyindən məhkəmə ərizəni təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.Həmçinin iş materiallarına əlavə edilmiş iddia ərizəsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh3 QSC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı (Göyçay rayon İcra və Probasiya şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair 2(004)-3180/2024 saylı mülki işi var və iddia ərizəsi 2(004)-3180/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad ilə icraata götürülmüş və həmin iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə, saat 11:00-a təyin edilmişdir.” Beləliklə, "xxxx" MMC tərəfindən 09 aprel 2024-cü il və 29 aprel 2024-cü il tarixlərinə təyin edilmiş ilkin (əslində faktiki olaraq təkrar) və təkrar (əslində faktiki olaraq 3-cü) hərraclar keçirilərkən və bu barədə elanlar verilərkən əmlak iddiaçının deyil, məhz Cavabdeh3 QSC-nin mülkiyyətində olmuşdur. Beləliklə əmlakdaşınmaz əmlakın dövlət reyestrində bankın adında qaldığı halda iddiaçının əmlakı kimi yenidən hərraca çıxarılmış, əmlak faktiki olaraq bankın adına olmasına baxmayaraq hərracın keçirilməsi ilə bağlı sənədlərdə (hərrac sifarişi, hərrac bildirişləri, KİV-də dərc olunan elanlar, məktublar, habelə hərracın yekunlarına dair protokol) mülkiyyətçi qrafasında həqiqi məlumatlar təhrif edilərək iddiaçı göstərilmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra yaranır. Əmlakın DƏDRX-də bankın adında qalmasına baxmayaraq iddiaçının adına olan əmlak kimi hərraca çıxarılması daşınmaz əmlak bazarında potensial alıcılar arasında çaşqınlıq yaratmaq imkanına malik olmuş, bununla da digər potensial alıcılar hərracdan qeyri-səhih məlumatlar əsasında süni surətdə kənarlaşdırılmış, beləliklə bank tərəfindən əmlakın mübahisəli hərrac protokolu və müqavilə əsasında dəyərdəyməzinə əldə edilməsinə şərait yaradılmışdır. Hərrac təşkilatı və icra qurumu tərəfindən banka əmlakı alternativsiz əldə etmək üçün o qədər münbit şərait yaradılmışdır ki, bankın sözügedən hərrac protokolu əsasında yeni çıxarış almasına da ehtiyac qalmamışdır. Hətta iş materiallarından görünür ki, həmin protokolda əmlakın əvvəlki mülkiyyətçisi qismində iddiaçı göstərilsə də, əmlak hərraca çıxarılan zaman faktiki olaraq DƏDRX qeydlərinə əsasən bankın qanunsuz mülkiyyətində olmuşdur. Beləliklə, 2024-cü ildə hərracı ilə bağlı bütün sənədləşmələrdə aparılmış qeydlər əsassız, təhrif edilmiş məlumatlardır. “İpoteka haqqında” Qanunun 42.1, 42.8. 44-cü maddəsi, Mülki Məcəllənin 415.2, 416-cı maddələrinə müvafiq olaraq hərracın keçirilməsi barədə elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Hərrac predmeti daşınmaz əmlak olduqda onun təsvirinin mühüm elementlərindən biri də əmlakın faktiki mülkiyyətçisidir. Daşınmaz əmlakın mülkiyyət hüququnun faktiki olaraq kimə məxsus olması faktı onun bazar marketinqi üçün mühüm əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, mübahisəli hərrac sənədlərində (bildiriş, elan, protokol və s.) əks olunan məlumatlarla daşınmaz əmlakın reyestindəki məlumatlar ziddiyyət təşkil etmişdir. Yəni, başqa sözlə, hərrac sənədləri ilə dövlət reyestrindəki məlumatlar ziddiyyət təşkil etdiyindən bankda qeyri alıcı əmlakı hərracdan əldə etdiyi halda onunla bağlı hüquqlarını DƏDRX-də qeydə aldıra bilməyəcəkdi. Mülki Məcəllənin 146.2- ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Bu baxımdan hərracın keçirildiyi dövrdə əmlakın sərəncam hüququ sahibi kimi bank qeydiyyatdan keçdiyi halda hərrac sənədlərində buna zidd olaraq əmlak sərəncam hüququ iddiaçıya məxsus olması göstərilmişdir. Hərrac sənədlərində əmlakın təsviri iddiaçıya məxsus mənzil göstərilsə də DƏDRX məlumatlarına əsasən iddiaçıya məxsus qeyd olunan mənzil mövcud olmamışdır. Beləliklə hərrac təhrif edilmiş, yalnış və əmlakın xüsusiyyətləri barədə düzgün olmayan təsvirin verildiyi məlumatlar əsasında keçirilmiş, belə təhrif olunmuş məlumatlar KİV-də elanda öz əksini tapmış və potensial alıcılar arasında çaşqınlıq yaratmaq imkanına malik olmuşdur. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyi baxımdan analoji mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2(103)-5578/2023 nömrəli qətnaməsi ilə (hakim F.Abdıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Qasımov və X.Sarıyevdən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti və iddia tələbi təmin edilərkən daşınmaz əmlakın dövlət reyestrindəki cari hüquqi statusu nəzərə alınmadan növbəti hərracları keçirilmiş ipoteka predmetinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etmişdir: “xx.xx.2020-ci il tarixli hərracın yekunları barədə protokolun və əmlakın alqı-satqı müqaviləsinin mübahisələndirilməsinə dair iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı olmadan (birinci instansiya məhkəməsinin bu barədə qətnaməsinə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman), bu baxımdan hüquqi nəticə etibarı ilə xx.xx.2020-ci il tarixli protokol və müqavilənin qüvvədə olduğu və bu sənədlərin ipoteka predmetini təşkil edən əmlakın "xxxx" BOKT ASC-nin mülkiyyətinə keçməsi üçün əsas yaratdığı bir halda, eyni icra qurumunun sifarişi əsasında eyni hərrac təşkilatçısı tərəfindən iş üzrə eyni tərəflərə, o cümlədən "xxxx" BOKT ASC-yə bu barədə bildiriş göndərilməklə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə yenidən ilkin və təkrar hərraclar keçirilmiş, hərrac baş tutmadığından əmlak təklif əsasında yenidən ipotekasaxlayan "xxxx" BOKT ASC tərəfindən əldə edilmişdir. Bununla da, eyni ipoteka predmeti barəsində eyni tərəflərin təşkilatçılığı və iştirakı ilə ümumilikdə 2 dəfə hərrac proseduru, o cümlədən 2 dəfə ilkin və 2 dəfə təkrar hərrac keçirilmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir. Əvvəlki hərracın nəticələri, o cümlədən xx.xx.2020-ci il tarixli protokol və müqavilə qüvvəsini itirmədiyindən həmin hərracın predmeti olan əmlakla bağlı "xxxx" MMC tərəfindən yenidən xx.xx.2021-ci il tarixdə ilkin və xx.xx.2021-ci il tarixdə təkrar hərracın keçirilməsi qanunsuz olmuşdur. Hərracın nəticələrinə əsasən mübahisələndirilən əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına aldırılması hüququ əldə etmiş "xxxx" BOKT ASC-yə həmin əmlakın satın alınması ilə bağlı yenidən təklif irəli sürülməsi və yekun olaraq yenidən eyni əmlakın eyni mülkiyyətçiyə satılması nəinki qanunvericiliyin, ümumilikdə mülki hüququn təbiətinə uyğun deyil. Əmlakı hərracdan əldə etdikdən sonra hüquqi nəticə etibarı ilə ona məxsus olan əmlakı hər hansı əsas olmadan yenidən hərrac prosedurunda iştirak edərək, əldə etməsi ilə bağlı "xxxx" BOKT ASC-nin hərəkətləri ümumiyyətlə anlaşılmazdır. Hər bir halda, bu sahədə ixtisaslaşan "xxxx" MMC tərəfindən keçirilmiş hərraclar və bu hərraclara çıxarılmış əmlakların qeydiyyatı aparılır. "xxxx" BOKT ASC-nin bu qaydada əldə etdiyi əmlaklar barədə məlumatlı olmaması isə mümkün deyil.” Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 1579/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarına əsasən kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 5578/2023 nömrəli iş üzrə 19 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmış və məhkəmə kollegiyası yuxarıda istinad olunmuş hüquqi mövqe ilə razılaşmışdır. Ona görə də hesab edir ki, "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 10 may 2024-cü il tarixli, 051/24 saylı ipoteka predmetinin (Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyriyaşayış binasının) ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol və həmin tarixli müqavilə etibarsız hesab edilməlidir.
3. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 10 may 2024-cü il tarixli, 051/24 saylı ipoteka predmetinin (Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasının) ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol və həmin tarixli müqaviləsi ilə yanaşı, "xxxx" MMC tərəfindən mübahisə obyekti olan ipoteka predmetinin açıq hərracdan satışı ilə bağlı keçirilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli hərraclar da etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 149-151-ci maddələrini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin həcminin artırılması barədə hazırki ərizəsinin nəzərə alınmasını, iddia ərizəsinin təmin edilməsi, "xxxx" MMC tərəfindən 13 mart 2024-cü il tarixli sifariş məktubuna əsasən ipoteka predmetinin (Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasının) açıq hərracdan satışına dair xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə keçirilmiş hərracların və onların doğurduğu hüquqi nəticələr qismində: "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 10 may 2024-cü il tarixli, 051/24 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin hərrac protokolu əsasında Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyriyaşayış binası üzrə mülkiyyət hüquqlarına dair Cavabdeh3 QSC-nin adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən ləğv edilməsi və həmin əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpasına dair qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-444/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin edilməmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 337.1, 415.1, 415.2, 415.3, 415.4, 415.5, 416.1, 416.2, 560.1, 560.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 42.1, 43.3, 43.4, 43.5, 43.6, 43.7, 44-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətlərinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e- 2(004)- 3580/2022 saylı qətnaməsi iddia tələbinin həcmində qətnamə çıxararaq hərrac protokolunu təkrar hərracın düzgün qiymətlə keçirilməməsi əsası ilə etibarsız hesab etmiş, bu zaman haqlı olaraq iddia tələbində mübahisələndirilmədiyindən və hər hansı qanun pozuntusuna yol verilmədiyindən əmlakın xx.xx.2022-ci il tarixində keçirilmiş ilkin hərracını ləğv etməmişdir. Lakin buna baxmayaraq, hazırki mübahisəli qətnamədə məhkəmə qeyd olunan xüsusatı nəzərə almamış, ən azından xx.xx.2022-ci il tarixli hərracın qanuni keçirilməsi faktının tərəflər arasında qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə qətnaməsindəki hüquqi mövqeyi rəhbər tutmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək onun təmin edilməməsini xahiş etmişdir.
d) Proses iştirakçılarının izahatı
9. Apellyasiya baxışında və ondan əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı Turəddin qızının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, şikayətin dəlillərinə uyğun izahat vermişdir.
10. Apellyasiya baxışında və ondan əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh “Accessbank" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
13. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır.
14. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
15. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
16. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
17. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
18. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
19. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
20. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
21. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
22. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
23. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
24. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
25. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
26. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
27. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
31. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Kollegiya tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilməlidir.
36. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
37. Belə ki, işin hallarına əsasən müəyyən olunmuşdur ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-593/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus olan Göyçay şəhəri, Natəvan küçəsi 65 ünvanında 0.06 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası Göyçay Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli hərracın keçirilməsi haqqında sifarişi əsasında açıq hərracın keçirilərək satılması üçün "xxxx" MMC-yə göndərilmiş, "xxxx" MMC tərəfindən borclu İddiaçı və tələbkar Cavabdeh3 QSCyə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə keçiriləcək hərrac barədə hərrac bildirişlər göndərilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 430.000 manat məbləğində müəyyən edilmişdir. X3 "xxxx" MMC-nin direktoruna xx.xx.2022-ci il tarixdə ərizə ünvanlayaraq, ünvan 5eyri-yaşayış sahəsinin hərracında iştirak etmək üçün ərizəsinin qəbul edilməsini xahiş etmiş və hərracda iştirak üçün "xxxx" MMC-yə 21500 manat məbləğində beh qoymuşdur. xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracda tərəflər iştirak etmiş, lakin sonuncular tərəfindən təklif verilmədiyində, hərrac baş tutmamışdır. Növbəti hərrac xx.xx.2022-ci il tarixdə yenidən keçirilmiş, həmin vaxt isə X3 müvafiq hərracda iştirak etməmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli, 048/049/22 saylı oferta məktubu ilə cavabdehə təklif edilmiş və cavabdeh (ipoteka saxlayan) Cavabdeh3 QSC İddiaçı mülkiyyətində olan Göyçay şəhəri, Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasını 25 faiz ucuzuna, 274125 manata almış və bu barədə 048/22 saylı, xx.xx.2022-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol və İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə bağlanmışdır. İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 QSC və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi və Göyçay rayon icra şöbəsinə qarşı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 048/22 saylı Hərracın yekunları barədə protokol və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3580/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun etibarsız hesab edilməsi qət edilmiş, apellyasiya və kassasiya instansiyalarında da qüvvədə qalmışdır.
38. Daha sonra Göyçay rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən hərrac proseduru başlanılmış, Bakı Hərrac Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli və 09 aprel 2024-cü il tarixli hərrac bildirişi ilə borclu İddiaçı və tələbkar Cavabdeh3 QSC-yə ilkin satış qiyməti 430 000 manat olmaqla xx.xx.2024-cü il tarixdə ilkin hərrac, daha sonra 15 faiz aşağı satış qiyməti 365500 manat olmaqla xx.xx.2024-cü il tarixdə keçiriləcək hərrac barədə hərrac bildirişi göndərilmiş, hərraclar alıcı olmaması səbəbindən baş tutmamış, 10 may 2024-cü il tarixində "xxxx" MMC-nin 051/24 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair protokol əsasında Göyçay rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən, ipoteka saxlayan Cavabdeh3 QSC Göyçay şəhəri, Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyriyaşayış binasını “İpoteka haqqında” AR qanununun 43.7-cü maddəsinə əsasən 25% aşağı qiymətə 274125 manata almışdır.
39. Hal-hazırda İddiaçı "xxxx" MMC tərəfindən 13 mart 2024-cü il tarixli sifariş məktubuna əsasən ipoteka predmetinin (Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasının) açıq hərracdan satışına dair xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə keçirilmiş hərracların və onların doğurduğu hüquqi nəticələr qismində: "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 10 may 2024-cü il tarixli, 051/24 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin hərrac protokolu əsasında Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binası üzrə mülkiyyət hüquqlarına dair Cavabdeh3 QSC-nin adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən ləğv edilməsi və həmin əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpasına dair qeydlərin aparılmasını tələb edir, cavabdehlər iddia tələbinə etiraz edir.
40. İşin yuxarıda qeyd olunan hallarından da göründüyü kimi tələbkarın xeyrinə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məhkəmə qətnaməsinin icrası zamanı təşkil edilən hərracın nəticəsində "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun etibarsız hesab edilməsi qərara alınmışdır. Bu etibarsızlığın səbəbi olaraq məhkəmələr öz mövqelərini onunla əsaslandırmışlar ki, xx.xx.2022-ci il tarixdə keçirilən ilkin hərracda X3 adlı şəxs 21.500 manat məbləğində beh ödəyərək iştirak etmiş, sonradan fərdi mülahizələri əsasında əmlakı ilkin hərracda almaq fikrindən daşınmışdır. Lakin buna baxmayaraq təkrar hərrac hərracın iştirakçısı olmaması əsası ilə hərracın baş tutmadığı səbəbə görə əmlakın ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə təklif edilərək keçirilmişdir. Halbuki qanunvericiliyin tələblərinə görə hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 2014-cü il 28 oktyabr tarixli Qərarına əsasən “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır.
42. Odur ki, ilkin hərracda iştirakçı olduğundan təkrar hərracda ipoteka predmetinin dəyəri 15% aşağı düşməməli, ilkin hərrac qiyməti olan 430.000 manat qiymətlə təkrar hərrac keçirilməli idi. Buna görə də məhkəmələr hesab etmişlər ki, "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 048/22 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun etibarsız hesab edilməlidir.
43. Sözügedən mübahisə ilə bağlı işə daha öncə baxmış məhkəmələrin gəldiyi qənaətdən də görünür ki, xx.xx.2022-ci il tarixdə, yəni ilkin olaraq keçirilmiş hərracda prosedur qaydalarının hər hansı pozuntusuna yol verilməmiş, protokolun etibarsızlığına gətirib çıxaran pozuntu məhz təkrar hərracın keçirilməsi və əmlakın ilkin satış qiymətinin aşağı salınması ilə bağlı olmuşdur. Lakin qətnamənin icrası nəticəsində yenidən hərracın keçirilməsi zamanı bütün proseslər başdan, yəni birinci hərracın keçirilməsindən başlamış, xx.xx.2024-cü il tarixdə ilkin hərrac, daha sonra 15 faiz aşağı satış qiyməti 365500 manat olmaqla xx.xx.2024-cü il tarixdə keçiriləcək hərrac barədə hərrac bildirişi göndərilmiş, hərraclar alıcı olmaması səbəbindən baş tutmamış, 10 may 2024-cü il tarixində "xxxx" MMC-nin 051/24 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair protokol əsasında Göyçay rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli sifariş məktubuna əsasən, ipoteka saxlayan Cavabdeh3 QSC Göyçay şəhəri, Natəvan küçəsində 0.06 ha torpaq sahəsində yerləşən 65 nömrəli qeyri-yaşayış binasını “İpoteka haqqında” AR qanununun 43.7-cü maddəsinə əsasən 25% aşağı qiymətə 274125 manata almışdır.
44. Kollegiya qeyd edir ki, bundan öncə keçirilmiş hərrac nəticələrinin etibarsız hesab edilməsinə səbəb olaraq əmlakın ilkin satış qiymətinin qanunvericiliklə nəzərdə tutulmayan halda 15% aşağı salınması və nəticədə borclunun, yəni indiki halda iddiaçının əsassız maliyyə itkisi ilə qarşılaşması olmuşdur. Bu halda qətnamənin icrası zamanı etibarlı olan və düzgün şəkildə aparılmış ilkin hərracdan sonrakı zəruri addımlar atılmalı, yəni pozuntu hansı mərhələdə törədilmişdirsə, həmin mərhələdən etibarən davam etdirilməli və nəticədə təkrar hərracda əmlak öz ilkin satış qiyməti ilə təklif edilməli idi. Nəticədə həm qanunvericiliyin tələbləri qorunar, həm məhkəmə qətnaməsi öz nəzərdə tutduğu məqsədlərə uyğun olaraq icra olunar, həm də iddiaçı lüzumsuz maliyyə itkisi ilə qarşılaşmazdı. Digər tərəfdən ipoteka əmlakı ilə bağlı nəticə etibarı ilə 3 dəfə hərrac keçirilmiş olur, bu isə qanunvericiliyin tələblərinə ziddir.
45. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC tərəfindən 09 aprel 2024-cü il və 29 aprel 2024-cü il tarixlərinə təyin edilmiş hərraclar keçirilərkən və bu barədə elanlar verilərkən mübahisəli əmlak iddiaçının deyil, məhz Cavabdeh3 QSC-nin mülkiyyətində olmuşdur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3580/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə Cavabdeh3 QSC həmin məhkəməyə ərizə ilə müraciət edərək Göyçay şəhəri Natəvan küçəsində 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının Cavabdeh3 QSC-nin adına mülkiyyət kimi qeyd alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməklə həmin əmlakın əvvəlki mülkiyyətçi İddiaçı mülkiyyətinə qaytarılması, bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması, eyni zamanda Göyçay şəhəri Natəvan küçəsində 65 nömrəli 3 girişli, 818.1 kv.m ümumi, 714 kv.m əsas, 104.1 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının üzərində Cavabdeh3 QSC-nin ipoteka hüququnun daşınmaz əmlakın dövlət reyestrində bərpa edilməklə həmin əmlakın üzərində Cavabdeh3 QSC-nin xeyrinə əvvəlki ipoteka yüklülüyünün qeydiyyatının aparılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(004)-3580/2022 saylı qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4092/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir.
46. Nəticədə mübahisəli əmlakın mülkiyyət hüquqlarının müvafiq dövlət reyestrində cavabdeh bankın adında qalmasına baxmayaraq iddiaçının əmlakı kimi yenidən hərraca çıxarılmış, əmlak faktiki olaraq bankın adına olmasına baxmayaraq hərracın keçirilməsi ilə bağlı sənədlərdə (hərrac sifarişi, hərrac bildirişləri, KİV-də dərc olunan elanlar, məktublar, habelə hərracın yekunlarına dair protokol) mülkiyyətçi kimi iddiaçı göstərilmişdir.
47. Halbuki mülki qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra yaranır.
48. Qeyd edilənlər də bir daha "xxxx" MMC tərəfindən 09 aprel 2024-cü il və 29 aprel 2024-cü il tarixlərində baş tutmuş hərracın və onun nəticələrinin etibarsız hesab edilməsinə dəlalət edir.
49. Kollegiya vurğulayır ki, etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
50. Beləliklə, qeyd olunanlara əsasən kollegiya hesab edir ki, "xxxx" MMC tərəfindən 13 mart 2024-cü il tarixli sifariş məktubuna əsasən ipoteka predmetinin (Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasının) satışına dair hərracın keçirilməsi zamanı işə bundan öncə baxmış məhkəmələrin mövqeyi və hərracın yenidən keçirilməsinin konkret səbəbləri düzgün müəyyənləşdirilmədiyindən, apellyasiya şikayəti təmin edilməli həmin hərraclar və onların doğurduğu hüquqi nəticələr qismində: "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 10 may 2024-cü il tarixli, 051/24 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokolun və həmin tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin hərrac protokolu əsasında Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binası üzrə mülkiyyət hüquqlarına dair Cavabdeh3 QSC-nin adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
52. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
54. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
55. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun dəyəri cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq İddiaçı Тurəddi̇n qızına ödənilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-444/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. "xxxx" MMC tərəfindən 13 mart 2024-cü il tarixli sifariş məktubuna əsasən ipoteka predmetinin (Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyri-yaşayış binasının) açıq hərracdan satışına dair xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə keçirilmiş hərraclar və onların doğurduğu hüquqi nəticələr qismində: "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında bağlanmış 10 may 2024-cü il tarixli, 051/24 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol və həmin tarixli müqavilə etibarsız hesab edilsin. Həmin hərrac protokolu əsasında Göyçay şəhəri, Natəvan küçəsində istifadədə olan 0,06 ha torpaq sahəsində yerləşən 65 saylı qeyriyaşayış binası üzrə mülkiyyət hüquqlarına dair Cavabdeh3 QSC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ləğv edilsin və həmin əmlak üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpasına dair qeydlər aparılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun dəyəri cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq İddiaçı Тurəddi̇n qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev