Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2447/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, cavabdehin nümayəndəsi vəkil X1 iştirakları ilə, İddiaçı Cavabdeh3 Fərmayıl oğluna, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X8 qarşı "maddi və mənəvi zərər” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-384/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 Fərmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (nümayəndəsi vəkili Vəkil1) iddia həcminin azaldılmasına dair Cavabdeh3 Fərmayıl oğluna, cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və X8 qarşı "maddi və mənəvi zərər” tələbinə dair ərizə verərək, Cavabdeh3 Fərmayıl oğlundan maddi ziyana görə 20500 manat, mənəvi ziyana görə isə 5000 manat olmaqla, cəmi 25500 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi zamanı müəyyən olunmuşdur ki: iddiaçı X4 verdiyi apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qətnaməsi ilə təmin edilərək, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli, 2(043)-568/2017 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbinin təmin edilməsi, “Hyundai Veloster minik” markalı **-PD-*** (əvvəlki qeydiyyat nişanı **-DF-***) qeydiyyat nişanlı avtomobilin X7 geri qaytarılması qət edilmişdir (səh.18); Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3m-3995/19 nömrəli qərardadının surətinə və məzmuna əsasən, müvafiq qətnamədə və icra vərəqəsində mübahisə predmeti olan avtomobilin İddiaçı alınıb qaytarılması göstərilmədiyindən müvafiq qətnamə müraciət edən şəxsin maraqlarına toxunmadığından onun Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli 2(104)-2865/2018 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna təqdimat verilməsinə dair müraciəti təmin edilməmişdir (səh.168); Sumqayıt şəhəri 4 nömrəli notariat kontorunun xüsusi notariusu X5 tərəfindən reyestrdə 7E-57060 nömrəsi ilə qeyd edilmiş ƏN-Vİ seriyalı 565638 nömrəli xx xxxxxx 2018-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə ilə xx xxxx 2018-ci il tarixdə verilmiş qeydiyyat şəhadətnaməsi əsasında Cavabdeh3 Fərmayıl oğlu mülkiyyətində olan “Hyundai Veloster minik” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair müvafiq səlahiyyətləri X8 etibar etmişdir (səh.204); İddiaçı Sumqayıt şəhəri 3 nömrəli notariat ofisinə ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli ərizənin surətinə və məzmununa əsasən, xx xxxx 2019-cu il tarixdə Sumqayıt şəhəri 3 nömrəli notariat ofisində Cavabdeh2 verdiyi və reyestrdə 7E/9022 nömrə ilə qeyd olunmuş etibarnamənin ləğv edilməsini xahiş etmişdir(səh.27); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X21 xx xxxxxxx 2019-cu il tarixli məktubunun və ona əlavə edilmiş müvafiq çıxarışın məzmunundan görünür ki, İddiaçı mülkiyyətində olmuş “Nissan Juke” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyətçi tərəfindən xx xxxx 2019-cu il tarixdə Cavabdeh2, sonuncu tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh4 etibarnamə verilmiş, etibarnamələrin müddəti xx xxxx 2020-ci il tarixədək müəəyən edilmiş, qeyd edilən avtomobil İddiaçı mülkiyyətindən müvafiq alqı-satqı müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixdə çıxmış və Cavabdeh1 adına rəsmiləşdirilmişdir (səh.13); Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-235/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı “avtomobilin qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin olunmamışdir (səh.124). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-384/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh3 Fərmayıl oğlundan 20500 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 390, 427, 442, 445, 448, 739; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107,119-cu maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı mülkiyyətində olmuş “Nissan Juke” markalı **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair mülkiyyətçi tərəfindən xx xxxx 2019-cu il tarixdə Cavabdeh2, sonuncu tərəfindən xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh4 etibarnamə verilmiş, etibarnamələrin müddəti xx xxxx 2020-ci il tarixədək müəəyən edilmiş, qeyd edilən avtomobil İddiaçı mülkiyyətindən müvafiq alqı-satqı müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixdə çıxmış və Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İddiaçı mülkiyyətində olmuş "Nissan Juke” minik markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə dəyişməklə etdiyi alqı-satqı müqaviləsini Cavabdeh3 Fərmayıl oğlu ilə danışıb razılaşdıqdan sonra onun göstərişi ilə Cavabdeh2 adına etibarnamə vermişdir. Həmin vaxtı "Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 Fərmayıl oğlunun mülkiyyətində olmuşdur. Razılaşmaya əsasən iddiaçı şəxs mülkiyyətində olan "Nissan Juke” minik markalı **-MV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 təqdim edərək onun adına Sumqayıt şəhərində yerləşən notariat kontorunda ümumi etibarnamə vermişdir, əvəzində isə 1000 manat məbləğində pul alaraq, "Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini iddiaçı şəxs qəbul etmişdir. Həmin vaxtı tərəflərin qarşılıqlı razılığı ilə "Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini 20000 manata, "Nissan Juke” minik markalı **-MV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini isə 21000 manat məbləğində qiymətləndirilərək dəyişdirilmişdir. Cavabdeh3 Fərmayıl oğlu "Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin barəsində məhkəmə qərarının olduğunu bildiyi halda, bu barədə iddiaçı şəxsə heç bir məlumat verməmişdir. İddiaçı şəxs mülkiyyətində olan avtomobili ilə barter etdiyi "Hyundai Veloster” minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi olsa da, o faktiki sahiblik və istifadə etmək hüququndan məhrum olunmuşdur. İddiaçı Cavabdeh3 Fərmayıl oğlunun qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirdiyi barədə qənaətə gəlmək mümkün olmadığı, o cümlədən mənəvi zərəri əsaslandıran dəlillər məhkəmə araşdırması zamanı öz hüquqi təsdiqini tapmadığından iddia tələbinin mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd olunmalıdır. İddiaçı iddia ərizəsinin pul vəsaitinin tutulması hissəsi əsaslıdır, iddiaçı iddiasının həmin hissəsini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh3 Fərmayıl oğlu qətnamədən apellyasiya şikayəti verərək, ləğv edərək, iş üzrə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106, 218, 220; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-cı maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçı ümumiyyətlə bir neçə nəfərə qarşı iddia tələbləri ilə bağlı məhkəmə instansiyalarında iddia qaldırmış, müəyyən nəticəyə çatmadığından Cavabdeh3 Fərmayıl oğluna qarşı iddia tələbi ilə müraciət etmişdir, İakin məhkəmə prosesində tədqiq edilmiş sübutlar həmin halı inkar edir, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(104)-2865/2018 nömrəli qətnaməsini icra etmək mümkün olmadığına görə icra vərəqəsi geri qayıtmışdır. Belə ki, X10 2013-cü il buraxılışlı “Hyundai Veloster minik” markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının qaytarılması barədə X15 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Son olaraq, Gəncə Apelyasiya Məhkəməsi iddianı təmin etmiş və həmin avtomaşının X7 qaytarılması ilə bağlı qətnamə qət etmişdir. Daha sonra qətnamə icra üçün Füzuli rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin 2013-cü il buraxılışlı, “Hyundai Veloster minik” markalı avtomaşın Cavabdeh3 Fərmayıl oğlu tərəfindən özgəninkiləşdirildiyinə görə, icra vərəqəsinin icrası mümkün olmamışdır. Buna görə də, icra vərəqi məhkəməyə geri qaytarılmışdır. Həmin avtomaşın barədə icra vərəqəsi 8 ay əvvəl Gəncə Apelyasiya Məhkəməsinə geri qaytarılmışdır. Yəni özü də icranın yenidən həmin maşına yönəldiyindən xəbərdar deyil idi, ondan cavabdeh 20500 manatın hamısının tutulması ədalətli və düzgün deyil. Maşın iddiaçının mülkiyyətində, istifadəsində, sahibliyində, sərəncamında olmuşdur, qanunsuz olaraq iddiaçıdan alınmışdır. Belə çıxır ki, 8 (səkkiz) ay əvvəl icra sənədini icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə Fizuli rayon İcra Probasiya Şöbəsinin xx xxxx 2019-cu il tarixli qərarına görə cavabdehlik daşıyır. İyirmi min manat məbləğ barədə iddiaçının fikrindən başqa işdə başqa sübuta əsaslanmamışdır. İddiaçı özü iddia ərizəsində öz avtomobilinin dəyişdirildiyini, mübahisəli avtomobili öz adına rəsmiləşdirildiyini, qeydiyyat şəhadətnaməsi aldığını və bu baxımdan vicdanlı alıcı olduğunu bildirir. Eyni zamanda iş materiallarında Füzuli rayon İcra Probasiya şöbəsinin xx xxxx 2019-cıı il tarixli qərarına uyğun olaraq qeyd edilən nəqliyyat vasitəsinin axtarışının dayandırılması bardədə BPİ DYPİ-nin səxsi heyətinin məlumatlandırılması və sair sənədlər vardır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X3 apellyasiya şikayətini müdafiə edərək, tərəflər arasında rəsmi müqavilə olmadığını, “Hyundai Veloster minik” markalı avtomaşın satılmazdan 8 ay əvvəl Füzuli İcra Şöbəsində icra vərəqəsinin olduğunu, həmin icra vərəqəsinin icra etməsinin mümkün olmadığını biləndən sonra nəqliyyat vasitəsinin iddiaçıya verildiyini, Gəncə Apellyasiya Məhkəməsində qərarın ləğv olunduğunu, qətnamə qəbul edilən zaman avtomobilin Ceyhunda olduğunu, bundan sonra iddiaçının bir çox şəxsə qarşı iddia qaldırdığını, iddiaçının etibarnamə ilə «Nissan Juke» markalı avtomobilini İlkinə, İlkinin də avtomobili digər şəxsə satdığını, həmçinin iddiaçının işə sübut əlavə etmədiyini, sonradan iddianın dəyişdirildiyini, “Hyundai Veloster minik” markalı avtomaşının alınmasına dair sənəd verilmədiyini, Haqverdiyev Ceyhunun avtomobilin vəziyyətinə görə məsuliyyət daşımadığını, ümumilikdə nəqliyyat vasitələrinin dəyişməsi üzrə razılıq olduğunu və iddiaçının nəqliyyat vasitələrinin dəyişdirilməsi üzrə şifahi razılaşmasına əsasən 1000 manat aldığını, “Hyundai Veloster minik” avtomobilinin açarının Kifayətdə olduğunu, cavabdeh qismində Kifayət göstərilməli olduğu halda onun üçüncü şəxs qismində göstərildiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, Cavabdeh3 Fərmayıl oğlunun Gəncə Apellyasiya Məhkəməsinin icra vərəqəsinin olduğunu bilə-bilə avtomobili satdığını,Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Ceyhuna icra vərəqəsi barədə məlumat verildiyini, bunu özünün yazdıqları apellyasiya şikayətlərində təsdiq etdiklərini və icra vərəqinin geri qaytarılması barədə qərarın cavabdeh tərəfindən məhkəməyə təqdim etdiklərini, Narının avtomobili yoxlayaraq aldığını, «Nissan Juke» markalı avtomobilinin avtosalonda 21900 manat məbləği dəyərində satışa qoyulduğunu, tərəflər arasında qiymət barədə razılaşma olduğunu, Həmzəyeva Kifayətin bu məsələ barədə şifahi məlumatının olduğunu, avtomobilin açarının bir nüsxəsinin onda olduğunu, icra məmurlarının iştirakı ilə avtomobilin aparıldığını, cavabdeh hərəkətləri ilə MM-in 572, 573-cü maddələrinə əsasən müəyyən olunmuş normaları pozduğunu, keçirilmiş məhkəmə proseslərində Kifayətin proses iştirakçısı qismində iştirak etmədiyini bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. İddiaçı etiraz və mülahizə təqdim edərək, cavabdehin, apellyasiya şikayətini əsaslandırmağa çalışdığıı qeyd edilən arqumentlərini aşağıdakılara görə tamamilə əsassız hesab edir: İş materiallarında olan “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında Füzuli rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2019-cu il tarixli qərarın surətini cavabdeh özü məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsində araşdırma aparılan zaman cavabdehin nümayəndəsi və vəkili X3 özü məhkəməyə təqdim edərək Füzuli rayon İcra və Probasiya şöbəsi tərəfindən Cavabdeh3 Fərmayıl oğluna məlumat üçün göndərildiyini bildirmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 1 ədəd CD diskdə olan səs yazıda Hyundai Veloster markalı ** OM *** dövlət nömrə nişanlı avtomaşının ilk sahibi X11 Cavabdeh3 avtomaşının problemli olduğunun bildiyini təsdiq etmişdir. Həmin səs yazıda avtomaşının daha əvvəl Ağgül adlı şəxsə satıldığı, lakin sonradan problemli olduğunu bilərək geri qaytarılması barədə məlumatlar vardır. İş materiallarına əlavə edilmiş etibarnamədən də görünür ki, həqiqətən də Cavabdeh3 Füzuli rayon sakini X9 xx.xx.2018-ci il tarixdə bir il müddətinə idarəetmə üçün ümumi etibarnamə vermişdir. Bütün bunlar bir daha təsdiq edir ki, cavabdeh həmin avtomaşını iddiaçı Vəliyevə Narına verən zamanı problemli olduğunu, onun barəsində məhkəmə qərarının olmasını bilmişdir. Onun icra sənədi əsasında avtomaşına yönəlmiş tələbdən xəbərsiz olması mümkün ola bilməzdi. Cavabdehlərin öz apellyasiya şikayətlərində gətirdikləri ikinci arqumenti də tamamilə əsassız hesab edir. Çünki iş birinci instansiya məhkəməsində olarkən keçirilmiş bütün məhkəmə iclasları MPM-nin 270-272-ci maddələrinə uyğun olaraq tərtib protokollaşdırılmışdır. Əvvəla cavabdeh birinci instansiya məhkəməsində avtomobillərin 20000 manat məbləğində qiymətləndirilərək dəyişdirilməsini mübahisələndirməmişdir. Əksinə, iddiaçıya məsləhət görmüşdür ki, avtomaşını qanunsuz olaraq əlindən alıblar. Həmin şəxsdən avtomaşını məhkəmə qaydasında geri tələb edilməsi barədə iddia qaldırmasını bildirmişlər. İkincisi, cavabdehin mülkiyyətində olan Hyundai Veloster markalı **-OM-*** dövlət nömrə nişanlı avtomaşın necə oldu ki, Vəliyevə Narının mülkiyyətinə keçdi. Cavabdeh3 öz avtomaşınını niyə Vəliyevə Narının mülkiyyətinə verirdi? Şifahi razılaşmadan sonra Vəliyevə Narın həmin vaxt mülkiyyətində olmuş Nissan Juke minik markalı **-MV-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini Hyundai Veloster minik markalı **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə dəyişərək Cavabdeh3 göstərişi ilə həmin avto salonun işçisi kimi təqdim etdiyi Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat ofisində etibarnamə vermişdir. Eyni zamanda da Cavabdeh3 Hyundai Veloster minik markalı ** OM *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat ofisində etibarnamə ilə iddiaçının bacısı X2 vermişdir. Göründüyü kimi, bu əməliyyatlar eyni vaxtda, eyni notariat ofisində baş tutmuşdur. Qeyd edilən avtomaşınlara aid etibarnamələrin verilməsi iş materiallarında olan sübutlarla təsdiq olunur. Bundan əlavə, hər iki avtomaşın Turbo.az saytında satışa qoyulmuşdur. İş materiallarında olan saytdan çıxarışdan da görünür ki, elanda Hyundai Veloster 18900 manat, Nissan Juke isə 21900 manata satışa qoyulmuşdur. Əgər apellyasiya şikayətində qeyd olunduğu kimi olsaydı bəs bu maşınlar necə olurdu ki, eyni salonda satışa çıxarılsın? Cavabdeh3 iddiaçı Vəliyevə Narına avtomaşını satan zaman barəsində məhkəmə qərarının olması və icra şöbəsində icra işinin olmasından xəbərdar idi. Lakin cavabdeh bu halı iddiaçıdan gizlədərək onu aldatmış və bilərək ona problemli maşın vermişdir. İddiaçı həmin vaxt avtomaşının problemli olduğunu bilməmişdir və sonradan heç bir problem olmadan qeydiyyat şəhadətnaməsi alaraq idarə etmişdir. Həmin vaxt cavabdeh avtomaşınla bağlı Füzuli rayon İcra və Probasiya şöbəsində iş olduğunu və avtomaşın barəsində Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinin olduğunu bildirmiş olsaydı, iddiaçı həmin avtomaşını almaqdan imtina edərdi. Füzuli rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2019-cu il tarixli, 943 saylı məktubla Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək bildirir ki, **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh3 Fərmayıl oğlu tərəfindən xx.xx.2018-ci il tarixli etibarnamə əsasında idarə olunur. Qeyd edilən avtomobilin dayandırılaraq Polis İdarəsinin dayanacağına yerləşdirilərək, bu barədə Füzuli rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. Buna görə də, 2019-cu ilin mart ayında Cavabdeh3 Sumqayıt şəhər Polis idarəsinə dəvət edilmiş, ona həmin avtomaşının üzərində məhkəmə qərarı olduğu deyilmiş və heç kimə satmamağı ona tapşırılaraq avtomaşın cərimə meydançasına qoyulmuşdur. Lakin cavabdeh sonradan avtomaşını çıxararaq avtosalona gətirmiş və iddiaçıya heç bir məlumat vermədən satmışdır. Bütün bunlar cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu və birinci instansiya məhkəməsinin qətnaməsinin icrasının cavabdeh tərəfindən gecikdirilməsi məqsədindən başqa bir şey olmadığını bir daha sübut edir. İddiaçı hazırda mülkiyyətində olan Hyundai Veloster minik markalı 90OM559 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini cavabdehin hərəkətlərinin nəticəsində istifadə edə bilmir, bundan əlavə həmin avtomaşının bütün cərimə və radarları iddiaçıya gəlir. Bundan başqa avtomaşının texniki baxışdan keçməsi barədə məlumat verilir və texniki baxışdan keçmədiyi halda cərimə olunacağı bildirilir. Bu da iddiaçıya bir qadın kimi əlavə mənəvi iztirab verir. Cavabdeh3 Fərmayıl oğlunun apellyasiya şikayətinin rədd edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-388, 404, 560, 662-665, 1091-1097; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 88, 103.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iddiaçı sübut etmə vəzifəsinə müvafiq ona aid hissədə tələblərinin əsasını təşkil edən hallara dair mümkün ola bilən təkzibedilməz sübutlar təqdim etmiş, cavabdeh isə iddiaçı ilə dəyişdirmə barədə razılığının olmasına istinad etsə də, müqavilənin olmadığını və bu razılaşmanın həyata keçirilməsi zamanı onun nəqliyyat vasitəsi barədə mübahisənin olmasından xəbərsiz olmasına dair ziddiyyətli əsaslar gətirmiş, etirazının (apellyasiya şikayətinin) əsasını təşkil edən dəlilləri sübut etməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh3 Fərmayıl oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-384/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2447/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2447/2021
15.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver