Məhkəmə qərarları › İş №2(103)-2433/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2433/2021

12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2433/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı “xxxx” Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Cavabdeh1 hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülüb. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət onunla əsaslandırılıb ki, müddət ötürülməyib. Şikayət əsassızdır. Belə ki, apelyasiya şikayəti verilməsi müddəti 1 aydır, bu müddət qətnamənin rəsmi qaydada verildiyi gündən başlayır. Qətnamənin surəti xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə cavabdehə aid ünvanda onun anasına rəsmi qaydada verilib (iş v. 82, xəbərnamə). Qətnamənin cavabdehin ailə üzvünə verilməsi Mülki-Prosessual Məcəllənin 135.3-cü maddəsinin göstərişinə uyğundur. Apelyasiya şikayəti isə xx.xx.2020-ci il tarixdə verilib. Göründüyü kimi, 1 aylıq müddət keçib. Ona görə də apelyasiya şikayətinin qaytarılması Mülki-Prosessual Məcəllənin 363.1.3-cü maddəsinin göstərişinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar