Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2449/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məhəmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5459/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan **-DG-*** dövlət qeydiyyat nişanın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5459/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə **-DG-*** dövlət qeydiyyat nişanın üzərinə həbs qoyulmuş və dərhal icra olunması üçün aidiyyatı qurumlara göndərilmişdir. Cavabdeh4 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 5459/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı əsasız və qanunsuzdur. Çünki iddiaçının tələb etdiyi mülkiyyətində olan **-DG-*** dövlət qeydiyyat nişanın iddiaçının mülkiyyətində deyil onun, mülkiyyətində olmuş, o da onu xx.xx.2020-ci il tarixdə X2 adına keçirmiş hal-hazırdada onun istifadəsindədir, **-DG-*** dövlət qevdiyat nişanla bağlı qeydiyyat şəhadətnaməsi də vardır. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi etibarnamə ilə bütün səlahiyyətini qeyrisinə etibar etmişdirsə artıq nişan bir neçə müddət ərizində onun istifadəsində olmuş indi də qeyrisinin istifadəsindədirsə bu o deməkdir ki, iddiaçının tələbi əsasızdır. O, X4 arasında avtomobil və **-DG-*** dövlət qeydiyyat nişanına dair heç bir alqı-satqı müqaviləsi olmamışdır, nə də ki, avtomobil nişanı almamış, nə də ki, onu tanımır. Bakı şəhəri Binəqədi rayon məhkəmsininin 2(001)-5459/2020 saylı xx xxxxxx 2020-cı il tarixli qərardad qanunsuz və əsassızdır. Çünki tələb düz deyil bu **-DG-*** dövlət qeydiyat nişanı X3 məxsus deyil. Məhkəmə iclasında iddiaçının nümayəndəsi şikayətə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (madddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1, 158.1.2, 158.1.3). Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-5459/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2449/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2449/2021
04.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver